Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balkan Kuboku
Balkan Kuboku — Balkan ölkələrindən Avropa kuboklarına qatılmayan klub komandaları arasında təşkil olunmuş turnir. == Tarixi == 1960-cı ildən başlayan bu turnir, Türkiyənin Fənərbaxça klubunun prezidenti Faruk İlqaz tərəfindən irəli sürülən təkliflə 1967-də Balkan İkinciləri Kuboku adı ilə təşkil olundu. 28 dəfə oynanılan bu turnir 1994-cü ildən etibarən keçirilmir.
Balkan Muharibəsi
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan Yarımadası
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir.
Balkan dağları
Balkan dağları (bolq. Ста́ра планина́, serb. Стара планина / Stara planina) — Bolqarıstanın qərbindən şərqinə doğru uzanaraq ölkəni iki yerə bölən dağ. Dağın uzunluğu 600 km-dir. Balkan dağları Dəmirqapı boyunca Dunay çayının keçdiyi cənubi Karpat dağlarının təbii davamıdır. Bu dağlar "Balkan yarımadası" və "Balkanlar" coğrafi adlarının əsasını təşkil etmişdir. Bu dağ ölkəsinin ərazisi XX əsrin 70-ci illərinin sonlarından sovet və Bolqarıstan coğrafiyaşünasları tərəfindən etibarən tədqiq olunmağa başlanmışdır. Elmi işlər Stara Planina və Qafqazın ərazilərinin müqayisəli tədqiqatı proyektinin bir hissəsi idi və ona SSRİ EA Coğrafiya İnstitutunun direktoru İ. P. Gerasimov və Bolqarıstan EA Coğrafiya İnstitutunun direktoru J. S. Qlıbov rəhbərlik edirdi.Qədim dövrlərdə dağ silsiləsi Hem, Em (q.yun. Αἶμος, lat. Haemus, İordan buranı Hemus и Emus adlandırmışdır), bəzən Hemmimont (Haemimontium, İordanın əsərlərində Emimontium) deyilirdi.
Balkan dilləri
Balkan dilləri— Balkan dilləri beş ayrı qrupa ayrılmaqdadır. 1. Slavyan dillərini danışanlar, 2.Latın mənşəli dilləri danışanlar, 3.Rumca danışanlar, 4.Albanca danışanlar, 5.Türkcə danışanlar. == Slavyan dillərini danışanlar == 1. Slavyan dillərini danışanlar :Bu dil qrupu da üç əsas hissəyə ayrılır. Ən başda Serbiyada serbcə, Bosniya Herseqovinada boşnaq dilində, Monteneqroda monteneqro dilində və Xorvatiyada xorvat dilində təxminən 20 milyon insan tərəfindən danışılan serb və xorvat aksentləri gəlir. İkinci qrupa makedon dili və bolqar dilində danışanlar və ümumi olaraq 9 milyona yaxınlaşan köhnə Yuqoslaviya və Bolqarıstanda yaşayan slavyanlar təşkil edir. Üçüncü Slavyan qrupuna isə slovenlər və sayları az olan çexlərlə, slovaklar meydana gətirir. Bunların əksəriyyəti balkan yarımadasının şimalında yaşayırlar. === Latın mənşəli dilləri danışanlar === 2.
Balkan ittifaqı
Balkan İttifaqı — 1912-ci ildə Şərqi pravoslav krallıqlarına aid olan Yunanıstan, Bolqarıstan, Serbiya və Monteneqro dövlətlərinin həmin dövrdə Avropanın cənub-şərqinin çox hissəsinə nəzarət edən Osmanlı İmperiyasına qarşı yaratdığı dördtərəfli ittifaq idi.1900-cü illərin əvvəllərindən etibarən Makedoniyada partizan hərəkatının başlanması, ardınca Osmanlı ərazisində baş vermiş "Gənc türklər" inqilabı və Bosniya böhranı Balkanlardakı siyasi vəziyyəti bir xeyli gərginləşdirmişdi. 1911-ci ildə başlamış olan İtaliya-Osmanlı müharibəsi Osmanlı İmperiyasını zəiflətmiş, Balkan dövlətlərini isə daha da ruhlandırmışdır. 13 mart 1912-ci ildə Serbiya və Bolqarıstan krallıqları Rusiya imperiyasının təsiri altında Avstriya-Macarıstan əleyhinə birgə fəaliyyət göstərmək məqsədilə ittifaq müqaviləsi imzaladı. Həmin müqavilə əslində Avstriya-Macarıstana qarşı imzalansa da, onun gizli maddələrindən birində bu ittifaqın Osmanlı İmperiyası əleyhinə fəaliyyət göstərəcəyi də qeyd olunurdu. Bunun ardınca, Serbiya ilə Monteneqro və Bolqarıstanla Yunanıstan arasında da eyni ikitərəfli ittifaq müqavilələri imzalandı. Bu ittifaq 1912-ci ilin oktyabrında başlamış Birinci Balkan müharibəsində qələbə qazandı və demək olar ki, Osmanlı İmperiyasının Avropada sahib olduğu əraziləri tamamilə işğal etdi. Bu qələbəyə baxmayaraq, ittifaq üzvləri arasındakı fikir ayrılıqları davam edirdi. Nəticədə, 16 iyun 1913-cü ildə Bolqarıstanın keçmiş müttəfiqləri üzərinə hücuma keçməsi ilə birlikdə İkinci Balkan müharibəsi başlandı. == Arxa plan == 1856-cı ildə başa çatmış Krım müharibəsindən sonra Rusiya fikirləşirdi ki, digər böyük dövlətlər onun Aralıq dənizinə çıxış əldə etməsinə qarşı çıxmaz. Nəticədə, Rusiya İmperiyası Balkan yarımadasında yerləşən dost və müttəfiq dövlətlərlə birbaşa əlaqə yaratmaq məqsədilə işğalçı hərəkətlərə başladı.
Balkan küknarı
Balkan yarımadasındakı əkinlər dəniz səviyyəsindən 950-1500 m hündürlükdə, kölgəli qayalıq yamaclarda yayılmışdır. Hündürlüyü 30-40 m-ə qədər, qısa budaqlarla inkişaf edən, ensiz-piramidal ucu biz çətirli olub, ikinci dərəcəli sallaq budaqlı, qabığı nazik, qırmızımtıl-boz, zoğları sıx tüklüdür. İynəyarpaqların uzunluğu 0,8-2 mm, hamar, möhkəm, üst tərəfdə ağ zolaqlı, alt tərəfdə tünd-yaşıl, parlaqdır. Qozaları yumurtavarı-uzunsov, uzunluğu 4-6 sm, qonur rəngli, parlaq, toxum qabıqları bərk, üstü yumru, enli və zəif bitişikdir. Qışa, kölgəyədavamlı, torpağa az tələbkar, meşədə gillicə torpaqlarda yaxşı bitən bitkidir. 300 ilə qədər yaşayır, xəstəlik və zərərvericilərə az yoluxur, çox dekorativdir, qaza və tüstüyə davamlıdır. Park əkinlərində geniş istifadə edilir. Azərbaycanda Bakının küçə və parkalrında əkilib becərilir. == Məlumat mənbələri: == Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5.
Balkan müharibələri
Balkan müharibələri — Osmanlı Dövlətinin 4 balkan dövlətinə qarşı 1912-1913-cü illərdə apardığı muharibə (8 oktyabr 1912 - 29 sentyabr 1913). Muharibənin əsl səbəbi Bolqarıstanla Serbiyanın Balkanlarda artan fəaliyyəti olmuşdur. == Tarixi == 1911-ci ildə İtaliya Osmanlı imperiyasına müharibə elan etdi və tezliklə Tripolini və Dodekanis adalarını işğal etdi. Bununla osmanlılar sıxışdırıldı, Bolqarıstan, Serbiya və Yunanıstan Türkiyəyə qarşı müharibədə öz qüvvələrini birləşdirdirdilər. Onlar Osmanlı ərazisindəki bəzi əraziləri işğal etməyə ümid edirdilər. Türkiyə tezliklə məğlub edildi, lakin Serbiyanın güzəştə getməsinə ümid bəsləyən bolqarlar Makedoniyanı ələ keçirməyə iddia etdilər. Beləliklə, birinci Balkan müharibəsindən sonra, 1913-cü ildə ikinci Balkan müharibəsi baş verdi. Bu müharibədə Serbiya, Yunanıstan, Rumıniya və Osmanlılar Bolqarıstanın üzərinə hücum edərək onu məğlub etdilər. Adriatik dənizi üzərində dağlıq ölkə olan Albaniya əsasən müsəlman əhalisinə malik olmaqla bərabər həm də Avropanın ən geridə qalmış regionu idi. Serblər hər iki Balkan müharibəsində onun bir hissəsini işğal etdilər, lakin yunanlar da onun digər hissəsinə iddia edirdilər.
Balkan sazişi
Balkan sazişi 1934-cü ilin 9 fevralında Afinada Türkiyə, Yunanıstan, Rumıniya, Yuqoslaviya arasında imzalanıb. 1933`dən sonra Almaniya da Nasist partiyası nın hakimiyyətə gəlməsi, İtaliya nın Ağ dəniz də və Balkanlar da ərazilərini genişləndirmək istəməsi və Avropa dövlətlərinin silahlanma yarışına girməsi sülh üçün təhlükə yaradırdı. Türkiyə təhlükəsizliyini qorumaq məqsədilə 1933-cü ildə bu 3 ölkə ilə ayrı ayrılıqda saziş bağlamışdı. Lakin 1934-cü ilin 9 fevralı İtaliya və Almaniya təhlükəsi qarşında qalan bu 4 Balkan dövləti Afina da saziş bağlayır. Bu sazişə görə Balkan ölkələri bir-birilərinin ərazi bütövlüyünə hörmət edəcəkdilər. İkinci dünya müharibəsi ndən sonra şərtlərin dəyişməsindən sonra bu saziş əhəmiyyətini itirir. == Mənbə == İsmail Soysal, Tarihçeleri ve Açıklamaları ile Birlikte Türkiye'nin Siyasal Andlaşmaları, I. Cilt (1920-1945), Basımevi, Ankara, 1989, s. 447-463.
Balkan türkləri
Balkan türkləri (türk. Balkanlar'daki Türkler) — İstanbul şəhəri (10 milyondan çox etnik Türkün yaşadığı) ilə Şərqi Frakiyaya sahib olan Türkiyənin özü xaricində Balkan yarımadasının müasir ölkələrindəki bütün ənənəvi türkdilli müsəlman qruplarının ümumiləşdirilmiş adı.Türkiyədən kənarda olan Balkan Türklərinin ümumi sayı 1,5 milyona yaxındır. Bunlar 1878–1912-ci illərdəki müharibələrdən sonra yeni müstəqil dövlətlərin tərkibinə keçmiş keçmiş Osmanlı İmperatorluğunun bölgələrindəki Türk və Türk əhalisinin qalıqlarıdır. Beləliklə, Balkan Türkləri diaspor deyil (məsələn, Almaniyadakı türklər kimi), əksinə, kompakt yaşayış yerlərində köklü mədəni, etnik təsisatlarına və tarixi yaddaşlarına sahib öz yuvaları olan bir Türk irrides qrupudur. Əksəriyyəti xristian dövlətlərin sərhədləri daxilində yaşayan bir əsrdən artıq bir müddətdə Balkan Türklərinin zehniyyəti, dili, mədəniyyəti və ənənələri ciddi dəyişikliklərə məruz qaldı.Ən ahəngdar olan bütün Balkan Türklərinin yarısından çoxunu təşkil edən Bolqarıstandakı olduqca böyük (0,7 milyon) Türk icmasıdır. Yunanistanın kiçik, lakin olduqca kompakt Türk topluluğu (0,1 milyon) olduqca sabit və yaxşı təşkil olunmuşdur. Kosovo, Şimali Makedoniya və Rumıniya türkləri daha çox dağılmışdır, baxmayaraq ki, bəzi yerlərdə kompakt türk icmaları qalır. == Tarixi == Balkan türklərinin etnogenezi gözə çarpan müxtəliflik ilə seçilir. Bu, erkən türk köçlərinin izlərini ehtiva edir (Kumanlar, Kumanlar və başqaları). Sonra, XIV–XV əsrlərdə, əsasən Osmanlı İmperiyası dövründə Osmanlı-Səlcuqlu əhalinin əsasını təşkil edən türkmən genləri olan Kiçik Asiyadan Yuryuk köçərilərinin sıx bir axını oldu.XV–XVIII əsrlərdə Balkan Türkləri, imperatorluqdakı hakim hərbi mövqeyi sayəsində ətrafdakı Balkan xalqlarının nümayəndələrini (Yunanlar, Bolqarlar, Macarlar, Yəhudilər, Qaraçılar və s.) əhatə edirdi.XIX–XX əsrlərdə Rusiya imperiyasının ilhaq etdiyi Şimali Qara dəniz bölgəsindən Balkanlara köçən həm türk (Krım tatarları, tuna tatarları) həm də qeyri-türk mənşəli (çərkəzlər) bir çox müsəlman mühacir oldu.
Balkan vaşaqı
Balkan vaşaqı (lat. Lynx lynx balcanicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinin adi vaşaq növünə aid heyvan yarımnövü. Yoxa çıxma təhlükəsi ilə əlaqədar Qırmızı kitaba daxil edilmişdir. Onlara Şərqi Albaniya və Qərbi Makedoniya ərazilərində müşahidə etmək mümkündür. Üstəlik Kosovo və Monteneqro ərazilərində kiçik bir arela sahibdirlər. Balkan vaşaqları Makedoniyanın milli rəmzi hesab edilir. Vaşaq Makedon dinarının üzərində təsvir edilmişdir. Belə ehtimal edilir ki, Makedoniya ərazisində 35–40 baş Balkan vaşaqı vardır. Onlar əsasən Mavrovo Milli Parkı ərazisində cəmləşmişdir. Balkanların ən iri pişikləri hesab edilir.
Balkan vilayəti
Balkan (türkməncə: Balkan welaýaty) — Türkmənistan Respublikasında I dərəcəli inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Balkanabad şəhəridir.
Balkan şamı
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Balkan sindromu (roman)
Balkan sindromu — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
Balkan yarımadası gölləri
Balkan yarımadası gölləri — Balkanlardakı göllər qismən tektonik və qismən də əhəng daşı aşınmasına bağlı olaraq yaranmışdır. Şimaldakı İşkodra gölü Balkanların ən böyük gölü olmaqla birlikdə Oxrid gölü də Balkanların ən dərin gölüdür. Prespa gölü isə Makedoniya Yunanıstan və Albaniya sərhədləri daxilindədir. Digər bir tərəfdən Balkanların şimal və şimal şərqində Kiçik Alp gölləri də mövcuddur. === Flora və faunası === Oxrid gölü dünyanın ən geniş bioloji müxtəlifliyə sahib göllərindən biri hesab olunur. Göldə vaxtilə böyük bir bataqlıq ərazisi var idi, lakin torpaqların şəhər və kənd təsərrüfatı torpaqlarına çevrilməsi səbəbindən çox hissəsi itirilib. Hazırda qalan bataqlıq Oxrid şəhəri yaxınlığındakı Studenchishte bataqlığıdır. Bataqlıq ərazi müxtəlif bitki və heyvan növləri üçün mühüm yaşayış yeridir. Göl mikroorqanizmlərdən tutmuş iri heyvanlara qədər dünyanın çox sayda endemik heyvan növlərinə ev sahibliyi edir. Beləki planariyalılar, süngərlər, molyuskalar, xərçəngkimilər və süngərlər arasında böyük endemizm müşahidə olunur.
Balkan yarımadasının iqlimi
Balkan yarımadası iqlimi— Balkan yarımadası tarixən dünyada insanın yaşaması üçün ideal iqlim şərtlərinə sahib olan coğrafi məkanlardan biri olmuşdur. Yarımadanın iqlim xüsusiyyətlərinə diqqət yetirəndə ; cənubdan şimala və dəniz sahilindən daxili hissələrə doğru dəyişdiyi görünməkdədir. Cənubda Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Burada qışlar mülayim və yağışlı keçərkən, yaylar isti və quraqdır. Afinada qar nadir hallarda görünür. Şimalda və daxili hissələrə doğru getdikcə iqlim sərtləşir. Dağlıq bölgələrdə sentyabr və oktyabr aylarında yağan qar iyun ayında hələdə yerdə qalır. Yunanıstanda çox vaxt yay fəsli isti, qış fəsli isə mülayim və sərin keçən Aralıq dənizi iqliminin təsiri altındadır. Sahildə və adalarda iqlim daha yumşaq olmasına baxmayaraq, dağlıq ərazilərdə və daxili hissələrdə iqlim daha sərt keçir. Yağışın miqdarı ümumilikdə aşağıdır.
Birinci Balkan müharibəsi
Birinci Balkan müharibəsi - 7 oktyabr 1912-30 may 1913-cü ildə Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başladığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri, Osmanlı dövlətinin Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir. Bu müharibə nəticəsində Osmanlı dövləti Ədirnə və Qırxlareliyə qədər olan Midye-Enez xəttinin qərbindəki bütün torpaqlarını Balkan dövlətlərinə buraxmağa məcbur qalmışdır. == Müharibənin başlanması == 8 oktyabr 1912-ci ildə Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyadan ibarət "Balkan ittifaqı" Osmanlı imperiyasına müharibə elan etdi. Beləliklə, tarixdə Birinci Balkan müharibəsi (8 oktyabr 1912-ci il - 30 may 1913-cü il) adlandırılan müharibə başlandı. Müharibənin baaşlamasının səbəbi Bolqarıstan, Serbiya, Yunanıstan və Çernoqoriyanın öz ərazilərini genişləndirməyə can atmaları olmuşdur. == Müharibənin gedişatı == Müharibənin birinci mərhələsi (oktyabr-dekabr 1912-ci il) Balkan ittifaqı qoşunlarının hücumları ilə səciyyələnirdi. Müharibəyə hazır olmayan Osmanlı qoşunları elə ilk günlərdən Frakiyanı tərk edərək Çatalcaya doğru geri çəkilmək məcburiyyətində qaldı. Serblər Kimovoda, yunanlar isə Salonikdə türkləri məğlub etdilər. Müvəqqəti barışıq zamanı Osmanlı, Serbiya və Bolqarıstan hərbi əməliyyatları dayandırsalar da, Yunanıstan və Çernoqoriya müharibəni davam etdirirdilər.
İkinci Balkan müharibəsi
İkinci Balkan müharibəsi (Rumınca: Al doilea război balcanic, Serbcə: Други балкански рат, Drugi balkanski rat, Yunanca: Δεύτερος Βαλκανικός Πόλεμος, Devteros Valkanikós Pólemos, Bolqarca: Междусъюзническата война, Mezhdusayuznicheskata voyna) I Balkan müharibəsinə qatılan dövlətlərin, Yunanıstan, Bolqarıstan, Monteneqro, Albaniya, Serbiya, Osmanlı imperatorluğu və sonradan qatılan Rumıniyanın arasında baş verən müharibədir. Bu müharibə nəticəsində, Osmanlı İmperiyası əvvəl itirdiyi Ədirnə və Kırklarelini azad etmişdir. London konfransının hökmləri qismən dəyişmişdir. Balkanlarda hökmranlığa çalışan Avstriya-Macarıstan və Almaniya tərəfindən təhrik edilən Bolqarıstan 1913-cü ildə Serbiya və Yunanıstana qarşı qoşun çıxartdı. Çernoqoriya və Rumıniya Serbiyanın və Yunanıstanın köməyinə gəldilər. Osmanlı imperiyası da Bolqarıstana qarşı çıxdı. 1913-cü il 30 iyunda başlanan İkinci Balkan müharibəsi həmin il 19 avqustadək davam etdi. Bolqarıstan ağır məğlubiyyətə uğradıldı. Yaranmış fürsətdən "Gənc türklər" istifadə edərək Ədirnəni və ətrafdakı yerləri Türkiyəyə qaytardılar. Osmanlı dövləti Avropa torpaqlarının bir hissəsini itirmiş oldu.
Mərkəzi Balkan Milli Parkı
Mərkəzi Balkan Milli Parkı (bolq. Национален парк Централен Балкан) — Bolqarıstanın mərkəzində, Balkan dağları ərazisində mövcud olan qoruq zonası. Qoruq ərazisinin hündürlüyü 550 metrdən (Karlova şəhəri) 2376 metrə (Botev dağı) qədər dəyişir. Bu zirvə həmdə Balkan dağlarının ən hündür nöqtəsidir. Əsası 31 oktyabr 1991-ci ildə qoyulmuşdur. Sahəsinə görə ölkənin üçüncü böyük qoruğdur: 716,69 км² , uzunluğu — 85 км (qərbdən şərqə), orta eni 10 км. Qoruq beş vilayətin ərazisində yerləşir:Loveçski, Qabrovski, Sofia, Plovdivskiy və Starozaqorski. Park ərazisinə doqquz qoruq daxildir: Batin,Sariçina, Kozya-Stena, Steneto, Severen-Cendem, Peeşti-Skali, Sokolna, Cendema və Stara-Reka Mərkəzi Balkan — Avropanın ən böyük və dəyərli milli parklardan biridir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi parkı II kateqoriya ilə qiymətləndirib. Milli park və 8 qoruq BMT-nin xüsusi qorunan ərazilər siyahısına daxildir.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır. Balabanın adına Azərbaycan eposu sayılan "Kitabi Dədə Qorqud" dastanında eləcə də klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.
Baloban
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. == Yayılması həyat tərzi == Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). == Yaşayış yeri və həyat tərzi == Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Baksan
Baksan (şəhər) — Qafqazda şəhər.
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Kalkan
Kalkan — Türk soyadı.
Talkan
Talkan (şirniyyat) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Bakkan
Bakkan (vyet. Bắc Kạn) — Vyetnamın şimalında şəhər. birinci dərəcəli inzibati vahid, Bakkan vilayətinin inzibati mərkəzi. Şəhərin əsası 1880-ci ildə Kau çayı yaxınlığında qala kimi qoyulmuşdur. Bakkan qərbdə Tyodonq, (şimal və şimal-şərqdə Batthonq, cənub-şərq və cənub-qərbdə Tyomoy mahalları ilə həmsərhəddir. Şəhərin sahəsi 137 km2-dir.İnzibati cəhətdən 6 şəhər məhəlləsinə və 2 icmaya bölünür.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər. yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.