Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Burj
Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 66,4 min (2010). == Coğrafiyası == Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı. == Tarixi == E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
Bursa
Bursa (türk. Bursa) — Türkiyənin Bursa ilinin inzibati mərkəzi. Əhali sayına görə Türkiyənin ən böyük 4-cü şəhəridir. Osmanlı imperiyasının ilk paytaxtı olmuşdur. == Tarixi == Osmanlı imperiyasının ikinci paytaxtıdır Bursa. 130 il Osmanlıya paytaxtlıq edən şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Şəhərin ilkin görkəmi uzaq keçmişlərdən bu yana böyük mədəniyyətlərin beşiyi olan bir şəhəri tanıdır ziyarətçiyə. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb.
Buru
Buru (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir. Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
Bürc
Bürc — ulduzlu göyün bir hissəsidir. Ulduzların müşahidə və öyrənilməsinin əlverişliyi üçün ulduzlu göy bürclərə bölünür. Bürclərin əksəriyyətinə qədim zamanlardan əfsanəvi qəhrəmanların (Herkules, Persey və s.), heyvanların (Qoç, Buğa, Balıqlar və s.) və əşyaların (Teleskop, Günyə və s.) adları verilmişdir. 1922 ildən başlayaraq göy qübbəsi Beynəlxalq Astronomiya İttifaqı ilə müəyyən edilmiş 88 bürcə ayrılır. Onlardan 31-i şimal yarımkürəsində, 11-i ekvatorda və 46-sı cənub yarımkürəsində görünür. Bürclərin sərhədləri 1935 ildə müəyyənləşdilmişdir. Ən böyük bürc Hidradır (1302 kvadrat dərəcə), ən balaca isə Cənub Xaçıdır (68 kvadrat dərəcə). Astronomiyada bürclər Eynar Hertsşprunq və Genri Rassel ilə tətbiq edilmiş qısaldılmış latın adları ilə işarə edilir. Parlaqlığa görə bürclərin ulduzları yunan hərfləri ilə düşən nizamda işarə edilir. == Tarixçə == İnsanlar qədimdən ulduzların göydə qəribə fiqurlar əmələ gətirdiyini müşahidə etmişdilər.
Xurs
Xurs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Eyniadlı bələdiyyənin mərkəzidir. Tərkibində aşağı Xurs və yuxarı Xurs kəndləri var. Rayonun mərkəzindən şimal-şərqdə, Ordubad-Nürgüt avtomobil yolunun kənarındadır . Xurs Ordubad rayonunun Bist inzibati ərazi vahidində kənd. Gilan çayı sahilindədir. Tədqiqatçılar bu oykonimi Gorus etnoniminin variantı hesab edirlər. Dərədə yerləşdiyi üçün dərə Xurs kimi də tanınır . Toponimiyada Xırs- Ayı yəni (ayı basan dərə ) mənasını verir . Əhalisi 167 nəfərdir.
&Burn
&burn, Amerikalı müğənni Billi Ayliş və Amerikalı reper Vins Steypls tərəfindən səsləndirilən mahnıdır. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records vasitəsilə rəqəmsal yükləmə və striminq üçün sinql olaraq buraxılmışdır və daha sonra həmin ilin dekabrında Aylişin debüt EP-si olan "Don't Smile at Me"nin yenidən nəşrində yer almışdır. == Arxa plan və buraxılış == "&burn", Aylişin "Don't Smile at Me" EP-sini buraxdıqdan sonra ilk buraxılışı və ilk əməkdaşlığı idi (blackbear tərəfindən hazırlanan "Ocean Eyes" remiksindən başqa). Mahnı, Aylişin rəsmi sosial media hesablarında anons edildi və eyni gündə bütün əsas platformalarda yayımlandı. == Kompozisiya == "&burn", minimalist bir prodakşına və Aylişin emosional vokallarına əsaslanan qaranlıq və atmosferik bir pop mahnısıdır. Mahnının sözləri, xəyanət və qisas mövzularını araşdırır. == Tənqidi rəylər == "&burn", musiqi tənqidçilərindən ümumiyyətlə müsbət rəylər aldı. Mahnı, Aylişin vokalı, sözləri və prodakşını üçün tərifləndi. == Musiqi videosu == "&burn" üçün rəsmi musiqi videosu çəkilməyib. Lakin, Ayliş və Steypls mahnını birlikdə canlı ifa etdikləri bir video yayımlandı.
Buds
Buds — ABŞ sörf-rok musiqi qrupu Surf Curse-ün debüt studiya albomu. 21 iyun 2023-cü ildə buraxılıb. Alboma daxil olan "Freaks" mahnısı 2020-ci illərin sonlarında TikTok-da populyarlıq qazanmışdır.
Bursa bursa-pastoris
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
Eridan (bürc)
Eridan bürcü (lat. Eridanus, Eri — müasir 88 bürclərdən biridir. Eridan bürcü öz formasına görə qədimdən indiki Nil çayı ilə eyniləşdirilir. Ancaq bir çox alim Eridanın Şimali İtaliyadakı Po çayının əvvəlki adı olduğunu fərz edillər. Eridan göy üzündə ən böyük sahəni örtən bürcdür. Göyün Cənub yarımkürəsindədir.
Feniks (bürc)
Feniks (lat. Phoenix) — göyün cənub yarımkürəsində bürc.
Göyərtə (bürc)
Göyərtə (lat. Puppis, Pup) — göy sferasının cənub yarımkürəsinə aid Süd Yolunda yerləşən bürc. Adi gözlə görünməyən 241 ulduzun daxil olduğu bürc 673,4 kvadrat dərəcə sahəni əhatə edir. Fevral ayında daha yaxşı müşahidə etmək olur.
Göyərçin (bürc)
Göyərçin (lat. Columba) — göyün cənub yarımkürəsində bürc. Sahəsi 270,2 kvadrat dərəcədir. Bürc Rusiyanın cənubu vilayətlərində dekabr — yanvar aylarında tamamilə görsənir. Bürcün ən parlaq ulduzu göyərçinin alfası adlanır.
Günyə (bürc)
Günyə (lat. Norma) — göyün cənub yarımkürəsində bürc.
Herakl (bürc)
Herkules(lat. Herculēs) — göyün şimal yarımkürəsində bürc. Sahəsi 1225,1 kvadrat dərəcə, tərkibində gözlə görünən 235 ulduz var. Herkules bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər iyun-avqust aylarında olur. Herkules yunanca - Herakl (yun. Ἡρακλῆς) qədim yunan mifologiyasının qəhrəmanıdır, tanrı Zevsin Alkemenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru "Heraklın on iki qəhrəmanlığı" hekayəsidir.
Herkules (bürc)
Herkules(lat. Herculēs) — göyün şimal yarımkürəsində bürc. Sahəsi 1225,1 kvadrat dərəcə, tərkibində gözlə görünən 235 ulduz var. Herkules bürcünü Azərbaycanda il boyu göydə görmək olur, ən yaxşı görüntülər iyun-avqust aylarında olur. Herkules yunanca - Herakl (yun. Ἡρακλῆς) qədim yunan mifologiyasının qəhrəmanıdır, tanrı Zevsin Alkemenadan olan oğludur. "İliada" poemasına əsasən Alkid adı ilə doğulsa da sonralar Herakl adlandırılmışdır. Onun haqqında olan rəvayətlərdən ən məşhuru "Heraklın on iki qəhrəmanlığı" hekayəsidir.
Heykəltəraş (bürc)
Heykəltaraş (lat. Sculptor) - göyün cənub yarımkürəsində bürc.
Hidra (bürc)
Hidra (lat. Hydra) — göyün cənub yarımkürəsində bürc. Hidra bürcü Heraklın əfsanəvi igidliyini xatırladır. Hidra bürcünü Azərbaycanda fevral–mart aylarında aydın görmək olur.
Hindi (bürc)
Hindi (lat. Indus) — göyün cənub yarımkürəsində bürc.
Kassiopeya (bürc)
Kassiopeya (lat, Cassiopeia) göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu 2.24 vizual ulduz ölçülüdür. Ən güclü radioşüalanma mənbəyinə malikdir. Azərbaycanda bütün ilboyu görünür. Görünüşü tərs çevrilmiş yunan hərfi siqmaya (Σ) bənzəyir.
Kil (bürc)
Kil (lat, Carina) Göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu Kanopusdur. Azərbaycandan bürcün ən şimal hissəsi qismi olaraq görünür.
Kompas (bürc)
Kompas (lat, Pyxis) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 3.7 vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Kurş dili
Kurş dili (lit. Kuršių nerija, alm. Kurische Nehrung‎) — uzun və ensiz quru parçası, dil Kurş körfəzini Baltik dənizindən ayırır. Dik Kalininqrad vilayəti Zelenoqrand şəhərindən Litvanın Klaypeda şəhərinə qədər uzanır. Dilin adı vaxtı ilə Prussiyadan bura gəlmiş almanlardan öncə burada yaşayan Kurşi xalqının şərəfinə adlandırılmışdır. Dilin uzunluğu 98 km, eni isə 300 metrdən 3,8 km arasında dəyişir. 2000-ci ildə Kurş dili YUNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Kurş unikal təbiət-antropogen lanşaft formasıdır. Ümumilikdə Baltik dənizində yerləşən Xel və Baltik dili ilə birlikdə bu dillərin dünyada analoqu yoxdur. Bioloji rəngarəngliyi açıq şəkildə müşahidə etmək olur.