Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alpamış dastanı
Alpamış (özb. Alpomish) — özbək dastanı. Burada Baysun vadisində konqrat tayfasından olan qəhrəmandan bəhs edilir. == Məzmun == Dastanda konqrat tayfasının məişəti, ictimai münasibətləri, adət-ənənələri, dünyagörüşü aydın şəkildə təsvir edilmişdir. Müsbət qəhrəmanlar Alpamış, Gülbərçin, Keyqubad, Qarakozayım xalqın ən yaxşı keyfiyyətlərinin daşıyıcılarıdır. "Alpamış" digər türkdilli xalqlar, o cümlədən qaraqalpaqlar, tatarlar, başqırdlar, altaylar, qazaxlar və başqaları arasında da tanınır. Dastanın özbək variantları qazax və qaraqalpaq variantlarından onunla fərqlənir ki, Alpamış və onun sevgilisi iki qardaşın övladlarıdır. Özbək konqratlar öz yaxın və uzaq qohumları ilə evlənirlər ki, bu da onları Mərkəzi Asiyada yaşayan digər xalqlardakı konqratlardan fərqləndirir. Dastanın əsas ideyasını xalqın müstəqillik uğrunda mübarizəsi, ədalətli və dinc həyatın bərqərar olması, yüksək bəşəri ideallar təşkil edir. == Tədqiqi == Dastanın variantlarının mətnlərini Əbubəkr Divayev, A. Konratbayev, Saken Seyfullin, Sabit Mukanov hazırlayıb nəşr etdirmişlər.
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. == Tarixi == XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb.İndiki var olan saray 1873-1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. == Muzey == Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb. Günümüzdə muzeydə 41.000 eksponat var — gürcü mədəniyyətinin nadir inciləri.
Damiani Damiano
Damiano Damiani (23.7.1922, Pasiano – 7.3.2013, Roma) – italyan kinorejissoru. == Həyatı == Milan Zərif Sənətlər Akademiyasında boyakarlıq sinfi üzrə təhsil almışdır. 1946-cı il dən kinoda (quruluşçu rəssam, rejissor köməkçisi) işləmişdir. Sonrakı 10 il ərzində Ç. Dzavattininin rəhbərliyi altında ona şöhrət gətirən bir neçə qısa metrajlı sənədli film (“Afforinin bandası”, “İncəsənət və reallıq”, “Diskobol”, “Formula 2”, “Hərəkət edən rəsmin yaranması” və s.) çəkmişdir. “Zavallı sevgililər haqqında povest” filminin (1953, rejissor. K. Lidzani) ssenari müəlliflərindən biridir. == Fəaliyyəti == 1960-cı ildən bədii kino sahəsində çalışmışdır (“Dodaq boyası”). Damianinin rejissorluq fəaliyyətində kəskin süjetli, dinamik (“Muzdlu qatil”, 1961; “Kim bilir?”, 1966) kinematoqrafiya meyilli sosial-psixoloji problematikaya (“Arturo adası” və “Həmyerlilərin görüşü”, hər ikisi 1963; “Sıxıntı”, 1964; “Olduqca çətin qız”, 1969) maraqla birləşir. 1960-cı illərin sonu – 1970-ci illərdə Damiani korrupsiya və mafiya mövzularına xüsusi diqqət yetirmiş, siyasi kinematoqrafın liderlərindən biri olmuşdur: “Bayquş gündüz gəlir”(1967), “Ən gözəl arvad” (1970), “Polis komissarının respublika prokuroruna etirafı” (1971, Moskva Beynəlxalq kinofestivalının mükafatı), “İstintaq bitmişdir: unudun” (1972), “Hakimləri niyə öldürürlər” (1975), “Mən qorxuram” (1977), “Diz çökmüş insan” (1979), “Xəbərdarlıq” (1980).Neorealizm ənənələrini inkişaf etdirmiş Damiani ideal qəhrəmana inamı, romantik kolliziya və teatrallığa meyilliyi saxlamışdır. Digər filmləri: “Cirolimoni, Roma əjdahası” (1972), “Bir dahi, iki bacanaq və toyuq” (1976), “Qudbay və amin” (1978), “Pitseriya hazırlayan məkan va sitəsilə əlaqə” (1985), “Təhqiqat” (1987), “ Tutqun günəş”, “Qətl oyunu” (hər ikisi 1989), “Silahlı mələk” (1991); “Sözlər və qan” (1982), “Leninin qatarı” (1988) tele filmləri; “Sprut” (1984) teleserialı.
Damiano Damiani

Edigey dastanı
“Edigey” – özündə canlı tarixi əks etdirən dastandır və onun Krım-tatarlarına, başqırdlara, qazaxlara, qaraqalpaqlara, noqaylara, özbəklərə, baraba tatarlarına, dağlı altaylara və s. bir çox türk xalqlarına aid variantı mövcuddur. “Edigey” ilk olaraq 1820-ci ildə “Сибирский вестник”də Q.İ.Spasski tərəfindən nəşr olunmuşdur. Daha sonralar Ç.Vəlixanov, V.V.Radlov, S.Cığatay və başqaları tərəfindən dastanın 30-a yaxın mətni nəşr edilmişdir. XIV əsrin sonu XV əsrin əvvəllərində baş verən hadisələri özündə bədii şəkildə əks etdirən dastanda Toхtamış xanla Edigey arasında gedən mübarizədən bəhs olunur. Azərbaycanda “Edigey” dastanının noqay və Anadoludan toplanmış rumeli variantları Qumru Şəhriyar tərəfindən tərcümə olunaraq “Dədə Qorqud” dərgisində (Bakı, 2017 (1), (2); 2018 (1) nəşr edilmişdir. == Qaynaqlar == 1. В.М.Жирмунский. Избранные труды. Тюркский героический эпос. Издательство “Наука”, Ленинградское отделение, Ленинград, 1974 2. Qəhramanlıq salnaməsi – “Edigey” dastanı (noqay variantı) – I (noqaycadan tərcümə edəni Q.Şəhriyar).
Ergenekon dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Erqenekon dastanı

Gilqameş dastanı
Gilqameş dastanı — tarixdə ən qədim yazılı dastandır. 12 gil lövhəsi Akkad mixi yazısı ilə yazılmışdır. Gilqameş dastanı Qədim Babilin mədəniyyət abidəsi nümunəsidir. Hammurapi qanunları kimi bu sənət əsəri də Şumer və Babil qarışığından ibarətdir. Uruk kralı Gilqameşin ölümsüzlük axtarışından bəhs edən dastan eyni zamanda Nuh tufanının ən qədim versiyasını də saxlamaqdadır. Gilqameş, ən yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyə çatma səyinin nafilə olduğunu anlamış və tanrı Enlilinin öyüdləriylə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyə çata biləcəyini qəbul etmişdir. == Tarixiliyi == Dastan tarixə məlum ən qədim mədəniyyətlərdən olan şumerlərin yaşayışı haqqında məlumat verir və eyni zamanda ilk yazılı dastan xüsusiyyətini daşıyır. Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar.
Gılqamış dastanı

Kenza Dahmani
Kenza Dahmani (18 noyabr 1980) — Əlcəzairli marafonçu. Kenza Dahmani Əlcəzairi 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kenza Dahmani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 37 saniyəyə qət edərək 157 marafonçu sırasında 50-ci yeri tutdu.
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Koroğlu dastanı
Koroğlu — Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən xalq qəhrəmanıdır. Əsl adı Rövşən olmuşdur. "Koroğlu" Rövşənin ləqəbidir və ona atasının gözləri xan tərəfindən çıxarıldıqdan sonra verilmişdir. == Dastan haqqında == Dastanda Koroğlunun kim olduğundan, onun etdiyi mübarizələrdən bəhs edir. Koroğlunun atası Alı kişinin Həsən xan tərəfindən gözləri çıxardılır. Əslində Həsən xan Alı kişini öldürmək fikrində idi, lakin qonağı Hasan paşanın Alı kişinin gözlərinin çıxardırılmasını söyləməsi onu bu fikrindən daşındırdı. Koroğlunun əsl adı Rövşəndir. Atası ölmədən əvvəl ona "Koroğlu" adını qoydu. Bunuda qeyd eləmək lazımdır ki, Koroğlunun vətəni Çənlibeldir. Dastanda Koroğlunun başına qoçaq oğlanlar yığışınca Çənlibel igidlərin məskəni olmuşdur.
Köç Dastanı
Köç dastanı — Uyğur dastanı. == Dastanın məzmunu == Uyğurların yurdunda "Hulqun" adlı bir dağ vardı. Bu dağdan Tuşla və Sələngə adlı iki çay axardı. Bir gecə oradakı bir ağacın üzərinə göydən ilahi bir işıq düşdü. İki çay arasında yaşayan xalq bunu diqqətlə izlədi. Ağacın gövdəsində şişkinlik əmələ gəldi, ilahi işıq 9(doqquz) ay 10(on) gün şişkinlik üzərində durdu. Ağacın gövdəsi yarıldı və içində beş uşaq göründü. Bu ölkənin xalqı bu uşaqları böyütdü. Ən kiçikləri olan Buqun xan böyüyüncə xaqan oldu. Ölkə zəngin, xalq isə xoşbəxt oldu.
Nart dastanı
Nart dastanı(adıq Нартхымэ акъыбарыхэ; Nartxıme aqıbarıxe; abxaz dili. Нарҭаа ражәабжьқәа; Nartaa raƶuabƶkua; qaraç.-balk. Нарт таурухла; Nart tawruxla; oset. Нарты кадджытæ; Nartı kadjıtæ; Narty kaddžytæ; çeç. Нарт Аьрштхой; Nart ärştxoý; Nart ärştxoj) — Şimali Qafqaz mənşəli nağıllar toplusu. Bu, bölgədəki qəbilələrin, o cümlədən abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkar və çeçen-inquş folklorunun əsas mifologiyasını formalaşdırır. == Etimologiyası == "Nart" sözü "nar" sözünün osetin dilindəki cəm halı olan Nartæ sözündən gəlməktədir. "Nar" sözü özü də Proto Hind-Avropa dillərinin alt qrupu Proto Hind-İran dilində (*h₂nḗr) "qəhrəman, kişi" mənasında işlənmişdir. Çeçen dilində "nart" nəhəng deməkdir. == Personajlar == Dastandakı hekayələrdə önə çıxan qəhrəmanlardan bəziləri bunlardır: Sosruko (ubıx, abxaz və adıge : sawsərəqʷa (Саусырыкъо); osetin : Soslan (Сослан)) — Hiyləgər kimi də peyda olan qəhrəman.
Nikolay Dadiani
Niko Dadiani (gürc. ნიკოლოზ (ნიკო) დავითის ძე დადიანი; 4 yanvar 1847, Zuqdidi – 24 yanvar 1903, Sankt-Peterburq) — Sameqrelonun son suveren şahzadəsi (1853-1866). Taxtını itirdikdən sonra rus tərzində: Əlahəzrət Şahzadə Nikolay Davidoviç Minqrelski çağrılmağa başladı. == Mənşəyi == Meqreliya suveren şahzadəsi I David Dadiani (1812-1853) və Yekaterina Alexandrovnanın oğludur. Şahzadə Çavçavadzenin anası, general-leytenant və şair Aleksander Qarsevanoviç Çavçavadzenin qızıdır. == Həyatı == Atasının öldüyü zaman onun 7 yaşı var idi və yetkinlik yaşına qədər knyazlığı anası saray şurası ilə birlikdə (atasının kiçik qardaşları: Qriqori Levanoviç və Konstantin Levanoviç) idarə edirdi. Osmanlı imperiyası tərəfindən Ömər paşanın komandanlığı altında Sameqreloya qarşı (Krım müharibəsi dövründə) hərbi əməliyyatlara başlaması ilə anası şahzadə Ketrinlə birlikdə knyazlığın ordusunda idi. 1856-cı ildə anası ilə birlikdə imperator II Aleksandrın tac tacına keçmiş, fliqel-adyudant olmuş və Əlahəzrətin Qafqaz Mühafizəçilər eskadronun leyb-qvardiyasına yazılmışdır. 1857-ci ildə anası Meqreliaya getdikdən sonra Sankt-Peterburqda qalır. Təhsilini başa vurmaq üçün Parisə göndərilir.
Nəsimi dastanı
"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür. == Məzmun == Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir. I səhnə: Cəlladların rəqsi II səhnə: Nəsiminin monoloqu III səhnə: Nəsimi və sevgilisinin birinci dueti IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi V səhnə: Hücum VI səhnə: Qızların kədəri VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti VIII səhnə: Nəsiminin üsyanı IX səhnə: Savaş X səhnə: ƏbədilikBaletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.
Yaradılış dastanı
Yaradılış dastanı — ilk türk dastanlarından biri. Dastan Vasili Radlov tərəfindən yazıya alınmışdır. Qəhrəmanlarının coşqulu tərzdə mədh edildiyi və bir neçə hissədən ibarət olan bu dastan bütün Orta Asiyada və Sibirdə yayılmış türk mifoloji təsəvvürlərinə əsaslanır. == Yer kürəsinin yaranması == Bu dastanda başlanğıcda yalnız Tanrı Qara xanın və suyun olması deyilir. Birdən Ağ Ana peyda olub “yarat” dedi və suya daldı. Qara xan isə uça bilən bir kişi yaratdı. Kişi Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Bunu bilən Qara xan ondan uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlanıb boğulmağa başladı. O, peşman olub Qara xandan bağışlanmasını istədi.
Şalva Dadiani
Şalva Nikolayeviç Dadiani (1874 - 1959) — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). == Həyatı == 9 may (21), 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir.Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921) Sovet Gürcü teatrının inşasında fəal iştirak etmişdir.
Şikari dastanı
Şikari dastanı – qəhrəmanlıq mövzusunda olan bu dastan islamiyyətin yayılması motivi əsasında yaranmışdır. Dastan keçən əsrin 60-70- ci illərindən etibarən Təbriz aşıqları tərəfindən sürəkli repertuarlara salınmış, ancaq dastanın həcmi böyük olduğundan yalnız müəyyən qolları məclislərdə aşıqlar tərəfindən söylənilmişdir. Dastanın tam variantda ifa edilməməsi nəticədə müxtəlif mətnlər arasında əlaqəsizliyə gətirib çıxarmış, daha sonrakı mərhələdə tam mətninin toplanılmasında müəyyən çətinliklər yaratmışdır. Azərbaycan türkcəsinin Təbriz şivəsində söylənən “Şikari” dastanı Aşıq Yədullah tərəfindən öz ustadının dilindən alınaraq bugünkü variantında qorunub saxlanmışdır. “Şikari” dastanı ənənəvi qəhrəmanlıq dastanlarına uyğun çoxşaxəli qollar üzərində qurulmuşdur. Dastanın məzmunu şah Daranın oğlu Şikarinin İslam dinini yaymaq uğrunda mübarizəsi ilə bağlı olaraq müxtəlif ölkələrə səyahətini, eyni zamanda ailə-məişət məslələrinin də yer aldığı hadisələri əhatə edir. “Şikari”də hadisələrin inkişaf nöqtəsi bir çox dastan və nağıllarda motivləşən iki qardaşın rəqabətindən başlanır. Belə ki, Rum şahı Daranın Ərçə adlı oğlu qardaşı Şikarinin atası tərəfindən vəliəhd seçilməsini qəbul edə bilmir, ov bəhanəsiylə Şikarini saraydan uzaqlaşdırıb uzaq bir səhrada quyuya salır. Şah Daraya isə Şikarini ovda şirlərin parçalaması xəbərini verir. Keyvan tacir tərəfindən quyudan azad olunan Şikari onunla birlikdə ölkələri dolaşıb İslamı yaymaq uğrunda mübarizəyə qoşulur.
Ərgənəqon Dastanı
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. == Tarixi əsərlərdə == XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Talat Sait Halman isə mifoloji bir varlıq olan Bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə Bozqurtlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir Türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir.
Atropatena dastanı
"Atropatena dastanı" — Vahid Məmmədlinin müəllifi olduğu Azərbaycanın ilk fentezi trilogiyası.«Koroğlu», «Dədə Qorqud» kimi Azərbaycan dastanlarından sonra XXI əsrdə yazılmış dastan, epos. Azərbaycan tarixinin Alban və Atropat dövrünün dastanı. Magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitabda toplanmış üç kitab. Trilogiya 11 ölkədə çap olunub. == Məzmun == === Birinci kitab === Trilogiyanın birinci kitabı «Albaner» adlanır. «Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi. Çar Vaçaqan ölkədə xristianlığı qəbul etdirmək istədiyindən sehrbaz kahinlərin əli ilə öldürüldükdən sonra, Qüdsdən gələn müqəddəs Yelisey, Vaçaqanın oğlu Albaneri də özü ilə götürərək Paytakaran yaxınlığındakı gözdən- könüldən uzaq kəndlərin birindəki kilsədə gizlənmişdi. Kənd əhalisini daim müalicə edib onlara şəfa verən müqəddəs Yelisey, kəndlilərin sevimlisinə çevrilmiş, Çar oğlu Albaneri də əsl cəngavər kimi tərbiyə edib böyütmüşdü. Yeni Çar Vaçe, ölkədə sayı günü-gündən artan sehrbazları və cadugərləri, bütpərəst kahinləri, habelə, murdar sənəmlərə sitayiş edənləri sarayın həndəvərinə buraxmasa da belə, onların qəzəbindən qorxaraq müqəddəs Yeliseyi saraydan uzaqlaşdırmışdı. Kiçik Midiyanın paytaxtı Qazakanı Parfiyalı şah Artaban qorxunc əjdahaların vasitəsi ilə idarə edir, həmin əjdahaları qonşu dövlətlərin üzərinə göndərməklə onların əhalisini daim vahimə və qorxu içərisində saxlayırdı…» «Zülmət gecə» ordeninin başçısı Nadovarın qara magiyaları, onun arvadı İfritənin sehrli iliksirləri işə düşür.
Akkani burnu
Akkani burnu — Çukot yarımadası sahillərində yerləşən, Berinq dənizinə daxil olan Meçiqmen buxtası ilə yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar dairəsinin Çukot rayonu ərazisinə daxildir. çuk. Ыкынин sözündən əmələ gəlmişdir. Mənası «soyuq» anlamındadır. Digər versiyaya görə isə «yeddi yurt» mənasını verir. Burun yaxınlığında morj yatağı vardır. == Akkani qəsəbəsi == Burnun şimal-şərqində dəniz məməliləri ovlayanlar tərəfindən salınmış qəsəbə vardı. 1960-ci illərdə burada 150 nəfər yaşayırdı. 1978-ci ildə sakinlər Lorinoya köçürlər.
Layın dabanı
Layın dabanı – (rus. подошва пласта, ing. base of bed, bottom of bed) geologiyada layı aşağıdan məhdud­laşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Yamacın dabanı
Yamacın dabanı – (rus. подошва склона, ing. foot of slope, toe of slope) dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin da­banı – (rus. подошва возвышен­ностей, ing. foot of upland) ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.