Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dang
Dang — çəki ölçü vahidi. == Ümumi məlumat == Dang dirhəmin altıda birinə bərabər çəki daşının adıdır. Əgər dirhəmi 3 q götürsək, onda dang 0,5 q-a bərabərdir. Ümumiyyətlə, dangın mənası altıda bir deməkdir. Əmlakın altıda birinə də dang deyilir.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Ding
Ding — çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır. Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı ağac növlərindən hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. Çəltiyi vaxtı ilə su dingi vasitəsilə də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq dingindən fərqlənirdi. Su dingi nov, pər (su çarxı), şapalaqlı ox, ding qolu, döyəc və 5-6 ədəd girdə çaladan ibarət düzəldilirdi.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Rəng
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Vəng
Azərbaycanda Vəng (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Xocavənd) (20 okyabr 2020-ci il, işğaldan azad olunandan sonra: "Çinarlı" adına dəyişdirilmişdi ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Vəng (Meğri) — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Zəng
Zəng (film, 1995)
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Telar Rinq Denq
Telar Rinq Denq — Cənubi Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən)
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan karyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xətləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Göy (rəng)
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Göy rəng
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq, onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü Hun dövlətinin də sonu gəldi.
Jan Deni
Jan Deni (fr. Jean Deny; 24 iyul 1879, Kiyev, Rusiya imperiyası – 5 noyabr 1963[…]) — fransız türkoloqu. == Həyatı == Jan Deni 1879-cu ildə anadan olmuşdur. Uşaqlıq illərini Ukraynada keçirmiş Jan Deni atasının fransız dili müəllimi olduğu Odessada Richelieu liseyini və Parisdə Louis le Grand liseyini bitirdikdən sonra eyni zamanda həm Paris hüquq fakültəsində, həm də École des Langues Orientalesdə (ərəbcə, farsca və rusca) oxumuşdur. Təhsilini bitirdikdən sonra Fransa Xarici İşlər Nazirliyində çalışmış və 1908-ci ilədək Fransanın Beyrut, Kudüs, Suriya və Maraş konsulluqlarında işləmişdir. Barbier ue Meynardm ölümündən sonra École des Langues Orientales müdiri Paul Boyer tərəfindən türk dili müəllimi vəzifəsinə təyin edilmiş (1908), iki il sonra da professor elmi dərəcəsini qazanmışdır (1910). 1914-cü ildə əsgər olaraq müharibəyə getmiş, 1915-ci ildə Şərq birliklərində tərcüməçi təyin olunmuşdur. 25 aprel 1915-ci ildə Çanaqqalə müharibəsində iştirak etmişdir. Sarılıq xəstəliyinə tutulduğu üçün 30 sentyabrda Selanik və daha sonra Makedoniyada Florinaya göndərilmişdir. I Dünya müharibəsində iştirak edən Deny türk dili ilə bağlı tədqiqatlarını da davam etdirmişdir.
Jenq Ni
Yen Ni (6 iyul 1976) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Yen Ni Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Kardinal (rəng)
Kardinal — rəng çaları. == Ədəbiyyat == The color displayed in the color box above matches the color called cardinal in the 1930 book by Maerz and Paul A Dictionary of Color New York:1930 McGraw-Hill; the color cardinal is displayed on page 33, Plate 5, Color Sample L5.
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Liu Kenq
Liu Kenq (ing. Liu Kang) - "Mortal Kombat" oyun seriyasında olan əsas personajlardan biridir. Bo Rai Çonun keçmiş tələbələrindən biridir == Xarakteristika == Liu Kenq kiçik yaşlarında Şaolin məbədində təlim almışdır. Həmin vaxtlarda "Ölümcül döyüş" turniri, Şanq Tsunq və Qoro haqqında əfsanələr eşitmişdir. Şaolin məbədi başçıları Liu Kenqi "Ölümcül döyüş" turnirində heyət üzvü sırasında təmsil etmək üçün ona döyüş sənətlərinin sirrini öyrətmişlər. Liu Kenq bu turnirə qatıldıqdan sonra ilk rəqiblərini məğlub edir. Ardınca Kunq Laonu məğlub etmiş və bu qələbəni 500 il qoruyan Qoronu məğlub edir. Şanq Tsunqa qalib gəldikdən sonra "Ölümcül döyüş" turnirinin qalibi olur. Turnirdən sonra Şanq Tsunqun adası məhv olur və Liu Kenq Şaolin məbədinə qayıdır. Lakin Şanq Tsunq sağ qalmışdır.
Liu Menq
Liu Menq (v. 272) — Kubeyin böyük oğlu idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Üsyana qərar versə də həbs edilərək edam edildi.
Madjenta (rəng)
Madjenta və ya Fuşya rəngi — qırmızı və mavi işığın bərabər nisbətdə qarışdırılması ilə əldə edilir. Bu rəng daha çox ingilis dilindəki adının tələffüzü olan "magenta" olaraq adlandırılır. == Ümumi məlumat == Madjenta dördrəngli (CMYK) çapda istifadə olunan rənglərdən biridir. Madjenta rənginin hex dəyəri "#FF00FF", RGB dəyəri "255, 0, 255", CMYK dəyəri isə "0, 100, 0, 0"dır.
Mavi rəng
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
Narıncı rəng
Narıncı — qırmızı və sarı rənglər arasında olan rəng. 590—620 nanometr dalğa uzunluğuna sahibdir.
Penq Lin
Penq Lin (d. 4 aprel 1995) — Çini təmsil edən su poloçusu. Penq Lin, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Cillian van den Berq
Cillian van den Berq (8 sentyabr 1971, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Cillian van den Berq, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Cillian van den Berq, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.