1. Bolluq, məhsuldarlıq.
[Əmioğlu:] Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır.
[Nizami:] Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur.
□ Bərəkət tapmaq, bərəkət artmaq – bollaşmaq, çoxalmaq; qiymətə minmək.
Veylabadda hər bir şey danışılırdı, … çoxlu ocaqlar (pirlər) zühur etmişdi, … birdən-birə mollaların pulları bərəkət tapmışdı.
Bərəkəti qaçmaq – azalmaq, tükənmək, qiymətdən düşmək.
2. Səmərə, fayda, xeyir, artım. Bərəkət ondur, onu da düzlük. ( Ata. sözü ).
3. Çıx.
halında: bərəkətindən – üzündən, nəticəsində, sayəsində.
[Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq.
4. Nida mənasında.
…Qış fəsli nə qədər gözəl olsa da, yenə bahar fəslinə bərəkət!