Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Elnur
Elnur — Azərbaycanlı kişi adı. Elnur Mehdiyev — aktyor. Elnur Nuriyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Elnur Məmmədli — Azərbaycanlı cüdoçu. Elnur MəmmədovElnur Məmmədov (aktyor) — aktyor. Elnur Məmmədov (müğənni) — müğənni.Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin Elnur Əhmədov — azərbaycanlı musiqiçi, kamança ifaçısı, Elnur Aslanov — siyasi elmlər üzrə fəlsəfə doktoru. Elnur Bayram — Azərbaycanlı şair, jurnalist. Elnur Hidayətoğlu — televiziya müxbiri. Elnur Həsənov — Azərbaycan Respublikasının Elm üzrə "Prezident mükafatçısı". Elnur HüseynovElnur Hüseynov (müğənni) — azərbaycanlı müğənni.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Külür
Külür— İranın Ərdəbil ostanının Xalxal şəhristanının Şahrud bəxşində şəhər və bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,380 nəfər və 675 ailədən ibarət idi.
MESUR
MESUR (Mars Environmental Survey) — Mars planetində həyat izlərinin tapılması məqsədilə NASA tərəfindən hazırlanan tədqiqat proqramı. == Tarix == MESUR, Marsda planetlərarası bir şəbəkə quracaq və Mars Observer ilə birlikdə işləyəcək planlaşdırılmış 16 yerüstü missiyadan ibarət bir komplekt idi. Original plan NASA Ames tərəfindən təklif edilsə də, təklifi bir fikir olaraq rəqabətçi JPL (ing. Jet Propulsion Laboratory) irəli sürdü. Bu, Marsın risk dözümü haqqında araşdırmanın aşağı qiymətli bir metodu kimi nəzərdə tutulmuşdu, çünki nisbətən ucuz kosmik zond olduğuna görə, bir kosmik gəminin itirilməsi proqram üçün labüd deyildi. Çeviricilər və qurucular yerüstü süxurları araşdırmaq, su axtarmaq, seysmoqraf rolunu oynamaq və meteorologiyanı müşahidə etmək üçün alətlər və kameralara sahib olacaqdı. Seysmoloji təcrübələr Marsın daxili quruluşunu müəyyənləşdirməyə kömək edəcəkdi. 26 İyun 1992-ci ildə NASA, ABŞ-nin aya ilk enişinin 25-ci ildönümündə, Mars Pathfinder kosmik gəmisi üçün, Rocky IV prototipini təqdim etdi.Mars Observer itirdikdən sonra MESUR proqramı ortadan götürüldü və Pathfinder NASA Kəşf Proqramının bir hissəsi oldu.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Məmur
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Peluş
Peluş (fr. peluche) ön tərəfində uzun (8 mm-ə qədər) xovlu, bir növ məxmər olan parçadır. Xov ipək, yun, pambıq və ya polyester kimi sintetik liflər ola bilər. Kətanın özü həmişə pambıq parçadan hazırlanır. Dekorativ məqsədlər üçün, qadın geyimlərinin tikilməsi, maskarad və teatr kostyumları, mebel üzlükləri və bəzən avtomobil salonunun üzlənməsi üçün istifadə olunur. Peluş oyuncaq ayı və digər uşaq oyuncaqlarını hazırlamaq üçün istifadə olunur. Peluş, yumşaq və toxunuşa xoş olduğu üçün xüsusi dizayner oyuncaqlarının istehsalı üçün əsas materiallardan biridir. Onun xovlu bütün parça boyunca və ya ayrı-ayrı yerlərdə yerləşir. Məxmər ilə müqayisədə, peluş yığını daha az sıx və daha yüksəkdir. Liflərin növündən asılı olaraq, peluş kəsilə bilər (məxməri xatırladan), ilməli, birtərəfli, iki tərəfli.
Tellur
Tellur (Te) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 52-ci element. Tellur qızıl filizindən dağ mühəndisi F.Y.Müller tərəfindən 1782-ci ildə ayrılmışdır, amma yeni element kimi onun təbiəti 1798-ci ildə M.Q.Klaprot tərəfindən sübut olmuşdur. O vaxt Yerin şərəfinə ona tellur (tellurium) adı verilmişdir. Sonradan kəşf olunan analoqu Ayın şərəfinə adlandırılmışdır. Fərdi halda tellur metallik parıltıya malikdir, amma zəif elektrik keçiriciliyi var (p – tip yarımkeçiricidir). Ərimiş halda, 700ᐤC-dən yuxarı temperaturda metallik keçiricilik əldə edir. Əvvəlcə tellur metal hesab olunurdu, amma onun selen və kükürdə oxşarlığı belə nəticəyə gətirdi ki, o metal deyil. Tellurun qeyri metallığına onun buxarlarının rəngli olması da uyğun gəlir: onlar qızılı sarıdırlar. Telluru stibium ilə (ən qeyri metallik metal) müqayisə edərək qeyd etmək olar ki, tellur ən metallik qeyri metaldır. Tellur 8 təbii nuklidlərə malik iki elementdən (digəri kadmiumdur) biridir.
Valun
Valun – (rus. валун, ing. boulder, cobble) cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Veber
Veber – Beynəlxalq vahidlər sistemində maqnit seli vahidi. Veber alman fiziki Vilhelm Eduard Veberin adı ilə adlandırılmış və ya ilə işarə olunur. Elə maqnit seli 1 Veber adlanır ki, həmin sel sıfradək azaldıqda, müqaviməti 1 olan konturda onun yaratdığı qısa müddətli cərəyan zamanı bu konturdan keçən elektrik yükü 1 kulon olsun. İnduksiyası 1 tesla olan bircinsli maqnit sahəsinə perpendikulyar qoyulmuş 1 müstəvi səthindən keçən maqnit seli də 1 Veberdir.
Velan
Velan (fr. Velanne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38531. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 509 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənubda, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Velen
Velen (alm. Velen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 70.52 km2, əhalisi 13014 nəfərdir (2006).
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. == Həyatı == Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. == Yesugey bahadurın ölümündən sonra == Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Alfred Veber
Alfred Veber (alm. Alfred Weber‎; 30 iyul 1868[…], Erfurt – 2 may 1958[…], Heydelberq, Baden-Vürtemberq) — Alman iqtisadçı və sosioloq. Böyük Maks Veber (1836 — 1897) və Helena Veberin (1844 — 1919) ikinci oğlu. Dünyaca məşhur sosioloq, tarixçi və iqtisadçı Maks Veberin kiçik qardaşı. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === Veber uşaqlıq və gənclik illərini 1869-cu ildə Veber ailəsinin köçdüyü Berlin ətrafındakı Şarlottenburqda keçirdi. 1888-ci ildə yetkinlik sertifikatı aldıqdan sonra əvvəl Bonnda sənət tarixi və arxeologiyasını, daha sonra 1889-cu ildə Tübingendə hüquq, 1890-1892-ci illərdə Berlində hüquq və xalq təsərrüfatını oxudu. 1895-ci ildə tarixi məktəbin xalq təsərrüfatında təmsilçisi Qüstav Şmoller rəhbərliyi altında doktorluq dissertasiyasını müdafiə etdi. 1899-cu ildə dövlət elmləri və xalq təsərrüfatının tam doktoru (Habilitation) oldu və dosent vəzifəsini aldı. === Peşəkar fəaliyyəti === 1904-1907-ci illərdə Praqa Alman Çarlz Universitetində adi xalq təsərrüfatı professoru vəzifəsini tutdu. Burada sosioloq və daha sonra Çexoslovakiyanın ilk dövlət prezidenti Tomas Masaryk ilə dostluq əlaqələri qurur.
Amil (məmur)
Amil — Ərəb xilafəti dövründə vergi məmuru. Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı. Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeçiliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Ağıllı evlər
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.