Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pape Diuf
Pape Diuf (18 dekabr 1951[…], Abeşe, Fransa Çadı[d] – 31 mart 2020[…], Dakar, Seneqal[…]) — Fransanın Olimpik Marsel FK-nın sabiq prezidenti. 18 dekabr 1951-ci ildə Çadda doğulub. Pape Diuf 2005-2009-cu illərdə "Marsel"ə rəhbərlik edib. 31 mart 2020-ci ildə səhhətində nasazlıq olan 68 yaşlı Pape Diuf koronavirus xəstəliyinə yoluxduğundan Seneqalın paytaxtı Dakarda vəfat edib.
Ajur
Ajur (fr. à jour) — mühasibatda təsərrüfat əməliyyatları başa çatdırılan gün bütün hesab qeydlərinin aparılmasını göstərən mühasibat uçotunun vəziyyəti. Bu, daha geniş mənada uçot hesabalama işlərinin qrafiklə müəyuən edilmiş müddətdə yerinə yetirilməsidir. Ajur ilə istənilən vaxt aralığı üçün müəssisə haqqında dəqiq təsəvvür əldə etmək mümkündür. == İstinadlar == == Əlavə ədəbiyyat == Ажур // Українська радянська енциклопедія : у 12 т. / гол. ред. М. П. Бажан ; редкол.: О. К. Антонов та ін. — 2-ге вид. — К. : Головна редакція УРЕ, 1974–1985.
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Desf.
Rene Luiş Defonten (fr. René Louiche Desfontaines; 14 fevral 1750, Fosse kəndi, Bretan — 16 noyabr 1833, Paris) — fransız botaniki, Fransa Elmlər Akademiyasının prezidenti (1804—1805). Parisdəki "Jardin des Plantes" bağının direktoru olmuşdur. == Əsas işləri == Cours élémentaire, 1796 Flora atlantica: sive historia plantarum quae in Atlante, agro tunetano et algeriensi crescunt (в 2 томах), 1798—1799 Tableau de l'École de Botanique du Muséum d'Histoire Naturelle, 1804 Choix de plantes du Corollaire des instituts de Tournefort, 1808 Histoire des arbres et arbrisseaux qui peuvent être cultivés en..., 1809 Catalogus plantanum horti regii Parisiensis, 1829 Voyages dans les régences de Tunis et d'Alger (fr.
Diff
Diff — İki fayl arasında fərqi tapıb, ekrana vermək üçün utilitdir. İlk versiyası 70-ci illərdə Unix əməliyyat sistemində yazılmışdır.
Druk
Druk (lat druk — Əjdaha) — Butan respublikasının rəsmi simvolu və Butanın mifoloji personajıdır. Butanın bayrağında əks olunan bu simvol sağlamlıq simvoludur. Jonq-ke dilinde Drukyul - əjdahalar vətəni, və Butanın kralı adlanır. 2007-ci ildə seçkilər zamanı 4 partiya özünü “Qızmızı əjdaha partiyası” adlandırdı. Hər partiya ayrı-ayrı rənglərlə təmsil olundu. Butanın himni “Druk cenden” isə Əjdahanın baş kralı” adlanır. == Digər Asiya əjdahaları == Çin əjdahası Yapon əjdahası Koreya əjdahası Vyetnam əjdahası == İstinad == ↑ About Bhutan :: Bhutan Footprints Travel & AdventureАрхивировано 27 fevral 2010-cu il. Waddell, Laurence (1895). The Buddhism of Tibet Or Lamaism. ss.
Drül
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Dyun
Dyun — dənizin, gölün və böyük çayların qumlu sahilləri boyunda əsən küləyin fəaliyyəti nəticəsində əmələ gələn assimmetrik qum təpəsi və tirələri. == Xarakteristikası == Dyunun küləktutar yamacı az meyilli, küləktutmayan yamacı isə dikdir. Dyunların səhraların eol relyef formalarından fərqi qumların həmişə nəm olmasıdır. Hakim küləklərin istiqaməti boyu ildə 1-20 m sürətlə hərəkət edə bilir. Dyunlar iqlim şəraitindən asılı olmayaraq müxtəlif coğrafi zonalarda təsadüf edilir. Onun külək əsən tərəfi 16 dərəcəyə qədər, daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000–1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.
Kojuf
Kojuf — Balkan yarımadasında yerləşən dağ silsiləsi. Silsilənin əsas hissəsi Makedoniya (80 %) ərazisində, kiçik hissəsi isə Yunanıstan (20 %) ərazisində yerləşir. == Ümumi məlumat == Silsilənin ümumi sahəsi 1000 km²-dir. Dağ silsiləsinin ucqar şimal nöqtəsi ilə, ucqar cənub nöqtəsi arasında məsafə 40 km, ucqar qərb və şərq nöqtələri arasındakı məsafə isə 45 km-dir. Dağ sistemi pliosenə aid vulkan konuslarından təşkil olunub. Dağ süxurlarından daha çox əhəngaşları və şistlər geniş yayılıb. Dağ sisteminin qərb qurtaracağı Blaşisa çayına qədər uzanır, şimal-qərb hissəsi isə Mrejiçko kəndindən Dəmir-Kapiya şəhərinə qədər davam edir. Kojuf dağlarının özəlliklərindən biri Aralıq və Egey dənizləri arasında təbii sərhəd rolunun oynamasıdır. Silsilənin ən hündür zirvəsi Yunanıstanla sərhəddə yerləşən Potadır (2171 m). Dağ silsiləsinin ətəkləri iynəyarpaqlı ağaclardan ibarət meşələrlə örtülüdür.
Rauf
Rauf — kişi adı. Rauf Əliyev (futbolçu) — azərbaycanlı futbolçu Rauf Hacıyev — SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1960). Rauf Vəliyev — "Əməkdar mühəndis" Rauf Denktaş — Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975–2005). Rauf Arifoğlu — Azərbaycan jurnalisti Rauf Abdullayev — dirijor, professor, Azərbaycanın xalq artisti (1982) Rauf Əhmədov — Azərbaycanlı müğənni Rauf Adıgözəlov — Azərbaycanlı skripkaçı, müğənni, professor, Əməkdar incəsənət xadimi (1991) Rauf Əliyev (siyasətçi) — Azərbaycan Milli Məclisinin III, IV və V çağırış deputatı. Rauf Əliyev (bəstəkar) — bəstəkar Rauf Məmmədov (bəstəkar) — bəstəkar. Rauf Məmmədov (rejissor) — azərbaycan rejissoru, rəssam. Rauf Məmmədov (şahmatçı) — azərbaycan şahmatçısı. Rauf Məmmədov (tarixçi) — tarixçi, alim. Rauf Məmmədov (hüquqşünas) — hüquqşünas. Rauf Talışinski — Azərbaycan jurnalisti Rauf Hüseynov (aktyor) — Azərbaycan aktyoru.
DSMF
Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. == Tarixi == Azərbaycan xalqının öz dövlət müstəqilliyini bərpa etməsi haqqında Konstitusiya aktı elan edildikdən sonra respublikanın dövlət təsisatlarının təşkilinə başlandı. Sığorta üzvlük haqlarının vaxtında yığılması, pensiya və müavinətlərin ödənilməsinin maliyyələşdirilməsi sistemini təkmilləşdirmək və bu vəsaitin düzgün xərclənməsi üzərində təsirli nəzarəti həyata keçirmək məqsədilə “Azərbaycan Respublikası Pensiya Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 16 dekabr tarixli 503 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli 436 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının Pensiya Fondu haqqında Əsasnamə” təsdiq edilmişdir. 1992-ci il 16 oktyabr tarixinədək qüvvədə olmuş Əsasnaməyə əsasən, Azərbaycan Respublikasının Pensiya Fondu sərbəst maliyyə-bank sistemi olmaqla dövlət pensiya təminatı xərclərini maliyyələşdirirdi və kommersiya fəaliyyətindən əldə etdiyi mənfəət üzrə vergidən, habelə bütün növ rüsum, gömrük və digər tədiyələri ödəməkdən azad idi. "Sosial Sığortaya və Məşğulluq Fonduna normativ ayırmalar haqqında" Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanununun bəzi maddələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 1 iyun 1992-ci il tarixindən sosial sığorta üzrə ayırmaların əməyin ödənişi fondunun 40%-ni təşkil etdiyi müəyyən olundu. Qeyd olunan məbləğin 85%-nin respublika Pensiya Fonduna, 15%-nin isə Sosial Sığorta Fonduna daxil olması nəzərdə tutuldu. 2004-cü il 1 iyun tarixinədək qüvvədə olmuş “Sosial sığortaya və məşğulluq fonduna ayırmaların normativləri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, 1992-ci ildə pensiya fonduna vətəndaşların məcburi haqlarının əmək haqqının 1%-ni təşkil etdiyi müəyyən edilmişdi. Müəssisə və təşkilatların sosial sığortaya ayırmalarına və onların məqsədyönlü xərclənməsinə nəzarəti gücləndirmək, eləcə də əhalinin sosial müdafiəsi sahəsində olan paralelçiliyi ləğv etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 30 sentyabr tarixli 233 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Pensiya Fondu və Azərbaycan Respublikasının Sosial Sığorta Fondu bazasında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu yaradılmışdı.
Ksuf
Ksuf (q.yun. Ξοῦθος) — qədim yunan mifologiyasındakı personaj, Ellin və Orseidanın oğlu (yaxud Eolun oğlu və Zevsin nəvəsi). Peloponnesi qəbul etmişdir.
Delf
Delf ( q.yun. Δελφός ) — qədim yunan mifologiyasının əfsanələrindən birinə görə, qəhrəman, Apollon və Kelenonun oğlu. Delfi şəhəri onun adını daşıyır. Başqa bir rəvayətə görə, bu Apollon oraya gələndə Delfi padşahı idi. Delfi və Amfiktion heyvanların bağırsaqları, əlamətlər və yuxular vasitəsilə fala müraciət edirdilər.
Dаur murdarçası
Hilari Daff
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. == Həyatı == Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
I Daud
I Daud (1499–1582) — Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin hökmdarı (1549–1582). == Haqqında == Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin askiyası (hökmdarı) Məhəmməd Benkanın sonuncu oğlu I Daud 1549-cu ildə, 50 yaşında hakimiyyətə gəlmişdir. Onun 33 il davam edən hakimiyyəti dövründə Sonqai dövləti xeyli möhkəmlənmişdir. Orduda intizamı bərpa edən I Daud İslam dinini yaymaq məqsədilə dörd dəfə mosi tayfaları ilə müharibə aparmışdır. O, 1558-ci ildə Mali dövlətini ağır məğlubiyyətə uğradaraq xeyli əsir və qənimət ələ keçirmişdir. I Daud bu müharibədə əsir tutulan Mali şahzadəsi Naru ilə evlənmişdir. Mənbələrdə onun hafizi-Quran olduğu da qeyd olunmuşdur. O, məscidlərin bərpasına və yenidən tikilməsinə, kitabxanaların açılmasına, xeyriyyə işlərinə daha çox diqqət yetirmişdi. I Daid 1582-ci ildə vəfat etmiş və onun ölümündən sonra 36 il ərzində hakimiyyətdə növbə ilə 7 oğlu bir-birini əvəz etmişdi. == Mənbə == A. Hüseynli.
Ot-Dyui
Ot-Düi (fr. Hautes-Duyes, oks. Duias Autas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04177. 2008-ci ildə əhalinin sayı 32 nəfər təşkil edirdi. 2007-ci ildə 22 yaş arasında (15-64 yaş arasında) 15 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 81.3%). Fəal olan 15 nəfərdən 13 nəfəri (9 kişi və 4 qadın), 2 qadın işsiz idi.
Rauf & Faik
Rauf Faik — Azərbaycan əsilli rus duet əkiz ifaçılar. Əkiz olaraq dünyaya gələn Rauf və Faik Mirzəyev qardaşları 7 iyul 1999-cu ildə Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində anadan olublar. 4 yaşından musiqi öyrənməyə başlayıblar. 2018-ci ildə ikili konsert turu ilə 21 şəhəri gəziblər, 2019-cu ilin aprel ayında isə Rusiya şəhərlərində yeni tur başlayıblar. Qardaşlar 90-cı illərin musiqisi ilə böyüyüblər: R&B, pop, soul, Brian McKnight, Michael Jackson. "Музыка первого" saytındakı profilə görə, Jahseh Dwayne Ricardo Onfroy və Maykl Cekson öz bütləri adlandırırlar. Faikin fikrincə, XXXTentacion onlar üçün çox şey deməkdir və çox ruhlandırıcıdır. "Музыка первого" kanalına görə, Rauf və Faikin səs diapazonu 4 yarım oktavadır.
Rauf Abdullayev
Rauf Canbaxış oğlu Abdullayev (29 oktyabr 1937, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018). Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir. 1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır. "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 may 1970 Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 (1985–1987-ci illərdə konsert proqramları üçün) Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976 "İstiqlal" ordeni — 28 oktyabr 2017 "Şərəf" ordeni — 22 oktyabr 2012 "Şöhrət" ordeni — 6 dekabr 1997 "Xalqlar dostluğu" ordeni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 7 iyul 1967, 24 fevral 1979 "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018 I dərəcəli "Əmək" ordeni — 28 oktyabr 2022-ci il "Heydər Əliyev" mükafatı — 10 may 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (7 fevral 2024) Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.
Rauf Adıgözəlov
Rauf Adıgözəlov (tam adı: Rauf Zulfüqar oğlu Adıgözəlov; d. 22 noyabr 1940, Bakı, Azərbaycan SSR, SSRİ. – ö. 29 iyun 2002, Bakı, Azərbaycan) — Azərbaycanlı skripkaçı, müğәnni, professor, Əməkdar incəsənət xadimi (1991). Azərbaycan musiqisində misilsiz xidmətləri olan sənətkar. Rauf Zülfü oğlu Adıgözəlov 1940-cı il noyabrın 22-də Bakıda anadan olmuşdur. Muğam xanəndəsi Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açan Rauf, uşaqlıqdan musiqiyə həvəs göstərmişdir. Bu həvəslə o, 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Həmin ildə gənc ifaçıların I Zaqafqaziya müsabiqəsində iştirak etdi. Təhsilini daha da mükəmməlləşdirmək üçün Rauf, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasını da bitirdi. Uzun illər Azərbaycan Dövlət Simfonik Orkestrində konsertmeyster vəzifəsində, 1966-cı ildən isə Azərbaycan Dövlət Kamera Orkestrində çalışdı.
Rauf Arifoğlu
Rauf Arifoğlu (23 iyul 1966, Yuxarı Öysüzlü, Tovuz rayonu) — Azərbaycanlı jurnalist. "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri. Rauf Arif oğlu Abbasov 23 iyul 1966-cı ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1983-cü ildə həmin kəndin orta məktəbini qurtarıb. 1983–1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunu mühəndis texnoloq ixtisası üzrə, 1994–1996-cı illərdə isə Qərb Universitetinin Dünya siyasəti və iqtisadiyyatı fakültəsini, politoloq ixtisası üzrə bitirib. Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub. 1989-cu ilin sonlarında qeyri-formal olaraq "Birlik dərgisi"ni çap etdirib. 1989-cu ilin 10 noyabrında isə "Yeni Müsavat" qəzetinin əsasını qoyub. Eyni zamanda, Azərbaycan Milli Demokrat "Yeni Müsavat" Partiyasının (AMDP "Yeni Müsavat") 5 qurucusundan biri, təkilatın ideologiya məsələləri üzrə katibi olub.Partiyanın Mərkəzi və "Yeni Müsavat" qəzetinin gizli redaksiyası 1989-cu ilin dekabrından 1991-ci ilin sonlarına qədər Gəncə şəhərinə köçürülüb. Həmin vaxt Gəncə ətrafında, konkret olaraq, Xanlar rayonunun (indiki Göygöl) ərazisindəki Çaykənd kəndində erməni-rus diversantlarına qarşı xalq müqavimət dəstələri döyüşürdü.
Rauf Atakişiyev
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Rauf Avşarov
Rauf Muxtar oğlu Avşarov (Avşar) (17 aprel 1952, Kirovabad, Gəncə vilayəti) — "Rauf Avşar" Kukla Teatrının rəhbəri, Azərbaycan Respublikasının Əməkdar Artisti (2006) Rauf Avşarov 17 aprel 1952-ci ildə Gəncə şəhərində Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Muxtar Avşarovun ailəsində dünyaya gəlib. Orta təhsilini öncə Gəncə şəhərində, sonra isə Bakı şəhərində alıb. 1978-ci ildə Azərbaycan Pedaqoji İnstitunu müəllim ixtisası üzrə bitirib. Bir müddət Sumqayıt şəhərindəki orta məktəblərin birində rəsmxət müəllimi kimi fəaliyyət göstərib. 1981-ci ildə Estoniyaya köçərək orada öz müəllimlik fəaliyyətini davam etdirib. 1992-ci ildə Estoniyanın Tallinn şəhərində kukla teatrı rejissorluğu üzrə kursu bitirib. 1996-cı ildə "Rauf Avşar" Kukla Teatrını yaradıb. Teatrın repertuarında daha çox italyan, bolqar, rus və Azərbaycan xalq nağılları əsasında səhnələşdirilmiş əsərlər yer tutur. Teatr təsis olunduğu tarixdən bu günə qədər 25 əsəri səhnələşdirib. Səhnələşilən əsərlərdə daha çox Azərbaycan adət-ənənələri təbliğ edilir.
Rauf Babaxanov
Rauf Əliməmməd oğlu Babaxanov (Carçıyev) (21 dekabr 1929, Bakı – 4 may 1992, Bakı) — kimya elmləri doktoru (1966), professor (1967), Azərbaycan EA-nın müxbir üzvü (1980). Rauf Babaxanov 24 dekabr 1929-cu ildə Bakı şəhərində anadan olub. Əslən Qazax rayonunun Çaylı kəndindəndir. Ali təhsilini 1953-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Rauf Babaxanov Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957–1959), daha sonra böyük elmi işçi kimi fəaliyyət göstərib. O, 1959–1965-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1965–1969-cu illərdə Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, 1969–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri olub. 1969–1973-cü illərdə Əczaçılıq fakültəsinin dekanı vəzifəsini icra edib. Rauf Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-cı ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsinivə 1967-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
Rauf Babayev
Rauf Yusuf (Yusif) oğlu Babayev (30 dekabr 1937, Gümrü – 27 mart 2020, Bakı) — Azərbaycan müğənnisi (tenor), Azərbaycan Respublikasının xalq artisti (2006). Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır. 1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972–1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləmişdir. Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir. Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmişdir. İkinci fəxri xiyabanda dəfn olunmuşdur.