Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berane
Berane (mont. Беране/Berane) — Monteneqroda şəhər. Monteneqroda şəhər. Eyniadlı bələdiyyənin mərkəzidir. Əhalisi 11.776 nəfərdir.
Çəqanə
Çəqanə - kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin "Şamaxı rəqqasələri" tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Türkiyəli alim B. Ögel çoxdilli "Türk kültür tarihine giriş" kitabında musiqişünas alim Radlofa istinadən "çağanə" sözünün "çanaq" sözündən yarandığını bildirir. Azərbaycanlı musiqişünas Abbasqulu Nəcəfzadəyə görə isə, "çağa" kökündən törəyib "çağanə" sözü "çağa kimi, çağasayağı, çağa kimi çağlayan" anlamına gələ bilər. Təsadüfi deyil ki, Üzeyir Hacıbəyov çəqanəyə qohum alət olan kamançanın səsini də insan səsinə bənzədir. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.
Yeganə
Yeganə — qadınlara verilmiş bir soyad.
Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi. Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Yeganə Axundova
Yeganə Əsgər qızı Axundova (Mahmudova) (22 may 1960, Nuxa) — Azərbaycan pianoçusu, Azərbaycan Respublikasının xalq artisti. Yeganə Mahmudova 1960-cı il mayın 22-də Şəki şəhərində inşaatçı Əsgər Mahmudov və dosent Solmaz xanımın ailəsində anadan olmuşdur. 5 yaşından musiqi dərsləri almağa başlayan Yeganənin ilk müəllimi Vera Arkadiyevna Bitner olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində isə çox təcrübəli və bilikli müəllimlərdən olan Valeriya xanım Seyidovadan dərs alıb. Yeganə Axundova əla qiymətlərlə həmin musiqi məktəbini bitirir və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası adlanır – red.) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə daxil olur. Burada o, professor Nigar Usubovanın sinfinə göndərilir. Tələbəlik illərində Yeganə Mahmudova bütün sınaqlardan keçir, fərqlənmə diplomu ilə Konservatoriyanı bitirir və onu P. İ. Çaykovski adına Moskva Dövlət Filarmoniyasına təcrübəyə göndərirlər. Yeganə Mahmudova təcrübə proqramını professor Lev Naumovun sinfində keçir. Moskva təhsilini bitirəndən sonra doğma Bakıya qayıdır və konservatoriyada müəllimlik fəaliyyətinə başlayır. Y. Axundovanın həm solo, həm də duet şəklində çıxış edir.
Yeganə Mürsəlova
Yeganə Akbudak (Mürsəlova) (3 sentyabr 1981, Sumqayıt) — Azərbaycan müğənnisi. 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır. Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir.
Yeganə İsmayılova
Yeganə İsmayılova (d. 31 oktyabr 1962, Lənkəran) — filologiya üzrə elmlər doktoru, professor. Yeganə İsmayılova 31 oktyabr 1962-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cu illərdə Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil almışdır. 1979-1983-cü illərdə APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı, 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim, 1999-2005-ci illərdə «Dədə Qorqud» ETL-də elmi işçi vəzifələrində çalışmış, 2005-ci ildən bugünədək Azərbayjan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var. 1983-cü ildə APİ-nin filologiya fakültəsini bitirib. 2002-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Mövzu: ««Koroğlu» dastanında obrazlar sistemi» 2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib.
Möhsün Yeganə
Möhsün Yeganə (fars. محسن یگانه‎; 13 may 1985, Günbədkavus, Mazandaran ostanı) — iranlı müğənni və musiqiçi. O, bir çox konsertlərdə, o cümlədən Fəcr Beynəlxalq Musiqi Festivalında çıxış edib. Möhsün Yeganə 23 may 1364-cü ildə Günbədkavus şəhərində anadan olub. O , Tehran İslami Azad Universitetinin Cənubi Tehran bölməsində sənaye istehsalı ixtisası üzrə sənaye mühəndisliyi tələbəsi idi, lakin altı semestri başa vurduqdan sonra musiqi karyerası üçün təhsilini davam etdirməkdən imtina etdi. O, ailənin üçüncü və ya sonuncu övladıdır və iki böyük bacısı həkim və stomatoloqdur. İran-İraq müharibəsində həlak olan Məhəmməd Rzanın oğludur, anası isə universitet professorudur. Möhsün Yeganə musiqi karyerasına gitara ilə başlayıb.
Yeganə (ad)
Yeganə — qadınlara verilmiş bir ad.
Dünyada Yeganə (1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.
Əliyeva Yeganə (kulturoloq)
Dünyada yeganə (film, 1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.
Becarə
Becarə — Azərbaycan Respublikasının İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə İmişli rayonunun Bəcirəvan kənd inzibati ərazi vahidinin tərkibindəki Becarə qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Behance
Behance — Adobe tərəfindən qurulan layihə yayımlama platforması. Əsasən qrafik dizaynerlərin istifadə etdiyi bir sistemdir. Hazırlanmış dizaynlar bu platformada izləyicilərə təqdim olunur.
Bevene
Bevene (fr. Bévenais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38042. Kommunanın 1999-cu il üçün əhalisi 641 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 735-dən ilə 1596 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Bəqərə
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Bəğlan
Bəğlan vilayəti
Fərqanə
Fərqanə (özb. Farg'ona [Фарғона]) — Özbəkistanda şəhər. Şərqi Özbəkistanda Fərqanə vadisində yerləşir. Qırğızıstan və Tacikistan sərhədlərindədir. Əhalisi 182,800 nəfərdir (1999). 420 km qərbində Daşkənd, 75 km şərqində Əndican şəhərləri var. Böyük İskəndərin çatdığı ən son bölgə olduğu təxmin edilir. Mahmud Qaşqarlı, Türk dilinin ən əski və dəyərli sözlüklerinden Divanu Lügati't-Türkdə; "Oğuzlarla Oğuzlara uyanlara görə "kənd", Türklərin böyük bir qisminə görə "şəhər" deməkdir. Bundan alınaraq "Fərqanə" qəsəbəsinə "Özkənd" adı verilmişdir, "kəndimizin şəhəri" deməkdir." və burada "الا Ala" "Fərqanəyə yaxın bir yaylaq adı." Ala adında bir yayla olduğunundan söz eder. Bejshu'nun Çinə Kronik üçüncü bölümündə (VII. yüz il başlarında) Fərqanə, Boxan adı ilə tanınır.
Məqalə
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Məğağə
Məğağə (ərəb. مغاغة‎) — Misirin əl-Minya mühafəzəsində yerləşən şəhər.
Rəqsanə
Rəqsanə (Rəqsanə İsmayıl qızı İsmayılova; 25 may 1979, Qasım İsmayılov) — Azərbaycan müğənnisi. Rəqsanə İsmayıl qızı İsmayılova 25 may 1979-cu ildə Goranboyda doğulmuşdur. Rəqsanə İsmayılova 2013-cü ildə Rusiya universitetlərinin birinin hüquq fakültəsinə daxil olmuşdur. Rəqsanənin Aysun və Yağmur adlı iki qızı var. 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rəqsanənin Üzeyir Mehdizadə ilə birgə ifa etdiyi "Dəli balam" duet mahnısı da yer alıb.
Zegani
Məqamə
Məqamə (ərəb. مقامة, cəmdə: مقامات (məqamat), hərfi mənada "məclislər") — "saj" kimi tanınan ərəb qafiyəli nəsrin şeir intervalları ilə növbələşdiyi ərəb prozimetrik ədəbi janrdır. XIII–XIV əsrlərə aid məqamatın yalnız on bir təsvirli variantı günümüzə qədər gəlib çatmışdır. Onlardan dördü hazırda Londondakı Britaniya Kitabxanasında, üçü isə Parisdə Fransa Milli Kitabxanasındadır. Bir nüsxəsi aşağıdakı kitabxanalardadır: Oksforddakı Bodleian Kitabxanası, İstanbuldakı Süleymaniyyə Kitabxanası, Vyanadakı Avstriya Milli Kitabxanası və Sankt-Peterburqdakı Rusiya Elmlər Akademiyası. Məqamatların bu əlyazmaları, ehtimal ki, Bağdad, Qahirə və Şam kimi şəhərlərdə ixtisaslaşmış kitab bazarları üçün yaradılmış və təsvir edilmişdir, heç bir xüsusi himayədar üçün deyil. Bu əlyazmaların auditoriyasını zadəganlar və ya alimlər kimi elit və savadlı təbəqələr təşkil edirdi, çünki məqamat əsasən əlyazma illüstrasiyalarından daha çox incə poeziyası və dil seçimi ilə təqdir edilir və qiymətləndirilirdi. Əl-Həririnin Məqamatı, həmçinin Şeferin Məqamatı adlanır, əl-Vasiti tərəfindən təsvir edilmişdir və ən çox illüstrasiyanı ehtiva edir və eyni zamanda alimlər tərəfindən ən çox öyrənilmişdir. Bu sözün janr etiketi kimi istifadəsinin mənşəyi müzakirə olunur. Məqamə sözünün mənası "adamın dik durduğu yer" və buna görə də hər an olduğu yerdən gəlir.
Beqmen
Beqmen (ing. bagman, hərf. çuval adamı) — müxtəlif ölkələrdə fərqli mənalara malik olan termin. Təriflərin bir qrupu səyahət ideyasına əsaslanır. İngilis dilində "bagman" 1808-ci ildən məlum olan səyyar satıcı üçün termindir. Avstraliyada bu, avara və ya evsiz adam mənasını verə bilər. Bununla belə, bir çox başqa təriflər pul ətrafında cəmlənir. Siyasi fandreyzinqdə, ianə toplamaqda və ya başqa bir şəkildə siyasi kampaniyanın maliyyə tərəfində iştirak edən şəxslərə beqmen adı verilə bilər. Bu, terminin mənasının genişləyərək dövlət məmurları üçün rüşvət istəyənləri əhatə etməsinə səbəb olmuşdur. Mütəşəkkil cinayətkarlıqda bir beqmen mühafizə raketləri və ya nömrələr oyununda iştirak edə bilər. O, pulu toplayır və ya paylayır.
Zeqani
Zeqan -(gürc. ზეგანი) keçmiş Xabiuk, 3 sentyabr 1948-ci ildə adı dəyişdirilib ) — Abxaziya Muxtar Respublikasında, Suxumi Bələdiyyəsinin ( Əmək İcması ), Abxaziyanın ətəklərində kənd . Dəniz səviyyəsindən 280 m yüksəklikdə , Suxumidən 12 km. 2008 -ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir ენციკლოპედია „საქართველო“, ტ. 3, თბ., 2014. — გვ. 329.
Baqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. == Tarixi == Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Bezne
Bezne (fr. Bézenet, {{dil-oc|Besenet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 587 nəfər (15-64 yaş arasında) 382 nəfər iqtisadi cəhətdən fəal, 205 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,1%, 1999-cu ildə bu göstərici 59.0% idi). İşləyən 382 nəfərdən 337 nəfərdən (194 kişi və 143 qadın), 45 nəfər işsizdir (17 kişi və 28 qadın). 205 hərəkətsiz 24 nəfər arasında şagird və ya tələbə, 76 nəfər təqaüdçü, 105 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.