Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biləcik
Biləcik (Türkiyə) — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Biləcik ili
Biləcik ili — Türkiyədə il.
Birinci Biləcik
Birinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Biləcik kəndi Alazan-Əyriçay çökəkliyindədir. Keçmişdə Biləcik adlanan bu kənd XVIII-XIX əsrlərdə İran əsarətinə və çarizmə qarşı mübarizə mərkəzlərindən biri olmuşdur. Kollektivləşmə illərində buradan köçmüş ailələr indiki İkinci Biləcik kəndini saldıqdan sonra Birinci Biləcik adlandırılmışdır. Biləcik kəndinin ilk sakinləri mənşəcə Türkiyənin Biləcik mahalından çıxmış və orta əsrlərdə burada məskunlaşmış ailələr hesab olunurlar.1734 -cü ildə Biləcikdə Nadir şaha qarşı böyük üsyan olmuşdur.Üsyançılar iki dəfə Nadirin sərbazlarına qalib gəlmişlər.Lakin Bərdədə qərarlaşan Nadirin özünün Biləciyə yürüşə hazırlaşdığını eşidən biləcikli 300 ailə kəndi tərk edərək Car-Balakənə çəkilməyə məcbur olmuşlar.Bütün bu hadisə haqqında bu üsyanın şahidi Molla Məhəmməd Carinin "Car müharibəsi salnaməsi" adlı əsərdə oxumaq olar. == Əhalisi == Kəndin əhalisi 1.399 nəfər təşkil edir.Kəndin əhalisi Azərbaycan türkləridir.Bəzi mənbələrdə bu kəndin 1570-ci illərdə Türkiyənin Biləcik vilayətindən gələnlər tərəfindən salındığı göstərilir.Türkiyəli tarixçilər isə əksinə Osmanlı dövlətini yaradan qayıların məhz Azərbaycandakı Biləcikdən gələrək Türkiyədə Biləcik şəhərinin əsasını qoyduğunu göstərirlər.Türkiyədəki Biləcik Osmanlı dövlətinin ilk paytaxtı olmuşdur.Bu gün Biləcik kəndinin əhalisinin dilində köhnə osmanlı şivəsinə aid sözlər hələ də işlədilməkdədir.
Rafflesia baletei
Rafflesia baletei (lat. Rafflesia baletei) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
Azərbaycan baleti
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu. Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi. 1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Baltik Antantası
"Baltik Antantası" — Litva, Latviya və Estoniya arasında 1934-cü ilin 12 iyul tarixində imzalanmış müdafiə kontraktıdır.Sazişlə birgə adıçəkilən ölkələr arasında böyük bir əməkdaşlığın təməli atılmışdır. Birinci Dünya Müharibəsindən qısa bir müddət sonra Rusiya imperiyasına və Almaniyaya qarşı Finlandiya, Polşa, Latviya. Litva və Estoniyadan təşkil olunmuş bir ittifaq qurmaq ehtiyacı yarandı. Lakin 1920-ci ildə aparılan danışıqlar nəticəsiz yekunlaşdıqdan sonra "Böyük Baltik Birliyi" planı iflasa uğradı və 3 dövlət öz aralarında bir ittifaq qurmaq qərarına gəldi. Litva və Estoniya 1923-cü ildə danışıq paktını imzaladı və 1934-cü il Cenevrə toplantısında Latviyanın birliyə qoşulma məsələsi qaldırıldı.
Baltik Dənizi
Baltik dənizi — Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) — 419.000 km². Su həcmi — 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir. Çoxlu sayda çayların bu dənizə axması səbəbindən suyu aşağı şoranlığa malikdir. Dünyada belə bir xüsusiyyət malik olan ən böyük dənizidir.. == Tarixi == Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz bağlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7–7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı.
Baltik boğazı
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief‎) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir. == Tarixi == Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır.
Baltik dili
Baltik dili (Vislik dili, pol. Mierzeja Wiślana, alm. Frische Nehrung‎) — ensiz dil Kalininqrad körfəzini Qdansk körfəzindən ayırır. Dilin uzunluğu 65 km təşkil edir. Dilin cənub hissəsi (30 km) Polşa, şimal-şərqi isə Rusiyanın Kalininqrad vilayəti (35 km) ərazisinfə yerləşir. Eni orta hissəsələrdə 300—1800 metr, şimal hissədə isə 8–9 km təşkil edir. Dil əsasən qumlu çimərliklərdən ibarətdir. Burada dyunlara rast gəlinir. Cənub hissədən materikə birləşsədə, şimaldan isə materikdən Baltiysk kanalı ilə ayrılır. Dilin şimalı bəzən Pillau yarımadası adlanır.
Baltik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Baltik yolu
Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya. Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, Polşa və Bessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi. "Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.
Baltik ölkələri
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Baltik boşləçəyi
Kosovo Baleti
Kosovo baleti — 1972-ci ildə yaradılıb. Yarandığı gündən truppanın iki əsas nəsli var. Onlar "Birinci Nəsil" və "İkinci Nəsil" kimi tanınırlar ki, bu da yeni nəsil kimi tanınır. Birinci Nəsil, Kosovo Baletinin məcburi dağılmasına qədər truppa ilə birlikdə çıxış edən qurucu üzvlərinə aiddir. İkinci Nəsil Yuqoslaviya müharibələrindən sonra Kosovo Baletində islahatlar aparmaq üçün Ahmet Brahimajın rəhbərliyi altında təlim keçmiş rəqqaslar qrupuna aiddir. == Birinci nəsil == Birinci nəsildən olan balet artistləri Tatyana Petkovskanın rəhbərliyi altında Skopyedəki Orta Balet Məktəbində təhsil alırdılar. Məzun olduqdan sonra bu sinifdən olan 25 rəqqas Priştinaya qayıtdı və burada Kosovo Milli Teatrında Kosovo Baletinin rəsmi ilk nəslini yaratdılar. Truppa bütün keçmiş Yuqoslaviyada, Lyublyanadakı Balet Biennalesində və Dubrovnikdəki Yay Oyunlarında çıxış edəcəkdi. Təəssüf ki, truppa 1991-ci ildə davam edən zorakılıq və Yuqoslaviya müharibələrindən etnik təmizləmə təhlükəsi səbəbindən məcburi şəkildə ləğv edildi. Birinci nəslin üzvlərinə Ahmet Brahimaj, Rustem Selca, Asma Molla, Selajdin Kice, Gani Loshi və Jonuz Beqiraj daxildir.
Baltik almanları
Baltik almanları (alm. Deutsch-Balten‎ və ya Deutschbalten, daha sonra Baltendeutsche) — Baltik dənizinin şərq sahillərinin, bu gün Estoniya və Latviyanın olduğu etnik alman sakinləri. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ildə oradan köçürülmüşlər. Bundan sonra Baltik almanları regionda coğrafi cəhətdən müəyyən edilmiş etnik qrup kimi nəzərəçarpacaq dərəcədə azalmışdır. Orta əsrlərin sonlarından etibarən yerli almandillilər tacirlərin və ruhanilərin əksəriyyətini, yerli Latviya və Estoniya qeyri-zadəganlar üzərində faktiki olaraq hakim sinfi təşkil edən lokal torpaq mülkiyyətçilərinin böyük əksəriyyətini təşkil edirdilər. XIX əsrdə fərqli bir Baltik alman etnik kimliyi meydana çıxmağa başlayanda, özünü müəyyən edən Baltik almanlarının əksəriyyəti əsasən şəhər və peşəkar orta sinfə aid olan qeyri-zadəganlar idi. XII–XIII əsrlərdə katolik alman tacirləri və səlibçilər Şərqi Baltik ərazilərində məskunlaşmağa başlamışdılar. Latın dilinin tənəzzülü ilə alman dili rəsmi sənədlərin, ticarətin, təhsilin və hökumətin dominant dili olmuşdur. XX əsrin birinci yarısına qədər Baltik almanları İkinci Dünya müharibəsindən sonraya qədər Avropadakı alman diasporunda Transilvaniya saksları və Sipzer almanları ilə (müvafiq olaraq Rumıniya və Slovakiyada) üç ən qədim davamlı almandilli və etnik alman qruplarından biri idi. Orta əsr katolik köçkünlərinin əksəriyyəti və onların almandilli törəmələri orta əsr Livoniyasının şəhərlərində yaşayırdılar.
Birinci Biləcik bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Biləcik bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İkinci Biləcik kəndi
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
Baltik sipəri və ya Baltik qalxanı
Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir. Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).
Baltik-slavyan dilləri
Baltik-slavyan dilləri Hind-Avropa dil ailəsinin bir qoludur. Buraya ənənəvi olaraq Baltik və Slavyan dilləri daxildir. Baltik və slavyan dilləri digər Hind-Avropa dil ailələrində rast gəlinməyən bir çox dil xüsusiyyətlərini bölüşür ki, bu da onların ümumi bir inkişaf dövrünü göstərir. Baltik və slavyan dillərini bu gün vahid bir qol kimi təsnif etmək üçün dilçilər arasında ümumi konsensus olsa da, onların əlaqələrinin təbiəti ilə bağlı bəzi təfərrüatlar bəzi dairələrdə çox vaxt siyasi səbəblərə görə mübahisəli olmuşdur. Bəzi dilçilər (Kortlandt, Derksen) Baltik-slavyan dillərinin üç qrupa bölünməsini təklif etmişdirlər: Şərqi Baltik, Qərbi Baltik (artıq mövcud deyildirlər) və slavyan. == Baltik-slavyan dillərinin ümumi xüsusiyyətləri == Baltik və slavyan dillərinin əlaqə dərəcəsi digər Hind-Avropa dilləri ilə paylaşılmayan ümumi xüsusiyyətlər məcmusu və bu xüsusiyyətlərin nisbi xronologiyası ilə göstərilə bilər. Baltik və slavyan dillərində bəzi ümumi mənşəli sözlər bölüşülür. Bu sözlərə digər Hind-Avropa dillərində rast gəlinmir. Var olsa belə sözlərin proto-hind-avropa dilindən miras qaldığı və digər Hind-Avropa dilləri ilə müqayisədə mənalarında oxşar dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu ümumi xüsusiyyətlər göstərir ki, Baltik və Slavyan dilləri mənşə etibarilə proto-Baltik-slavyan dilindən yaranmışdır.
Dağ xizəyi baleti
Dağ xizəyi baleti — Fristayl üzrə yarış növü. Uzunu 2.50 metr, eni 35 metrə qədər olan dağ yamacında xizəklərdə 2–2,5 dəqiqə ərzində musiqi altında müxtəlif rəqs hərəkətlərinin, gimnastika və akrobatika elementlərinin icrası daxil edilmiş fiqurlu sürüşmə.
Birinci Baltik kanalı