Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dobri
Dobri (mac. Dobri) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Dobri Dobrev
Dobri Dimitrov Dobrev (bolq. Добри Димитров Добрев, 20 iyul 1914 – 13 fevral 2018), digər adları ilə Dobri baba, Böyük Dobri (bolq. Дядо Добри) və ya Baylovo müqəddəsi – bolqar xeyriyyəçi. Hər gün 20 kilometr məsafəni piyada qət edərək Sofiyada yerləşən Aleksandr Nevski kafedralının önündə xeyriyyə məqsədilə pul yığırdı. Yığdığı pulu xeyriyyə qurumlarına, kilsələrə, monastırlara, yetimxanalara bağışlayırdı. Adı bolqar dilində "yaxşı" və ya "mehriban" deməkdir. == Erkən həyatı == Dobrev 20 iyul 1914-cü ildə Bolqarıstanın Baylovo kəndində anadan olub. Atası Birinci dünya müharibəsində həlak olub və anası Katerina uşaqları təkbaşına böyütməli olub. Dobrev gəncliyini və məktəb illərini xatırlamır. == Yetkin həyatı == Dobrev illər keçdikcə özünü ruh dünyasına və Ortodoks kilsəsinə həsr etməyə qərar verib.
Jerar Debrö
Jerar Debrö (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debrö Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Miranda do Douro
Miranda do Douro — Portuqaliyanın Norte bölgəsindəki Alto Tras-os-Montes subregionunun bələdiyyələrindən biridir. Portuqal dilindən fərqli olaraq bu bölgədə yerli Miranda dili danışılır.
Dövri cədvəl dövrü
Dövri cədvəl dövrü — Dövr elementlərin üfüqi istiqamətdə dövri sistemdə yerləşməsidir. Hidrogen atomu və ya qələvi metalla başlayıb, təsirsiz qazla qurtarır.
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Dabbo
Dabbo (ing. Dubbo) — Avstraliyanın Yeni Cənubi Uels ştatının Orinc regionunda şəhər. Bu həmin regionda ən böyük yaşayış məskənidir, əhalisi 32327 nəfərdir.
Didro
Deni Didro (5 oktyabr 1713[…], Lanqr[d][…] – 31 iyul 1784[…], Paris) — görkəmli Fransa maarifçisi, filosof və yazıçısı, ensiklopedist. == Həyatı == Fransız maarifçilərinin görkəmli nümayəndəsi olan Deni Didro (1713–1784) sənətkar ailəsində doğulmuşdur. D. Didro əvvəl "Fəlsəfi düşüncələr" ardınca isə "Korların məktubu və gözlülərə nəsihət" adlı əsərlərini yazır. İctimai formasiyanın tənqidinə həsr olunan əsər hökumət tərəfindən mənfi reaksiya görür. Bu əsərə görə də onu həbs edirlər. O, həbsdən sonra həyatını elm, incəsənət və sənət ensiklopediyasını nəşr etmək işinə həsr edir. Fransız maarifçilərini çox vaxt ensiklopediyaçılar adlandırırlar. Onların çoxu ensiklopediya və ya elm, incəsənət və sənətlərin izahlı lüğətinin hazırlanmasında iştirak etmişlər. Didro dövrünün tanınmış intellektuallarını ensiklopediya ətrafına toplayırdı. Ensiklopediya tərəqqidə olan yeni cəmiyyət arasında böyük nüfuza malik idi.
Doboy
Doboy (bosn. Doboj, serb. Добој / Doboj, xorv. Doboj) — Serb Respublikasında, Bosniya və Herseqovinanın şimalında yerləşən şəhər. Bosna çayının sahilində yerləşir. Böyük dəmiryol qovşağı hesab olunur. == Tarixi == Doboy haqqında ilk məlumat 1415-ci ilə aid olub, Dubrovnisa respublikasının sənədlərində qeydə alınmış. Ancaq ərazidə aşkar edilən arxeoloji qazıntılara əsasən ilkin daş dövründə belə bu ərazi yaşayış məskəni olmuşdur. Bizim eranın I ci yüzilliyində müasir Doboy ərazisində roma hərbi düşərgəsi (kastrum) mövcud olmuş. Yaxınlıqda isə Canabea yaşayış məntəqəsi aşkarlanmış.
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
Domra
Domra (rus. до́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Donor
Donor (lat. donor, donodan — "bağışlayıram") — aksepter və resipient adlanan obyektə nə isə verən obyekt . Məsələn, kimyada elektronların donoru atomlardır. Tibbdə bir nəfərin digər nəfər öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Donor (fizika) — qarışıq tipi.
Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
Kobra
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Lobio
Lobio (gürcü. ლობიო, Lobio) - gürcü yeməyidir. Əsas tərkibi lobya təşkil edir. Lobio əsas nar soku ilə birlikdə daha dadlı olur. Zaqafqaziya xalqları içərisində ən sevimli yeməkdir. == Tarixi == Qədim zamanlardan Gürcüstanda ən məşhur yeməkdir. Əsasən sünbülçiçəyi meyvəsindən istifadə olunur. XVII əsrdən hazırlanmağa başlanılmışdır. == Hazırlanması == Taxıl fıstığından hazırlanan yeməyin əsası xüsusi bir şəkildə hazırlanır. Lobya 12 saat soyuq suda saxlanılır, sonra isə 2-3 dəfə suyu dəyişilir.
Nobuo
Nobuo — Yaponiyada ad. Nobuo Fucişima — keçmiş Yaponiya futbolçusu. Nobuo Kavakami — keçmiş Yaponiya futbolçusu. Nobuo Matsunaqa — keçmiş Yaponiya futbolçusu. Nobuyo Fucişiro — keçmiş Yaponiya futbolçusu.
Qorbo
Qorbo (fr. Gorbio) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Mentona kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Mentona-Uest kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 7,02 km², əhalisi — 1279 nəfərdir (2006) artım tendensiyası ilə: 1304 nəfər (2012), əhalinin sıxlığı 185,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 1294 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1304 nəfər.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Dabo
Dabo — Afrika ölkələrində daha çox işlədilən soyad. Baqali Dabo — Qəbələ klubunda çıxış edən Fransa futbolçusu. Abdulaye Dabo — Nant klubunda çıxış edən Fransa futbolçusu. Mustafa Dabo — Seneqal futbolçusu. Usman Dabo — Fransa futbolçusu. Muhamadu Dabo — Fransa futbolçusu. Bakiro Dabo — Qvineya-Bisau siyasətçisi.
Dodo
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Dono
Vahco Sardono (30 sentyabr 1951, Surakarta, Mərkəzi Yava – 30 dekabr 2001, Cakarta) — Dono və ya Dono Warkop adı ilə tanınan İndoneziya aktyoru və komediyaçı. O, "Warkop" komediya qrupunun üzvü idi. Dono karyerasına İndoneziya Universitetində təhsil aldığı illərdə başlamışdır. Təhsilini başa vurduqdan sonra Dono 1980–1995-ci illərdə "Warkop" qrupu ilə birlikdə 34 komediya filmində rol aldıqdan sonra məşhurlaşmışdır. O, ömrünün sonunadək kütləvi informasiya vasitələrində sosial mövzularda məqalələr və bir neçə roman yazmaqla məşğul olmuşdur. Dono 2001-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir.
Dövrü alqoritm
Dövri alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTM BLOK SXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Dövrə şəhristanı
Dövrə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarab Dövrə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 44,146 nəfər və 9,722 ailədən ibarət idi.
Elizabet Monro
Elizabet Monro (ing. Elizabeth Monroe; 30 iyun 1768, Nyu-York, Nyu-York ştatı – 23 sentyabr 1830, Riçmond) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Ceyms Monroun həyat yoldaşı.