Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Efes
Efes (yun. Eφεσος, lat. Ephesus) — Anadolunun qərb sahillərində İzmir ilinin Səlcuq ilçəsinin 3 km uzaqlığında yerləşən tarixi yunan şəhəri. Efes Qədim Yunanıstan dövründə İoniyanın 12 şəhərindən biri olmuşdur. Şəhərin neolit dövründə salındığı ehtimal olunur.
Efes Məclisi
Efes Məclisi aşağıdakı mənaları verə bilər: Birinci Efes Məclisi — 431-ci ildə təşkil edilmişdir. İkinci Efes Məclisi — 449-cu ildə təşkil edilmişdir. Üçüncü Efes Məclisi — 475-ci ildə təşkil edilmişdir.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Birinci Efes Məclisi
Birinci Efes Şurası, İstanbul Patriarxı Nestorun mübahisəli təlimlərinə görə 431-ci ildə Efes Məryəm Ana kilsəsində toplandı. İsgəndəriyyə Patriarxı Kiril Nestoriusu bidətdə ittiham edərək Papa I Celestineyə müraciət etmişdi. Papa da öz növbəsində, Kirillə həmfikir olduğunu Nestorun fikrini dəyişdirməsini və ya onun kilsədən xaric ediləcəyi barədə məlumat verməsi haqqında səlahiyyət verir. Çağırış gəlməzdən əvvəl Nestor İmperator II Feodoru əks fikirlərini müzakirə edə biləcəyi ümumi bir məclis çağırmağa inandırmağı bacarır. Şurada təxminən 250 yepiskop olmuşdur. Konfrans qarşılıqlı meydan oxuma şəraitində keçdi və onlar bir-birlərini günahlandırdılar. Şərq və Qərbi Pravoslavlar Roma Katoliklərinin və bir çox digər Qərb xristianlarının üçüncü ekumenik konsulu hesab olunur. Digər tərəfdən, Efes Şərq Kilsəsi tərəfindən rədd edilmişdir (İngilis dilində: Church of the Orient). Nestor İsaya 30 yaşında ikən Kəlamın endiyini, ancaq o zamandan sonra insan və Allah xüsusiyyətlərini daşıdığını, Məryəmin Allah olan İsanın deyil, insan olan İsanın anası olduğunu söylədi və dolayı yolla Məryəmə “Allahın anası” (Theotokos) deyilməsi ilə razılaşmamış və Allahın doğulmadığını, doğula bilməyəcəyini bildirmişdir. Nestora görə, İsanın insan şəxsiyyəti və ilahi şəxsiyyəti bir-birindən ayrıdır; buna görə Nestor doktrinası bəzi mənbələrdə diofizit (“iki təbiətli”) adlandırılır.
Efes Kelsus Kitabxanası
Efes Kelsus Kitabxanası — Efes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür. Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır.
Üçüncü Efes Məclisi
Üçüncü Efes Şurası 475-ci ildə Anadolunun Efes şəhərində keçirilmişdir. İsgəndəriyyə Papası II Timoteyin sədrliyi ilə keçirilən iclasda Peter Fuller, sonra Antakiyanın Patriarxı və Efes Exarxı Paul da iştirak etmişdir. Bu, Xalkidon kilsə məclisini və xüsusilə Leonun kitabını qınayan İmperatorluq boyunca 500–700 yepiskop tərəfindən imzalanmış İmperator Baziliskusun son bir ensiklini təsdiqlədi. Bu məclis, beləliklə Xalkidonun Şərq Pravoslavlığı üçün ən əhəmiyyətli sinodik qınaqlarından birini təşkil edir. Bəzi Xalkidonların, Qeyri-Xalkidonların Eutychesin səhv təlimlərini qəbul etdikləri barədə ittihamlarına cavab olaraq, Üçüncü Efes iştirakçıları Məsihin insanlığına xələl gətirən bütün təlimləri anatematizasiya etmişdilər, lakin Eutyches haqqında heç bir açıq söz demədən bunu etdilər. Bundan əlavə, məclis, Trakya, Pont və Asiya üzərindəki Konstantinopol Patriarxiyasına səlahiyyət verərək Xalkidonda güzəştə gedilən Efes Kilsəsinin (Asiya sivil yeparxiyasına uyğun olaraq) tam muxtariyyətini bərpa etdi.
İkinci Efes Məclisi
İkinci Efes Şurası — 449-cu ildə toplanan kilsə məclisidir. Ekumenik kilsə məclisi olaraq İmperator II Teodosiusun çağırışı ilə çağırılsa da, mübahisəli protokollarına görə ekumenik sayılmamış və "Saxta məclis" adlandırılmışdır. Daha sonra Xalxidon məclisi tərəfindən rədd edilmişdir.
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Enes dili
Enes dili — eneslərin dili. Samodi dillərinə aiddir. Rusiya Federasiyasının Taymır rayonunun Yenisey çayı sahillərində yaşayırlar. Enes dilində 43 nəfər danışır (2010). 2002-ci ildə onların sayı 119 idi. Bir-birindən kəskin fərqlənən iki dialekti var — somatu (tundra, xantay, turuxan) və pe-bay (meşə, baixin, karasin, manqazey). Qrammatikası ilə nenes dilinə və nqanasan diliə yaxındır və qohum dillər sayılır. == Enes əlifbası == Əlifbası 1980–1990-cı illərdə hazırlanıb. Rəsmi surətdə qəbul edilmənib, ancaq onunla üç kitab buraxılıb (o cümlədən məktəblilər üçün rus-enes lüğəti). "Таymır" qəzetində nadir hallarda enes dilində materiallar dərc edilir.
Enes Ünal
Enes Ünal (d. 10 may 1997; Bursa, Türkiyə) — hücumçu mövqeyində çıxış edən Türkiyəli futbolçu. İngiltərə Premyer Liqasında çıxış edən AFC Bournemouth komandasının futbolçusudur. Debüt oyununa 16 yaş 107 gün olan zaman, Bursasporun heyətində çıxan Enes Ünal, həm də 2015-ci ildən etibarən Türkiyə yığmasının formasını geyinir. == Həyatı == Enes Ünal 10 may 1997-ci ildə Türkiyənin Bursa ilinin Osmanqazi ilçəsində anadan olub. Onun atası Mesut Ünal, "Bursaspor"un sabiq futbolçusudur. == Karyerası == === Bursaspor (2013-2015) === === Genk (2015-2016) === === NAK Breda (2016) === === Tvente (2016-2017) === 2016-cı il 23 iyulda "Mançester Siti" komandası Enes Ünalı, Hollandiya Erediviziyasında çıxış edən "Tvente" komandasına icarəyə verdi. O, "Tvente" komandasının heyətində birinci qollarını, 2016-cı il 21 avqustda "Qroninqen" komandasına qarşı baş tutan oyunda vurdu. "Tvente" komandasının 4:3 hesablı qələbə qazandığı oyunda Enes Ünal, 23, 26 və 39-cu dəqiqələrdə qol vurdu. Ümumi olaraq isə Enes Ünal, mövsüm ərzində "Tvente" komandasının heyətində 33 oyuna çıxdı və 19 qol vurdu.
Enes İbrahim
Enes İbrahim — Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi. == Həyatı == Enes İbrahim 1984-cü ilin 8 avqust tarixində Makedoniyanın paytaxtı Skopye şəhərində türk ailəsində anadan olmuşdur. İlk təhsilini Təfəyyüz məktəbində aldıqdan sonra Yəhya Kamal Kollecində təhsil almışdır. Ali təhsil almaq üçün Skopye şəhərində yerləşən Skopye Kiril və Metodiy Universitetinin filologiya faklütəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə sosial aktivliyi ilə seçilən Enes İbrahim Makedoniyada yaşayan türk icmasının problem və çətinliklərini ölkə gündəminə gətirməyə çalışırdı. == Fəaliyyətləri == 2008-ci ildə ölkənin ictimai çevrəsi ilə birlikdə Üfüq təşkilatını yaratmış, 2012-ci ildə həmin təşkilatın sədri seçilmişdir. Eyni zamanda təşkilatın rəsmi mətbu orqanı olan Üfüq jurnalının təşkilatda rəhbər olduğu müddət ərzində baş redaktoru kimi çalışmışdır. İctimai fəaliyyətində əsasən Makedoniya yaşayan etnik azlıqların problemlərini qabardan Enes İbrahim mövzu ilə bağlı istər ölkə daxilində, istərsə də ölkə xaricində onlarca tədbir, konfrans və platformalar təşkil etmişdir. 2012-ci ildə Türk Hərəkatı Partiyasına qoşulmuşdur və 2013-cü ildə partiyanın keçirdiyi daxili qurultayda baş katibi,2018-ci ildə səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. 2014-cü ildə Makedoniyada keçirilən erkən parlament seçkilərində iştirak edərək qalib gəlmişdir.
Həsən Əftəs
Həsən Əftəs (ərəb. حسن افطس‎) Əli Əsğər Əli oğlunun yeganə oğlu. Həsənin atası Əli Əsğər oğlu anasının bətnində olarkən Ərəbistanın Yənbə şəhərində 30 yaşında dünyasını dəyişmişdir. Ona Əftəs deyilməsinin səbəbi onun burnunun üstündə bir az içəri getmə olmasındanidi. O, uca qamətli və iyididi buna görədə ona Rəmhi ali Əbutalib (ərəb. رمح آل أبي طالب‎) deyirdilər. Məhəmməd Nəfsi Zəkiyyənin Abbasilərə qarşı sürdüyü savaşlarda onun müavin və bayraqdarı idi. Nəfsi Zəkiyyə öldürüldükdən sonra və qoşunu dağıldıqdan sonra Həsən gizləndi. Onun gizləndiyindən sonra İmam Sadiq İraqa gəldi və Əbu Cəfər Mənsurun yanına gedib dedi: Ey Mənsur, istəyirsən ki, Məhəmməd Rəsulullaha bir yaxşılıq edəsən? dedi: Hə, ey Əbaəbdillah.
Leaves' Eyes
Leaves' Eyes — Alman və Norveç metal qrupu. 2003-cü ildə Liv Kristine-in Theatre Of Tragedy qrupundan ayrıldıqdan sonra və Liv Kristine-in həyat yoldaşı Atrocity qrupunun vokalisti Alexander Krull ayrıldıqdan sonra qurulmuşdur. Liv Kristine Norveçli,Alexander Krull isə Almaniyalı olduğundan qrup iki ölkənin təmsilçisi kimi qeyd edilir. Qrupun ilk studio albomu 2004-cü ildə "Lovelorn" adlı albomları olmuşdur. Bu albomun işləri qurtardıqdan sonra Liv Kristine hamilə idi və onların ilk uşaqları dünyaya gəldi.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. Molla Nəfəs 1810-cu ildə Türkmənistanın(horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor… Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mərvdə məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mərvdən Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır. Şairin şeirlərindən anlaşılır ki, o, gəncliyində Durduxal adlı bir qıza aşiq olur.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir. Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). Traxeyanın intubasiyası Traxeotomiya Prof.
Qəfəs (Osmanlı)
Qəfəs — Osmanlı İmperiyası hərəmi içində taxta çıxması ehtimal edilən şahzadələrin mühafizəçilər tərəfindən davamlı olaraq ev həbsində saxlandıqları yerdir. Osmanlıda 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələr üçün yeni bir dövr başladı. "Qəfəs həbsi" dövrü! Osmanlı İmperiyasında şahzadələr uzun illər qəfəs həyatı yaşamışdır.. İmperiyanın ilk dövrlərində Fateh Qanunnaməsində göstərildiyi kimi, səltənətin varlığının davam etdirilməsi üçün qardaş qətli tətbiq edilmişdir. Yeni taxta çıxan sultanın özünə gələcəkdə rəqib ola biləcək qardaşlarını bir arada öldürməsi tez-tez baş vermişdir. Ancaq bu yalanlar səbəbindən taxt-tacın varisləri azalmış və Osmanlı nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. Mümkün varislərin qəfəsdə ev həbsində tutulması sistemi sülalənin sürməsinin güvənci olmuşdur. Ancaq bu dəfə də taxta keçən yeni hökmdarların xalqdan qopuq və dövlət rəhbərliyindən xəbərsiz olması problemləri baş qaldırmışdır. Sultan I Əhməd xanədan vərəsəlik sistemini dəyişdirib qardaş qətli qanununu ləğv etmiş, bunun əvəzinə əkbəriyət və əşrədiyət əsasları əsasən taxta keçilməsi və qəfəs sistemini gətirmişdir.
Ocean Eyes
"Ocean Eyes" — amerikalı müğənni Billi Aylişin ilk mini-albomu "Don't Smile at Me"dən birinci sinql. Mahnını əvvəlcə Finneas öz qrupu üçün yazmışdı, lakin Aylişin səsinə uyğun olduğunu gördükdən sonra mahnını ona vermək qərarına gəldi. Mahnı ilk dəfə 18 noyabr 2015-ci ildə SoundCloud-da buraxılıb. Bir il sonra 2016-cı ildə Darkroom və Interscope Records tərəfindən yenidən yayımlanmışdır.
Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiolların lümeni daraldıqda (məsələn, bronxial astma ilə) və ya ağciyər toxumasının elastikliyinin itirilməsi ilə (məsələn, xroniki ağciyər amfizemi ilə) baş verir. Serebral dispnoe tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə baş verir ( şiş, qanaxma və s.). Bundan əlavə, nəfəs darlığı zəhərli və narkotik qazlarla, freonlarla zəhərlənmələr, həmçinin şiddətli həyəcan, qəzəb, isteriya, qorxu və s.