Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tyaqu da Silva
Enrike Tyaqu (23 may 1985, Braziliya) — Braziliya futboçusu. 23 may 1985-ci ildə Fernandopolisdə anadan olub. Çıxış etdiyi klublar: Fernandopolis (Braziliya) San Kaetano (Braziliya) Santista (Braziliya) Roma Apukarana (Braziliya) 2008-ci ildən Qəbələdə çıxış edir.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Kaqu
Kaqu (lat. Rhynochetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinin kaqular fəsiləsinə aid heyvan cinsi.
Sağu
Yuğ və ya Sağu — yas mərasimi ilə bağlı arxaik nəğmələrdir. Bu mətnlər ortaq türk folklor arealında geniş yayılmış “yuğ”, “ağı”, “sağu”, “yedi”, “edi” adları ilə tanınmışdır. Bu mərasim insanların vəfatı zamanı ya evdə, ya da basdırılan zamanı düzəldilir. Əsas hissə yasın qurulduğu yerdə icra edilir. Oxunan mahnılar ağı adlanır. Qədim türklərdə yuğçu ozanlar - ağıçılar qopuzda çalaraq ölən haqqında mahnılar deyərlərmiş. Həmin mərasimdə ölən adam təriflənər, onun yaxşı cəhətləri, xeyirxahlıqları mövzu olarmış. Yuğ həm də qədim türklərin musiqi, mahnı, rəqs, ağı parçaları ilə müşayiət olunan ölübasdırma mərasimi olub. Qədim Azərbaycanda yuğ (yuğlamaq – ağlamaq sözündəndir) adlanan ayın olmuşdur ki, sonralar onun tərkib hissələrinin çoxu matəm mərasiminə keçmişdir. Yaş – matəm nəğmələri ağılar və mərsiyələr bizim dövrlərdə də qalmışdır.
TAQM
TAQM (türk. Avrasya Askeri Statülü Kolluk Kuvvetleri Teşkilatı; ing. The Association of the Eurasian Law Enforcement Forces with Military Status) — Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatı. Türk dövlətlərinin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) ortaq ordusu. Ordunun simvolu at heykəlidir. 25 yanvar 2013-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan arasında qurulmuş beynəlxalq rəsmi bir təşkilatdır. Təşkilatın təməli 2011-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində atılmışdır. Təşkilatın əsas qərargahı Ankarada yerləşir. Quruluş məqsədi, "Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq və həmrəyliyi inkişaf etdirmək, ortaq müdafiə etmədə olmaq və təhlükəsizliyi təmin etmək" olaraq açıqlanmışdır. 2013-cü il yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib.
Tabu
Tabu (Polineziya dilində - qadağan) — dini ovsunlu tədbirin tətbiq olunma şərtinə qəti qadağan. Tabunun pozulması "fövqəltəbii" cəza, xəstəlik və ya ölümlə hədələnir. Tabu sistemi Polineziya adalarında həddindən artıq inkişaf etmişdir. Burada o, hətta dövlət qanunlarını əvəz edir. Qədimlərdən bəri Yeni Zelandiya qəbilələrində başçılar müəyyən şeylərə toxunmağı qadağan edirdilər ki, bu da «tabu» adlanırdı. Hansısa insan və yaxud yer «tabu» elan edilirdisə, ona yaxınlaşmağa heç kimin ixtiyarı çatmırdı. Vəhşi qəbilələr başçının əmrini Allahın əmri sayırdılar. Onlara elə gəlirdi ki, başçının əmrini pozsalar, Allahın da əmrindən çıxmış olarlar və Allah onları cəzalandırar. Polineziya mənşəli olan və “işarələnmiş, müəyyən edilmiş” mənasını verən tabu sözü həm müqəddəsliyi, həm çirkliliyi, həm də buna uyğun olaraq toxunulmazlığı ifadə edir. Qısacası “toxunmamalı, deyilməməli, yeyilməməli və edilməməli olan” deməkdir.
Tatu
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Tequ
Tequ (kor. 대구 [tɛ̝.ɡu]) — Cənubi Koreyanın dördüncü böyük şəhəri (Seul, Busan və İnçxondan sonra). Rəsmi olaraq, Tequ şəhər-metropolis (kor. 대구 광역시 Daegu-gwangyeoksi) adlanır və 2016-cı ilə qədər Könsan-Pukto əyalətinin paytaxtı idi. Atlanta, ABŞ; Almatı, Qazaxıstan; Sindao, ÇXR; Hiroşima, Yaponiya; Sankt-Peterburq, Rusiya; Milan, İtaliya; Plovdiv, Bolqarıstan.
Tağı
Tağı — Azərbaycanlı kişi adı. Tağı Şahbazi Simurğ — yazıçı. Tağı Nağıyev — Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından. Tağı Tağıyev — Azərbaycan SSR xalq rəssamı.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Tağ
Tağ — memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq (sütun, dirək və s.) arasındakı boşluğun üstünü örtmək üçün əyrixətli örtük konstruksiyası. Yarımdairə, çatma, nalvarı və s. formalarda olur. Daşdan hörülür və ya metal, ağac və dəmir-betondan hazırlanır. Tağ, əsasən, sıxılmaya işləyir və üzərinə düşən şaquli yükləri dayaq, kontrfors və dartqılara (iki dayağa söykənən və dartılmaya işləyən millərə) ötürür. Tağdan binalarda örtüklərin, körpülərdə aşırımların yüksaxlayan elementi kimi istifadə edilir. Konstruktiv sisteminə görə tağ şarnirsiz (oynaqsız) və iki-üç şarnirli (oynaqlı) olur. Layihələndirilmə zamanı tağın əyriliyi, oxları elə götürülür ki, daimi yük altında (tağın öz çəkisi, ona söykənən örtüyün, damın və s. ağırlığı) tağda ancaq sıxıcı qüvvə yaransın. Bu halda onun en kəsiyinin ən az ölçüsü alınır.
Enrike Tyaqu
Nəxl Tağı
Nəxl Tağı— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7 818 nəfər və ya 1 574 ailədən ibarət idi.
Rafiq Tağı
Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq. Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır. 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb.
Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Sülh Tağı
Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır. Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub.
Tequ stadionu
Tequ stadionu (kor. 대구스타디움, ing. Daegu Stadium, alternativ ad — Blue Arc («mavi tağ»), keçmiş adı — Daegu World Cup Stadium) — Cənubi Koreyanın Tequ şəhərində yerləşən futbol və yüngül atletika üçün nəzərdə tutulmuş stadion. Tequ futbol klubunun ev arenasıdır. Stadionda 2002 FİFA Dünya Kubokunun , 2003 Yay Universiadasının və 2011 Yüngül Atletika üzrə Dünya Çempionatının oyunları keçirilib. Stadionun tikintisi 2001-ci ilin may ayında başa çatdırılmış, açılışı isə 28 iyun 2001-ci ildə baş tutmuşdur. Baş podratçı Samsung korporasiyası idi. İşlərin dəyəri 265 milyon dollar hesablanmışdı ki, bu, 2002 Dünya Kuboku oyunlarına ev sahibliyi edən Cənubi Koreyanın ən böyük stadionu idi. 2003-cü ildən Tequ futbol klubunun ev oyunları keçirilir. İlkin adı Daegu World Cup Stadium, 5 mart 2008-ci il tarixində indiki adına dəyişdirildi.
Xaltanlı Tağı
Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu – 1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur. 1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır. Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Zəfər tağları qədim Roma memarlığının ən təsirli və fərqləndirici növlərindən biridir. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
İmam Tağı
Məhəmməd ibn Əli ət-Təqi (İmam Cavad, İmam Təqi; 12 aprel 811, Mədinə, Hicaz, Abbasilər xilafəti – 25 noyabr 835, Kazımiyyə[d], Bağdad, Abbasilər xilafəti) —
Naim Talu
Mehmet Naim Talu (22 iyul 1919, Konstantinopol – 15 may 1998, İstanbul; türk. Mehmet Naim Talu). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib.
Robinson tağı
Robinson tağı — Məbəd dağının cənub-qərb hissəsində qeyri-adi enli daş tağla dəstəklənən monumental pilləkəndir. E.ə. I əsrin sonlarında I Böyük Hirodun təşəbbüsü ilə İkinci məbədin genişləndirilməsi məqsədi ilə inşa edilmişdir. Son tapıntılar, tikilinin onun ölümündən 20 il sonra tamamlanmadığını göstərir. Böyük daş aralığı, Məbəd dağının istinad divarları ilə birlikdə tikilmişdir. Tağ, Qədim Qüdsün Aşağı Bazar ərazisindən və Tyropoeon küçəsi ilə dağ kordonunda yerləşən Royal Stoa kompleksinə çıxışı təmin edir. Üst keçid, tamamlandıqdan təxminən 10-20 il sonra ilk yəhudi-roma üsyanı zamanı dağıdılıb. Tağın adı, 1838-ci ildə qalıqlarını onun qalıqlarını aşkar etiş alim Edvard Robinsonun şərəfinə adlandırılıb. Robinson, tapıntılarını nəşr etdirdiyi "Fələstindəki İncil araşdırmaları" adlı əsərində, İosif Flavinin "Yəhudilərin keçmiş əsərləri" və Yəhudi müharibəsində təsvir olunan körpü ilə əlaqənin ətraflı izahını vermişdir. Kitabında verdiyi körpü rəsmi ilə Qüds divarlarının varlığını göstərməklə, divarların qədimliyinini sübuta yetirmişdir.
Su tağı
Su tağı və ya su arkası və ya su şırnağı ilə qarşılama— hörmət və ya minnətdarlıq məqsədilə istifadə edilən mərasimdir.
Dek (tatu)
Dek (kürd. deq, دەق) və ya xal (kürd. xał , خاڵ) — kürdlərə aid ənənəvi və unikal tatular. Dek daha çox kürd qadınları arasında rast gəlinir, lakin kişilər arasında da müşahidə olunur. İslamın təsiri ilə dekin tətbiqi daha az yayılmış və xına ilə əvəz edilmişdir. Xınadan fərqli olaraq, dek müvəqqəti deyil. Kürd kimliyini yenidən təsdiq etmək üçün dekdən istifadəni canlandırmaq üçün səylər göstərilmişdir. Dek yezidilər tərəfindən də tətbiq edilir. == Tarixi == Dekin mənşəyi məlum deyil. XVI əsrin əvvəllərində Amidalı Aesi "Medicae Artis Principes" əsərində dek və onun necə hazırlandığını yazmışdır.
Taku İvasaki
Taku İvasaki (岩崎 琢, Iwasaki Taku, d. 21 yanvar 1968) — Yaponiya bəstəkarı və aranjimançısı. Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. Tokio İncəsənət Universitetinin məzunudur. Origin: Spirits of the Past (2006) Mercury - The Prime Master (1991) Hayato Matsuo, Seyro Okamoto və Tsuşi Yamaci ilə birlikdə.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.