Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birsk
Börü (başqurdca: Börö, rus.
Birsk rayonu
Birsk rayonu (başq. Бөрө районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Birsk şəhəridir. == Coğrafi yerləşməsi == Rayonun ərazisi 1717 km² təşkil edir. Rayon Ağidel çayının aşağı axarında yerləşir. Ərazisi elə də quru olmayan aqroiqlim, Şimal meşə çol zonasına daxildir. Birsk rayonunun Ağıdel çayı sahili hövzəsində meşə-çol zonası yayılmışdır. Bu bölgənin torpaq örtüyünün 25-57 % boz meşə torpaqlarıdır. Ərazinin karst məşhəlli ərazilərində palıd, cökə, ağcaqayın, fındıq, qarağac kimi ağalar geniş ərazini əhatə edir. Meşə kənarı, hündür çöl zonasında qara torpaq geniş yayılmışdır. Ağıdel çayının eni 10–20 km olan vadisi boyu ərazilər rayonun digər ərazilərindən fərqlənir.
Birun (Miyanə)
Birun (fars. بيرون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə).
Okan Buruk
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d], Ruqalann[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Bruk Kendi
Bruk Dayen Kendi (ing. Brooke Dyan Candy; 20 iyul 1989, Oksnard[d], Kaliforniya) — ABŞ repçisi, müğənnisi və bəstəkar.
Bruk Teylor
Bruk Teylor (ing. Brook Taylor; d.18.8.1685, Edmonton — v.29.12.1731, London) — ingilis riyaziyyatçısı. == Bioqrafiya == Teylor 1685-ci il avqustun 18-də Edmonton şəhərində anadan olub və 1701-ci ildə Müqəddəs İohan kollecinə daxil olub, 1709-cu ildə bakalavr dərəcəsi aldı və 1714-cü ildə hüquq doktoru oldu. London Kral Cəmiyyətinin üzvü (1712), funksiyanı qüvvət sırasına ayırmaq üçün ümumi düstur vermiş, simin rəqsinə dair məsələnin riyazi öyrənilməsinin başlanğıcını qoymuşdur. Sonlu fərqlər nəzəriyyəsinin öyrənilməsində böyük rolu olmuşdur. Teylor perspektiv, yırğalanma mərkəzi, mərminin uçuşu, maqitlərin qarşılıqlı təsiri, kapillyarlıq və s. sahələrdə də əsərlər yazmışdır. == Xatirəsi == 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Teylorun adına ayın görünən tərəfində krateri adlandırıb.
Bruk dukeri
Bruk dukeri (lat. Cephalophus brookei) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Elli Bruk
Ellison Bruk Hernandes (ing. Allyson Brooke Hernandez; 7 iyul 1993, San Antonio) — ABŞ müğənnisi.
Bruk Heyven
Bruk Heyven (25 noyabr 1979, Sonora[d], Kaliforniya) — amerikalı pornoaktrisa.
Akışına Bırak (albom)
Akışına Bırak – Mustafa Sandal-ın 2000-ci ildə çıxardığı 5-ci albomudur. == Mahnı haqqında == "Akışına Bırak"albomu Türkiyəyə məxsus "Prestij Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Albomun ilk mahnısı olan "Tek Geçerim" mahnısı hit-paradlarda böyük uğur qazanmışdır. Albomun ikinci mahnısı olan "Hatırla Beni" mahnısını Mustafa Sandal və Yunan ifaçısı Natalia ifa etmişdir.
Nərgiz Birk-Petersen
Nərgiz Birk-Petersen (dan. Narguiz Birk-Petersen; 27 oktyabr 1976, Bakı) — azərbaycanlı hüquqşünas və aparıcı. Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) 1976-cı ildə Bakıda doğulub. 16 yaşında Xəzər Universitetində təhsil alarkən universitet kanalında ingiliscə yayımlanan xəbər proqramında müxbir kimi fəaliyyət göstərib. Sonra hüquq təhsili almaq üçün ABŞ-yə gedib. Burada hüquq təhsili almaqla yanaşı model kimi çalışıb. Universitetdə təhsilini başa vurduqdan sonra Rusiya və ABŞ-də vəkillik edib. Azərbaycanca, danimarkca, ingiliscə və rusca danışa bilən Birk-Petersen Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. 2020 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlər sırasında olan Bakının bu təbdirlə bağlı təşkilat komitəsinin üzvüdür. Anası Məleykə Abbaszadə DİM-in Direktorlar Şurasının sədridir.
Barak
Barak — Kişi adı. Bu adı olan tanınmışlar Barak Obama — ABŞ prezidenti. Digər Barak (mifologiya) — türk mifologiyasında müqəddəs it.
Barum
Yuxarı Çaykənd (1991-ci ilədək Barum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 414 nəfər təşkil edir ki, onun da 222 nəfəri kişi, 192 nəfəri isə qadındır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Baruq
Barıq (Qoşaçay)
Beirut
Beirut — Qərbi Avropa və Balkanlara xas musiqini pop musiqi ilə birləşdirən ABŞ musiqi qrupu. == Qrup haqqında == İndi-rok tərzini dünya musiqiləri və ABŞ-dəki məşhur cərəyanlarla bir araya gətirən qrup, qurucusu Zaxari Frensis Kondonun bir solo layihəsi ilə birlikdə 2006-cı ildə yarandı və genişləndi. Qrup "Gulag Orkestar" adlı ilk albomlarını hazırladıqdan sonra 2006-cı ilin may ayında Nyu-Yorkda ilk konsertini verdi.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Bikum
Bikum (qaz. Биқұм) — Qazaxıstanın şimal-şərqində Alagöl vadisində Urcar və Katınsu çayları arasında yerləşir. Şimal-qərbdən cənub-şərqə 30 km məsafədə uzanır. Orta eni 10–12 km, bəzi hissələrdə isə 18 km təşkil edir. Maksimal hündürlük 418 metrdir. Ərazisinfə qumdan təşkil olanmuş 3-5 metr hündürlüyündə olan təpəliklər vardır (dyunlar). Çökəkliklərində şoranlıqlar yayılmışdır. Ərazisində qum akasiyası, yovşan, cuzqun, çay sahillərində isə qamış yayılmışdır. == Mənbə == Qazaxıstan milli eksiklopediyası.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Biraç
Biraç (serb. Birač) — Bosniya və Herseqovinanın tarixi vilayəti. Serb Respublikasının Miliçi, Vlasenisa, Srebrenisa, Bratunas, Zvornik və Şekovisi icmaları daxildir. == Coğrafiya == Osmanlı İmperatorluğu dövründə Biraç bölgəsi Podrine vilayəti daxilində yerləşirdi. Qərbdən Vlasenisa və şərqdən Srebrenitsa ilə əlaqəli oəhatələnir. Öz növbəsində 600 - 900 metr arası hündürlüyə malik platodur. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Hündür zirvələri — Sirika (1071 m), Komiç (1032 m), Lisina (1262 m). Yavor dağlarının cənub-qərbindən axan çay vadiləri Yadar çayına şimal-şərqdən tökülür. Biraç özünəməxsus yumşaq iqlimə və bitki örtüyünə malikdir.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Bigül
Bigül – Şəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.