GOLDEN-DAISY
GOLDFISH
OBASTAN VİKİ
Golden Eagle Tiandi Tower A
Golden Eagle Tiandi Tower A — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 368 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
Golden Eagle Tiandi Tower B
Golden Eagle Tiandi Tower B — Çinin Cianqsu vilayətinin Nankin şəhərində yerləşən göydələndir. Göydələnin hündürlüyü 328 m-ə bərabərdir. Binanın tikintisinəə 2013-ci ildə başlanılıb və 2018-cı ildə başa çatacağı gözlənilir.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Desert Eagle
Desert Eagle (azərb. Səhra Qartalı‎) — Böyük kalibrli özüdolan tapança. 1983-ci ildə ABŞ-də Magnum Research şirkəti və İsraildə Israel Military Industries şirkəti tərəfindən yaradılıb. Desert Eagle bir çox video, oyun, filmlər və televiziya tamaşalarında yer alıb. == Mənbə == ↑U.S. Patent 4619184 (İngiliscə) ↑ 1 2 3 4 5 6 Magnum Research, Inc.
Golden Billion
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Golden Boy
Qızıl oğlan — idman yazarları tərəfindən Avropadakı gənc oyunçulara verilən bir mükafatdır. 2003-cü ildə italyan idman qəzeti Tuttosport tərəfindən qurulmuşdur. Mükafata namizəd olan futbolçular 21 yaşın altında və Avropada yüksək səviyyəli klublarda oynamaq məcburiyyətindədir. == Seçim == Bu mükafat 2003-cü ildən italyan idman qəzeti olan Tuttosport tərəfindən mükafatçılara verilir. Seçimlərdə səsvermə hüququna Bild (Almaniya), Blick (İsveçrə), A Bola (Portuqaliya), l'Équipe (Fransa), France Football (Fransa), Marca (İspaniya), El Mundo Deportivo (İspaniya), Ta Nea (Yunanıstan), Sport Express (Rusiya), De Telegraaf (Hollandiya), and The Times (Böyük Britaniya) qəzetləri malikdir.
Golden Foot
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər.Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Colt Double Eagle
Colt Double Eagle - ABŞ istehsalı olan özüdolan tapanca. Colts şirkəti tərəfindən 1989-1997- ci illərdə istehsal edilirdi. Silah tam olaraq standart vəziyyətdə eləcə də kompakt halda və bir neçə kalibrdə mövcud idi. Double Eagle tapancası M1911-in bazasında konstruksiya edilmişdir. Tapancanın maqazini M1911 ilə eyni idi (7 gülləli).
Golden Gate körpüsü
Qolden Qeyt körpüsü (ing. Golden Gate Bridge) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatındakı, San-Fransisko körfəzinin girişində, Qolden Qeyt boğazı üzərində yerləşən körpü. Qolden Qeyt körpüsünün inşasına 1933-cü ilin 5 yanvar tarixində başlanılmışdır. Köprü asma formasında olub, polad metalından hazırlanmışdır. Köprü hal-hazırda dünyanın ən uzun yeddinci asma körpüsü hesab olunur. Köprünün uzunluğu 2.73 km, polad dirəklər arasındakı məsafə isə 1.28 km'dir. Qolden Qeyt körpüsü su səviyyəsindən 235 metr yüksəklikdə yerləşir və nəqiliyyat vasitələrinin istifadəsi üçün nəzərdə tutulan 6 zolaqlı yola malikdir. Körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir. == Körpünün inşası == Körfəzdə körpünün tikilməsi fikri XIX əsrin ortalarında mövcud idi. Ançaq həmin dövrdə kiçik tutumlu gəmilərlə körfəz sahilləri arasında səfərlər həyata keçirilirdi və belə bahalı bir layihənin icrası real görünmürdü.
Golden State Warriors
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu. 1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015-16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır. == Tarixi == === 1946–1962: Filadelfiya Uorriorz === Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946-47 mövsümündə "Çikaqo Stags"i 4-1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947-48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4-2 məğlub oldular. İkinci çempionluğu isə 1955-1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4-1 hesabı ilə qalib gəldilər.
Uncharted: Golden Abyss
Uncharted: Golden Abyss, döyüş-macəra platforma videooyunu, Uncharted seriyasının dördüncü oyunu. PlayStation Vita üçün satışa çıxarılan ilk portativ videooyunudur. Naughty Dog nəzarəti ilə SIE Bend Studio tərəfindən hazırlandı etdirildi. Oyun Yaponiyada 2011-ci ilin Dekabrın 17-də satışa çıxarıldı. 2012-ci ilin 14 Fevralında Şimali Amerikada, 22 Fevralında Avropada, 23 Fevralında Avstraliyada bazara sürüldü. == Endiriləbilən Məzmun == "Xəzinə xəritəsi" endiriləbilən məzmunu (EBM), oyunçuların toplanabilən əşyaları asanlıqla tapmaqları üçün hər bir hissəyə xəzinə xəritəsi əlavə edir. == Musiqisi == Uncharted: Golden Abyss-un musiqiləri Sony PlayStation'nın Klint Bayakyan tərəfindən bəstələndi və Neşvil'dəki Ocean Way Studios'da tam orkestr ilə yazılan ilk böyük videooyunu bəstəsi idi. == Mükafatlar == Uncharted: Golden Abyss ilk mükafatını satışa çıxarılmadan əvvəl Gamescom 2011-ci ildə Ən Yaxşı Mobil Oyun adlı mükafatı aldı. Həmçinin Computec Games Award'da Ən Çox Axtarılan Mobil Oyun olaraq adlandırılmışdır.
Golden Axe (video oyun)
Golden Axe - "Sega" oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Videooyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. == Hekayə == Oyun "Death Adder" (azərb. Ölüm gürzəsi‎) adlı zalım diktatordan intiqam almağa and içən 3 döyüşçü personajından biri seçilərək oynanılır. "Death Adder" sülh ölkəsi Yuriya ölkəsini (uydurulmuş Konan personajının yaşadığı orta əsrlər ölkəsi) işğal etmişdir. Həmçinin, Yuriya ölkəsinin kralı və kralın qızı əsir götürülərək, qəsrdə saxlanılır. "Death Adder" Yuriya ölkəsinin rəmzi sayılan "Qızıl balta" simvolunu (ing. Golden Axe) götürərək, kralı simvolu məhv etmək ilə hədələyir. Əgər insanlar ölkədə onun hakimiyyətini tanısalar, onda simvol məhv olmayacaqdır.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
McDonnell Douglas F-15 Eagle
F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle) — ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır. 1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur. F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir. ABŞ-la yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir. 2017-ci ilə olan məlumata əsasən bu döyüş təyyarəsinin müxtəlif variantlarının istehsalı 2022-ci ilə qədər davam edəcək. == Yaradılma tarixi == 1960-cı illərin sonlarında ABŞ Hərbi Hava Qüvvələri tərəfindən aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər.
Golden Boy (Nadav Qedj mahnısı)
Golden Boy (azərb. Qızıl oğlan‎) — İsrailin 2015 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Nadav Qedj "Golden Boy" mahnısı ilə İsraili Avstriyanın paytaxtı Vyanada keçirilən Avroviziya 2017-də təmsil etmişdir. İsrailin milli musiqi ritmlərinin də istifadə olunduğu mahnı İsrailli bəstəkar Doron Medali tərəfindən yazılmışdır. Mahnı ilk dəfə 2017-ci ilin 12 mart tarixində dinləyicilərə təqdim edilmişdir. Yunanıstan müğənnisi Eleni Fureyra mahnının "Sto theo me paei" adlı yunan dilində səslənən versiyasını ifa etmişdir.
The Golden Age of Grotesque
The Golden Age of Grotesque — Amerika rok qrupu Merilin Mensonun 2003-cü ildə buraxılmış beşinci studiya albomudur.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
карбона́тность обсме́иваться плести́ тури́ца юсти́ция ...воло́сый антропофа́г марширова́ть попасть на зубо́к разма́шистый самовы́воз честолюби́вый информация немка понеже рубанок falcate gene pool judgement manche stepsister suppression разнести розовощёкий самовосхваление