doué

-e adj istedadlı

douche
douleur
OBASTAN VİKİ
Professor Douelin başı
"Professor Douelin başı" — Rus fantast yazıçı Aleksandr Belyayevin olduqca məşhur elmi-fantastik romanlarından biridir. Əsərin ilkin variantı "Fəhlə qəzeti"ndə 1925-ci ildə hekayə formasında dərc edilmişdir. Roman ilk dəfə elə həmin ildə "Vsemirnıy sledopıt" (Az. "Ümumdünya ləpirçisi") jurnalında dərc edilir. Xəstəlik səbəbindən tamamilə hərəkət qabiliyyətini itirmiş Belyayev onu avtobioqrafik hekayə adlandırmış, "bədənsiz başın nə hiss etdiyni" demək istəmişdir. 1923-1928-ci illərdə Aleksandr Belyayev Moskvada yaşamış və poçt-teleqraf xalq komissarlığında hüquq məsləhətçisi kimi çalışmışdır. Yaradıcılığının moskva dövründə o "Professor Douelin başı" hekayəsini (sonralar romanı), "Həlak olmuş gəmilər adası", "Atlantidadan gəlmiş sonuncu adam", "Amfibiya-adam", "Efirdə mübarizə" romanlarını və hekayələr silsiləsini qələmə alır. "Professor Douelin başı" əsəri ilk dəfə 1925-ci il 16-21, 24-26 iyun saylarında (1 hekayə) "Fəhlə qəzeti"ndə, 1925-ci il "Ümumdünya ləpirçisi" jurnalının 3-4-cü saylarında çap edilmişdir. Parisli professor-xirurq Kern gizli şəkildə insan başının cana gətirilməsi istiqamətində uğurlu işlər görür. Onun şəxsi klinikasına assistent kimi çalışan Mari Loran təsadüfən öyrənir ki, Kern araşdırmalarındakı uğurlarını keçmiş rəhbəri olmuş, şübhəli şəraitdə vəfat etmiş, məşhur professor Douelin cana gətirilmiş başına borcludur.
Qabriella Doueyhi
Qabriella Doueyhi (30 aprel 1999) — Livanlı üzgüçü. Qabriella Doueyhi Livanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qabriella Doueyhi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 400 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 4:31.21 saniyəlik nəticəsi ilə 31-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.