Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Birja
Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır.
Drina
Drina (serb. Дрина, bosn. Drina) — Bosniya və Herseqovina ilə Serbiya arasında dövlət sərhəddini təşkil edən çay. İki çayın birləşməsindən əmələ gələn çay mənsəbə qədər 346 km məsafədə uzanır. Yaşımtıl suya malik olması səbəbində bəzən serblər tərəfondən «zelyonka» adlandırılır. Yuxarı axarlarda çay ensiz dağ dərələri ilə axdığından əsrarəngiz mənzərələr yaradır. Bu səbəbdən bütün Balkan ərazisində ən gözəl mənzərəli çay hesab edilir. İki çay Drina çayının başlanğıcını təşkil edir. Tara və Piva Monteneqronun şimal-qərbindən axaraq, Bosniya və Herseqovinanın Xum şəhərciyi yaxınlığında birləşirlər. Drina buradan başlayır.
Erica
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Erida
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Guioa
Guioa (lat. Guioa) — sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qrilaj
Qrilaj- (fr. grillage «жарение»)-Fransız deserti olub, qızardılmış çərəzlərdən və şəkər tozundan ibarətdir. == Haqqında == Şərqin məşhur halvası ilə baqlıdır. SSRİ dövründə və Rusiyada bu şirniyyat növü geniş yayılmışdır. Şirniyatçılar qrilajı iki hissəyə bölürlər. Yumşaq qrilaj-özündə bişirilmiş meyvələri və doğranmış çərəzləri birləşdirən. Bərk qrilaj isə özündə doğranmış çərəzlərdir ki, şəkər tozu ilə qarışdırılır. Burada birləşdirici kimi meyvəli siroplar əlavə edilir.
Qrimas
Qrimas (fr. grimace) — müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 23.
Qrimm
Qrims
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrivna
Ukrayna qrivnası — Ukraynanın pul vahidi.Bir qrivna — Ukrayna qrivnasında xırda pul.Polşa qrivnası
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Spilanthes grisea var. grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Acmella grisea
Acmella grisea (lat. Acmella grisea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Spilanthes arnicoides var. grisea (Chodat) Chodat Spilanthes arnicoides f. grisea Chodat Spilanthes grisea (Chodat) A.H.Moore Spilanthes grisea var.
Adris grupa
"Adris grupa d.d." ― mərkəzi Rovin şəhərində yerləşən Xorvatiya şirkəti.. Müəssisə 8,000-dən çox işçi qüvvəsinə sahib olmaqla yanaşı, həm də illik gəliri 5 milyard kunadan (təxminən 1 milyard dollar) çox olmaqla bölgənin aparıcı şirkətlərindən biridir."Tvornica duhana Rovinj"-in (TDR) 2015-ci ilin sentyabr ayında "British American Tobacco"-ya satılmasından sonra əsas xidmət göstərdiyi sahələr "Maistra" (turizm və otellər), "Cromaris" (qida sənayesi) və Xorvatiya osiguranje (sığorta) oldu. Şirkətin fəaliyyət göstərdiyi digər sahələr siyahısına "Adrisdə gələcək" adlı dövlət təcrübə və məşğulluq proqramı daxildir, bundan başqa da şirkət təqaüd və ianələr verən "Adris" fondu ilə də aktiv işlər görür. == İstinadlar == == Xarici keçidlər == adris.hr — Adris grupanın rəsmi saytı (xorv.) (ing.) "Adris grupa d.d." poslovni.hr (xorvatca). Poslovni dnevnik. İstifadə tarixi: 26 fevral 2016.
Aquilegia grata
Aquilegia grata (lat. Aquilegia grata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Arabıl-Arıta
Arabıl-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Cənub sahilləri uçurumludur. Burada hündürlük 5 metrə çatır. Üzərində elədə böyük olmayan göllər vardır. Bataqlıqlaşmış sahələrə sahibdir.
Ayşən Qruda
Ayşən Qruda (d. 22 avqust 1944, İstanbul — ö. 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. == Həyatı == Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır.
Battaxtax-Arıta
Battaxtax-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malik olan ada, şimal-şərqdən cənub-qərbə uzanır. Səthi hamardır. Şərq sahilləri uçurumludur.