HERMITAGE
HERO
OBASTAN VİKİ
Herniaria
Herniyar (lat. Herniaria) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Yer kürəsi ərazisində fəsilənin 80-dən çox cinsi və 20000-ə qədər növü yayılmışdır. Dünya florasının tərkibində Herniyar cinsinin 45-ə qədər növü yayılmışdır. Azərbaycanda 4 növünə təsadüf edilir. Əsasən 2 növündən təbabətdə və kosmetikada istifadə edilir. Hamar herniyar – Herniaria glabra L. və tüklü herniyar – H. hirsuta L. Hamar herniyar - H.glabra L. 5-15 (20) sm uzunluğunda, gövdəsi çoxlu sayda yerə sərilmiş budaqlardan ibarət və saçaqlı oduncaqlı kökə malik olan sarımtıl-yaşıl rəngli çoxillik ot bitkisidir. == Təbii yayılması == Bitkini vegetasiya dövrü ərzində toplayırlar. Toxumu vasitəsilə çoxaldırlar. == Azərbaycanda yayılması == Hamar herniyar Azərbaycanın daşlı-çınqıllı yerlərində, çay kənarlarında, Kür ovalığında, Lənkəranın və Naxçıvan MR-in dağlıq sahələrində yayılmışdır.
Herniaria glabra
Çılpaq herniyar (lat. Herniaria glabra) — herniyar cinsinə aid bitki növü.
Herniaria hirsuta
Tüklü herniyar (lat. Herniaria hirsuta) — herniyar cinsinə aid bitki növü.