Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Bəhrəm İlyasov
Bəhrəm Əliyev
Bəhrəm Əliyev (meliorator) — meliorator. Bəhram Əliyev (solist) — solist. Bəhram Əliyev (riyaziyyatçı) — riyaziyyatçı.
Bəhrəm Əliyev (meliorator)
Əliyev Bəhram Hüseyn oğlu — Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Görkəmli Meliorator Alim, Texnika Elmləri doktoru, professor. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini (2005–2013); Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun Direktoru. == Həyatı == Bəhram Əliyev 2 sentyabr 1955-ci ildə Ermənistan SSR-nin Zəngibasar rayonunda anadan olmuşdur. 1973-cü ildə öz əmək və elmi fəaliyyətinə "VODQEO"-nun Bakı filialında laborant vəzifəsində başlamışdır. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun hidromeliorasiya fakültəsinin "mühəndis — hidrotexnik" ixtisası üzrə tam kursu bitirmişdir. Ailəlidir, iki övladı var. == Mükafatları == 2003-cü ildə "İlin ixtiraçı mühəndisi" adına layiq görülmüşdür. 2004-cü ildə BMT-nin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində FAO təşkilatı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış memoranduma əsasən ərzaq təhlükəsizliyi layihəsi həyata keçirilmiş və FAO–nun yüksək medalı ilə təltif edilmişdir. 2005-ci ildə suya qənaət edən suvarma texnika və texnologiyalarının genişmiqyaslı tətbiqinin həyata keçirilməsində birbaşa rəhbərliyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşdur. == Elmi fəaliyyəti == 1988-ci ildə Novoçerkask şəhərində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək "Meliorasiya və suvarma əkinçiliyi" ixtisası üzrə texnika elmləri namizədi dərəcəsi almışdır.
Barrem
Barrem (fr. Barrême) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 481 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 298 nəfər (15-64 yaş arasında) arasında 216 nəfər iqtisadi cəhətdən, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.8%). Fəal 216 nəfərdən 185 nəfəri (103 kişi və 82 qadın), 31 nəfəri işsizdir (11 kişi və 20 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Bergen
Bergen (norv. Bergen) — Norveçin ikinçi böyük şəhəri, Hordaland fülkesinin mərkəzi və Qərbi Norveçfülkesinin ən böyük şəhəri. Şəhər ölkənin qərbində, Şimali dənizinin sahilində yerləşir. 1299-cu ilə qədər Norveçin paytaxtı olub, 1830-cu ilə ilə kimi Norveçin ən böyük şəhəri hesab edilirdi. Bu günlərdə Bergen — böyük liman şəhəridir, bundan başqa şəhərdə Bergen Universiteti fəaliyyət göstərir. Orta əsr Brüggen (Bergen) sahili UNESCO Ümumdünya irsinə daxil edilib.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Beyrək
Bamsı Beyrək — Kitabi Dədə Qorqudda əsas personaj. Beyrək Fezullayev — Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsi şəhidi. Beyrək (Ərdəbil) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd.
Bəckəm
Bəckəm (v. 21 aprel 941) — X əsrdə Abbasilər zamanı xidmət etmiş türk mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Əbülhüseyn Bəckəm Təbəristandakı Ələvi hökmdarlarının sərkərdələrindən Makan bin Kakinin xidmətində muzdlu əsgər ikən seçilmiş və daha sonra Ziyari əmiri Mərdavic bin Ziyarın məiyətinə daxil olmuşdur. Mərdavicin türklərdən ibarət əsgəri birliklərinə qarşı pis davranmasına görə bunlar Bəckəmin idarəsində üsyan edərək hicri 323-cü (935-ci) ildə onu öldürdülər. Bu üsyandan sonra artıq Təbəristanda qala bilməyən Bəckəm yanındakə türklərlə birlikdə Abbasi xəlifəsinin ordusuna girmək məqsədiylə Bağdada hərəkət etdi. Fəqət xəlifənin mühafizəçiləri onların Bağdada girməsinə əngəl oldular. Buna görə Vasit və Bəsrə valisi İbn Raik bunları əsgəri birlikləri arasına aldı və Bəckəmi türklər və deyləmlilərdən ibarət qüvvəli bir ordunun sərkərdəliyinə təyin etdi. Bu səbəblə ona Bəckəm ər-Raiki deyilirdi. İbn Raik hicri 324-cü sonlarında (noyabr 936) xəlifə Radi-Billah tərəfindən əmirülüməralığa təyin edildikdən sonra Bəckəm, xəlifənin nizam-intizamsız mühafizəçiləri və Əhvaz valisi Əbu Abdullah əl-Bəridiyə qarşı mübarizəsində onun başyardımçısı oldu və bu uğurları səbəbiylə sahibüşşurtalığa və eyni zamanda şərq əyalətləri valiliyinə təyin edildi (fevral 937). Əbülhüseyn Bəckəm İbn Raiki məğlub edərək Bəsrəyə girmiş olan Bəridini qüvvələrinin sayıca az olmasına baxmayaraq məğlub etməsi Bəckəmə böyük bir etibar qazandırdı.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Bəqərə
Bəqərə surəsi (ərəb. سورة البقرة‎ (oxunuşu: surətul-bəqarəh) - inək surəsi) - Quranın 2-ci surəsi. Mədinədə nazil olmuşdur, 286 ayədir. Bəqərə surəsi Quranın ayə baxımından ən böyük surəsidir. Surənin ayələrinin çoxu Mədinədə nazil olub. == Adın mənbəyi == Surənin 67-71 ayələri == Surənin içindəkilər == Tövhid, Allahın yaratdığı dünyanın sirlərinə baxmaqla tanımaq. Ölum və məad, İbrahimin quşları öldurməyi və Allahın onları diriltməyi. Quranın önəmi, və onu tanımaq. Adəm və Həvvanın hekayəsi və onların tövbələri. Ayətül-kürsi (255-257-ci ayələr) bu surədədir.
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Nehrəm
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir. Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir. Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı. Münəvvər Məmmədquluzadə İbrahim İbrahimov (iş adamı) Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Vəqram
Vəqram – XIV əsrin sonu – XV əsrin əvvəllərində Yuxarı Xaçın hakimi. Atası III Həsən və qardaşlarının Əmir Teymura qarşı döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdi. Vəqram haqqında 1411-ci ilə aid əlyazmada məlumat saxlanmışdır. Vəqarmla birgə böyük qardaşı Qriqor, qardaşının oğlanları Seyti (qardaşı Şanşahın oğlu) və Dursun (qardaşı Ağbuğanın oğlu) da ölkənin idarə olunmasında iştirak etmişdir. Lakin əsas idarəedici fiqurun Vəqram olduğu düşünülür.
Beqmen
Beqmen (ing. bagman, hərf. çuval adamı) — müxtəlif ölkələrdə fərqli mənalara malik olan termin. Təriflərin bir qrupu səyahət ideyasına əsaslanır. İngilis dilində "bagman" 1808-ci ildən məlum olan səyyar satıcı üçün termindir. Avstraliyada bu, avara və ya evsiz adam mənasını verə bilər. Bununla belə, bir çox başqa təriflər pul ətrafında cəmlənir. Siyasi fandreyzinqdə, ianə toplamaqda və ya başqa bir şəkildə siyasi kampaniyanın maliyyə tərəfində iştirak edən şəxslərə beqmen adı verilə bilər. Bu, terminin mənasının genişləyərək dövlət məmurları üçün rüşvət istəyənləri əhatə etməsinə səbəb olmuşdur. Mütəşəkkil cinayətkarlıqda bir beqmen mühafizə raketləri və ya nömrələr oyununda iştirak edə bilər. O, pulu toplayır və ya paylayır.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Çeqem
Çeqem (şəhər)