Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Gürz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Kurt
Kurt — ad. Kurt Hödel — Avstriya əsilli Amerikan Kurt Sprengel — alman botaniki, həkim və filoloq. Kurt Kobeyn — musiqiçi, bəstəkar. Kurt Kalleya — Maltalı müğənni. Kurt Marti — İsveçrəli teoloq və şair.
Qrut
Qrut (ing. Groot) — Marvel Comics personajı. Sten Li və Cek Kirbi tərəfindən yaradılmış bu komiks obrazı ilk dəfə 1960-cı ildə ekrana çıxdı. Ağaca bənzər yadplanetli Qrut ilk dəfə eksperiment həyata keçirmək üçün insanları ələ keçirməyə çalışan işğalçı obraz kimi görünmüşdür. Marvel Kinematoqrafiya Kainatında Vin Dizel tərəfindən səsləndirilmişdir.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Quru
Quru (informatika)
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Qut
Qut - türk, monqol və altay şamanizmində və xalq inancında müqəddəs enerji. Kut, Hut, Kud, Gut da deyilir. Monqollar Kutag, Hutag deyərlər. Müqəddəs həyat gücü, bərəkət. Həyatverici, mübarəklik, canlılıq kimi mənaları vardır. İgidlər qut sayəsində ölümdən xilas olar və ya həyata dönər. Bu güc Tanrıdan qaynaqlanır. Tanrı bu gücü geri çəksə, xaqanlar taxtı və həyatlarını itirərlər. Padşahların və nəsillərinin qanı müqəddəs sayıldığından, xanədandan biri edam ediləcəyi zaman boynu qılıncla vurulmaz, boğularaq öldürülər. İnsanın qutu doğulmadan əvvəl səmada iştirak edər.
Adi qur-qur
Adi qurqur (lat. Streptopelia turtur) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin qurqur cinsinə aid heyvan növü.
Xırda qur-qur
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Guru Nanak
Quru Nanak (pəncab adı ਗੁਰੂ ਨਾਨਕ ਦੇਵ, Gurū Nānak Dēv?; 15 aprel 1469 — 22 sentyabr 1539) — Siqhlərin ilk qurusu və siqhizm dininin yaradıcısıdir.
Kurt Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. == Həyatı == Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. == Həyatı == Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. == Elmi naliyyələri == Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Kurt Calleja
Kurt Kalleya (5 may, 1989) - Maltalı müğənni. Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
Kurt Cobain
Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967, Aberdin[d], Vaşinqton – təq. 5 aprel 1994, Sietl, Vaşinqton) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı. == Həyatı == Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.
Kurt Deketeler
Kurt Deketeler (29 iyul 1966, Belçika) — Avropa Tədqiqat Universitetləri Liqasının baş katibi, Flamand (Belçika) elektirik enerjisi və təbii qaz tənzimləyicisi sisteminin (Vreg) prezidenti, Lyöven universitetinin hüquq professoru. == Fəaliyyəti == Lyöven universitetində 1995-ci ildən ekologiya, inşaat, inzibati və konstitusiya hüququndan dərs deyir. Dandi universitetində iqlim hüququ, Qətər universitetində enerji və ekologiya hüququndan dəvətlə dərs deyir. London, Sidney və Sinqapur universitetlərinin dəvət edilmiş professoru, Antverpen universitetinin və Belçika elm və incəsənət kollecinin dosentidir.
Kurt Gödel
Kurt Hödel (alm. Kurt Friedrich Gödel‎; 28 aprel 1906[…], Brno, Sisleytaniya – 14 yanvar 1978[…], Prinstom, Nyu-Cersi) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır. == Həyatı == Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.
Kurt Hofman
Kurt Hofman (12 noyabr 1910[…], Frayburq-im-Braysqau – 25 iyun 2001[…], Münxen) — alman kino rejissoru == Filmləri == Fokus-pokus (film, 1953) Avantürist Feliks Krullun etirafı (film, 1957) Biz vunderkindlərik (film, 1958) Cənab Missisipinin kəbini (film, 1961) Şpessart qəsrində kölgə (film, 1961) Sabah saat yeddidə dünya yenə qaydasında olacaq (film, 1968) Şpessart qəsrində gözəl çağlar (film, 1969) Kapitan (film, 1971) == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 268.
Kurt Hödel
Kurt Hödel (alm. Kurt Friedrich Gödel‎; 28 aprel 1906[…], Brno, Sisleytaniya – 14 yanvar 1978[…], Prinstom, Nyu-Cersi) — Avstriya əsilli Amerikan məntiqçisi və riyaziyyatçısıdır. Çoxluqlar nəzəriyyəsi, riyazi məntiq və nisbilik nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. ABŞ Milli Elmlər Akademiyasının (1955) və London Kral Cəmiyyətinin (1968) üzvüdür. XX əsrin ən böyük mütəfəkkirlərindən sayılır. == Həyatı == Kurt Hödel 28 aprel 1906-cı ildə Avstriya-Macarıstan (Moraviya)) imperiyasının Brün (indiki Brno) şəhərində, alman ailəsində anadan olmuşdur. Kurtun atası-Rudolf Hödel böyük tekstil fabrikinin ortaq sahibi idi. Onun, atasının şərəfinə adlandırılmış Rudolf adlı böyük qardaşı var idi. 1918-ci ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra Kurt Çexoslovakiya vətəndaşlığı almağına baxmayaraq, özünü hər zaman Avstriyalı hesab edirdi. 23 yaşında rəsmi olaraq Avstriya vətəndaşlığını qəbul edib.
Kurt Kalleya
Kurt Kalleya (5 may, 1989) - Maltalı müğənni. Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
Kurt Kobeyn
Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967, Aberdin[d], Vaşinqton – təq. 5 aprel 1994, Sietl, Vaşinqton) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı. == Həyatı == Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.
Kurt Landau
Kurt Landau (alm. Kurt Landau‎;29 yanvar 1903, Vyana – 1937[…], İspaniya) — Avstriya, Almaniya və İspaniyada fəaliyyət göstərən solçu siyasətçi və publisist. == Həyatı == Kurt Landau 1921-ci ildən Avstriya Kommunist Partiyasının üzvü olmuşdur, Vahrinqdəki ictimai təşkilata rəhbərlik etmişdir. Stalinizm əleyhinə çıxış edərək trotskist hərəkatına — Beynəlxalq sol müxalifətə qoşulmuşdur. 1927-ci ildə AKP-dan xaric edildikdən sonra "Avstriyada anarxo-kommunizmin mahiyyəti və tarixi" kitabçasını dərc etdirmişdir. 1929-cu ildən Leninbundun üzvü olmuş, "Vedinq müxalifəti"-nə ("Landau Qrupu") rəhbərlik etmişdir. 1931-ci ildə "İskra" qrupunu yaradaraq KKE-nin Sol Müxalifətindən ayrılmışdır. 1936-cı ilin sonunda o, həyat yoldaşı Katya Landau ilə birlikdə İspaniyada baş vermiş vətəndaş müharibəsində respublikaçılara qoşularaq POUM dəstələrində döyüşməyə başlamışdır. Lakin 1937-ci ilin iyununda POUM və Milli Əmək Konfederasiyası (MƏK) tərəfdarlarının evlərində Stalin repressiyalarından gizlənməyə məcbur qalmışdır. 23 sentyabr 1937-ci ildə SSRİ Xalq Daxili İşlər Komissarlığı agentləri tərəfindən qaçırıldıqdan sonra öldürülmüşdür.