Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borasit
Borasit — mineral, Mg3[B7O13]Cl. == Haqqında == Borasit - rombik. a - Borasit; 265°C-dən yuxarı kubik b - Borasit. Habitus: kubik, dodekaedr, tetraedr, psevdooktaedr və kubooktaedr. Aqreqat: incədənəvər, lifli, tək-tək dənələr. Rəngsiz, alloxromatik. Parıltı şüşəli, almazı. Sərtliyi 7-7,5. Xüsusi çəkisi 2,97. Kvars üzrə psevdomorfozlarda.
Horatsi
Kvint Horatsi Flakk (lat. Quintus Horatius Flaccus), çox vaxt sadəcə Horatsi (8 dekabr e.ə. 65[…] – 27 noyabr e.ə. 8, Roma) — qədim Roma ədəbiyyatının "qızıl dövrü"nün şairi. Onun yaradıcılığı respublikanın sonunda vətəndaş müharibələri dövrünü və Oktavian Avqustun yeni rejiminin ilk onilliklərini əhatə edir. Horatsi, Vergili ilə yanaşı bu dövrün iki ən böyük şairindən biri hesab olunur. Əsas əsərləri "Satiralar", "Epodlar", "Odlar" və "Məktub" adlı şeir toplularıdır. == Həyatı == Kvint Horatsi Flakk eramızdan əvvəl 65-ci il dekabrın 8-də İtaliyanın cənub-şərqində, Lukaniya və Apuliya sərhəddində yerləşən Roma hərbi koloniyası olan Venusiyada təvazökar bir mülkün sahibi olan azad edilmiş adamın ailəsində anadan olub Horatsinin atası azad edilmiş adam idi. Qanuni olaraq, azad edilmiş insanların övladları azad doğulmuşlarla bərabər tutulurdu, lakin belə bir mənşə sosial aşağılıq hesab olunurdu və nəhayət yalnız növbəti nəsildə düzəlirdi. Bu amil Horatsinin dünyagörüşünə və yaradıcılığına müəyyən təsir göstərmişdir.
Antoniya Moraiti
Antoniya Moraiti (d. 2 may 1977) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antoniya Moraiti, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu.
Massimo Moratti
Massimo Moratti İtaliyalı iş adamı, İnter Milan klubunun prezidenti və sahibidir. == Həyatı və Karieri == Massimo Moratti 16 may 1945-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. Nerazzuri'nin 1955–1968 illəri arasında başçılıq etmiş olan Angelo Moratti'nin dördüncü uşağıdır. Hazırda da rəhbərlik etdiyi klubla, 1 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə UEFA Kuboku, 4 dəfə Serie A, 3 dəfə İtaliya kuboku və 2 dəfə İtaliya Super Kubokunu qazanmışdır. Moratti komandaya eyni zamanda Hernan Krespo, Adriano, Ronaldo, Zlatan İbrahimoviç,Samuel Eto'ovə Uesli Sneyder kimi məşhur futbolçuların da gəlməsində əhəmiyyətli rol oynamışdır.
Massimo Donati
Massimo Donati (it. Massimo Donati; 26 mart 1981, Cedellano, Udine, Friuli Venezia Giulia) — İtaliyalı keçmiş futbolçu, hal-hazırda məşqçi işləyir. Mövqeyi Yarımmüdafiəçi olub. O hal hazırda, İtaliya D seriyasında "Leqnaqo Salus" klubunun baş məşqçisidir. == Karyera == Massimo "Atalanta" klubunun yetirməsidir. 3 il Berqamo klubunda oynadıqdan sonra gənc yarımmüdafiəçi 15 milyon avroya "Milan"a transfer edilir. O zaman Donati İtaliyanın ən perspektivli gənc futbolçularından biri sayılırdı. Massimo 2001-ci ildə "Milan"a qatılır. Futbolçu Milan klubundakı ilk mövsumundə yaxşı təsir bağışlamır. Gənc Massimonun ehtiyat oyunçular skamyasında oturub oyun praktikasından əziyyət çəkməməsi üçün Milan rəhbərliyi futbolçunu icarəyə göndərməyə qərar verir.
Mədə xorası
Mədə xorası — insan xəstəlikləri arasında ən "qoca"sı Bu xəstəliyə ilk dəfə təxminən 100 min il əvvəl rast gəlinib. Bundan 40 min il sonra bu xəstəlik Afrika, Avropa və Yaxın Şərqdə geniş yayılıb. Bütün digər xəstəlik bakteriyaları xeyli sonra – təxminən 10 min əvvəl yaranıb. Mədə xorası mədənin normal daxili örtüyünün, başqa sözlə selikli qişasının tamlığının pozulmasıdır. Qeyri-şiş mənşəli mədə xorasının yaranmasının əsas səbəbi mədə daxilində olan turşu-qələvi müvazinətinin pozulmasıdır. Mədədə turşunun (pepsin) ifraz edilməsi həzm prosesi üçün vacib şərtlərdən biridir. Normada qida və mədənin daxili müdafiə imkanları turşunun selikli qişaya zədələyici təsirini aradan qaldırır. Amma turşu-qələvi müvazinəti pozulan hallarda mədənin zədələnmə ehtimalını artırır və.s. Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu Helicobacter pylori (H. pylori) infeksiyası Xroniki qastrit Siqaret çəkmə Spirtli içki qəbulu Artan yaş Qanın laxtalanma sistemində bəzi problemlər Qarında ağrı (bu ağrı gecə oyanmaya səbəb ola bilər); Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər; yeməkdən 2–3 saat sonra başlaya bilər; Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər; Ürəkbulanma; Qusma; Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir; Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər; Son zamanlar çəkinin azalması; Ümumi zəiflik və s. Ağayev B. Cərrahlıq, 2008 Glyn G. Jamieson.
Şüalanma dozası
Şüalanma dozası — Şüalanmanın canlı orqanizmə verdiyi zərər onun toxumaya ötürdüyü enerjinin miqdarından və bu enerjinin toxumada paylanması xüsusiyyətlərindən asılıdır. Maddənin vahid kütləsi tərəfindən udulan şüalanma enerjisinə udulan doza deyilir. Udulan dozanın vahidi Qreydir. 1Qrey(Qr) – 1kq kütlə tərəfindən 1Coul enerjinin udulduğu dozadır. Müxtəlif növ şüalanma növlərinin insan orqanizminə və toxumalara təsiri fərqlidir. İonlaşdırıcı şüalanma növlərindən asılı olaraq eyni qədər udulan dozanın təsirindən əmələ gələn radiobioloji effektlər fərqli olur. Bu ionlaşdırıcı müxtəlif şüalanmaların hissəciklərinin toxuma ilə qarşılıqlı təsiri zamanı enerjinin ötürülməsi mexanizminin fərqli olması ilə əlaqədardır. Müxtəlif şüalanma növlərinin radiobioloji effekt yaratma qabiliyyətlərinin fərqini əks etdirmək üçün ekvivalent doza adlanan kəmiyyət daxil edilir.
Kvint Horatsi Flakk
Kvint Horatsi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir. == Həyatı == Azad olunmuş qulun oğlu olan Horatsi kiçik bir kənddə anadan olmuşdur. Fəlsəfə ilə maraqlanmışdır. Brutun başçılığı altındakı orduda fəaliyyət göstərmişdir. Sonradan Oktavian Avqust tərəfindən əfv edilmiş və Vergili tərəfindən Messenata təqdim olunmuşdur. == Yaradıcılığı == Horatsini yaradıcılığına bunlar daxildir: "Odalar" "Epodlar" "Satiralar" "Poeziya elmi" "Epistollar" == "Poeziya elmi" == Horatsinin ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poeziya elimdir". bu əsər poetik üslubda yazılmış və burada müəllifin bədii yaradıcılıqla bağlı fikirləri və tövsiyələri doqquz hissədə verilmişdir.
Cek Dorsi
Cek Dorsi (ing. Jack Patrick Dorsey; 19 noyabr 1976[…], Sent-Luis, Missuri, ABŞ) — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri. == Həyatı == Cek Dorsi 19 noyabr 1976-cı ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. O, Sent-Luisdə Bishop DuBourg High School məktəbində orta təhsil alıb. Cek tennis, rəsm çəkmək və incəsənət tarixinə maraq göstərib, məktəb qəzeti üçün yazıb və kompüter klubunda iştirak edib. Yeniyetmə olaraq, o, kompüterləri xoşlayıb və IBM-in ilk versiyalarından birini öyrənərək saatlarla kompüterin qarşısında oturub. Dostları Cekin yeniyetməlik dövründən danışarkən onu sakit oğlan kimi təsvir edirlər. Onun danışığında pəltəklik olub və buna görə də susmağa üstünlük verib. Gənc Dorsi bunun öhdəsindən gələ bilib. Həkimlərin köməyi ilə sağalmağa ümidini itirib, o, qəsdən natiqlik məharəti üzrə məktəb yarışlarında iştirak etməyə başlayıb.
Dasti Sprinqfild
Dasti Sprinqfild (ing. Dusty Springfield, əsl adı Meri İzobel Ketrin Bernadett O’Brayen; 16 aprel 1939 — 2 mart 1999) — ingilis pop musiqi müğənnisi. 1960-cı illərdə müvəffəqiyyətli bir dövr keçirən Springfield 1980-lərin sonlarında da müvəffəqiyyətli bir "geri dönüş" ilə özündən söz etdirmişdir. == Həyatı == === Fəaliyyəti === İlk sinqlı I Only Want to Be With You həm ABŞ-də, həm də İngiltərədə müvəffəqiyyətli oldu. Bunu bir çox single və albom izlədi. Bunlardan bir neçəsi Stay awhile, I Just Dont Know What to Do With Myself və Losing You. Ardından özü üçün yazılan The Look of Love gəldi və bu mahnı Bond filmində istifadə edildiyi üçün Akademiya Mükafatı namizədi oldu. 1964-cü ildə zamanının ən böyük solo müğənnisi oldu. 1966-cı ildə, ən böyük çıxışını You Dont Have to Say You Love Me (1966) ilə etdi. O il nəşr olunan bütün siyahılarda xüsusilə yer alan bu mahnı, müğənninin karierinin ən üst nöqtəsi idi.
Enn Dörsi
Enn Dörsi (1954) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2006–2009). 2009-cu ilin sentyabrın 28-dən bəri ABŞ-nin Litvadakı səfiridir. == Həyatı == Enn Dörsi 1976-cı ildə Minnesota ştatının Sent Paul şəhərində yerləşən Makalester Kollecində Fransız dili və Linqvistikası ixtisası üzrə bakalavr diplomunu əldə etmişdir. 1981-ci ildə isə Con Hopkins Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. Həmin ildə isə ABŞ Dövlət Departamentinə işə düzələrək Trinidad və Tobaqoda 1981–1983-cü illərdə xidmət etmişdir. Bundan sonra müxtəlif illərdə Sinqapur, Avropa Birliyi, İraqdakı diplomatik nümayəndəliklərində işləyən Enn Dörsi 2006–2009-cu illərdə ABŞ-nin Azərbaycandakı səfiri kimi də xidmət göstərir.
Ağız bucağının xorası
Ağız bucağının xorası – ağız bucağının selikli qişasının və dərisinin infeksion xəstəliyi. Ağız bucağının xorası orqanizmdə B2 vitamininin çatışmazlığından, diş əti xəstəliyindən, ağız suyunun güclü ifrazından, turş, yaxud acı qida yedikdə, ağız boşluğuna pis qulluq etdikdə baş verir. Xəstəliyi kokklar, yaxud mikroskopik göbələklər törədir. Vərdiş nəticəsində dodağını yalayan uşaqlar, yeniyetmələr və ağızda protez gəzdirən yaşlılar bu xəstəliyə daha çox tutulurlar. Ağız bucağının xorasında əvvəlcə ağız bucağının selikli qişası və dərisi qızarır, sulanır, yerində sonradan sarı qartmaqla örtülən ağrılı çatlar əmələ gəlir. Xəstəlik göbələk mənşəli olduqda ağız boşluğunun selikli qişasına da keçə bilər. === Profilaktikası: === Düzgün qidalanma, qida rasionunda qidaların vitaminlərlə zəngin olması, ağız bucağı qıcıqlandıqda acı, kəskin turş maddələr və sitrus meyvələrin istifadə edilməməsi. Müalicəsi həkimin məsləhəti ilə aparılır. Xəstəlik çox vaxt xroniki olur, lakin aparılan ardıcıl düzgün müalicə nəticəsində Ağız bucağının xorası sağalır. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Doroti Kroufut Hockin
Doroti Meri Kroufut-Hodjkin
Doroti Meri Kroufut-Hodjkin- (ing. Dorothy Mary Crowfoot Hodgkin, Dorothy Hodgkin; 12 may 1910[…], Qahirə, Misir – 29 iyul 1994[…]) ingilis kimyaçısı və biokimyaçısıdır. Kimya üzrə Nobel mükafatı laureatı (1964) ("X-şüalarından istifadə edərək bioloji aktiv maddələrin strukturlarının müəyyən edilməsinə görə"). London Kral Cəmiyyətinin üzvü (1947-ci ildən), SSRİ Elmlər Akademiyasının xarici üzvü (1976). == Ailə və uşaqlığı == Doroti Meri Kroufut-Hodjkin 12 may 1910-cu ildə Qahirədə Misir Təhsil Xidmətinin filoloqu və arxeoloqu Con Kroufut (1873–1959) və Qreys Meri (1877–1957) ailəsində anadan olmuşdur. Ana — Qreys Meri (Molli), (Hud), əri ilə birlikdə Misirdə kənd məktəblərinin təşkilinə kömək etdi, onunla bir çox ekspedisiyalara getdi. Onun müxtəlif maraqları var idi; xüsusilə, xeyriyyəçilikdən əlavə, o, botanika ilə məşğul olurdu və Sudanın florasının böyük kolleksiyalarını toplamışdı, bir çox botanika rəsmləri çəkmişdi ki, indi bu rəsmlər Kral Botanika Bağlarında yerləşir Kyu (Kew). Bundan əlavə, o, toxuculuğu da sevirdi və qədim toxuculuq üzrə beynəlxalq ekspert idi. Doroti uşaqlığının əvvəlini Misirdə keçirdi, Birinci Dünya Müharibəsi başlayana qədər hər il İngiltərəyə yalnız bir neçə aylıq gedirdi. 1918-ci ildə valideynləri Xartuma (Sudan) köçdülər və orada dördüncü qızları Diana doğuldu.
San-Tome və Prinsipi dobrası
San-Tome və Prinsipi dobrası (port. Dobra) — Afrika dövləti olan San-Tome və Prinsipinin pul vahididir. 2 iyul 1977-ci ildə (Eskudonun əvəzinə) mübadiləyə daxil edilmişdir. Dövriyyədə müxtəlif buraxılış illəri olan 5000, 10 000, 20 000, 50 000 və 100 000 nominallı dobra əsginaslarını görmək olar. 1977-ci ildən sonra buraxılmış köhnə dobra seriyaları əsas ödəmə vasitəsidir və köhnəlmə müddətində dövriyyədən götürülür.