MƏZUR

sif. [ ər. ] Üzrü olan, üzürlü, səbəbli.
Həm o babətdə də biz məzuruq; Çünkü biz tərbiyəyə məmuruq. A.Səhhət.
[Şeyx Sənan:] Məni, şeyxim, bağışla, məzurəm. H.Cavid.

□ Məzur görmək (saymaq, tutmaq) – üzürlü hesab etmək, üzrünü qəbul etmək, səbəbli saymaq.
[Student:] Sizi narahat etməyə məcbur qaldım, məni məzur görünüz. Çəmənzəminli.
[Şeyda:] Atamın da səhvi orasındadır ki, bizi həmişə uşaq cərgəsində qoyur, məni məzur tutun. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏZUR məzur bax üzrlü

Etimologiya

  • MƏZUR Ərəbcə üzr sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏZUNİYYƏTÇİ
MƏZYƏDİ

Digər lüğətlərdə