QAMÇI

is. Heyvanları vurmaq, yaxud hürkütmək üçün bir ağacın ucuna bağlanmış ip, dəri və s.; şallaq, qırmanc. Arabaçı atları saxladı, düşdü yerə.
Sonra qamçını arabanın içinə tullayıb getdi. C.Məmmədquluzadə.
Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hələ bir oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam. S.S.Axundov.

// məc. Zərbə mənasında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAMÇI şallaq — qırmanc
  • QAMÇI qamçı bax şallaq

Etimologiya

  • QAMÇI Bəzi türk dillərində zərbə anlamını verən qam sözü var. Qamçı isə zərbə aləti kimi açıqlanıb. Zərbə kəlməsi alınmadır
QAMBÚZİYA
QAMÇILAMA
OBASTAN VİKİ
Aşağı Qamçı
AŞAĞI QAMÇI — İrəvan quberniyası Eçmiadzin qəzasında kənd adı. == Toponimikası == Eçmiadzin qəzasında kənd adı. 1877-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1946-cı ildə ermənicə Baqramabert adlandırılmışdır. XIX əsrdə Dağıstan əyalətinin Qaytaq-Tabasaran dairəsindəki Qamçı-özən çay adı Bakı qəzasındakı Gəmcə dağı, Naxçıvandakı Gəmici çayı və b. toponimlərlə mənaca eynidir.
Qamçı effekti
Qamçı effekti (ing.
Bitki qamçılıları
Bitki qamçılıları (lat. – Phytomastigophora ) Qamçılılara daxil olan sinifdir. == Quruluşu == Onların uzunluğu 3–5 mkm ilə 400 mkm arasında və daha böyük ölçüdə dəyişir. Forması ovalvari, sapvari, çöpvari və ya yarpağabənzərdir. Bədənin səthində çıxıntılar və tikanlar ola bilər. Əksəriyyətində xarici örtük pellikuladan ibarətdir, ancaq psevdopod əmələ gətirən və formasını dəyişə bilən növlərdə bədən xaricdən yalnız plazmatik membranla örtülmüşdür. Sitoplazmanın ekto və endoplazmaya bölünməsi əksər növlərdə kifayət qədər aydın ifadə olunmuşdur. == Həyat tərzi == Bitki qamçılılarının bir çox növlərində işığa həssas orqanoid- qamçının əsasında yerləşən stiqma vardır. Rəngli qamçılılar işıqda fotosintez prosesi həyata keçirirlər (avtotrof), rəngsizlər isə xırda ibtidailər və bakteriyaların hesabına faqositoz yolu ilə saprofit şəkildə qidalanırlar (heterotrof orqanizmlər). Bitki qamçılılarının bəzi növləri eyni zamanda həm fotosintez prosesini həyata keçirir, həm də saprofit üsulla qidalana bilirlər (miksotrof orqanizmlər).
Heyvan qamçılıları
Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar. == Həyat tərzi == Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir. == Quruluşu == Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir.
Parazit qamçılılar
Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir. Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur. İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır.
Qamçıdaşıyanlar
Qamçıdaşıyanlar (lat. Mastigophora) – sarkomastiqoforlara aid sinif. Qamçılılar — Mastigophora yarımtipi Yarımtip nümayəndələrinin əsas əlaməti – sayı birdən bir neçəyədək olan hərəkət orqanoidi qamçıların mövcudluğudur. Bəzilərində qamçı ilə yanaşı psevdopodiyalar da olur. Qamçılıların əksəriyyəti şirin sularda, dəniz hövzələrində, torpaqda məskunlaşmış sərbəstyaşayan orqanizmlərdir. Bir sıra növləri parazitdir. Onlar onurğasız və onurğalı heyvanların, eləcə də insanın bədən səthində, daxili orqanlarında və toxumlarında parazit həyat sürürlər. Yarımtipin tərkibinə 8000-ə yaxın növ daxildir. Volvoksidlər – Volvoxida dəstəsi Tək yaşayan yaşıl və ya rəngsiz qamçılılardır. Bədən forması girdə, ovalvarı, uzunsov, ellipsvari olur.
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Qamçılıayaq hörümçəklər
Qamçılıayaq hörümçəklər (lat. Amblypygi) – hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Qamçıayaqlılar tropik ölkələrdə yaşayırlar. Orta ölçülü və daha iri formalar vardır. Xeliserləri qısadır və caynaqşəkilli buğumla nəhayətlənir. Qamçıayaqlıların xüsusi özünümüdafiə vasitəsi vardır. Onlarda anal dəliyinin yanında xarici mühitlə əlaqələnən anal vəzi yerləşir. Bu vəzi aşındırıcı maddə ifraz edir. Qamçıayaqlıların Thelyphonidae fəsiləsinə daxil olan 80-ə qədər növü məlumdur. Əksər növü Malay arxipelaqında və Mərkəzi Amerikada yayılmışdır.
Qamçılıca
Sümürgə (lat. Asplenium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinə aid bitki cinsi.
Qamçılılar
Qamçılılar oval, şarabənzər və ya uzunsov formada olur. Ölçüləri mikroskopikdir. Bədənləri ikiqat membranla örtülü olur. Sitoplazmada bir və ya bir neçə nüvə yerləşir (Opalinidlərdə 100 və daha çox). Bu orqanizmlər üçün maye mühitdə hərəkət etməyə imkan verən 1–8, bəzən daha çox (bir neçə min) qamçının olması səciyyəvidir. Hər qamçı bədənə birləşmiş fibrillərdən ibarətdir. Bu alttipə aid olan orqanizmlər arasında sərbəstyaşayanlara və parazitlik edənlərə rast gəlinir. Onlar üçün mürəkkəb inkişaf sikli xarakterikdir. == Yayılması == Bu orqanizmlər şirin və duzlu su hövzələrində yaşayır və bitki, heyvan, həmçinin insan orqanizmində parazitlik edir. Hazırda 8000-ə qədər növü məlumdur.
Qamçıqay (Xudabəndə)
Qamçıqay (fars. قمچقاي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (80 ailə).
Qamçıqay (İcrud)
Qamçıqay (fars. قمچقاي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 434 nəfər yaşayır (115 ailə).
Qamçıçay (Bicar)
Qamçıçay (az-əbcəd. قامچی‌چای‎, fars. قمچقاي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 276 nəfər yaşayır (69 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Qara qamçılıca
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Şimal qamçılıca

Digər lüğətlərdə