Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Cudi
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lodi
Lodi (it. Lodi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Luri
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Budi
Budi (ukr. Буди, rus. Буди) — Ukraynanın Xarkov vilayətinin Xarkov rayonunda yerləşən kənd tipli yaşayış məntəqəsi. Merefanın sol sahilində, Donun drenaj hövzəsində yerləşir. 2022-ci ilin məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 5,829 nəfərdə ibarətdir. 2024-cü ilin 26 yanvar tarixinədək Budi şəhər tipli qəsəbə statusuna malik olub. Həmin tarixdə isə yaşayış məntəqəsinin şəhər tipli qəsəbə statusu ləğv edilərək, kənd tipli yaşayış məntəqəsi statusuna çevirilmişdir.
İbrahim şah Ludi
İbrahim şah Ludi(puşt. ابراهیم لودي, urdu ابراہیم لودی; XV əsr, Dehli – 21 aprel 1526) — Ludilər sülaləsindən Hindistan hökmdarı. Sultan İskəndər şah Ludinin böyük oğludur. Atasının ölümünə görə 22 noyabr 1517-ci ildə taxta çıxdı. Hökmdarlığını qəbul etmeyen müxalifləri, qardaşı Cəlal xanın ətrafında toplanıb onu Cavnpur hökmdarı elan edərək ölkəni ikiyə bölmək istədilər. İbrahim Ludi həmən qardaşının üzərinə bir ordu göndərdi. Məğlub olan Cəlal xan, Siqhlərin əlindəki Qevaliyara sığındı. İbrahim Qevaliyarı da mühasirə etdi və Cəlal xanı ələ keçirərək adamlarıyla bərabər həbsə atdı. Cəlal xan bir müddət sonra həbsxanada öldü. İbrahim şah daha sonra, dövlət adamlarının ona qarşı sadiq davranmadığı gərəkçəsiylə sərt bir idare tərzi menimsədi və bir çox irəli gələn əyan-ərkanı basqıya məruz qoyaraq özündən soyutdu.
Lui
Lui — ad. == Fransa == Lui Araqon — fransız şairi. Lui Paster — fransız bioloqu, kimyaçı, əczaçı. Lui Lümyer — kinematoqrafiyanın banisi. Lui Reno — fransız hüquqşünası. Lui Bazin — fransız şərqşünası. Lui Anri Bussenar — fransız yazıçı. Lui Qabriel Ambruaz Bonald — fransız filosofu. Lui de Broyl — fransız nəzəriyyəçi fiziki. Lui Pyer Altüsser — fransız neo-marksist filosofu.
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
GQ Lupi
GQ Lupi, Lupus bürcündə təxminən 495 işıq ili uzaqlıqda olan T Tauri dəyişən ulduzudur. Ulduz gəncdir və onun kütləsi Günəş kütləsinin təxminən 70%-ni təşkil edir == Mümkün planetar sistemi == 2005-ci ildə Ralf Noyhauser və həmkarları ulduzun ətrafında fırlanan GQ Lupi b adlı ulduzaltı obyektin olduğunu bildirdilər. 2M1207b ilə yanaşı, bu, birbaşa təsvir edilən ilk günəşdənkənar planet namizədlərindən biri idi. Ekzoplanetin görüntüsü 25 iyun 2004-cü ildə Çilidə Paranal Rəsədxanasında VLT teleskopu ilə çəkilib. Kütləsindən və planetin tərifindən asılı olaraq, GQ Lupi b planet hesab oluna və ya olunmaya da bilər. 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının Günəşdənkənar Planetlər üzrə İşçi Qrupu GQ Lupi b-ni “gənc ulduzun mümkün planet kütləsi yoldaşı” kimi təsvir etmişdir. GQ Lupi b 2020-ci ildə olduğu kimi “təsdiqlənmiş planet” kimi siyahıya alınmışdır. 2020-ci ildə GQ Lupi-nin başqa bir aşağı kütləli yoldaşı təqribən 16 qövs saniyəsi və ya 2400 AU məsafədə kəşf edildi. 2MASS kataloqu altında 2MASS J15491331-3539118 olaraq təyin edilmiş, çox güman ki, cazibə qüvvəsi ilə əsas ulduzuna bağlı olan gənc ulduz obyektidir. Onun çəkisinin Günəşin kütləsinin təxminən 15%-ini və radiusu Günəşin radiusunun 21%-ini əhatə etdiyi təxmin edilir.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Ledi Qaqa
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Ledi Slim
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Lodi doyusu
Lodi döyüşü — 1796-cı il 10 Mayda baş vermişdir. Avstriyalı general Beaulieu Napoleona qarşı Fombio döyüşündə aldığı məğlubiyyətdən sonra Beaulieu məğlub olaraq ordusunu Ada çayının gerisinə çəkdi. Beaulieu geri çəkilməni sürətləndirmək üçün Lodidə General-Mayor Vukassovich idarəsində təxminən 10.000 nəfər qoyaraq irəlilədi. Napoleonun ordusu 10 Mayda Lodiyə çatıb çayın sol sahilini düşməndən təmizlədi. Napoleonun əsas ordusu Lodiyə çatana qədər fransız topçuları avstriyalıların körpüyü dağıtmamaqları üçün qarşı sahilə dayanmadan atəş açırdılar. Elə bu vaxt Napoleon şəxsən toplardan birinin başına keçib əsgər kimi döyüşdü. Bu fransız əsgərlərinin döyüş ruhunu artırdı. Axşamüstü əsas ordu Lodiyə çatdı. Napoleon dərhal əsgərlərə körpünü keçmələri əmrini verdi. Axşama yaxın şəhər ələ keçirildi.
Lodi əyaləti
Lodi əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Luvi dili
Luvi dili – Xet-luvi dillərinə aid ölü dil. B.e.ə. II minillikdə Cənub-qərbi Kiçik Asiyada Xet çarlığının tərkibinə daxil olan Luvi ərazisində yayılmışdır.
Luçi Sulla
"Luçi Sulla" ( it. Lucio Silla Lucio Silla ) — musiqili dram (it. dramma per musica ), V.A. Motsartın operası, J. da Gamerra'nın librettosu. P. Metastasio tərəfindən redaktə edilmişdir. Premyerası: 26 dekabr 1772-ci il Milan, Reggio Ducale Teatrında baş tutmuşdur. Lutsi Korneli Sulla eramızdan əvvəl 138–78-ci illərdə yaşamış Roma diktatorudur. Eyni zamanda I.K.Bax və P. Anfossinin eyni adlı operalarının qəhrəmanı olmuşdur. == Süjet == Motsartın əsərinin əsası İtalyan opera seriyasına xas olan məcburiyyət və hisslərin ziddiyyətindən götürülmüşdür.. Baş qəhrəman Luçi Sulla, Senator Cecilionun nişanlısını əlindən alıb özünü isə Romadan qovur. O, geri qayıdaraq qızın namusu uğrunda mübarizəyə başlayır.
Luşi-Monfan
Luşi-Monfan (fr. Louchy-Montfand) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 453 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 288 nəfərdən (15–64 yaş) 216 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,0%, 1999-cu ildə 77,1%). Fəal 216 nəfərdən 208 nəfəri (114 kişi və 94 qadın) işləyir, 8 nəfər işsizdir (1 kişi və 7 qadın).
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı "No Burden" albomu ilə diqqətləri üzərinə çəkib. Onun 2018-ci ildə yayımladığı ikinci albomu olan "Historian" müsbət rəylərlə qarşılanıb. Dakusun üçüncü studiya albomu "Home Video" 2021-ci ildə işıq üzü görüb. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüleb. Riçmond şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Mekaniksvill şəhərində böyüyüb. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən yaşlarından maraq göstərib.
Lüsi Lauless
Lucy Lawless (ing. Lucille Frances Ryan, 29 mart 1968, Mount Albert[d], Oklend regionu[d]) — ABŞ pop və ritm-end-blüz müğənnisi, mənşəcə barbadosludur. Amerikan "Zena: Cəngavərlərin şahzadəsi" serialında baş qahramanıdır. == Həyatı == Lüsi Louless (ingLucy Lawless, d.29 Mart 1968,Mount Albert, Auckland),Yeni Zelandiyalı aktrisa və müğənni.Beynəlxalq mükafat almış Televiziya serialı Zena: Cəngavər Şahzadəsində 1995-dən 2001-ə qədər canlandırdığı Zena rolu ilə tanınmışdır.Bundan başqa Battlestar Galacticada da önəmli rol almışdır.Sonuncu çəkildiyi serial Spartacus: Blood and Sand və Spartacus: Vengeancedə Batiatın arvadı rolunu canlandırmışdır(ancaq serialın İntiqam hissəsində Batiat yoxdur). == Şəxsi həyatı == Lüsi 19 yaşında Qarz Loulessdən hamilə qalmışdır.1988-ci ildə Kalgoorlie,Avstraliyada evləndilər.Yeni Zelandiyaya qayıdanda Deysi Louless adlı qızları doğulmuşdur.(doğum tarixi 15 iyul 1988-ci il).Cütlük 1995-ci ildə boşanmışlar.Lüsi daha sonra Zenanın yaradıcısı Robert G. "Rob" Tapert ilə 28 Mart 1998-ci ildə evləndi.Julius Robert Bay Tapert (doğum tarixi 16 Oktyabr 1999) və Judah Miro Tapert (doğum tarixi 7 May 2002) adında iki oğulları var.