baltik

sif. baltique adj ~ dənizi mer Baltique ; ~ dənizi ölkələri les pays baltes

baltalı
Baltik dənizi
OBASTAN VİKİ
Baltik Antantası
"Baltik Antantası" — Litva, Latviya və Estoniya arasında 1934-cü ilin 12 iyul tarixində imzalanmış müdafiə kontraktıdır.Sazişlə birgə adıçəkilən ölkələr arasında böyük bir əməkdaşlığın təməli atılmışdır. Birinci Dünya Müharibəsindən qısa bir müddət sonra Rusiya imperiyasına və Almaniyaya qarşı Finlandiya, Polşa, Latviya. Litva və Estoniyadan təşkil olunmuş bir ittifaq qurmaq ehtiyacı yarandı. Lakin 1920-ci ildə aparılan danışıqlar nəticəsiz yekunlaşdıqdan sonra "Böyük Baltik Birliyi" planı iflasa uğradı və 3 dövlət öz aralarında bir ittifaq qurmaq qərarına gəldi. Litva və Estoniya 1923-cü ildə danışıq paktını imzaladı və 1934-cü il Cenevrə toplantısında Latviyanın birliyə qoşulma məsələsi qaldırıldı.
Baltik Dənizi
Baltik dənizi — Şimali Avropada yerləşən dəniz. Səthi sahəsi (adaları olmadan) — 419.000 km². Su həcmi — 21,5 min km³. Baltik dənizi Atlantik hövzəsinə aiddir. Çoxlu sayda çayların bu dənizə axması səbəbindən suyu aşağı şoranlığa malikdir. Dünyada belə bir xüsusiyyət malik olan ən böyük dənizidir.. == Tarixi == Baltik dənizinin səthi son buzlaşma dövrü zamanı tamamilə buz bağlamışdı. 14 min il bundan əvvəl buzlaqlar əriməyə başladı. Dəniz suyu təxminən 10.300 il bundan əvvəl boğaz vasitəsilə mərkəzi İsveç rayonda boşluqları doldurmağa başladı. Yüksələn Dünya okeanı səviyyəsi (təxminən 7–7.5 min il bundan əvvəl) müasir Danimarka boğazından bir keçid yaratdı.
Baltik boğazı
Baltik boğazı (rus. Валтийский пролив, alm. Pillauer-Tief‎) - Rusiyanın ucqar qərb qutaracağında yerləşən Kalininqrad vilayəti ərazisinə daxildir. Baltik dənizini Kalininqrad körfəzi ilə birləşdirir və Pillau yarımadasını Baltik burnundan ayırır. Baltiysk rayonu ərazisində daxildir. Eni 0,4 km, uzunluğu 2 km, dərinliyi 12 m təşkil edir. == Tarixi == Ərazidə ilk boğaz 1337-ci ildə meydana gəlsə də bir müddət sonra qumla örtülür. 1497-ci ildə fırtına səbəbindən yeni boğaz əmələ gəlir. Ancaq boğaz yenidən qumla örtülür. 1510-cu ildə güclü fırtına nəticəsində boğaz formalaşır.
Baltik dili
Baltik dili (Vislik dili, pol. Mierzeja Wiślana, alm. Frische Nehrung‎) — ensiz dil Kalininqrad körfəzini Qdansk körfəzindən ayırır. Dilin uzunluğu 65 km təşkil edir. Dilin cənub hissəsi (30 km) Polşa, şimal-şərqi isə Rusiyanın Kalininqrad vilayəti (35 km) ərazisinfə yerləşir. Eni orta hissəsələrdə 300—1800 metr, şimal hissədə isə 8–9 km təşkil edir. Dil əsasən qumlu çimərliklərdən ibarətdir. Burada dyunlara rast gəlinir. Cənub hissədən materikə birləşsədə, şimaldan isə materikdən Baltiysk kanalı ilə ayrılır. Dilin şimalı bəzən Pillau yarımadası adlanır.
Baltik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Baltik yolu
Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya. Litva, Latviya və Estoniya sakinləri Tallin, Riqa və Vilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, Polşa və Bessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi. "Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.
Baltik ölkələri
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Baltik boşləçəyi
Baltik almanları
Baltik almanları (alm. Deutsch-Balten‎ və ya Deutschbalten, daha sonra Baltendeutsche) — Baltik dənizinin şərq sahillərinin, bu gün Estoniya və Latviyanın olduğu etnik alman sakinləri. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1945-ci ildə oradan köçürülmüşlər. Bundan sonra Baltik almanları regionda coğrafi cəhətdən müəyyən edilmiş etnik qrup kimi nəzərəçarpacaq dərəcədə azalmışdır. Orta əsrlərin sonlarından etibarən yerli almandillilər tacirlərin və ruhanilərin əksəriyyətini, yerli Latviya və Estoniya qeyri-zadəganlar üzərində faktiki olaraq hakim sinfi təşkil edən lokal torpaq mülkiyyətçilərinin böyük əksəriyyətini təşkil edirdilər. XIX əsrdə fərqli bir Baltik alman etnik kimliyi meydana çıxmağa başlayanda, özünü müəyyən edən Baltik almanlarının əksəriyyəti əsasən şəhər və peşəkar orta sinfə aid olan qeyri-zadəganlar idi. XII–XIII əsrlərdə katolik alman tacirləri və səlibçilər Şərqi Baltik ərazilərində məskunlaşmağa başlamışdılar. Latın dilinin tənəzzülü ilə alman dili rəsmi sənədlərin, ticarətin, təhsilin və hökumətin dominant dili olmuşdur. XX əsrin birinci yarısına qədər Baltik almanları İkinci Dünya müharibəsindən sonraya qədər Avropadakı alman diasporunda Transilvaniya saksları və Sipzer almanları ilə (müvafiq olaraq Rumıniya və Slovakiyada) üç ən qədim davamlı almandilli və etnik alman qruplarından biri idi. Orta əsr katolik köçkünlərinin əksəriyyəti və onların almandilli törəmələri orta əsr Livoniyasının şəhərlərində yaşayırdılar.
Baltik sipəri və ya Baltik qalxanı
Baltik-Ladoqa qlinti
Baltik-Ladoqa qlinti və ya Baltik-Ladoqa uçurumu (dan. Klint — uçurum, sıldırım) — Baltik dənizinin qərbindən, İsveçin Eland adalarından başlayıb, Estoniya, Leninqrad vilayəti və Ladoqa gölünə kimi uzanan qlint və ya uçurum. Qlintin uzunluğu təxminən 1100—1200 km-dir. Baltik-Ladoqa qlinti daha çox estoniyanın İda-Virumaa vilayətində özünü qabarıq göstərir. Bu bölgədə qlintin hündürlüyü 56 metrə çatır. Leninqrad vilayətində isə hündürlük 40-50 metrdən yüksək deyil. Pulkova yüksəkliyi adlanan bu ərazidə Pulkova rəsədxanası yerləşir. Bölgədə yerləşən bir çox tarixi qəsrlər məhs bu uçurumların üzərində inşa edilmişdir. Qlint kembri və ordovik süxurlarının səthinə çıxma sərhədinə uyğun gəlir. Ordovik süxurlarından ibarət olan yüksəkliyin cənubundakı təpə Ordovik yaylası adlanır (Leninqrad vilayətində - İjor yüksəkliyi).
Baltik-slavyan dilləri
Baltik-slavyan dilləri Hind-Avropa dil ailəsinin bir qoludur. Buraya ənənəvi olaraq Baltik və Slavyan dilləri daxildir. Baltik və slavyan dilləri digər Hind-Avropa dil ailələrində rast gəlinməyən bir çox dil xüsusiyyətlərini bölüşür ki, bu da onların ümumi bir inkişaf dövrünü göstərir. Baltik və slavyan dillərini bu gün vahid bir qol kimi təsnif etmək üçün dilçilər arasında ümumi konsensus olsa da, onların əlaqələrinin təbiəti ilə bağlı bəzi təfərrüatlar bəzi dairələrdə çox vaxt siyasi səbəblərə görə mübahisəli olmuşdur. Bəzi dilçilər (Kortlandt, Derksen) Baltik-slavyan dillərinin üç qrupa bölünməsini təklif etmişdirlər: Şərqi Baltik, Qərbi Baltik (artıq mövcud deyildirlər) və slavyan. == Baltik-slavyan dillərinin ümumi xüsusiyyətləri == Baltik və slavyan dillərinin əlaqə dərəcəsi digər Hind-Avropa dilləri ilə paylaşılmayan ümumi xüsusiyyətlər məcmusu və bu xüsusiyyətlərin nisbi xronologiyası ilə göstərilə bilər. Baltik və slavyan dillərində bəzi ümumi mənşəli sözlər bölüşülür. Bu sözlərə digər Hind-Avropa dillərində rast gəlinmir. Var olsa belə sözlərin proto-hind-avropa dilindən miras qaldığı və digər Hind-Avropa dilləri ilə müqayisədə mənalarında oxşar dəyişikliklərin baş verdiyi müşahidə edilir. Bu ümumi xüsusiyyətlər göstərir ki, Baltik və Slavyan dilləri mənşə etibarilə proto-Baltik-slavyan dilindən yaranmışdır.
Baltik stansiyası (Tallin)
Baltik stansiyası (est. Balti jaam) — Tallin şəhərində dəmir yoluna aid sərnişin stansiyası. Vağzal Köhnə şəhərin yaxınlığında, Toompuestee küçəsi, 37 ünvanında yerləşir. Stansiyasından gedən qatarların ilk dayanacaqları: Lillekyula (qərb istiqamətdə), Kitsekyula (şərq istiqamətdə) və Tallin-Vyayke (cənub istiqamətdə). Stansiya yaxınlığında 12 dəmir yolu var. Baltik dəmiryol stansiyası şəhərətrafı və uzun məsafə qatarları üçün bir son stansiya rolunu oynayır. Stansiya yaxınlığında şəhərətrafı avtobuslar üçün avtobus, həmçinin tramvay və trolleybus dayanacaqları vardır. == Dayanacaq plarformmaları == Baltik dəmiryolu vağzalı 6 dayanacaq platformasına sahibdir: 1 Platforma 9 və 8 yollar arasında — 150 m 2 Platforma 8 və 7 yollar arasında — 85 m 3 Platforma 7 və 6 yollar arasında — 150 m 4 Platforma 6 və 1 yollar arasında — 150 m 5 Platforma 1 və 4 yollar arasında — 510 m 6 Platforma 4 və 5 yollar arasında — 380 m == Tarixi == Baltik vağzalı 1870-ci ildə Paldiski — Revel — Sankt-Peterburq xəttinini üzərində əsas vağzal olaraq inşa edilmişdir. Vağzal 24 otyabr 1870-ci ildə açılmışdır. Burada Baltik Limanı — Revel xətti bitir və Sankt-Peterburq istiqamətində yol başlayır.
Birinci Baltik kanalı
Ağ dəniz-Baltik irqi
Ağ dəniz-Baltik irqi — Böyük Avropa irqinin tərkibində kiçik irq. Atlantika-Baltika irqi ilə şimali avropoidləri birləşdirən və depiqmentasiyasının yüksək səviyyəsi ilə səciyyələnən vahid Baltika irqinə aid edilə bilər.. Fin-uqor xalqlarında (karellər, komi-zıryanlar, komi-permyaklar, udmurtlar və s.) rusların şimal qruplarında və belorusların əksəriyyətində üstünlük təşkil edir. Ağ dəniz-Baltik irqi nümayəndələrinin anklavları Baltikyanı ölkələrdə və Skandinaviyada, Mərkəzi Rusiyada və Şərqi Ukraynada mövcuddur. Ağ dəniz-Baltik irqi xüsusiyyətlərinin Ural irqinin elementləri ilə qarışması nəticəsində formalaşdığını ehtimal etmək olar. Ağ dəniz-Baltik irqi nümayəndələrinin dərisinin rəngi çox açıqdır (bəzən cəhrayıya çalır).. Saçları, adətən, yumşaq, düz və açıq rənglidir (təqribən 50%); Atlantika-Baltik irqi nümayəndələrinə nisbətən kürənçalarlıdırlar, həmçinin kişilərin saqqalı və tük örtüyü daha azdır. Başları nisbətən kiçik olan irqin nümayəndələrində mezokefaliya və orta braxikefaliya əlamətləri üstünlük təşkil edir. Atlantika-Baltik irqi ilə müqayisədə üzləri az profilləşmiş, daha yastı və enlidir. Burunları nisbətən qısa və enli,.
Ağ dəniz-Baltik kanalı
Ağ dəniz-Baltik kanalı (rus. Беломо́рско-Балти́йский кана́л) — Ağ dənizi Oneqa gölü ilə birləşdirən kanal. Birinci beşilliyin ən mühüm qurğularından biridir, 1933-cü ildə istifadəyə verilmişdir. Yolun ümumi uzunluğu 227 kilometrdir. Kanalda 19 şlüz, 15 bənd, 49 damba, 12 ənkəc. Kanal SSRİ-nin Avropa hissəsinin dənizləri arasında daxili su əlaqəsinii təmin etmiş, Sankt-Peterburqla (o vaxtlar Leninqrad) Arxangelsk arasındakı yolu 4 min kilometr qısaltmış, ətraf rayonların zəngin meşə və tikinti materialından istifadə imkanını genişləndirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == "Беломорско-Балтийский канал: Указатель литературы". library.karelia.ru (rus). İstifadə tarixi: 2019-12-06. / Сост.: М. Ю. Ванчурова, Н. В. Чикина; авт.
Baltik Dənizi Dövlətləri Şurası
Baltik dənizi Dövlətləri Şurası—(ingiliscə-The Council of the Baltic Sea States (CBSS)) 1991-ci ildə Almaniya və Danimarkanın təşəbbüsü ilə yaradılıb. Təşkilat 1992-ci ildə Almaniya, Norveç ,Finlandiya, Danimarka ,Polşa, İsveç ,Latviya, Rusiya, Estoniya təşəbbüsü ilə Kopenhagendə yaradılıb. 1995-ci ildə təşilata İslandiya da qoşulur . Baltik dənizi Dövlətləri şurasında əsas əməkdaşlıq beynəlxalq təhlükəsizlik, insan hüquqları, yeni demokratik institutlara dəstək, iqtisadi və texniki yardım, humanitar problemlər, səhiyyə, ətraf mühitin mühafizəsi, enerji, mədəniyyət, təhsil, turizm, informasiya, nəqliyyat sahələrinin əhatə edir.
Baltik dəniz halqaşəkilli suiti
Volqa-Baltik su yolu
Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu. Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km, gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir. Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yanlız biri - Paxomov şlyuzu ikitərəflidir.
Baltik dənizi halqaşəkilli suitisi
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.
Baltika Arıları
Baltic Bees (azərb. Baltika Arıları‎) – Latviya paytaxtı Riqadan 60 kilometr qərbdə yerləşən Tukums şəhərində bazalaşmış mülki aerobatika nümayişi komandasıdır. Şou təyyarəsi kimi 6 ədəd Aero L-39 Albatros istifadə olunur. Aviaşou 20 dəqiqə müddətində davam edir. Onlar Qərbi və Şərqi Avropada, Rusiyada, eləcə də Çində uçuşlar həyata keçirirlər.
Baltika Kalininqrad FK
Baltika Kalininqrad FK — Rusiyanın Kalininqrad şəhərini təmsil edən futbol klubu.
Baltikyanı
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Baltikyanı ölkələr
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.
Baltikyanı ölkələrin müqayisəsi
Baltikyanı (latış. Baltija‎, lit. Baltija, est. Baltimaad) və ya Pribaltika (rus. Прибалтика) — Şimali Avropada bölgə. Bu bölgə Baltıkyanı ölkələr adı altında tanınan, müstəqil dövlət olan Estoniya, Latviya və Litvadan, və hə həmçinin keçmiş Şərqi Prusiyadan (o cümlədən, Rusiya Federasiyasının eksklavı olan Kalininqrad oblastından) ibarətdir. II Dünya müharibəsindən əvvəl, bəzən Finlandiya da Baltıkyanı ölkəsi olaraq qeyd olunurdu. == Etimologiya == Baltik hidronimi Baltik dənizindən gəlir. Onun ən erkən qeydi (Baltia kimi) e.ə. III əsrdə yazılan Eratosfenin mətnində tapmaq olar və təxmin edilir ki, o bundan əvvə də işlənilirdi.