Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diqorlar
Diqorlar (Diqor ləhcəsi: дигорон - digoron, cəm halı: digoræ, digorænttæ - digoræ, digorænttæ; İron ləhcəsi: дыгурон - dyguron, cəm halı: didur, didurættæ - dygur, dygurættæ) - osetinlərin alt qrupudur. SSRİ-də 1937-ci ilə qədər ayrı bir dil hesab edilən Şərqi İran dillərindən sayılan osetin dilinin diqor ləhcəsində danışırlar. 1937-ci ildən bu yana osetin dilinin dialekti sayılır. Digər ləhcəni-iron ləhcəsi danışan ironlar diqorlar başa düşmürlər, baxmayaraq ki diqorl iron ləhcəsini tam başa düşür. Çünki iron ləhcəsi osetin xalqının rəsmi dili idi və məktəblərdə rəsmi olaraq tədris olunurdu. 2002-ci il Rusiya siyahıyaalınmasına görə 607, 2010-cu ildəki siyahıyaalınmaya görə isə cəmi 223 diqor Rusiyada yaşayırdı. Dialekti danışan 100.000-dən çox insan olmasına baxmayaraq, əksəriyyəti özünü osetin olaraq təqdim edir. Diqorlar, əsasən, Diqora, İrafski, Mozdok rayonlarında və Vladiqafqaz, Şimali Osetiya, həmçinin Kabarda-Balkariya, Türkiyə və Suriyada yaşayır. == Tarixi == Aşxaratsuytsda verilən qəbilələr içərisindəki "aştiqor" qəbiləsi tarixçilər tərəfindən müasir diqorların əcdadları hesab olunur. Bu fakt və digər linqvistik nəzəriyyələr göstərir ki, diqor ləhcəsinin proto-osetin dilindən ayrılaraq, ayrı bir dil kimi qəbul edilməsi monqol yürüşləri dövrünə təsadüf edir.
Diqora
Diqora (diq. Дыгурæ, İron Дигорæ, ; rus. Дигора) — Rusiya Federasiyasının respublikalarından olan Şimali Osetiya–Alaniya Respublikasında şəhər, Diqorski rayonunun inzibati mərkəzi. == Etimologiya == Şəhərin adı osetin dilindəki Digoræ (Diqoriya) sözündən gəlir. Diqoriya Şimali Osetiyanın qərb hissəsində yerləşir və burada yaşayan diqorlar coğrafi və etnolinqvistik baxımdan Şimali Osetiyanın şərq hissəsində yaşayan ironlardan fərqlidirlər. Diqoranın adı bir neçə dəfə dəyişmişdir. Yaşayış məntəqəsinin ilkin adı Volno-Xristianovski (rus. Во́льно-Христиа́новский) olmuş, daha sonra Novoxristianovskoye (rus. Новохристиа́новское), Xristianovskoye (rus. Христиа́новское) olaraq dəyişdirilmiş, 1934-cü ildən bəri isə Diqora olaraq qalmışdır.
Aqop Dilaçar
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
Blokşəkilli diaqram
Blokşəkilli diaqram– sistemi təşkil edən blokları və həmin blokların işləmə prosesini təsvir edən sxem. Blokşəkilli diaqramda sistemin ayrı-ayrı komponentləri bloklarla göstərilir. Bloklar arasındakı əlaqələri göstərmək üçün isə oxlardan istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dilaram Sultan
Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. == Həyatı == Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi. Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir.
Dinaran (Sərdəşt)
Dinaran (fars. ديناران‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (31 ailə).
Sintaktik diaqram
Sintaktik diaqram(syntax diagram,синтаксическая диаграмма,sözdizimi diyagramı)-ər hansı dilin elementlərinin necə düzüldüyünü göstərən diaqram.Hər diagramın bir giriş nöqtəsi və son nöqtəsi var.Diaqram digər nonterminals və terminallar vasitəsilə gedən bu iki xal arasında mümkün yolları təsvir edir. Nonterminals kvadrat qutuları ilə təmsil olunur,Terminals isə dəyirmi qutuları ilə təmsil olunur. Bu qrammatikada EBNF ifadə edilə bilər:: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 831 s.
Uzun divarlar
Uzun divarlar q.yun. Μακρά Τείχη) — e.ə. V əsrdə Afinadan Pirey limanına gedən yolu mühafizə etmək üçün tikilmiş divarlar. Afina Sparta ilə apardığı müharibədə (e.ə.431-e.ə. 401) məğlub olandan sonra "Uzun divarlar" dağıdıldı. == İstinadlar == == Ədəbiyyat == G. E. M. de Ste. Croix. The Origins of the Peloponnesian War. Duckworth and Co., 1972. ISBN 0-7156-0640-9 Fine, John V. A. The Ancient Greeks: A Critical History.
Zolaqlı diaqram
Zolaqlı diaqram– hər bir qiyməti düzbucaqlı zolaq şəklində təsvir olunmuş diaqram növü. İstifadəçinin seçdiyi parametrlərdən və müəyyən dərəcədə proqram təminatının imkanlarindan asılı olaraq, zolaqlı dioqramlar displeyə və çapa istər şaquli, istərsə də üfüqi formada verilə bilər və bir-birindən rənglə, kölgə ilə və ya naxışla fərqləndirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Dinara Aidarova
Dinara Aidarova (d. 29 iyul 1963) — Azərbaycanı təmsil edən voleybolçu. Dinara Aidarova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Dinara Aidarova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Dinara Alimbekova
Dinara Talqatovna Alimbekova (doğulub. 5 yanvar 1996, Abay, Karaqanda vilayəti) — Belarus biatlonçusu. 2018 Qış Olimpiya Oyunlarının çempionu (estafet). Belarus milli komandasının heyətində Dünya Kubokunun iştirakçısı, yeniyetmələr arasında dünya çempionu, 2019 Avropa çempionatının bürünc mükafatçısı (qarışıq esafetdə). Belarus Respublikasının əməkdar idman ustası. == Bioqrafiyası == Atası milliyətçə qazax, anası isə belarusdur. Dinara üç yaşında olanda ailəsi Belarusiyaya köçüb. 2008-ci ildən Çausı şəhərinin Uşaq İdman Məktəbində xizəksürmə, daha sonra biatlonla məşğul olmağa başlamışdır. Uşaqlıq məşqçisi - Maria İvanovna Şipikova idi. Yeniyetməlik dövründən bu günə qədər fərdi məşqçisi - Andrey Oleqoviç İvanovdur.
Diqora mədəniyyəti
Diqora mədəniyyəti - Diqora dərəsində (Şimali Osetiyanın qərbi), Kabarda- Balkariyanın dağlıq rayonlarında və Raçidə (Qərbi Gürcüstan) Son Tunc dövrünə (e.ə. XV-XIII əsrlər) aid arxeoloji mədəniyyət. Y.İ.Krupnov tərəfindən müəyyənləşdirilməsi (1951) mübahisələrə səbəb olsa da, 1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində yazılmış elmi əsərlərlə təsdiqlənmişdir. Müasir tədqiqatlara görə, Diqora mədəniyyəti Şimali Qafqaz və Mərkəzi Qafqazın qohum protokoban mədəniyyətləri ilə sinxrondur; protokoban dövrünün ikinci mərhələsinə aiddir; 2 mərhələyə bölünür. Ağac-daş konstruksiyalı sərdabalarda meyityandırma izləri var; uzadılmış vəziyyətdə dəfn olunmuş meyitlərə (bəzən torpaq quyularda) rast gəlinir. Çaxmaqdaşıdan ucluqlar, dəstəli xəncərlər, baltalar, ucluqlu (volyuta, oval və s. şəkilli) sancaqlar, lövhəşəkilli tilli qolbaqlar, qoç başlı quşabənzər piləklər, asmalar, şüşə muncuqlar, sürməli bəzək əşyaları və s. aşkar edilmişdir. Diqora mədəniyyətinin dolmen mədəniyyəti, Svaneti, Qaraçay-Çərkəz, Inquşetiya və Dağıstan abidələri (Qinçi mədəniyyəti, Qayakənd-Xoroçoy mədəniyyəti) ilə əlaqələri izlənilir. Diqora mədəniyyətinin Koban mədəniyyətinin formalaşmasında mühüm rol oynamışdır.
Diqora rayonu
Diqora rayonu (oset. Дигори (Дыгуры) район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir. == Coğrafiya == Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir. == Əhali == Urbanizasiya Şəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır. Milli tərkib 2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir: 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir. == İnzibati-ərazi vahidliyi == Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir: Diqora şəhər məntəqəsi - Diqora Dur-Dur kənd sovetliyi - Dur-Dur Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon Mostizdağ kənd sovetliyi - Mostizdağ Nikolayev kənd sovetliyi - Nikolayev.
Məhəmməd Diarra
Məhəmməd Lamine Diarra, əslən Qvineyalı olan və Qazaxıstan futbol çempionatında mübarizə aparan Taraz klubunun müdafiəçisi olan peşəkar futbolçu.
Aqop Dilaçar Martayan
Aqop Dilaçar Martayan (22 may 1895, Konstantinopol – 12 sentyabr 1979, İstanbul) — Türk dili üzrə mütəxəssis, dilçi, Erməni əsilli Türkiyə vətəndaşıdır. Türk-dili əlaqəli apardığı araşdırmalara görə Mustafa Kamal Atatürk ona “Dilaçar” soyadını vermişdir. Erməni və Türk dillərindən əlavə ingilis, yunan, ispan, latın, alman, rus və bolqar dillərini bilirdi. == Həyatı == 1915-ci ildə Robert Kollecindən məzunu olmuşdur. Birinci Dünya müharibəsində Qafqaz Cəbhəsində ehtiyatda olan zabit kimi vəzifə almışdır. 1919-cu ildən Robert Kollecində ingilis dili müəllimi kimi işləməyə başlamışdlr. == Fəaliyyəti == Müharibədən sonra Beyrutda erməni məktəbində müdir vəzifəsində işləmiş və orada ermənicə çap edilən ilk qəzetin, yəni “Luys”-un baş redaktoru olmuşdur. Həyat yoldaşı Meline ilə birlikdə getdiyi Sofiyada Qədim Türk dili və Qədim Uyğur Türk dili dərslərini tədris etmiş və ilk kitabını çap etdirmişdi. 22 sentyabr 1932-ci ildə Mustafa Kamal Atatürkün sədrliyi ilə keçirilən I Türk Dili Konfransına Stepan Qurdikyan və Kevork Simşekyan ilə birlikdə dil mütəxəssisi kimi dəvət edilmişdir. 1934-cü ildə türk dilinin inkişaf etdirilməsindəki fəaliyyətinə görə Mustafa Kamal Atatürk tərəfindən Aqop Martayana “Dilaçar” soyadı verilmişdir.
İqrar Salamov
İqrar Zakir oğlu Salamov (5 noyabr 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir. 1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir. "Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. == Əsas rolları == Ayının min bir oyunu (Sultanməcid Qənizadə) — Dursunəli Marqaritka (Arman Salakru) — həkim Gözəlləri necə qaçırırlar (Bilal Appayev) — Bəşir Xəlifə Leylək (Vilhelm Qauf) — vəzir Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur (Mirzə Fətəli Axundov) — Məstəli şah Aydın (Cəfər Cabbarlı) — Balaxan Ağıllı adam (Firuz Mustafa) — dəli; müstəntiq Əyri oturaq, düz danışaq (Üzeyir Hacıbəyov) — 2-ci aktyor Sən Qara deyilsən (Əziz Nesin) — Qara Şuşa dağlarını duman bürüyüb (Elçin) — İsgəndər Abışov Sehirli kreslo (Fridyeş Karinti) — Şandor Siv Pənah evi (Ələmdar Quluzadə) — Dəli Cəbiş Bayramın birinci günü (Nazim Hikmət) — Şadi bəy Millət dostları (Əbdürrəhim bəy Haqverdiyev) — Firudin bəy 2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur. O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
İqrar Əliyev
Əliyev İqrar Həbib oğlu (14 mart 1924, Bakı – 11 iyun 2004, Bakı) — Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü (1980), professor (1981), AMEA-nın həqiqi üzvü (2001) və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü (2003). == Həyatı == İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə almışdır. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs demişlər. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır.