Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. Qrid-hesablamalar Qrid texnologiyaları İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qrid-hesablamalar
Qrid-hesablamalar — (ing.grid computing- grid – tor, şəbəkə, ru. грид-вычисления) – hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid texnologiyası əsasında paylanmış hesablama sistemlərinin yaradılması Hazırda dünyada superkompüterlərin yerinə yetirdiyi işləri həyata keçirən, eyni zamanda daha ucuz başa gələn virtual superkompüterlərin – qrid sistemlərinin yaradılması üzrə intensiv tədqiqat işləri aparılır. Qrid texnologiyaları qlobal kommunikasiya texnologiyasının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə elmə amerikalı alimlər Foster və Keselman tərəfindən gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də eyni vəziyyətdə olub, yəni onların məsələsinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər.
Qrid texnologiyaları
Qrid texnologiyaları — kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə amerikalı alimlər Foster və Keselman tərəfindən elmə gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də, eyni vəziyyətdə öz məsələlərinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər. Qrid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Kommunikasiya avadanlıqlarından istifadə etməklə, fərdi kompüterləri bir-birinə qoşub internet şəbəkəsi üzərində virtual verilənlərin emal mərkəzi (VEM) şəbəkəsi yaratmaq mümkündür. Qrid sistemlərin yaradılmasında iştirak edən istifadəçilərin fərdi kompüterlərinin hesablama resurslarından ödənişli və ödənişsiz istifadə etmək olar.
İn-Qrid
İnqrid Alberini və ya səhnə adı ilə İn-Qrid italyan rəqqas, müğənni. 2003-cü ildə mahnısı "Tu es foutu" (azərb.:Sən mənə vəd etdin) ilə bir neçə Avropa ölkəsində məşhurlaşmışdır. Avstraliya, Latın Amerikası və ABŞ-də "Dance Music/Club Play Singles"da 6-cı yerə yüksəlmişdir.
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
GUID
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir. Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
World Community Grid
World Community Grid (ing. WCG) — Qrid-texnologiyaları əsasında yaradılan tibbi hesablamalar aparan layihədir. Layihə çərçivəsində xərçəng, spid, grip və s. kimi mühüm xəstəliklərin səmərəli müalicəsinin tapılması istiqamətində araşdırmalar aparılır. Layihədə sadəcə könülülər deyil, həm də dünyanın bir çox ölkələrindən olan tərəfdaş təşkilatlar da hesablamalar aparır. Hal-hazırda layihədə 711 923 istifadəçi qeydiyyatdan keçmişdir, 3 018 663 hesablama maşını istifadə edilir və ümumi sistem 614.637 TFlops məhsuldarlığa sahib olduğu qeyd edilir. Layihə BOINC platforması üzərində işləyir.
Edvard Qriq
Edvard Qriq (15 iyun 1843[…], Bergen – 4 sentyabr 1907[…], Bergen) — Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijoru. E.Qriq romantizm üslubunda Norveç xalq yaradıcılığının təsiri altında yazıb yaratmışdır. Daha çox "Dağ kralının mağarasında" əsəri ilə dünyada tanınır. == Həyatı == Edvard Qriq Norveçin Bergen şəhərində anadan olmuşdur. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlamışdılar.Bergende Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini yaşamışdır. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görür.1858-ci ildə Qriq Leypsiqə gedir. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir. "İnqridin giley-güzarları" dram pyesindən bir rəqs parçası Griqin Nina Hagerupla toy mərasimində səslənmişdir. Bu izdivacdan cütlüyün Aleksandr adlı qızları dünyaya gəlmiş, lakin körpə cəmi bir yaşında dünyasını dəyışır.
Erix Frid
Erix Frid (6 may 1921[…], Vyana – 22 noyabr 1988[…], Baden-Baden, Baden-Vürtemberq) — Avstriyada doğulmuş yazıçı, şair və tərcüməçidir. İlk vaxtlar Almaniya və Avstriyada siyasi şeirləri, daha sonralar isə sevgi şeirləri ilə tanınmışdır. Yazıçı kimi o daha çox dram əsərləri və qısa hekayələr yazmışdır. O, həmçinin müxtəlif ingilis müəlliflərinin əsərlərini alman dilinə tərcümə etmişdir. Şekspirin ən məşhur əsərlərini alman dilinə tərcümə etmişdir. == Həyatı == Erix Frid Avstriyada, Vyanada Nelli və Hüqo Frid adlə yəhudi ailəsində doğulmuş, 1938-ci ildə Nasist Almaniyası tərəfindən Avstriyanın işğalı zamanı atası Gestapo tərəfindən öldürüldükdən sonra İngiltərəyə köçmüşdür. Londonda məskunlaşmış və Böyük Britaniya təbəəliyini 1949-cu ildə qəbul etmişdir. Erix Frid uşaqlıqdan sərt siyasi şeirlər və esselər yazırdı. Alman işğalından sonra Londonda yaşamağa başlayan Frid sonrakı aylarda anasını və daha 70 insanı Londona qaçırmağı bacarır. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi və sair peşələrdə çalışır.
Frid Oskar
Frid (Fried) Oskar (10 avqust 1871, Berlin, Almaniya imperiyası – 5 iyul 1941[…], Moskva, RSFSR, SSRİ) — alman dirijoru, bəstəkar. 1904-cü ildən Berlində Musiqi həvəskarları cəmiyyəti və Müğənnilər ittifaqının rəhbəri olmuşdur. Frid Sovet Rusiyasına gəlmiş ilk əcnəbi dirijordur. 1922-ci ildə V. İ. Leninlə görüşmüş, bu görüş onun gələcək həyatına həlledici təsir göstərmişdir. 1931-ci ildən SSRİ-də yaşaməşdır. 1940-cı ildə SSRİ vətəndaşlığını qəbul etmişdir. Frid Oskar bir sıra orkester, xor,vokal-instrumental əsərlərin müəllifidir.
Henk Qrin
Uilyam Henri "Henk" Grin (ing. John Michael Green) — amerikalı təşəbbüsçü, musiqiçi və vloqçu. == Albomları == So Jokes (2008) This Machine Pwns n00bs (2009) I'm So Bad at This: Live!
Lizzi Qrin
Elizabet Anna Qrin (Lizzi Qrin) - (ing. Elizabeth Anna Green) 1 May 2003-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində anadan olmuşdur. Nickelodeon "Nikki, Rikki, Dikki və Don" adlı tele-serialda qardaşların bacısı Don Harper rolunda çıxış etməklə tanınıb. == Həyat və karyerası == 13 sentyabr 2014-cü ildə ilk dəfə əsas rolunda Nikki, Rikki, Dikki və Don tele-serialında Don kimi çıxış etməklə, ilk olaraq Nickelodeon auditoriyasına, sonra isə digər kanallara tanış edib. Qısa zaman sonra, bir çox uşaq-yönəlikli tele-kanallardan tele-serial çəkilişləri dəvəti alıb. 2018-ci ildə Sofiya Dikson'u canlandıraraq ABC kanalının drama seriyası olan Bir Milyon Kiçik Şey teleserialında oynayıb.
Qolen Qrad
Qolen Qrad (mak. Голем Град) — Makedoniya Respublikasının ərazisində yerləşir. Adanın mənası Böyük qala kimi səslənir. Bəzən isə İlan adası olaraq adlanır. Adanın sahəsi 20 hektardır. Ada Prespa gölü daxilində, Yunanıstan və Albaniya sərhəddindən bir necə km aralıda yerləşir. Qolen Qrad adasında bir necə qədim məbəd vardır. Adada çoxlu sayda heyvan növü yaşayır..2008-ci ilin avqust ayından ada yuristlərin girişi üçün açılmışdır. Qolen Qrad 20 h əraziyə malik olub, 600 metr uzunluğa və 350 metr enə malikdir. XX əsrin ortalarından etibarən adada yaşayış yoxdur.
Qrin-park
Qrin-park (ing. Green Park) — Vestminsterdə yerləşən kral parklarından biri. Hayd-park (şimal-qərbə doğru) və Sent-Ceyms parkı (şərqə doğru) arasında bir növ keçid rolunu oynayır. Qrin-park cənubda Mell, şimalda isə Pikadilli küçəsi ilə sonlanır. Parkın tarixi kral VIII Henrixin dövrünədək uzanır. Park uzun müddət britaniyalı zadəganların duel yerinə çevrilmişdi. Digər London parklarından fərqli olaraq, Qrin-parkda göl və ya tikili yoxdur və cəmi 2 abidə var — dünya müharibələrində həlak olmuş kanadalıların şərəfinə Kanada memorialı və II Dünya müharibəsinə həsr olunmuş Britaniya HHQ bombardman komandanlığı memorialı.
Qrız (dəqiqləşdirmə)
Qrız — Qubada kənd
Qrız bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qrız dili
Qrız dili (qrız. КърыцӀаь мез) — qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır. Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.
Qrız körpüsü
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü. Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib. Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
Qrız kəndi
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.