Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Gallus gallus
Bankiv cəngəllik toyuğu (lat. Gallus gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü. == Yarımnövləri == G. g. bankiva G. g. gallus G. g. jabouillei G. g. murghi G. g.
Galion
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Galium
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Gallus
Cəngəllik toyuğu (lat. Gallus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmcinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədilə qarpuna partlayıcı yerləşdirilir.
Qarxun
Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Talçum
Talçum ( Koreya dilində 탈춤) — maska ilə təqlidi, hekayə danışaraq bəzən də mahnı oxuyaraq edilən Koreyanın milli rəqsi kimi xarakterizə olunur.Hər nə qədər talçum koreyalılar tərəfindən əsasən bütün maskalı rəqs tamaşalarını adlandırmaq üçün istifadə olunsa da, ilk vaxtlar sadəcə indiki Şimali Koreyanın Hvanqhe əyalətinin rəqslərini adlandırmaq üçün istifadə olunan regional termin idi. Hvanqhe əyalətindən Heso talçumu, Seul və ya Kyonqqi əyalətindən Sande nori, Naqdoq Çay ərazilərindən Oqvanqde nori və Deul nori, Cənub sahili ərazilərindən beş tanrının rəqsi mənasına gələn Obanqsincanq, Hamkyonq əyalətindən isə Sacatal nori daxil olmaqla, Koreyanın ecazkar maska rəqsləri bütün dünyada tanınır. Ancaq talçum günümüzdə maskalı rəqs tamaşalarını adlandırmaq üçün ümumi termin olaraq qəbul edilir. Koreyanın maskalı rəqs tamaşaları sadəcə maska taxmış rəqqaslar tərəfindən ifa edilən rəqs deyil, eyni zamanda maskalar vasitəsilə insanları, heyvanları və bəzən fövqəltəbii varlıqları təsvir edən əhəmiyyətli dramatik məzmundur. Maska rəqsi gizlədilmiş arzu və istəklərin qorxu və utanc olmadan nümayiş olunduğu bir tamaşadır. Bu tamaşalarda aşağı təbəqənin savadlı, Konfutsiçilik təlimini üstün tutan yanqbanlara (yüksək təbəqə) qarşı hiss etdikləri məyusluğu, sadə xalqın gündəlik həyatını, rahiblərin öz vəzifələrinə uyğun davranmaması və kişilərin köhnə arvadlarını tərk etməsi kimi sosial problemləri əks etdirir. Obrazlar hakim sinfin ikiüzlülüyünü və ağılsızlığını ələ salır, yeni bir dünya və daha yaxşı bir gələcək üçün dua edirlər. "Tal" bir çox koreyalı tərəfindən də səhvən Koreya dilində maska olaraq bilinir.Ancaq həqiqətdə tal bir şeydən özünü xilas və azad etmək üçün istifadə olunan Çin Heroqlifləridir. Qədim koreyalılar üçün tal, tanrıların müqəddəs bir simvolu idi. Bu səbəbdən xüsusilə dəyərli idi və ona ibadət olunurdu, amma bütün bunlara baxmayaraq, həmişə yaşayış məntəqələrindən uzaq məsafələrdə saxlanılırdı.
Yalçuk
Çançun
Çançun (çin. 长春市) — Çin Xalq Respublikasının şimal-şərqində yerləşən Qirin əyalətinin paytaxtı və ən böyük şəhəridir. Mançuriya düzənliyinin mərkəzində yerləşən Çançun 7 rayondan ibarət əyalət altı şəhərdir. 2010-cu il hesablamalarına görə şəhər əhalisinin ümumi sayı 7,674,439 nəfərdir. Şəhərin adı çin dilindən tərcümədə "uzun payız" deməkdir. 1932 və 1945-ci illər aralığında Yaponiya İmperiyasının "kukla dövlət"i olan Mançuriya tərəfindən işğal altında saxlanılan Çançun şəhərinin adı Hsinkin olaraq dəyişdirilmişdir. 1949-cu ildə Çin Xalq Respublikasının əsasının qoyulmasından sonra şəhər Qirin əyalətinin inzibati mərkəzi elan olunmuşdur. Çində "avtomobillər şəhəri" adı ilə tanınan bu yaşayış məntəqəsi ölkənin vacib sənaye bazalarından biri hesab olunur. Yerli avtomobil sənayesində oynadığı mühüm rola görə Çançun şəhərinə bəzən "Çinin Detroytu" da deyirlər. Bu şəhər Çin Xalq Respublikasının Tikinti Nazirliyi tərəfindən "Milli Bağ Şəhəri" mükafatına layiq görülən dörd şəhərdən biridir.
Galeon
Galeon köhnə Gecko əsaslı veb brauzerdir. GNOME-da təkmilləşdirmə məqsədləri üçün Marco Pesenti Gritti və komandası tərəfindən hazırlanmışdır. 2000-ci illərdə populyarlıq qazandı və paralel olaraq, çeviklik və yeni xüsusiyyətlərlə təkmilləşdirmələr edildi. 2002-ci ildə inkişaf qrupu fikir ayrılıqlarına görə ayrıldı. İnkişaf 2008-ci ilin sentyabrından dayandırılıb.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. Qalen həm də filosof kimi tanınmışdır.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Falcon 9
Falcon 9 — ABŞ-də SpaceX tərəfindən dizayn və istehsal edilmiş qismən təkrar istifadə edilə bilən iki mərhələli orbitə orta qaldırıcı daşıyıcı raket. Falcon 9 dünyada ilk təkrar istifadə edilə bilən raket adını qazanmışdır. == Sərmayə == SpaceX Falcon 1-dən fərqli olaraq Falcon 9-u NASA-nın sərmayəsi ilə hazırlamışdır. SpaceX 2011-ci ildə Falcon 9 v1.0 üçün lazım olan məbləğin 300 milyon dollar olacağını təxmin etmişdi. SpaceX Falcon 9 və Dragon kapsulu üçün lazım olan maliyyənin 450 milyon dollarını öz büdcəsindən, 396 milyon dollarını isə NASA-nın verdiyi maliyə yardımından istifadə etdi.
Falcon Heavy
Falcon Heavy — SpaceX şirkəti tərəfindən istehsal edilmiş təkrar istifadə edilən uçuş raketi. Falcon Heavy Falcon 9 raketinə əsaslanır.
Galbus (Miyanə)
Galbus (fars. گلبوس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 388 nəfər yaşayır (79 ailə).
Galium scaberrimum
Galium scabrum
Galium scabrum (lat. Galium scabrum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium schilkense
Şimal qatıqotu (lat. Galium boreale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Galium segetum
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Garcan (Ərdəbil)
Garcan (fars. گرجان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 936 nəfər yaşayır (233 ailə).
Güvən Yalçın
Güvən Yalçın (türk. Güven Yalçın; 18 yanvar 1999, Düsseldorf) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu. == Klub karyerası == === Bayer Leverkuzen === Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir. === Beşiktaş === ==== 2018-2019-cu illər mövsümü ==== 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır. == Milli komanda karyerası == 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir.