Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir. İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir. Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır. Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir.
Roslavl
Roslavl — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qolac
Qulac (qolac) — xalq arasında geniş yayılmış və bu gün də işlədilən uzunluq ölçüsü vahididir. Qulac bəzi ədəbiyyatlarda "iki əli də çiyin bərabəri" açıq tutduqda sağ əlin başala barmağının ucundan sol əlin müvafiq barmağının ucuna qədər olan məsafəyə bərabər görülür; gah 150 sm, gah 142 sm, yaxud 177 sm hesab olunur. Başqa bir mənbədə isə qulacın dirsək sümüyünün uzunluğuna bərabər olduğu göstərilir. Dirsək sümüyünün uzunluğu da 40-64 sm arasında dəyişir. Bəzi mənbələrdə qulacı dirsəklə eyniləşdirir və 0,5 m-ə bərabər götürürlər. Qulac haqqında olan bu fikirlər mübahisəli sayıla bilər. Belə ki, qulac ("qol" və "aç" sözlərindən əmələ gətirilmişdir) insanın açıq vəziyyətdə tutulmuş sağ və ya sol əlinin ən uzun barmağının ucundan burnunun ucuna qədər olan məsafədir ki, bu da orta hesabla 1 m-ə bərabərdir. Keçmişdə adətən quyunun dərinliyi qulac ilə ölçülərdi. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qoğal
Qoğal — Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı.
Saxarnaya Qalava
Saxarnaya Qalava — Şantar adaları qrupuna daxil olan kiçik ada. Feklistov adasından 7,5 km qərbdə yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Abdolbari Gozal
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri. == Həyatı == Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır. Onun oğlu Tahir Gözəl "Qarabağ" futbol klubunun prezidentidir. == Fəaliyyəti == === Erkən biznes fəaliyyəti === Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır. 1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur. 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Eyal Golan
Eyal Biton (səhnə adı ilə Eyal Golan (אייל גולן) İvr.: ביטון אייל 12 aprel 1971, Rexovot, İsrail) — İsrailli müğənni, köhnə futbolçudur.
Olavo Bilak
Olavo Bilak (port. Olavo Bilac; 16 dekabr 1865[…], Rio-de-Janeyro, Braziliya imperiyası – 28 dekabr 1918[…], Rio-de-Janeyro) — Braziliyalı şair, jurnalist, tərcüməçi. Olavo Bilak 16 dekabr 1865-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində anadan olmuşdu. O, Braziliya ədəbiyyatının şahzadəsi sayılır.İmperiya dövründə və respublikanın ilk illərində yaradıcılıqla məşğul olmuş, yumoristik və satirik mətnlər qələmə almışdır. Əsərlərin çoxunu fərqli təxəllüslərlə yazmışdır. Olavo Bilak 28 dekabr 1918-ci ildə vəfat edib.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Qolan təpələri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Şirin qoğal
Şirin qoğal Azərbaycanın milli şirniyyat növlərindən biridir. 1kq un 2 yumurta 1/2(yarım) çay qaşığı sarıkök 1 çay qaşığı dolu duz 2-2,5 stəkan süd 1 çay qaşığı quru maya 1 stəkan un 1 stəkan şəkər tozu x.q əridilmiş kərə yağı, 1/4 (dörddəbir) çay qaşığı hil 1 stəkan çəkilmiş qoz (istəyə görə) 1stəkan şəkər tozu *1/4 çay qaşığı 400-450 qram kərə yağı 1 ədəd yumurta Xaşxaş Xəmiri hazırlamaq üçün stəkana mayanı töküb ilıq suda qarışdırırıq. 5-10 dəqiqə qalıb köpüklənir.Südü ilıq qızdırıb sarıkök töküb qarışdırırıq.Bir qaba unu ələyirik. Unun ortasını açırıq. Yumurtanı sındırırıq, duzu səpirik, mayanı və sarıköklü südü əlavə edirik.Xəmiri qarışdırıb tam həll olananadək yoğururuq. Yumşaq xəmir olur. Xəmirin üstünə klyonka çəkib dəsmal qoyub acıması üçün üstünü örtürük.İndi isə içliyi hazırlayaq. Unu tavaya töküb qazın üstündə qızılı rəngdə olanadək dayanmadan qarışdıra-qarışdıra qovururuq.Hazır olanda əridilmiş yağı əlavə edib yaxşı qarışdırırıq.Hazır kütləni başqa bir qaba boşaldırıq. Kütlə soyuduqda şəkər tozunu və hili əlavə edib yaxşı qarışdırırıq. İçlik hazırdır.Yuxaları yağlamaq üçün yağı qabda əridirik .Üzünə çəkmək üçün yumurtanı bir qaba sındırırıq.Xəmir 2 saata açıyır.
Şor qoğal
Şor qoğalı — Azərbaycanda milli şirniyyat növü. Xəmir: Maya 30 qr Yumurta 1 əd. Qızdırılmış süd 0,5 l Un təxminən 1 kq Yağ 250 qr İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ. Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur. İç bir az undan, sarıkök, razyana, cirə, duz və istiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur. Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır.
Abdulbari Gozal
Abdolbari Gozal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı) — iş adamı, Azersun Holdinqin Müşahidə Şurasının sədri. == Həyatı == Abdolbari Gozal 23 avqust 1949-cu ildə İranın Maku şəhərində, Cəlali qəbiləsindən Rza ağanın ailəsində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür. O 1956–1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962–1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır. Onun oğlu Tahir Gözəl "Qarabağ" futbol klubunun prezidentidir. == Fəaliyyəti == === Erkən biznes fəaliyyəti === Gənc yaşlarından atasının yanında topdan qida və ərzaq (düyü, yağ, çay) ticarəti və satışı ilə məşğul olmuşdur. 1968-ci ildə ticarət həcmini böyüdərək, həmin tarixdə illik həcmi 50–60 milyon dollara çatdırmışdır. 1981-ci ildə baş verən İran İslam inqilabından sonra Türkiyənin Ankara şəhərinə keçmiş və buradan İsveçrəyə getməyi planlaşdırmışdır. Lakin o vaxtlar baş nazir müavini, daha sonra Prezident olan rəhmətlik Turqut Özalın israrlı məsləhətindən sonra Türkiyədə qalmış və Ankarada "Etsun A. Ş." şirkətini qurmuşdur. 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı.
Eden Qolan
Eden Qolan (ivr. ‏עדן גולן‏‎; 5 oktyabr 2003, Kfar-Sava[d], İsrail) — İsrail müğənnisi. İsraili 2024 Avroviziya Mahnı Müsabiqəsində "Hurricane" mahnısı ilə təmsil etmiş və bu müsabiqədə 5-ci yerə layiq görülmüşdür.
Kobılya Qalava yarımadası
Kobılya Qalava (bur. Хорин ирги) — Baykal gölündə yerləşən Olxon adasında yerləşən, Xabarovsk diyarı ərazisində, Olxon darvazası ilə Kiçik dəniz boğazı arasında yerləşən yarımada. Yarımada körfəzin daxilinə 4 km məsafədə uzanır. Qutaracağında eyni adlı burun yerləşir. Sonucunda yerləşən qaya hazırda yarımadadan kiçik boğazla ayrılır. == Qəzalar == Burada XX əsr tarixində Baykal gölün tarixində ən dəhşətli qəza baş vermişdir. 1901-ci ilin oktyabrın 14-dən 15-ə keçən gecə "Potapov" gəmisi güclü küləklə qayaya çırpılmışdır. Nəticədə 176 nəfər həlak olmuşdur. Potapov qəzasından bir ötməmiş göl tarixində ikinci böyük qəza baş verir. 1902-ci ili sentyabrın sonlarında güçlü Sarma küləyinin sayəsində "Aleksandr Nevski" gəmisinin yedəyində gətirdiyi barjanı suya batırmışdır.
Qolaya Kosa adası
Qolaya Kosa adası — Laptevlər dənizidə, Krasnoyarsk diyarı ərazidində yerləşən elədə böyük olmayan ada. Şimal adasının cənub sahillərində yerləşir. Adadan Nord buxtası ilə ayrılır. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzun və ensiz dili xatırladır. Pyotr adaları qrupunun tərkibinə daxildir. 1736-cı ildə Vasili Vasileviç Pronçişev ekspedisiyası tərəfindən kəşf edilmişdir.
Goal.com
== Goal.com == Goal.com, 19 dildə və 36 ayrı edisyonla nəşr edən Goal, dünyanın ən məşhur futbol web saytı olaraq bilinməkdədir. Saytda son dəqiqə xəbərləri, xüsusi matç əvvəli analizləri, redaksiya, xüsusi xəbərlər yayımlanır. Canlı hesab xidməti təmin edilməkdədir. Goal, 2011-ci ilin fevral ayında, Əli Slipper və Simon Denyerinn sahibi olduğu qlobal rəqəmsal idman naşiri [Perform Group] tərəfindən 30 milyon dollar qarşılığında satın alındı. Bu satın alımda sonrakı müddətdə Goalın trafiki təxminən iki qatına çıxdı.
Olav Byaland
Olav Byaland (ing. Olav Bjaaland; 5 mart 1873, Morgedal[d], Telemark[d] – 8 iyun 1961) - Norveçli xizək çempionu və qütb araşdırmaçısı idi. O, Amundsenin Cənub qütbünə ekspedisiyasının tərkibində Cənub qütbünə çatan ilk 5 adamdan biri kimi tarixə düşmüşdür. Olav Olavsen Byaland Norveçin Telemark əyalətində yerləşən Morqedal şəhərindəki Syondre Byaland fermasında dünyaya göz açmışdır. Əsrin sonunda Byaland Hemmesteveit qardaşlarla birlikdə Norveçin ən yaxşı xizəkçiləri arasında idi. 1902-ci ildə o, Skandinaviya ölkələri arasında keçirilən və bu günə qədər Skandinaviya xizəkçiliyində klassik tədbirə çevrilmiş Holmenkollen Xizək Festivalında qalib gəlmişdir. 1909-cu ildə Byaland beş nəfərlə birlikdə Fransaya Avropanın ən yaxşı xizəkçiləriylə yarışmaq üçün dəvət edilmişdi. Bu səyahətində o, təsadüfən Roald Amundsenlə qarşılaşdı. O vaxta qədər xeyli uğur qazanmış Amundsen Byalandı gələcəkdə baş tutacaq Şimal qütb ekspedisiyasına dəvət etdi. Byaland bu təklifdən çox həyəcanlanmış və Şimal qütbünə çatacaqlarına inanmışdı.
V Olav buzlağı
V Olav buzlağı (norv. Olav V Land) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Onun sahəsi 4150 km²-dir. Adanın ən böyük buzlağıdır. Ümumi arxipelaqın isə ikinci buzlağıdır (Şimal-Şərq Torpağı adasında yerləşən Austfonna buzlağı 8492 km² əraziyə sahibdir). Buzlaq 1957–1991-ci illərdə Norveç kralı olmuş V Olafın şərəfinə adlandırılmışdır.
Şarl de Qoll
Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) — fransız generalı və siyasətçisi. İkinci dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944–46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959–69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Filipp de Qoll
Filipp de Qoll (28 dekabr 1921, XV arondisman – 13 mart 2024, VII arondisman; fr. Philippe de Gaulle) — fransız admiral, Şarl de Qoll'un oğlu. == Həyatı == 28 dekabr 1921-ci ildə Parisdə anadan olub. Stanislav de Paris Kollecində təhsil alıb. Fransa Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. İkinci Dünya müharibəsi illərində La-Manş Kampaniyası və Atlantik Döyüşündə iştirak edib. 2024-cü il 13 mart tarixində 102 yaşında vəfat edib.