Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belıe Kuçuqurı
Belıe Kuçuqurı — dil Ukraynanın Xerson vilayəti, Qolopristan rayonu ərazisində yerləşir. == Coğrafiyası == Dilin uzunluğu 6 km, sahil xəttində hündürlük isə 40 sm-dir. Dilin daxilinə doğru topaq yol gedir. Yaşayış məntəqəsi yoxdur. Şimalında qumluqlar və qamışlıqlar, cənubunda isə şoranlıq və quruyan göllər mövcuddur. Dil Qaradəniz biosfer qoruğu ərazisinə daxildir. == Mənbə == Топографическая карта. Лист: L-36–064. Издание 1979 года.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Adam stili
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Tyudor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Tüdor stili
Tüdor stili — York sülaləsi əvəz edən Tüdorlar İngiltərəni 1485–1603-cü illərdə idarə edib. Bu dövrdə meydana gələn memarlıq stili, binaların təsvirini əsaslı şəkildə dəyişərək yeni səviyyəyə gətirdi. Bu stildə tikilmiş bəzi evlər, dövrümüzə qədər gəlib çatmışdır. Tüdor stili üçün xarakterik cəhətlər — qara tirlər və ağ divar panelləridir. Bu, memarların seçimi deyildi, hər şeyi inşaatçıların seçdiyi materiallar müəyyən edirdi. XV–XVI əsrlərdə bütün İngiltərə meşə ilə əhatə olunmuşdu, buna görə də ağac, həmçinin gil tapmaq çətin deyildi. Alternativ olaraq bəzi evlərdə kərpicdən istifadə edirdilər, lakin binanın həndəsi quruluşunu müəyyən edən tirlər yenə də qalırdı. Sauthemptonda yerləşən Tüdorlar memarlıq muzeyi bu stilin səciyyəvi əlamətlərini nümayiş etdirir: yuxarı mərtəbələr aşağı mərtəbənin sərhədindən kənara çıxır, pəncərə və qapı girişləri yastı tağlarla bəzədilib. Nisbətən sadə fasad, interyerin detalları ilə kontrastdadır. XIX əsrin sonlarında Tüdorlar öz intibah dövrünü yaşadılar.
Viktorian stili
Viktorian stili — kraliça Viktoriyanın (1837–1901) şərəfinə adlandırılsa da, həmin dövrdə kraliça Anna stili, kral Yakov stili, italyan və neoqotika stilləri yayılmışdı. Bunlardan başqa, memarlar materiallarla eksperimentlər edərək, müxtəlif stillərin elementlərini qarışdırırdılar – məsələn, dik tyudor damları ilə qotik oxvari tağlar. Viktorian stili Avstraliya istisna olmamaqla, bütün Britaniya imperiyasında geniş yayılmışdı. 1885-ci ildə memar Harri Kent, Çarlz B. Feyrfaks üçün, hazırda Sidneydə tarixi abidə sayılan Kaerleon evini layihələndirdi. 45 dərəcə bucaqlıq dam, erker kimi detallar və daş astarlı qırmızı kərpic divarları, vitraj şüşələr və verandanın XIX əsrin ikinci yarısında Avstraliyada yayılmış kraliça Anna stilinə işarə edən çuqun dayaqları tamamlayır. Viktorian stilini yerli xüsusiyyətlərlə adaptasiya etmək asan idi. Bu stilin dəyişkən elementləri var idi və o, müxtəlif miqyaslı və müxtəlif tipli binaların layihəsi üçün uyğun idi. Memarların əvvəlki stillərin konstruktiv məhdudiyyətlərindən yan keçmələri ictimaiyyətin o qədər xoşuna gəldi ki, viktorian dizaynı demək olar ki, universal oldu. San Fransiskoda XIX əsrin ortalarında və ikinci yarısında tikilən viktorian evləri buna nümunə ola bilər. Britaniyalı memarlar, bir qayda olaraq, qırmızı kərpic və ağ daş astardan istifadə etmişdilərsə, onların amerikan kolleqaları bəzi detalları ağ rənglə ayırdılar və onların aralarındakı panelləri müxtəlif rənglərlə boyadılar.
Stivi Niks
Stefani Linn Niks (ing. Stephanie Lynn Nicks 26 may 1948, Finiks) — ABŞ müğənnisi, bəstəkar və prodüser. O, daha çox Fleetwood Mac qrupundakı fəaliyyəti və solo ifaları ilə tanınır. O karyerasına keçmiş sevgilisi və duet yoldaşı Lindsi Bukinqam ilə başlamışdır. Onların birgə yazdığı "Buckingham Nicks" albomu işıq üzü görür, lakin bu, o qədər də uğurlu olmur. Daha sonra, Niks 1975-ci ildə Fleetwood Mac qrupuna qoşulur. Bu müddətdə o, qrupun formalaşması üçün bir sıra işlər görür. Hətta, qrupun Niks ilə birgə yazdığı "Rumours" adlı albomu ABŞ-da 20× platin sertifikatı alaraq dünya üzrə ən çox satılan albomlardan biri olmuşdur. 1981-ci ildə, Fleetwood Mac qrupunun üzvü olaraq qalan Niks solo karyerasına başlamış və Billboard 200-də birinci yerdə olan "Bella Donna" studiya albomunu yayımlayır. O, Fleetwood Mac qrupu ilə səkkiz studiya solo albomu və yeddi studiya albomu buraxmış və təkcə ABŞ-da təsdiqlənmiş cəmi 65 milyon nüsxə satmışdır.
Beliz bayrağı
Beliz bayrağı — Belizin Dövlət bayrağı. Ölkə bayraqları arasında üzərində insan rəsmi olan və 12 fərqli rəngin olduğu yeganə bayraqdır. Bayrağın ortasında Belizin gerbi göstərilib. Gerbin sol tərəfindəki adam yerli xalqı, sağ tərəfindəki adam isə Afrikalıları təmsil edir.
Beliz dolları
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Beliz valyutası
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Belle (kanton)
Belle (fr. Belley) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Belle dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 17 048 nəfər təşkil edirdi. Kodu — 0104. Belle kantonuna 24 kommun daxildir və bunlardan əsas Belle kommunası hesab edilir. == Kantonun kommunları == Virinyen — əhalisi 725 nəf. Sen-Jermen-le-Paruas — əhalisi 357 nəf. Sen-Şan — əhalisi 137 nəf.
Belle (rayon)
Belle (fr. Belley) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — En. Suprefektura — Belle. Rayon əhalisi 2006-cı ildə 88745 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 68 nəf / km². Rayon ərazisi — 1307 km².
Bəldə nahiyəsi
Bəldə mahalı — XIV əsr-XIX əsrlərdə inzibati nahiyə. Urmiyana tabe olmuş mahal. 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Urmiya livasının nahiyəsi. Bəldə nahiyəsi Urmiya bölgəsində 1727-ci ilə aid Osmanlı təhrir dəftərində qeydə alınmış Oğuz-Türkmən tayfaları: Abdulməlik (23 ailə; 1 subay); Yaşadığı kəndlər: Taşməzək. Hacı Pirlü (18 ailə; 1 subay); Yaşadığı kəndlər: Dəbnaabad-Topcıkadı. Iğdırlu (7 ailə; 1 subay); Yaşadığı kəndlər: Hanqan. Qarakösəlü (11 ailə; 4 subay); Yaşadığı kəndlər: Həmid Xəlilan. Qasımlu — Avşar (140 ailə; 23 subay); Yaşadığı kəndlər: Beşnikən-Qaraağac-Qaraağıl-Sarı Alan-Asbestan (Bəldə)-Dizəctəkbə-Tumir-Tülkiyan-Nazı-Bena-cık-Zevik-Balanç-Dərinabad-Baya-Türkmanlar-Bilinəcik (Sahraabad). Köpəklü — Avşar (16 ailə; 5 subay); Yaşadığı kəndlər: Aydınlu. Kürklü (16 ailə; 4 subay); Yaşadığı kəndlər: Şeyxkəndi.
Bəlil (Ərdəbil)
Bəlil (fars. بليل‎) — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 3 km. cənubda, Xalxal-Miyanə avtomobil yolunun üstündədir.
David Belle
Brok Belle
Brok Belle (29 aprel 1982, Orinc qraflığı, Kaliforniya) — amerikalı pornoaktyor.
Elie Kartan
Elie Kartan (fr. Élie Joseph Cartan; 9 aprel 1869[…], Dolomyo, İzer (departament), Fransa – 6 may 1951[…], Paris, Sena[d], Fransa) — fransız riyaziyyatçısı. Bir fransız riyaziyatçısı olan Elie Kartan, 1869-cu ildə Dolomiyada anadan olmuşdur. 1912-ci ildə SorbonUniversitetində professor olmuşdur. 1924–1940-cı illərdə ali həndəsədən dərslər vermişdir. İşlərinin çoxu qruplar nəzəriyyəsinin analizi sahəsindədir. Arasıkəsilməz və sonsuz qrupların daxili ilə əlaqədar nəzəriyyəni və yeni dünyaların varlığı ilə əlaqədar ümumiləşdirmələr və kainat nəzəriyəsini hazırlamışdır. 1922-ci ildə ortaya çıxartdığı,heç əyri olmayan tamamilə paralel bir kainat anlayışı ən məşhur kəşflərdən sayılır.
Moris Beli
Moris Beli (fr. Maurice Beeli; 21 oktyabr 1879 – 17 mart 1957) — Belçika botaniki. Moris Beli mikologiya üzrə ixtisaslaşmışdır. Agaricus beelii Heinem., 1956 Favolus beelii Hendr., 1948 [syn. Polyporus melanopus (Pers.) Fr., 1821] Leucocoprinus beelianus Heinem., 1977 Marasmius beelianus Şablon:Singer, 1964 Sorosporium beelii Zundel, 1938 Tylopilus beelii Heinem. & Gooss.-Font., 1951 Fraiture, A. Quelques grandes figures de la mycologie belge (неопр.) // Revue du Cercle de Mycologie de Bruxelles. — 2006. — Т. 6. — С. 17—40.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.