TABU

сущ. табу:
1. у первобытных народов: запрет, налагавшийся на какое-л. действие, слово, предмет, нарушение которого, по суеверным представлениям, каралось сверхъестественными силами
2. лингв. вульгарное слово, употребление которого запрещается вследствие религиозных верований, суеверий, цензурных запретов, боязни грубых выражений и т.п.
TABSIZLIQ
TABURET
OBASTAN VİKİ
Tabu
Tabu (Polineziya dilində - qadağan) — dini ovsunlu tədbirin tətbiq olunma şərtinə qəti qadağan. Tabunun pozulması "fövqəltəbii" cəza, xəstəlik və ya ölümlə hədələnir. Tabu sistemi Polineziya adalarında həddindən artıq inkişaf etmişdir. Burada o, hətta dövlət qanunlarını əvəz edir. Qədimlərdən bəri Yeni Zelandiya qəbilələrində başçılar müəyyən şeylərə toxunmağı qadağan edirdilər ki, bu da «tabu» adlanırdı. Hansısa insan və yaxud yer «tabu» elan edilirdisə, ona yaxınlaşmağa heç kimin ixtiyarı çatmırdı. Vəhşi qəbilələr başçının əmrini Allahın əmri sayırdılar. Onlara elə gəlirdi ki, başçının əmrini pozsalar, Allahın da əmrindən çıxmış olarlar və Allah onları cəzalandırar. == İfadənin tarixi == Polineziya mənşəli olan və “işarələnmiş, müəyyən edilmiş” mənasını verən tabu sözü həm müqəddəsliyi, həm çirkliliyi, həm də buna uyğun olaraq toxunulmazlığı ifadə edir. Qısacası “toxunmamalı, deyilməməli, yeyilməməli və edilməməli olan” deməkdir.
Aeonium tabuliforme
Aeonium tabuliforme (lat. Aeonium tabuliforme) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Antonio Tabukki
Antonio Tabukki (24 sentyabr 1943[…], Piza, İtaliya – 25 mart 2012[…], Lissabon) — italyan yazıçı, "Pereyra iddia edir" adlı əsərin müəllifi. == Həyatı == Antonio Tabukki 23 sentyabr 1943-cü ildə Pizada dünyaya gəlib, lakin Veççiano qəsəbəsində nənəsi və babasının yanında böyüyüb. 1969-cu ildə universiteti bitirib. Buraxılış işinin mövzusu "Portuqaliyada yalançılıq" olub. 1970-ci illərdə Pizadakı "Scuola Normala Superiore"də Portuqal dili və ədəbiyyatını tədqiq edib. 1973-cü ildə Boloniya Universitetinin Portuqal dili və ədəbiyyatı kafedrasında müəllim işləməyə başlayıb. Onda portuqal dilinə və ədəbiyyatına marağı Fernando Pessoanın yaradıcılığına olan heyranlığı və onu ana dilində oxumaq arzusu doğurub. 1975-ci ildə ilk romanı "Piazza d'ıtalia"da (Milan: Bompiani) dərc olunub. Siena Universitetində, Nyu-Yorkdakı "Bard Kolleci"ndə, Parisdəki "École des Hautes Études" və "Collège de France" kimi tanınmış təhsil müəssisələrində dərs deyib. Əsərləri qırxdan artıq dilə tərcümə olunub.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Hollerit tabulyatoru
Hollerit tabulyatoru XIX yüzilin sonunda amerikalı Herman Hollerit (Herman Hollerith) tərəfindən ABŞ-də 1890-ci ildə əhalinin syahıyaalınmasının statistik verilənlərinin qeydiyyatı və emalı üçün ixtira olunmuş elektromexaniki maşın. Bu maşın perfokartlardakı verilənləri emal edən ilk qurğu idi; o, pefokartlarda olan dəliklərdən elektrik dövrəsini qapamaqla statistikanı hesablayırdı. Bəzi qiymətləndirmələrə görə bu maşının sayəsində siyahıyaılmanın aparılması müddətini üçdə iki dəfə qısaltmaq mümkün olub. 1900-cü illərin başlanğıcında Holleritin qurduğu Tabulating Machine Company şirkəti bu ixtiranın kütləvi buraxılışına başladı; bir sıra birləşmələrdən sonra bu şirkət International Business Machines Corporation (IBM) firmasına çevrildi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Neoseiulus tabularis
Neoseiulus tabularis (lat. Neoseiulus tabularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Picea abies f. tabuliformis
Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur. Toxumları uzunsov (4 mm) , qəhvəyi, parıltılı sarımtıl (qırmızıyaçalan), qanadcıqlıdır. Toxum pulcuqları odunlaşmış, tərs yumurtavarı, azca qabarıq, kənarları batıq və ya dişlidir.
Picea excelsa var. tabuliformis

Pinus tabuliformis
Pinus tabuliformis (lat. Pinus tabuliformis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Senecio tabulicola
Senecio tabulicola (lat. Senecio tabulicola) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Tabuk (şəhər)
Tabuk, (ərəb. تبوك‎,Tabūk) Ərəbistan yarımadasının şimal-qərbində Səudiyyə Ərəbistanıın Tabuk bölgəsinin mərkəzi şəhəridir == Tarix == Başqa məlum olan adları: Tebuk, Tebûk, Tabûk, Gabûk. Tebük, İslam peyğəmbəri Məhəmməd peyğəmbərin dövründə Mədinə şəhərinin şimalında, Mədinə şəhəri ilə Şam şəhəri arasındakı yolun üzərində yerləşən bir qəsəbə idi. Tabuk ətrafında, Hicri təqviminə ilə Rəcəb, Qriqori təqvimi ilə 630-cu ilin Sentyabr ayında Məhəmməd peyğəmbər buraya Tabuk seferi etmişdir. Quranın Tövbə surəsinin ilk 29-cu ayətində bu səfər haqqına məlumat verilmişdir. === Osmanlı dövrü === Tabuk şəhəri Osmanlı İmperiyası dövründə İstanbuldan Məkkəyə gələn yolun və Hicaz dəmiryolunun üzərində bir dayanacaq rolu oynayırdı. Tabuk (Âsî Hurma) şəhərinə Nürəddin Şəhid tərəfindən kiçik bir qala tikdirilmişdir.. Mehməd Ədip Əfəndi "Nehcet'ül-Menâzil" adında kitabında o dövürdə Tabuk şəhərinin Âsî Hurma adlandırıldığını yazmışdır.. == İqlimi == Tabuk şəhəri yayları isti, qışları isə mülayim olan bir çöl iqliminə malikdir. İstilik yay aylarında 27-46 °C, qış aylarında isə 4-18 °C arasında dəyişir.
Tabuk şəhəri

Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tabuli

Tabulyasiya simvolu
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h). Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır. tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Hsiao Tabuyan
Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı. == Hakimiyyəti == Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı. Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar. Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi.

Digər lüğətlərdə

гаоля́новый зооморфи́ческий издёргивание ключа́рь надпоро́ться обму́сливать попили́ть предме́стница фракциони́рование забо́йщицкий милосе́рдствовать о́ный прослоня́ться стружко́вый я́ловый кекур щамья lifting-bridge running time unstriped wherever безводье реставратор стискивать телёнок