Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Domaşniy adası
Domaşniy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Sedov arxipelaqının qərb hissəsində yerləşir. Domaşniy adasından şərqdə Sredniy adası yerləşir. Bu iki ada arasında eni 0,8–1,2 km arasında dəyişən və dərinliyi 25 metr olan Sergey Kamenev boğazı yürləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Uzunluğu 4,3 kilometr, eni isə 950 metr təşkil edir. Adanın mərkəzində 20,7 m olan qaya cardır. Sahillərinin böyük hissəsi sıldırımlıdır. Adada çay yoxdur.
Opasnıe adaları
Opasnıe — Şimal Torpağının cənub-qərbində yerləşən, iki adadan ibarət olan adalar qrupu. Sahillərini Şimal Buzlu okeana daxil olan Kara dənizinin suları yuyur. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə dazildir (Rusiya). Yaxınlığında yerləşən adalar: Bolşevik (42 km şərqdə), Oktyabr İnqilabı (50 km şimalda), Krasnoflotskie adaları (23 km şimal-şərqdə). Arxipelaq iki elədə böyük olmayan iki adadan ibarətdir — Vostoçnıy adası və Zapadnıy adası. Onlar arasında məsafə 1,4 km təşkil edir. Hər iki ada dairəvi formaya malikdir. Diametrləri 200–250 m arasıbda dəyişir. Ən hündür nöqtəsi 14 metrdir (Vostoçnıy adası). Bir hissəsi buzla örtülüdür.
Domaniç müharibəsi
Domaniç müharibəsi və ya İkizcə döyüşü Osmanlı bəyliyinin həyata keçirdiyi 3-cü müharibə olmuşdur. Bu müharibə Osmanlı imperiyasının qurulması mərhələsində mühüm qırılma nöqtəsidir. Osmanlı imperiyasının yaranmasına yol açan ən mühüm tamamlayıcı mərhələlərdən biri hesab olunur. Osmanlı siyasi təşkilatının inkişafının müxtəlif mərhələləri mövcuddur. Hər bir siyasi hadisə, müharibə və ya ərazi ələ keçirmə Osmanlı imperiyasının dövlət olma müddətini təmin etmişdir. Domaniç və Söyüddən başlayaraq Bursanın alınmasına qədər uzanan yarım əsrdən çox bir müddət ərzində davam etmiş olan məskunlaşma və təşkilatlanma prosesi Osmanlı imperiyasının yaradılış mərhələləridir. Çünki Osmanlı imperiyası 1299-cu ildə birdən-birə yaradılmamışdır. Dövlət, kritik dönüş nöqtələrindən keçərək yavaş-yavaş yaradılmışdır. Məhz dövlətin yaradılması zamanı baş vermiş olan "Domaniç müharibəsi" Osmanlı imperiyasının kritik dönüş nöqtələrindən və mühüm təməl daşlarından biri olmuşdur. == Müharibə == Osmanlılar Qulacahisarı ələ keçirdikdən (1285) sonra səhər saatlarında həmin ərazinin təkfurları bir yerlərə yığışırlar.