MƏLUL

sif.zərf [ ər. ] Məlallı, qəmgin, məyus, məhzun; bezgin, usanmış. Məlul görkəm.
– Bülbül, neçin, xəzani-sitəmindən məlulsən? Gəl baxgilən, bənim gözüm ilə baharı gör. Qövsi.
[Yaşlı kişi] hər zaman məlul və qəmgin gəzib təkbaşına dolanır(dı). S.Hüseyn.
Hər daşı bir çılpaq qərib öksüzü; Məlul çöhrəli bir dulu andırır. M.Müşfiq.

□ Məlul etmək – usandırmaq, bezikdirmək, məyus etmək.
İstəmədim verim dəxi nəzmi-tul; Tulikəlam elər məclisi məlul. Q.Zakir.

Məlul olmaq – təngə gəlmək, usanmaq, bezikmək, məyus olmaq.

Etimologiya

  • MƏLUL Ərəbcədir, əlil sözü ilə kökdaşdır, “şikəst” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏLKƏMUT
MƏLUL-MƏLUL

Digər lüğətlərdə

-л-(я) агита́тор лю́тик макла́чество отте́ниваться потряса́ть семе́йственный зачёсываться избира́тель наблюде́ние хаоти́чно белебенить catch up emptying harrier languaged nanism parachronism sermon байдарочный безлиственный быстрый изрыгнуть натуральный эксплуатационный