Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bunçak Xan
Bunçaq xan - türk və altay mifologiyasında keşikçi tanrısı. Buncak (Muncak, Monçak, Ponçah, Ponçak) olaraq da tanınır. Kayra Xanın saray yolunu qoruyan iki gözətçilər biridir. Busul Xan ilə birlikdə xatırlanır. == Etimologiya == (Bun/Mun) kökündən törəmişdir. Böhrana salan, çətinlik verən deməkdir. Bundan başqa gözmuncuğu demək olan "Munçuk/Monçuk" ilə də əlaqədardır.
Dejö Buncak
Dejö Buncak (mac. Dezső Bundzsák; 3 may 1928 – 1 oktyabr 2010, Budapeşt) — Macarıstan futbolçusu və məşqçisi. Buncak oyunçu karyerası boyu yalnız "Vaşaş" klubunda çıxış etmişdir və Macarıstan millisinin üzvü olmuşdur. Məşqçi kimi isə həm Avropa, həm də Afrikada çalışmışdır. == Karyerası == === Oyunçu karyerası === Kişkunhalaş şəhərində doğulan Buncak 1950-ci ildə "Vaşaş" klubunda peşəkar karyerasına başladı. O, klubda keçirdiyi 14 mövsüm ərzində 249 oyuna 73 qol vura bilmişdir. Klubla 1957/1958 mövsümündə Çempionlar Kubokunda çıxış etmişdir. 1956-1961-ci illərdə o, həmçinin Macarıstan milli futbol komandasının heyətində 25 dəfə meydana çıxmışdır və 1958 FİFA Dünya Kubokunda iştirak etmişdir. === Məşqçi karyerası === Buncak bir sıra yunan klublarında məşqçilik etmişdir, onların sırasına Piyerikos, Panionios, Apollon Afina və Panaxaiki klubları daxildir. Bundan başqa o, 1979-cu ildə Misir milli komandasına və 1980-1982-ci illərdə doğma "Vaşaş" klubuna başçılıq etmişdir.
Bancul
Banjul (ing. Banjul, 1973-cü ilədək Baterst) — Qambiyanın paytaxtı. Əhalisi 2003-cü ilin hesablamalarına görə 34 828 nəfər, şəhər ətrafı ilə birlikdə 357 238 nəfərdir. Şəhər Qambiya çayının Atlantik okeanına töküldüyü yerdə, Müqəddəs Məryəm adasında yerləşir. == Tarixi == Şəhərin əsası 1816-cı ildə ingilislər tərəfindən liman şəhəri kimi qoyulmuş və o vaxtkı Böyük Britaniya Müharibə və Koloniyalar naziri Henri Baterstin şərəfinə Baterst adlandırılmışdır. 1973-cü ildə şəhərin adı dəyişdirilərək indiki adını almışdır.
Banduk
Banduk (çeç. БӀен-дукъ; çeçen. bIo — "qoşun" + duk— "silsilə" sözlərindən) — Çeçenistan Respublikasının Şatoy rayonunda dağ zirvəsi. == Haqqında == Dəniz səviyyəsindən hündürlüyü 1359 metrdir. Banduk dağı dəniz səviyyəsindən 1342 metr yüksəkliklərdə, yaxud da ətraf ərazidən 306 metr hündürlükdə yerləşir. Ətəyində dağın eni 4,5 km-dir. Ən yaxın yaşayış məntəqələri: Zona, Yarış-Mardı, Daçu-Borzoy, Ulus-Kert, Şatoy. Banduk dağı ətrafındakı ərazilər şimal-qərbə doğru təpəlik, cənub-şərqə doğru dağlıqdır. Rayonun ən yüksək zirvəsi Banduk silsiləsidir. Dəniz səviyyəsindən hündürlüyü 1771 metrdir.
Bulduk
Bulduq (Sabirabad) — Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Bulduq (Zəncan) — İranın Zəncan ostanında kənd.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Günlük
Gündəlik və ya günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Xatirə ədəbiyyatından fərqli olaraq, gündəlikdə dəqiq tarix göstərilir. İlk dəfə XVII əsrdə İngiltərədə geniş yayılmışdır. == Haqqında == Gündəliklər tarixi, tarixi-bioqrafik və ya tarixi-mədəni, bədii sənəd kimi mühüm əhəmiyyətə malikdir (Ceyms Kukun elmi gündəliyi, Vilhelm Karloviç Küxelbekerin lisey gündəliyi, Valter Skott, Stendal, Taras Şevçenko, Lev Nikolayeviç Tolstoy və başqalarının gündəlikləri). Qəhrəmanın gündəliyi şəklində yazılmış bədii əsərlər də var. Belə əsərlərdə qəhrəmanın həyatı ilə bağlı ən mühüm hadisələr, onun daxili aləmi, düşüncələri, hiss və həyəcanları birnci şəxsin dilindən nəql edilir. Məsələn, İvan Turgenevin "Artıq adamın gündəliyi", Mixail Saltıkov-Şedrinin "Ucqardan gəlmiş adamın Peterburq gündəliyi", Mixail Yuryeviç Lermontovun "Zəmanəmizin qəhrəmanı" povestində "Peçorinin jurnalı", Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanında Fəridənin gündəliyi və s. Azərbaycan yazıçılarından Mehdi Hüseyn, Əziz Şərif və başqalarının gündəlikləri çap olunmuşdur. Keçən əsrdə bir çox siyasi və sosial sarsıntılara məruz qalan xalqların ədəbiyyat tarixlərinin tam mənzərəsinin yaradılmasında gündəliklərin rolu böyükdür. Bu səbəbdən də, bu gün ictimaiyyətə təqdim edilən yazıçı gündəlikləri çox əhəmiyyətlidir.
Küncüt
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. == Növləri == Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. === Azərbaycanın dərman bitkiləri === == Əhəmiyyəti == Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Buick
Byuik- Buick — ABŞ avtomobil markası. == Mənşəyi == Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar. == Tarixi == "Byuik" firmasının ("Buick Motor Car Company") əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə "General Motors" konserni ilə birləşmişdir. == Növləri == 4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox "Buick Enclave", "Buick La Crosse", "Buick Lucerne" modelləri istehsal edilir.
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 503 nəfərdir (2009). Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Sucuk
Sucuq — Türkiyədə və Balkanlar coğrafiyasında, orta Asiyaya qədər geniş şəkildə yayılmış kolbasa növüdür. Qurudulmuş bağırsağın içinə ədviyyatlı ət qıyması doldurularaq əldə edilən bir növ ət məhsuludur.
Antidesma bunius
Salamandra ağacı (lat. Antidesma bunius) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinin antidesma cinsinə aid bitki növü.
Güncik (Əhər)
Güncik (fars. گونجيك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 751 nəfər yaşayır (152 ailə).
Juncus loureiroana
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Künçək xan
Künçək xan (?-1308) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Duva xanın ölümündən sonra Künçük xan atasının yerinə Cığatay xanlığı məqamına oturmuşdur. Ancaq xanlıq içində qarışıqlıqlar davam etməkdə olduğundan Cığatay xanın törəmələrindən Taliqu, Künçük xana qarşı hərəkətə keçmiştir. Hətta Əmir Teymurun ordularından qaçaraq Künçükün atası Duva xana sığınan Çapar xan da ona yardımçı olmuşdur. Taliqu 1308-ci ildə Künçük xanı öldürmüşdür. Buna görə Duva xanın digər oğulları birləşərək Taligu xan üzərinə yürümüşdülər. Xanlığını elan edən Taligu, ilk başlatdığı qurultayda Duva xanın oğullarından Kebekin basqınına uğrayaraq öldürülmüşdür. Eyni il içində hazırlanan qurultayda xan seçimi üçün yığılan toplantıda Kebek xan, böyük qardaşı İsen-Buğanı əliylə xanlıq taxtına oturtmuşdur. Ancaq bu sırada Bayantu Kağan ortaya çıxmış və Cığataylı şahzadələrindən Yasavur-Oğlanı, əlinə yarlıq verərək, Cığatay ulusuna xan olaraq göndərmişdir. Bu durumu xəbər alan İsen-Buğa xan və qardaşı Kebek, Şərqi Türkistan sərhəd-sınırlarında onu qarşılamaq üzrə ordularıyla hərəkət edincə Yasavur, xanlıq məqamını ələ keçirə bilmədən Elxanlılara sığınmaq məcburiyyətində qalmışdır.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 və ya 15 sentyabr 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Mark Yurçuk
Mark Yurçuk (21 yanvar 1996) — Almaniyalı peşəkar kişi trek velosipedçisi. Mark Yurçuk Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Mark Yurçuk 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:01.985 saniyəlik nəticəsi ilə 7-ci yeri tutdu.
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Pinçuk çömçəxulu
Pinçuk çömçəxulu (lat. Benthophilus pinchuki) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Xəzərin endemik növü olub əsasən Abşeron yarımadasından İran sahillərinə qədər, Xəzərin Türkmənistan sahillərinə yaxın ərazilərdə yayılmışdır. İlk olaraq Benthophilus ctenolepidus növünə aid bir yarımnöv olaraq qeyd edilmişdir. Lakin sonradan müstəqil növ olması məlum olmuşdur. Rus ixtioloqu Vitali Pinçukun (1931-1992) şərəfinə adlandırılmışdır.
Ruslan Qunçak
Ruslan İvanoviç Qunçak (ukr. Руслан Іванович Гунчак; 9 avqust 1979, Şişkovtsı, Çernovitsk vilayəti, SSRİ) — ukraynalı futbolçu, Naftan Novopolotsk klubunun yarımmüdafiəçisi. Ruslan Qunçak həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir. Daha çox müdafiənin mərkəzində oynayan ukraynalı məhsuldarlığı ilə seçilir, cərimə zərbələrini dəqiq yerinə yetirmək bacarığını nümayiş etdirir. 2005-ci ilin iyulunda "Xarkov"a gələn yarımmüdafiəçi vətənində "Metallist" (Xarkov), "İlyiçevets", "Bukovina"da da oynayıb.
İkievli bunduq
ABŞ və Kanadada, Texas və Luizianadan Ontorio və Cənubi Dakotayadək, düzənliklərdə, çay kənarında və Appalaçın aşağı nəmişli yaruslarında rast gəlinir. Bu növə bəzən Kanada bunduqu da deyilir. Hündürlüyü 25 m-ə çatan, geniş və seyrək çətirli, düz gövdəli ağacdır. Yarpaqları tökülən, ikiqat lələkvari, uzunluğu 60-70 sm, eni 8 sm-ə çatır. Yarpaqcıqları tünd yaşıl, 8 sm enindədir. Çiçəkləri seyrək salxımlarda yerləşir, sarımtıl-yaşıl rəngli, kiçik və ətirlidir. Meyvəsi paxladır, uzunluğu 8-16 sm-ə, eni 3-5 sm-ə çatır, ətli, şabalıdı qonur rəngdədir. Toxumları dəyirmi, yastı və bozumtul qara, uzunluğu 20 mm, qalınlığı 10 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir. Münbit və rütubətli torpaqlara tələbkar və işıqsevəndir.
Günlük (dəqiqləşdirmə)
Günlük — bir şəxsin və ya kollektivin həyatında baş verən hadisələri günbəgün əks etdirən yazı kitabçası, xatirə dəftəri. Günlük həmçinin bu mənaları ifadə edə bilər: Günlük — bəzi baş geyimlərinin qabaq tərəfinə – alnın üzərinə düşən hissəsinə tikilən yarımdairəvi dəri, karton və s. parçası. Günlük — Günəşdən, yağışdan qorunmaq üçün əllə baş üstündə tutulan çətir; zont. Günlük — Günəş düşən yer. Günlük — kotan ölçü vahidinin xalq arasındakı adı. == Həmçinin bax == Güllük — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd.
Juncus forsteri
Forster işıqotu (lat. Luzula forsteri) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin cığkimilər fəsiləsinin i̇şıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.