Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oveçi adası
Oveçi adası (fin Lammassaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Verxnı adasından 50 m şimalda, Pojoq adasından isə 100 m cənuba yerləşir. Yaxınlığında Martinsaari və Paatio adaları yerləşir.
Avaci
Aviçi
Avicii (əsl adı: Tim Bergling; 8 sentyabr 1989[…], Stokholm – 20 aprel 2018[…], Maskat) — isveçli dicey, remiksçi və musiqi prodüseri. Tim 16 yaşında olanda elektron musiqi forumlarında öz hazırladığı remikslərini paylaşmağa başlamış və ilk rekord müqaviləsini bu sayədə almışdır. O, 2011-ci ildə buraxdığı “Levels” sinqlı nəticəsində məşhur olub. Onun 2013-cü ildə çıxan ilk albomu “True” müxtəlif janrlarla elektron musiqinin qarışığı idi. Bu albom tənqidçilər tərəfindən müsbət rəylər almışdı. Albomdan olan sinql “Wake Me Up” ABŞ və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkələrin hit-paradlarında üst sıralarda qərarlaşmışdı. Timin ikinci studiya albomu “Stories” 2015-ci ildə işıq üzü görmüşdür. O, 2017-ci ildə dinləyicilərinə “Avīci (01)” adlı mini-albom təqdim etmişdir. Timin məşhur sinqllarına daxil idi: “I Could Be the One” (Niki Romero ilə), “You Make Me”, “X You”, “Hey Brother”, “Addicted to You”, “The Days”, “The Nights”, “Waiting for Love”, “Without You” və “Lonely Together”. Timin 2012-ci ildə David Qetta ilə birlikdə ərsəyə gətirdiyi “Sunshine” mahnısı “Qremmi” mükafatına namizəd göstərilmişdi.
Dəvəçi
Dəvəçi — Azərbaycanın Şabran şəhərinin əvvəlki adı. Dəvəçi rayonu — Azərbaycanın Şabran rayonunun əvvəlki adı. Dəvəçi-i Ülya (Meşkinşəhr) — İranda kənd. ‎Dəvəçi-i Süfla (Meşkinşəhr) Dəvəçi (Qoşaçay) — Cənubi Azərbaycanda, Qoşaçay şəhristanında kənd. Dəvəçi (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Dəvəçi bələdiyyəsi — Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə. Dəvəçi məhəlləsi — Təbriz şəhərinin ən böyük məhəllələrindən biri.
Gucci
Gucci — italyan moda evi, geyim, parfüm, aksesuar və tekstil istehsalçısı. Fransız konqlomerasiyasına aid olan Kering, LVMH-dən sonra moda mal istehsalçısı tərəfindən satışa görə ikinci ən böyük şirkətdir. == Tarix == Moda evi "Gucci" 1904-cü ildə Florensiyada Quççio Quççi (Italian. Guccio Gucci, 1881–1953) tərəfindən təsis edilib.Gənc illərində Guccio bir müddət Londonda yaşayırdı, burada Savoy otelində garson kimi işləyirdi. Qonaqların dəri çantaları və çamadanları ona ele təəsür yaratdı ki Florensiyaya qayıtdıqdan sonra, yəhər sənətkarlığı bacarıqlarına sahib olmağa qərarına gəldi, ayaqqabıların və çamadanların istehsalı ilə məşğul olan bir atelye açdı.1938-ci ildə Guccio Roma'daki öz mağazasını açdı.1947-ci il 1950-ci illərdə bambuk tutacaqları ilə bir çantanın doğulduğu ildir,1950-ci illərdə şirkətin "brend" məhsullarına çevrilmiş, daxili toxunuşlu lent və toxunuşlu zamş mokasin nümunələri ilə metal bağlayıcılar, yarandı. Guccio Gucci-nin nəzarəti altında, müəssisə tək bir bütöv idi, lakin ölümündən sonra uşaqları və nəvələri uzun və bahalı əmlak mübahisələri cəlb olundular. Bu mübahisələrə görə, ölkənin ən görkəmli vəkilləri faydalanmışdı.İndi ailə bu mübahisələri müşayiət edən əcdadlarının qəzəb və təcavüz təzahürləri ilə son dərəcədə utanır. 1953-cü ildə Guccio vəfatından sonra işi oğlulları Aldo və Rodolfoya keçdi, hər biri şirkətin 50% -ni aldı. Aldo İtaliyadan ABŞ-yə köçdü, burada Nyu-York, London və Paris mağazalarını açdı və sonra 1960-cı illərin sonlarında Hong Kong, Tokio və Seulda işlərini genişləndirdi. Aldo Gucci "American Motors" ilə müqavilə bağlayaraq şirkətin maraqlarını genişləndirdi: 1972-ci ildə Hornet avtomobil, Sportabout moda dünyasından bir dizayner tərəfindən hazırlanan xüsusi dəsti ilə istehsal edilən ilk Amerika avtomobillərindən birinə çevrildi.
Iveco
Iveco (ing. Industrial Vehicles Corporation) — İtalyan sənaye avtomobillərinin istehsalçısı. Baş ofis Turində yerləşir. == Tarix == Konsern Covanni Anyelli tərəfindən 1975-ci ildə yaranıb. Konsernin heyətinə Fiat, Magirus-Deutz, həmçinin Fiatın xaricdəki bölmələri ОМ, Lancia, fransız FIAT France SA (Unic yük maşınlarını buraxan) daxil olundular. Növbəti illərdə də konsernın heyətina bir sıra avtomobil zavodları daxil olundu.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Qremi
Kaxetiya çarlığı — Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Vecin
Veçin və ya Vecin (farsca:وچین / وجین) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Vecin Kosar şəhristanının Şimali Səncəbəd dehistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 101 nəfər (kişilər: 54 nəfər - qadınlar: 47 nəfər) olmuşdur. Kənddə 26 ailə yaşayır. Kəndin əhalisi Azərbaycan türkləridir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən ? km cənub-şərqdə, Givi şəhərindən 45 km şimal-şərqdə, 37° 51' 59.50" şimal enliyi və 48° 26' 50.66" şərq uzunluğunda, dəniz səviyyəsindən 1940 m yüksəklikdə yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə ibtidai məktəb fəaliyyət göstərir. Kənd əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. == Tarix == 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. == Coğrafiya == Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. === Milli tərkibi === Şəhər monoetnik azərbaycanlı şəhəridir.
GECF
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
Gecə
Gecə— göy cisimlərinin (planetlər, onun peyki və s.) səthində olan müəyyən nöqtə üçün mərkəzi ulduzun (Günəş, ulduz) üfüqünün az olduğu müddət. Müəyyən nöqtə üçün "gecə müddətinin" uzunluğu onun coğrafi enliyindən asılıdır. Göy cisimlərinin gündüz və gecə tərəfləri terminatorla bölünür. Planetlərin qütb dairələrindən yuxarı enliklərində gecənin uzunluğu çox olur. Qütb gecəsi qütb dairəsinin enliyində bir günə qədər, qütblərdə isə yarım ilə qədər davam edir.
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyası daşıyan hərbi gəmi.
Dəvəçi (Qoşaçay)
Dəvəçi (fars. دوه چي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 457 nəfər yaşayır (107 ailə).
Dəvəçi (kənd)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Dəvəçi bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəvəçi məhəlləsi
Dəvəçi məhəlləsi — Təbriz şəhərinin böyük məhəllələrindən biri. == Tarixi == Bəzi qaynaqlarda bu məhəllənin adı farsca Şütürban yazılır.
Dəvəçi rayonu
Şabran rayonu (əvvəlki adı: Dəvəçi rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şabran şəhəridir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə rayon Şabran rayonu adlandırılmışdır. == Tarixi == 1578-ci ildə Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Şabran sancağı olmuşdur. Mərkəzi Şabran (qədim şəhər) idi. Dəvəçi rayonu 1930-cu ildə təşkil edilmişdir. 1959-cu ildə Siyəzən rayonu ləğv edilərək ona birləşdirilmiş və rayon ərazisi genişləndirilmişdir. 1992-ci ildə Siyəzən yenidən ondan ayrılmış və müstəqil rayon olmuşdur. Dəvəçi rayonu 1963-cü ildə ləğv edilərək ərazisi Abşeron rayonuna verilmiş (Dəvəçi və Siyəzən şəhərləri respublika tabeliyində şəhər kimi qalmışlar), 1965-ci ildə yenidən Dəvəçi adı ilə müstəqil rayon olmuşdur. Lap əvvəllər Dəvəçi rayonunun adı Dəvəçibazar olmuşdur.
Dəvəçi şəhəri
Şabran, və ya keçmiş adı ilə Dəvəçi (digər tarixi adı Dəvəçibazar) — Azərbaycanın Şabran rayonunun inzibati mərkəzi. Paytaxt Bakı şəhərindən 122 km aralı. Şəhər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 983-IIIQ saylı Qərarı ilə şəhər Şabran adlandırılmışdır. == Tarixi == Qədim mənbələrdə adı çəkilən Şabran (Şabaran) Qafqaz dağlarının cənub-şərq qolunun şimal-şərq yamaclarında, Samurçay hövzəsində ərazi idi. Sonradan Şirvanşahlar, əl-Babın əmirləri və Arran hakimləri arasında bu ərazi üstündə çəkişmələr olmuşdur. Z.Bünyadov Şabranın Dəvəçi yaxınlığında yerləşən orta əsr sahilyanı şəhəri olduğunu qeyd edir. Şabranın şimal-şərqi Azərbaycan ərazisində idarəçilik mərkəzi olmasını daim hücumlara məruz qalan strateji əhəmiyyətli yer kimi tarixdə buraya olan hücumlar da sübut edir. Müxtəlif istiqamətlərə gedən yollar üzərində yerləşən Şabranı təsadüfü deyildir ki, ərəb hücumları dövründə Xəlifə Ömər Şirvanşahların mərkəzi şəhəri kimi, həmçinin Dərbənd və ətraf yerlərin əhalisini şimaldan hücum edənləri ölkəyə buraxmamaq şərtilə vergilərdən azad etmişdir. Azəbaycan tamamilə ərəblərə tabe edildikdən sonra Şabran III Əmirliyin böyük şəhərləri sırasında qeydə alınmışdı.
Euseius querci
Euseius querci (lat. Euseius querci) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Fyodorov gəvəni
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı "Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)" — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Gəcin (Bostanabad)
Gəcin (fars. گجين‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (6 ailə).
Gənci (Marağa)
Gənci (fars. گنجي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (15 ailə).