Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Comrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. == Əhali == 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 == İqtisadiyyatı == Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. == Tanınmış Komratlılar == Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq == Qardaş şəhərlər == == İqlimi == Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Dombra
Dombra (qaz. домбыра) — Qazax xalq çalğı aləti. Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır. "Qazaxı soruşsan, dombranın qolundadır". Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür. Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
Domera
Domera (fr. Valigny) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şimali-qərbi Monlyusoon kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03101. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 9004 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 5558 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 3745 nəfər iqtisadi cəhətdən fəal, 1813 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,4%, 1999-cu ildə 67.0%). 3745 fəal 3444 nəfərdən (1776 kişi və 1668 qadın), 301 nəfəri işsiz (123 kişi və 178 qadın) idi. 1813 hərəkətsiz, 394 nəfər şagird və ya tələbə, 879 nəfər təqaüdçü, 540 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Komrat
Komrat (qaq. Komrat, rum. Comrat, rus. Комра́т) — Moldova şəhəri, Qaqauziyanın paytaxtı. Yalpuq çayının sahilində yerləşir. Şəhərin əsası 1789-cu ildə qoyulmuşdur. Hazırkı icra başçısı Viktor Volkovdur. == Əhali == 1989: 25,800 1991: 27,500 1996: 27,400 2004: 23,429 2006: 22,369 2014: 26,000 == İqtisadiyyatı == Əsas iqtisadiyyatı üzümçülükdür, 10 şərab zavodu və bir yağ zavodu var. == Tanınmış Komratlılar == Aleksandr Stoyanoğlu — qaqauz siyasətçi İrina Vlax — Qaqauziya başqanı Pyotr Draqanov — rus filoloq == Qardaş şəhərlər == == İqlimi == Komrat rütubətli kontinental iqlimə sahibdir — quru və isti yay, qarlı və soyuq qış keçirir. Yay vaxtı ortalama temperatur 25 °C-dir.
Sokrat
Sokrat, Sokrates və ya Süqrat (yun. Σωκράτης, e.ə. 469 – 15 fevral e.ə. 399, Afina) — Qərb fəlsəfəsinin yaradıcılarından biri sayılan klassik yunan filosofu, Platonun müəllimi. == Həyatı == Antik yunan filosofu Sokrat e.ə. 469-cu ildə Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi.
Domra
Domra (rus. До́мра) — Belarus, Ukrayna və Rusiya xalq simli musiqi aləti. Domranın yarımdairəvi bir bədəni var. Musiqi alətinin simlərindən səslər mizrab vasitəsilə çıxardırılır. Musiqi alətindən səs çıxarmaq üçün istifadə olunan xarakteristik texnika tremolodur. Domranın iki növü var – ənənəvi şəkildə Rusiyada istifadə olunan üçsimli domra və əsasən Belarus və Ukraynada istifadə olunan dördsimli domra. Domra fərdi çıxışlar üçün, eləcə də Rusiya xalq çalğı alətləri ansambllarında və orkestrlarında istifadə olunur. Domra XVI–XVII əsrlərdə Rusiya skomoroxları tərəfindən fərdi və ya ansambl çıxışlarında istifadə olunurdu, ancaq XVII əsrdə kilsə və dövlət tərəfindən bir sıra qanunlar qəbul edilmişdir ki, bu qanunlar skomoroxların fəaliyyətini qadağan edirdi. Skomoroxların dövrünün sona çatması ilə domradan da istifadə sona çatmışdır. Domranın müasir xarici görünşü 1896-cı ildə Vasili Vasiliyeviç Andreyevin balalayka musiqi aləti üzərində apardığı bərpa fəaliyyəti nəticəsində formalaşmışdır.
Demokrat Leonov
Demokrat Vladimir Leonov (1 aprel 1926, Bakı – 15 mart 1969, Damansk adası, Heyluntszyan) — SSRİ sərhədçisi, polkovnik, Sovet İttifaqı Qəhrəmanı. Damanskiy adasında Çinlə sərhəd münaqişəsinin iştirakçısı. == Tərcümeyi-hal == Demokrat Leonov 1 aprel 1926-cı il sərhədçi Vladimir Porfiri Leonovun ailəsində Bakı şəhərində anadan olub 1943-cü ildə Bakıda orta məktəbin 9-cu sinfi bitirdikdən sonra sərhəd qoşunlarında xidmətə başlamışdır. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olmuşdur. 1954-cü ildə Daxili İşlər Nazirliyinin Hərbi institutunu bitirdikdən sonra Zaqafqaziyaya təyinat almış və dörd il sonra Transqafqaz Sərhəd Dairəsinin sərhəd dəstəsinin qərargahının müdiri olmuşdur. 1968-ci ildə Leonov İman ( 1972-ci ildən — Dalnereçensk) şəhərinə köçürülmüş və burada 57-ci sərhəd dəstəsinin rəisi vəzifəsini almışdır. == Damanskiy adasında sərhəd münaqişəsi == 15 mart 1969-cu ildə D. Leonov Yanşina qrupunun dəstəyi üçün 135-ci motoatıcı diviziyanın T-62 tank qrupuna başçılıq edirdi. Damanskda döyüş əməliyyatlarında iştirak etdi.Çin qumbaraatanları tərəfindən vurulmuş tankı tərk edən zaman ürəyindən aldığı snayper atəşindən həlak oldu. Dalnereçenskdə (1972-ci ilə qədər — şəhər İman adlanırdı) hərbi qaydalarla dəfn edilmişdir. == Yaddaş == Vladivostokda Demokrat Leonovun adına küçə var.
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Komrat Respublikası
Komrat Respublikası — 6 yanvar 1906-cı ildə Birinci Rusiya inqilabı dövründə Bender uyezdinin kəndliləri tərəfindən elan edilmiş respublika. == Tarixi == 1905-ci ildə baş vermiş Rusiya inqilabından sonra Bessarabiyada hökumət qüvvələri ilə kəndlilər arasında toqquşmalar başladı. Xarkov Texnologiya İnstitutunun tələbəsi eser Andrey Qalatsan Bender uyezdinin Komrat kəndində yeraltı təşkilat yaradır. Qalatsan öz tərəfdarları ilə birlikdə insanları mövcud hakimiyyəti devirməyə, mülkədarların torpaqlarını müsadirə etməyə çağırırdı. Nəticədə o həbs olunur bu isə öz növbəsində yerli əhalinin etirazlarına səbəb olur. 6 yanvar 1906-cı ildə Komratda iğtişaşlara səbəb olmuş mitinq baş tutdu. Həbs edilmiş Qalatsanın tərəfdarları pristavı, bir zabiti və yerli hakimiyyətin bir neçə təmsilçilərini həbs etdilər. Etirazçılar Komrat Respublikasının qurulduğunu elan edib Qalatsanın rəhbərlik etdiyi yerli özünüidarəetmə komitəsi qurdular. Komitənin ilk qərarı bütün vergilərin və borcların ləğvi eləcə də mülkədarların bütün torpaqlarının kəndlilərə paylanılması oldu.10 yanvar 1906-cı ildə "Russkoe slovo" qəzetinin müxbiri xəbər verirdi ki: " 10 min əhalisi olan Komrat üsyançıların əlindədir. Muxtariyyət elan olunub.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
ABŞ Demokrat Partiyası
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.
Azərbaycan Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokrat Partiyası və ya qısaca ADP— Azərbaycanda 26 yanvar 1991-ci il tarixində təsis edilmiş, 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən, ilk dəfə 14 mart 1993, ikinci dəfə isə 3 fevral 2000-ci il tarixində olmaqla 2 dəfə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmış siyasi partiya. == Tarixi == === Yaranması === Azərbaycan Demokrat Partiyası 26 yanvar 1991-ci il tarixinfə Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin sabiq üzvü Sərdar Cəlaloğlu daxil olmaqla 28 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunmuşdur. Partiyanın təsisçiləri aşağıdakı şəxslərdir: Azərbaycan Demokrat Partiyası 17 oktyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən qeydiyyata alınmışdır. Bundan sonra 25 aprel 1992-ci il tarixində Naxçıvan şəhərində partiyanın I Konfransı keçirilmişdir. Siyasi partiyalar haqqında Azərbaycan Respublikası qanunu qəbul edildikdən sonra isə Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən Azərbaycan Demokrat Partiyası ilk dəfə 14 mart 1993-cü il tarixində rəsmi dövlət ürydiyyatına alınmışdır. Elə həmin il partiyanın mərkəzi qərərgahı Naxçıvan şəhərindən Bakı şəhərinə köçürülmüşdür. Bakıya köçən Azərbaycan Demokrat Partiyası 28 iyul və 23 yanvar tarixlərində II və III konfransını keçirmiş və qurultay qərarı almışdır. 7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir. === I Sərdar Cəlaloğlu dövrü (1994–1996) === === İlyas İsmayılov dövrü (1996–1998) === === Həmsədrlər dövrü (1998–2000) === === Rəsul Quliyev dövrü (2000–2007) === === II Sərdar Cəlaloğlu dövrü (2007-) === 2014-cü ildə Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyası ilə birləşmək üçün qarşılıqlı təmaslar başlatdı. Təkliflərə əsasən Vətəndaş və İnkişaf Partiyası Azərbaycan Demokrat Partiyasına birləşəcək və partiya sədri Əli Əliyev birləşmiş partiyanın sədr müavini, daha sonra isə növbəti sədri olacaq idi.
Azərbaycanın Demokrat Firqəsi
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. == ADF ilə Mahabad Cümhuriyyət arasında olan münasibətlər == 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
Demokrat Partiyası (ABŞ)
ABŞ Demokrat Partiyası və ya Demokratlar partiyası (ing. Democratic Party) — Respublikaçılar partiyası ilə bərabər ABŞ-də ən mühüm iki siyasi partiyadan biri. 1828-ci ildə yaradılmış partiya ölkənin ən qocaman partiyasıdır. Əsas ideologiyası liberalizm və proqressivizmdir. İqamətgahı Vaşinqtondadır, ənənəvi rəngi mavidir. Partiyanın 2008-ci ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkilərindəki namizədi partiya üzvləri arasında keçirilən ilkin seçkidə Hillari Klintonu üstələmiş Barak Obama olmuş və qalib gəlmişdir.
Kürdüstan Demokrat Partiyası
Kürdüstan Demokrat Partiyası (kürd. Partiya Demokrat a Kurdistanê; پارتی دیموکراتی کوردستان; abr. KDP və ya PDK) — İraq Kürdüstanında siyasi partiya. == Tarixi == Kürdüstan Demokrat Partiyasının əsası 1946-cı ildə qoyulmuşdur. İraq Kürdüstanında yaşayan kürdlərin milli hüquqları uğrunda mübarizələrinə rəhbərlik etmişdir. Müstəmləkəçilik hökmranlığına qarşı İraq xalqının milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1958-ci il İraq inqilabından sonra Milli Birlik Cəbhəsinə daxil olmuşdur. KDP-nin 6-cı qurultayında (1964-cü il) qəbul olunmuş proqramda İraq Respublikası daxilində kürdlərə muxtariyyət verilməsi, İraqda demokratik hakimiyyət yaradılması, ölkənin birliyinin möhkəmləndirilməsi və s. nəzərdə tutulmuşdur. 1974-cü ildə kürdlərin muxtariyyəti haqqında qanun elan edildikdən sonra Mustafa Bərzaninin başçılığı ilə partiya rəhbərliyinin sağ cinahının milli azadlıq hərəkatından uzaqlaşması nəticəsində yeni KDP yaradılmışdır.KDP-də Bərzani tayfası üstünlük təşkil edir və kürd milliyətçisi böyük çadır partiyası kimi təsvir olunur.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Türkmənistan Demokrat Partiyası
Türkmənistan Demokrat Partiyası — Türkmənistanda yeganə siyasi partiya. 1991-ci ildə Türkmənistanın müstəqillik əldə etməsindən sonra bu ölkədə yeganə siyasi partiya Türkmənistan Demokrat Partiyasıdır. Vaxtilə Saparmurad Niyazov tərəfindən yaradılmış partiyaya ömrünün sonunadək Türkmənbaşı özü rəhbərlik edib. Onun ölümündən sonra isə partiyaya hazırkı prezident Qurbanqulu Berdıməhəmmədov sədrlik edir.
Komrat Dövlət Universiteti
Komrat Dövlət Universiteti (qaq. Komrat Devlet Universiteti) — Moldovanın Qaqauziya muxtar ərazinin paytaxtı olan Komrat şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Komrat Dövlət Universiteti 1991-ci ildə yaradılmışdır. == Tədris == Burada bütün tələbələr Qaqauziyanın rəsmi dili olan qaqauz dilini öyrənməli olsa da, dərslərin əksəriyyəti rus dilində keçirilir. Amma "Qaqauz dili və ədəbiyyatı" fənni qaqauz dilində keçilir və əlavə olaraq, kurs sənədləri və dissertasiyalar bu dildə yazılır. == Rektorları == Dionis Tanasoqlu İvan Kristioqlo Mihail Daradur Zineyda Arikova Serghei Zaharia == Azərbaycan Tədris Mərkəzi == Azərbaycan Tədris Mərkəzi 2008-ci ildə Azərbaycanın Moldova səfirliyinin təşəbbüsü ilə açılmışdır. Bu vaxta qədər isə bu Universitetdə 2007-ci ildə Azərbaycan tədris otağının yaradılmışdır. Səfirlik otağa kompüter dəsti, Azərbaycanın dövlət rəmzlərini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini, müxtəlif ədəbiyyat hədiyyə etmişdir.Mərkəz müxtəlif texnika ilə, kitablarla, şəkillərlə təchiz edilmişdir. Burada Azərbaycanın tarixini, folklorunu, dilini və ədəbiyyatını öyrənmək üçün kifayət qədər kitab və bukletlər var. Azərbaycan mədəniyyətini, memarlığını tanıtmaq üçün Mərkəzdə müxtəlif vidio-audio materiallar və şəkillər mövcuddur.
Almaniya Sosial-Demokrat Partiyası
Almaniya Sosial Demokrat Partiyası — Almaniyada siyasi partiya Almaniya Sosial-Demokrat Partiyası "Forverts" (İrəli) məlumat və "Noye Gezelşaft" (Yeni cəmiyyət) nəzəri jurnallarını nəşr edir.
Avstriya Sosial-Demokrat Partiyası
Avstriya Sosialist Partiyası (alm. Sozialdemokratische Partei Österreichs‎, [zoˈtsi̯aːldemoˌkraːtɪʃə parˌtaɪ ˈøːstəraɪçs], SPÖ) — Avstriyada sosial-demokrat siyasi partiya. 1889-cu ildə Avstriya Sosial Demokrat İşçi Partiyası (alm. Sozialdemokratische Arbeiterpartei Österreichs‎, SDAPÖ) olaraq yaradılmış və daha sonra 1945-ci ildən 1991-ci ilə qədər Avstriya Sosialist Partiyası (alm. Sozialistische Partei Österreichs‎) adı ilə tanınmışdır. Avstriyadakı mövcud ən köhnə siyasi partiyadır. Avstriya Xalq Partiyası (ÖVP) ilə yanaşı, ölkənin iki ənənəvi əsas partiyasından biridir. Siyasi spektrdə sol mərkəzlidir. 2023-cü ilin iyun ayından partiyaya Andreas Babler rəhbərlik edir. Hazırda Milli Şuradakı beş partiya arasında 183 yerdən 40-na sahib olan ikinci ən böyük partiyadır və 2019-cu il qanunvericilik seçkilərində səslərin 21,2 faizini qazanıb.
Azərbaycan Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999-2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir.Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il)Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.Bu birləşməyə baxmayaraq partiyada Fuad Əliyevin əleyhdarları Valeh İbadovun rəhbərliyində Azərbaycan Liberal Demokrat Partiyası adına iddalar səsləndirmişdir. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2004-cü ildə Fuad Əliyevin rəhbərlik etdiyi partiyanı Azərbaycan Liberal Demokrat Partiyası olaraq qeydə almışdır.
Azərbaycan Milli Demokrat Partiyası
Azərbaycan Milli Demokrat Partiyası və ya qısaca AMDP — Tufan Kərim tərəfindən qurulan və 2008-ci il dekabrın 24-də dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == Partiya 1992-ci ildə İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulmuşdur. İlk qurultayını 26 dekabr 1993-cü ildə keçirən partiyanın sədri Bəxtiyar Əhmədov seçilmişdir. Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından "Bozqurd Partiyası" olaraq keçmişdir, lakin 1995-ci ildə Ali Məhkəmə tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmadığı səbəbi ilə ləğv edildi. İsgəndər Həmidov isə həbs edildi. Partiya fəaliyyətini dayandırmasa da, 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası dəyişdirdi. Ad dəyişikliyi 1999-cu ildə ki qurultayında rəsmi olaraq təsdiqləndi. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmadı. 2008-ci ilin aprel ayında AMDP və Azadlıq Partiyası arasında birləşmə qərarı alınmışdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc və AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir, lakin daha sonra birləşmə gerçəkləşməmişdir.2008-ci ildə partiya Tufan Kərimlinin sədrliyində qeydiyyata alınmışdır.
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası — Azərbaycanda mövcud olmuş siyasi partiyalardan biri. == Tarixi == Azərbaycan Sosial Demokrat Partiyası 1989-cu ildə təsis edilmiş, 27 iyul 1990-cı ildə dövlət qeydiyyatına alınmışdır. Partiyanın ideologiyasının əsasında sosial-demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması durur. Partiya siyasi sistemdə solçuluq mövqeyini müdafiə edir. Partiyada könüllü üzvlük haqqı sistemi mövcuddur. ASDP-də seçkili orqanlar sədr və sədr müavinləridir. Partiyanın ictimaiyyətlə əlaqə vasitələri yoxdur. Partiyanın iqtidar-müxalifət dialoquna münasibəti yalnız o halda müsbətdir ki, bu addım Prezident tərəfindən atılmış olsun. Mövcud resursları baxımından partiyanın maddi-texniki imkanları zəifdir. Partiya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini, proporsional seçki sisteminin bərpasını dəstəkləyir.