Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adına günü
Adına günü (az.-əbcəd آدینا گونو‎), Adna günü və ya Ata-baba günü — Azərbaycan təqvim inanclarında cümə axşamı və ya cümə üçün istifadə edilən gün. Ölülərin yad edilmə günüdür. == Mənası və icrası == Adına axşamı, cümə günü və ya cümə axşamı qədim dövrlərdə "ayna günü" də adlandırılmışdır. Bu gün ruhlarla əlaqələndirilərək Azərbaycanın bəzi yerlərində "ata-baba günü" adlandırılır. Adına günündə evlərdə xüsusi yemək bişirilir və qəbir üstünə gedilir, ölülər yad edilir. Azərbaycan xalq inanclarına görə, ölülərin ruhları adına günündə, hava qaralanda öz evlərinə ziyarətə gəlirlər.Adına günü Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilanda 4-cü gün olaraq, Gədəbəy və Tovuzda 5-ci gün olaraq qeyd edilir. Gəncədə ölən adam üçün dördüncü gün verilən ehsan "adnalıx" ("adnalıq") adlanır. Adına ertəsi (adınadan sonra gələn gün mənasında) Gədəbəydə 6-cı gün kimi istifadə edilir. Dərbənd dialektində 4-cü gün "ətinə", 5-ci gün "ətinə axşamı" adlanır. Bakı dialektində 4-cü və 5-ci günlər "Qatıqlı aş pişən gün" və "Küçik sütə düşən gün"dür.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
ADıNA günü (film, 2010)
ADıNA günü qısametrajlı sənədli televiziya filmi rejissor Bəhruz Qədirov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film 30 aprel 2009-cu il tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı terror hadisəsini araşdırır. Qanlı hadisə zamanı 12 nəfər öldürülmüş, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Filmdə ölənlərin və yaralananların ailə üzvləri, hadisənin şahidləri danışır, qatil Fərda Qədirov barədə faktlar açıqlanır. == Məzmun == El arasında həftənin bütün günlərinin hər birinin özünəməxsus adı var: duz, xas, adına və s. Bir qismi yaddan çıxıb. Adına ona görə yadda qalıb ki, biz azərbaycanlılar qırxı çıxana qədər ölülərimizi məhz bu gün yad edir, onlara ehsan süfrəsini də elə bu gündə açırıq. Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum da həftənin 4-cü, yəni adına günü oldu. 30 aprel 2009-cu il tarixində ADNA özünün qanlı tarixini yaşadı.
Alekseev adına qızlar gimnaziyası
Alekseev adına qızlar gimnaziyası - Taqanroq şəhərinin ərazisində, Çexov küçəsi, ev 22 ünvanında yerləşən təhsil ocağı. Təhsil ocağı 1911-1917-ci illər ərzində qızlar gimnaziyası olaraq fəaliyyət göstərmişdir. == Məktəbin tarixi == Alekseev adına qızlar gimnaziyasının tarixi öz başlanğıcını 1905-ci ilin sentyabrından götürür. Bu zaman şəhər dumasına Pavel Petroviç Filevski tərəfindən məktub göndərilir. Bu məktubda Taqanroqda yeni qızlar gimnaziyasının yaradılmasına ehtiyac olması vurğulanır. XX əsrin əvvəllərində Mariin gimnaziyası həddindən aryıq dolmuş olur. Burada artıq hər sinifdə 50 şagird oxuyurdu. Şəhər duması bunlsrı nəzərə alaraq Filevskinin təşəbbüsünü dəştəkləyir və Taqanroqda ikinci qızlar gimnaziyasını açmağı qərara alır. Nəhayət 1906-cı ildə ikinci qızlar gimnaziyası açılması plana alınır. Şəhərdə ikinci qızlar gimnaziyasının açılışı 1911-ci ilin noyabrına təsadüf edir.
Anatoli Banişevski adına stadion
Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 7,500 nəfərdir. "Viləş Masallı" FK ev oyunlarını bu stadionda keçirir.
Atatürk adına Ərzurum Universiteti
Atatürk Universiteti — 1957-ci ildə yaradılan universitetidir. == Tarix == Atatürk Universitetinin tarixi Türkiyə Cümhuriyyətinin önəmli röyalarından birinin gerçəkləşməsidir. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda böyük bir universitetin qurulmasının lazım olduğunu ifadə etmiş, bu yöndə işlərin başlanmasına təlimat vermişdir. Atatürkün ölümündən sonra bu işlərə 12 il ara verilmiş və 1950-ci ildə yenidən gündəmə gətirilmişdir. 1951-ci ildə yaradılan komissiya Şərq Universitetinin Ərzurumda olmasına qərar verdi. 1954-cü ildə çıxarılan 6373 nömrəli qanunla da universitetin adı "Atatürk" qoyuldu. Həmin il Amerika Birləşmiş Ştatlarının USAİD təşkilatı vasitəsilə Atatürk Universiteti ilə Nebraska Universiteti arasında işbirliyi qurulmuşdur. Beləliklə, Atatürk Universitetinin gənc müəllim heyəti Nebraska Universitetinin texniki və akademik araşdırmaları təcrübəsindən yararlanmışlar. İlk olaraq universitetdə əkinçilik, dil-ədəbiyyat, mühəndislik və memarlıq fakültələri var idi. Hazırda isə Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var.
Baqramyan adına erməni batalyonu
Baqramyan adına erməni batalyonu (erm. Բաղրամյանի անվան գումարտակ) və ya Marşal İvan Baqramyan adına motoatıcı batalyon — 1993-cü ildə gürcü-abxaz münaqişəsi zamanı abxaz silahlı qüvvələrinin tərkibində SSRİ marşalı İvan Baqramyan adına yaradılmış batalyon. Üzvləri əsasən ermənilərdən və hemşinlilərdən ibarət olub. Batalyon gürcü silahlı qüvvələrinə qarşı döyüşüb. Müharibədən sonra batalyon dağılıb. == Qısa tarixçə == SSRİ-da həyata keçirilən 1989-cu il siyahıyalınmasına əsasən 525.061 minlik Abxaziya əhalisinin cəmi 95.853 nəfəri abxaz 76.541 nəfəri isə erməni olmuşdur. Gürcüstandakı vətəndaş müharibəsindən sonra bölgədə olan gürcü çoxluq oranı tərk edir və nəticədə ermənilər sayca ikinci yerdə qərarlaşırlar. == Batalyonun yaradılması == Gürcüstanda vətəndaş müharibəsi yeni başladıqda ilkin olaraq Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək, gürcü qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar sürətlə silahlanaraq demək olar ki, hər yerdə qurulurdu. Nşan Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun Lenin adına kolxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada, Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata keçirmələri ilə seçilirdilər.
Bar-İlan adına Universitet
Bar-İlan adına Universitet (BIU, ivr. ‏אוניברסיטת בר-אילן‏‎) — Ramat-Qanda, İsraildə universitet. 1955-ci ildə yaradılıb və dini sionizm hərəkatının lideri Meir Bar-İlanın şərəfinə adlandırılıb. Universitet dini yəhudi təhsil ilə adi ali təhsili birləşdirmək üçün yaradılıb. == Fakültələr == İudaika Hüquq İctimai elmlər Humanitar elmlər Dəqiq elmlər BiologiyaUniversitetdə pedaqogika, sosial işçilər, biznes və mühəndis məktəbləri vardır. Universitet tərkibində həmçinin fizika, tibbi kimya, riyaziyyat, beyin tədqiqatları, psixloji tədqiqat, iqtisadiyyat, musiqişünaslıq, arxeologiya, yəhudi hüququ (Qalaxa) və nanotexnologiya elmi-tədqiqat institutları vardır.
Ben-Qurion adına universitet
Negevdə Ben-Qurion adına Universitet (ivr. ‏אוניברסיטת בן-גוריון בנגב‏‎; ing. Ben-Gurion University of the Negev, qısaca BGU) — İsrailin Beer-Şeva şəhərində yerləşən ali təhsil müəssisəsi. Kampusları həmçinin Sde-Boker və Eylatda vardır. İsrailin cənubunda bir neçə akademik kolleci himayə edir, məsələn, Pinxas Sapira adına kollec, Beer-Şeva mühəndis kolleci və s. 2010-cu ildə tələbələrin sayı 18 347 idi. == Universitetin tərkibi == Universitet İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin aşağıdakı fakültələri vardır: Təbiət elmləri fakültəsi Mühəndis fakültəsi Humanitar və ictimai elmlər fakültəsi Sağlamlıq və tibb fakültəsi İdarəetmə məktəbi Səhranı öyrənən beyməlxalq institut Dərin təhsil Kraytman məktəbiUniversitetin tərkibində həmçinin aşağıdakı böyük tədqiqat institutları vardır: Neqevedə biobiotexnologiya milli institutu Ceykob Blauşteyn adına səhraları öyrənmə institutu (Albert Kats adına səhraları tədqiqat beynəlxalq məktəbi daxil olmaqla) İsrail və sionizmi öyrənmək üzrə Ben-Qurion tədqiqat institutu.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. == Tarixi == Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Heydər Əliyev adına Saray
Heydər Əliyev Sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən konsert salonu. Heydər Əliyevin adını daşıyır.Saray istifadəyə veriləndən 1989-cu ilə qədər Respublikanın xalq artisti Kərim Kərimov, 1989-cu ildən 2020-ci ilə qədər Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev, 2020-ci ildən 2022-ci ilə qədər Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. 2022-ci il 17 iyun tarixindən Heydər Əliyev Sarayının direktoru vəzifəsi müvəqqəti olaraq Faiq Mirzəyevə həvalə edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamına əsasən əsaslı təmirə dayandırılan Heydər Əliyev Sarayı aparılan təmir-bərpa işləri nəticəsində indiki görünüşünə qovuşmuşdur.Sarayının səhnəsində çıxış edən artistlərin şəkilləri, fotoarxivindən düzəldilmiş fotoqalereyaya daxil olaraq, keçirilmiş konsertlər haqda daha ətraflı məlumat almaq mümkündür. Bu fotoşəkillərin çoxu eksklüzivdir və ilk dəfə nümayiş etdirilir.Sarayın adı ilk öncə Lenin Sarayı, sonra Respublika Sarayı, 10 mart 2004-cü ildən isə Heydər Əliyev Sarayı olub.Bütün texniki avadanlıq – səhnənin qalxıb-enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartör lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün ABŞ, Kanada və Yaponiyadan gətirilmiş müasir işıq və səs texnikası qurulmuşdur. == Tarixi == XX əsrin ikinci yarısında Azərbaycanın paytaxtında yeni və maraqlı memarlıq abidələri ucaldılmağa başlandı ki, bunların sırasına Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı üçün inşa edilən yeni binalar daxil idi. Kinoteatrlar, mədəniyyət sarayları şəbəkələri genişləndirildi. 1960-cı ildən Bakıda genişekranlı kinoteatr tikilməsi qərara alındı ki, bu tikintiyə 1962-ci ildə başlanıldı.1960–1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962-ci ilin mayında başlandı.
Heydər Əliyev adına stadion
Heydər Əliyev adına stadion və ya Heydər Əliyev adına İmişli şəhər stadionu — Azərbaycanın İmişli şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 8,500 nəfər olan stadionunun açılışı Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində stadionda yenidənqurma işləri aparılması nəticəsində 2006-cı ilin mart ayının 23-də Prezident İlham Əliyev tərəfindən İmişliyə səfəri zamanı baş tutmuşdur. "İmişli" futbol klubu ev oyunlarını bu stadionda keçirir. 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə «MKT-Araz» komandası Moldovanın «Tiraspol» komandası ilə İntertoto kubokunun ev oyununu keçirib.İmişli şəhər stadionu Azərbaycanın Ulu Öndəri, Ümummilli lider Heydər Əliyevin adını daşıyır. == İstinadlar == == Xarici keçidlər == "İmişli şəhər stadionundan - FOTOREPORTAJ" (az.). https://futbolpress.az/. 05.12.2022 tarixində arxivləşdirilib. Emil Nəsirov. "Bakıdan Ağdama qədər: Azərbaycanın futbol arenaları – VİDEO" (az.). https://1news.az.
Humboldt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Humbolt adına Berlin Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Maksim Qorki Adına Kinostudiya
Maksim Qorki adına kinostudiya — Rusiyada ən böyük kinostudiyalardan biri. 1915-ci ildə yaradılmışdır. 1948-ci ildən Maksim Qorkinin adını daşıyır.
Mixail Mesxi adına stadion
Mixail Mesxi adına stadion (gürc. მიხეილ მესხის სახელობის სტადიონი) — Gürcüstanın Tbilisi şəhərində yerləşən və "Lokomotiv Tbilisi" klubunun ev oyunlarını keçirdiyi stadion. == Haqqında == Stadion futbol və reqbi üzrə yarışları qəbul edə bilir. "Lokomotiv Tbilisi" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Futbol üzrə Gürcüstan yığması da bəzən ev oyunlarını burada keçirir. Stadion milliyətcə gürcü, məşhur sovet futbolçusu Mixail Mesxinin şərəfinə adlandırılıb. Stadion Gürcüstanda böyüklüyünə görə ikincidir, birincilik isə həmçinin Tbilisidə yerləşən Boris Payçadze adına Dinamo Arenaya məxsusdur, onun tutumu 55 min tamaşaçı həcmindədir.
Nizami adına Ədəbiyyat Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. "Nizami Gənvəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi" Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansara kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920–1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı.
Nizami adına Ədəbiyyat İnstitutu
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu şərəfli tarixi, böyük elmi ənənələri, adlı-sanlı alimləri olan mühüm elmi mərkəzlərdən biridir. Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır, bundan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Bölməsində 22 mart 1933-cü ildə Ədəbiyyat Sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi həmin Ədəbiyyat Sektorunun təşkili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi qeyd oluna bilər. 25 oktyabr 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı təşkil olunduqdan sonra bu akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Bu qurum 1939-cu ildən sonra Tarix, Dil və Ədəbiyyat İnstitutu kimi fəaliyyət göstərmişdir. SSRİ EA Azərbaycan Filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə təşkil olunmuşdur: Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutu; Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Dil və Ədəbiyyat İnstitutuna 8 sentyabr 1938-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin 4925 saylı qərarı ilə Nizami Gəncəvinin adı verilmişdir. == Direktorları == Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər: Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889–1938) – 27 fevral 1936 – 1 iyun 1937-ci il Əhməd Əli oğlu Əhmədov (1903–1937) – 1 iyun 1937 – 11 iyul 1937-ci il İdris Zaman oğlu Həsənov (1897–1950) – 19 iyul 1937 – 17 fevral 1938-ci il Aleksey Alekseyeviç Klimov (1894-?) – 17 fevral 1938 – 31 dekabr 1938-ci il Heydər Hüseynov (1908–1950) – 1 yanvar 1939 – 25 sentyabr 1939-cu il Yakov Dmitriyeviç Kozin (1896–1973) – direktor vəzifəsini icra edən: 20 iyun 1939 – 1 avqust 1939-cu il Fəzləddin Babayev – (1903–1939) 1 avqust 1939 – 1 oktyabr 1939-cu il Məmməd Arif Dadaşzadə (1904 –1975) – 25 sentyabr 1939 – 27 iyul 1950-ci il.
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Nəsimi adına Dilçilik İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. İnstitutun hazırkı baş direktoru Nadir Məmmədlidir. == Tarixi == 1932-ci ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bazasında müstəqil Dil, Ədəbiyyat və İncəsənət İnstitutu, 1936-cı ildə birləşmiş Ədəbiyyat və Dil İnstitutu yaradılmışdır. 1945-ci ildə müstəqil Dilçilik İnstitutu yaradılmışdır. 1951-ci ildə Dilçilik və Ədəbiyyat İnstitutları yenidən birləşdirilmişdir. 1969-cu ilin sentyabrından Dilçilik İnstitutu yenidən müstəqil fəaliyyətə başlamışdır. 1973-cü ildə Dilçilik İnstitutuna görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilmişdir. == Fəaliyyət istiqamətləri == Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi, Azərbaycan dilinin başqa türk dilləri və qohum olmayan dillərlə müqaisəli-tipoloji tədqiqi, Azərbaycanda yaşayan azsaylı xalqların dillərinin öyrənilməsi, çeşidli lüğətlərin hazırlanması, elmi-texniki terminologiyanın linqvistik məsələləri, nəzəri, tətbiqi dilçilik və onomastika məsələləri. == Rəhbərləri == Yusif Mirbabayev (1945—?) Ağamusa Axundov (1990—2011) Tofiq Hacıyev (2014—2015) Möhsün Nağısoylu (2015–2021) Nadir Məmmədli == Nəşrləri == "Azərbaycan dili tarixi", (3 cilddə) fundamental monoqrafiyası; "Azərbaycan dilinin tarixi lüğəti", (2 cilddə); "Azərbaycan dialektoloji lüğəti", (2 cilddə); "Azərbaycan dilinin izahlı lüğəti", (3 cilddə); "Azərbaycan ədəbi dilinin tarixi", (4 cilddə); "Türk dillərinin müqayisəli-tarixi leksikologiyası", (3 cilddə); "Azərbaycan dilinin orfoqrafiya lüğəti" kimi əsərlər nəşr edilmiş və çapa hazırlanmışdır.
Oktyabr İnqilabı adına park
Oktyabr İnqilabı adına park — Rostov-na-Donu şəhərində yerləşən parklardan biri. Şəhərin mərkəzində, Teatralnı meydanı yaxınlığında qərarlaşır. Əhali arasında əsas istirathət yerlərindən biridir. == Tarixi == Park ilk dəfə 1926-cı ildə Rostov-na-Donu və Naxçıvan-na-Donu şəhərlərinin arasında park zonası kimi salınmışdır. Sonrakı inkişaf mərhələsi 1928-ci ildən başlayır. Bu il Naxçıvan-na-Donu Rostov şəhərinə birləşdirilir. Park artıq 1970-ci illərdə şəhər əhalisinin sevimli istirahat güşəsinə çevrilir. Parkda idman meydançaları, atraksionlar, uşaq istirahət yerləri, kafe və müstəüil köşklər vardır. Parkın kənarları və daxili ilə piyada yolları vardır. Burada mini-futbol, peytbol və s idman növləri ilə məşğul olmaq üçün xüsusi yerlər belə ayrılmışdır.
Ramaz Şengeliya adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Seçeni adına Milli Kitabxana
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır. == Tarixi == Kitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər.1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır.1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü. Lakin 1949-cu ilə kimi kitabxana müstəqil şəkildə indiki adı ilə fəaliyyət göstərmədi. 1985-ci ildə Buda qalasının binasına köçürüldü.
Yanka Kupala adına teatr
Yanka Kupala adına milli akademik teatr (belar. Нацыянальны акадэмічны тэатр імя Янкі Купалы) ― Belarusun Minsk şəhərində yerləşən ölkənin ən qədim teatrı. Belarusiyanın mədəni irsi siyahısına daxil edilmişdir. == Tikinti == Teatr binası memarlar Konstantin Vvedenskiy və Karol Kozlovskiy tərəfindən dizayn edilmiş və 1890-cı ildə tikilmişdir. Tikinti Minsk sakinlərinin ianələri hesabına maliyyələşdirilmişdir. == Tarix == Müasir teatr 14 sentyabr 1920-ci ildə Minsk əyalət teatrının binasında qurulmuşdur. 1944-cü ildə teatrın adı dəyişdirilərək Belarus şairi və klassiki olan Yanka Kupalanın şərəfində adlandırılmışdır. Bina 20-ci əsrin ilk yarısında bir neçə mühüm tarixi konqresin keçirildiyi məkan olmuşdur. 1917-ci il 2–8 dekabr tarixlərində teatr binasında Rusiya Qərb Cəbhəsi qüvvələrinin I qurultayı keçirilmişdir. Qurultaya 473 bolşevikin də daxil olduğu 714 nəfər nümayəndə qatılmışdı.
Marina Lapina
Marina Lapina (6 mart 1981, Volqoqrad) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Marina Lapina 1981-ci il martın 6-da anadan olub. == Karyerası == Marina Lapina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə çəkic atma turnirində 55.34 metr nəticə göstərdi və təsnifat mərhələsini 46-cı pillədə başa vurdu.
Aldina
Vachellia (lat. Vachellia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Acacia subg. Acacia Vassal, nom. illeg. Acaciopsis Britton & Rose Aldina E.Mey. Bahamia Britton & Rose Delaportea Gagnepain Farnesia Gasparrini Feracacia Britton & Rose Fishlockia Britton & Rose Gumifera Raf. Lucaya Britton & Rose Myrmecodendron Britton & Rose Nimiria Craib Pithecodendron Speg. Poponax Raf. Protoacacia Mill.
Balina
Kaşalot (lat. Physeter catodon; Physeter macrocephalus) — balinalar dəstəsinin dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü. == Görünüşü == Yetkin erkəklərinin uzunluğu 20 m, kütləsi 50 t-a çatır. Dişilərin 11–13 m. Bədən forması damcıvaridir. Başı nəhəngdir, erkəklərdə bədənin 1/3, dişilərdə 1/4 çatır, öndən kütdür. S -formalı cütsüz nəfəs borusu başın ön hissəsində, orta xətdən solda yerləşir. Baş bədəndən az-sezilən boyunla ayrılır. Sinə üzgəcləri qısa, enli, yumruvaridirlər.Quyruq üzgəclərinin bıçaqları böyük, bir-birindən dərin oyma ilə ayrılırlar. Bel üzgəci alçaq və qozbelvaridir.
Jardine
Vilyam Jardin; Ser Vilyam Jardin (ing. William Jardine) — Şotlandiya ornitoloqu. Zoologiya sahəsində əsərləri nəşr olunub. == Bəzi əsərləri == The natural history of humming-birds (1833) The natural history of fishes of the perch family (1835) The natural history of the Nectariniadae, or sun-birds (1843) Memoirs of Hugh Edwin Strickland, M. A. (1858) == İstinadlar == Christine Elisabeth Jackson, Peter Davis: Sir William Jardine. A Life in Natural History.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
Kadima
Kadima (ivr. קדימה, az. öncül) — İsraildəki siyasi partiyalardan biridir. Mərkəzçi bir partiyadır və liberal görüşə malikdir. Ariel Şaron tərəfindən qurulan partiyanın hazırkı lideri Şaul Mofazdır. Kadima partiyası başqa bir partiya ilə koalisiyaya girmək istəmir. İsrail sistemini gücləndirmək üçün siyasi sistemdə islahatlara ehtiyac olduğunu bildirir. Bundan əlavə, partiyanın fikrincə, Qüds böyük bir yəhudi yaşayış məskəni kimi İsrailin bir hissəsi olaraq qalmalıdır. Partiyanın ümumi prinsiplərində İsraildə yəhudilərin mütləqiyyətinin təmin edilməsinin vacib olduğu bildirilir. Partiya İsrail-Fələstin probleminin həlli olaraq iki dövlətli həll yolunu görür, bunun üçün də, partiya Fələstin sektorunun terrorizmdən təmizlənməsini, Fələstin xalqının əllərindəki silahların toplanılmasını və hücumların bitməsinin vacib olduğunu bildirir.
Karina
Karina — ad. Karina Kapur — Hindistan kino aktrisası. Karina Lixvar — İsraili təmsil edən bədii gimnast. Karina Lipiarska — Polşalı oxatan. Karina Qarsiya — Boliviyalı atıcı. Karina Qoriçeva — qazax ağır atleti Karina Aznavuryan — Rusiyanı təmsil edən qılıncoynatma idmançısı, ikiqat Olimpiya çempionu (2000, 2004) Karina Maruyama — keçmiş Yaponiya qadın futbolçusu.
Latina
Latina — İtaliyanın Latsio Bölgəsində eyni adı daşıyan Latina vilayətinin mərkəzi olan bir şəhər.
Madita
Madita (tam adı: Edita Malovçiç, bosn. Edita Malovčić, səhnə adı ilə alm. Madita‎; 21 yanvar 1978, Vyana) — Avstriya müğənnisi və Bosna əsilli aktrisa. Atası bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçdir. Madita sinti pop, R&B və caz da daxil olmaqla müxtəlif janrlarda ifa edir. == Həyatı == Edita Malovçiç Vyanada bosnalı folklor mahnılarının ifaçısı Kamal Malovçiçin Serbiyalı xanımla olan ilk nikahından dünyaya gəlmişdir. Maditanın bildirdiyinə görə, o, atası ilə uzun müddət əlaqə saxlamamışdır və atası ilə bağlı heç də "xoş xatirələri yoxdur".2003-cü il təvəllüdlü bir oğlu var. == Karyerası == === Aktrisalıq karyerası === Madita musiqişünaslıq təhsili ilə yanaşı özəl aktyorluq dərsləri almışdır. 1999-cu ildə bir çox mükafata layiq görülmüş Avstriya istehsalı Şimal ətəkləri filmində oynamışdır. Filmin mövzusu Bosniya müharibəsi idi.
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Malina
Malina Moruq növünə aid yeyilən meyvə Malina yarpaqları təzə və ya quru bitki mənşəli və dərman çaylarda istifadə edilə bilər.
Marina
Marina — qadın adı.
Nandina
Nandina (lat. Nandina) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinə aid bitki cinsi.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Radian
Radian (ixtisarı: rad; lat. radius — şüa, radius) — müasir riyaziyyatda və fizikada müstəvi bucaqların əsas ölçü vahidi. Radian, qövsün bucaq ölçüsü ilə təyin edilir. 1 rad = 180 π ≈ 57.2958 ∘ {\displaystyle 1\operatorname {rad} ={\frac {180}{\pi }}\approx 57.2958^{\circ }} Belə olduqda, tam çevrənin radianla ölçüsü 2πradiana bərabərdir. == Radianın başqa vahidlərlə əlaqəsi == Başqa bucaq ölçüləri ilə müqayisə:Dərəcə/radian çevrilmələri Radianı dərəcəyə çevirmək üçün göstərilən radianı 180 π {\displaystyle {\frac {180}{\pi }}} nisbətinə vurmaq lazımdır: 1 rad = 1 rad ⋅ 180 ∘ π ≈ 57 , 2958 ∘ {\displaystyle 1\operatorname {rad} =1\operatorname {rad} \cdot {\frac {180^{\circ }}{\pi }}\approx 57,2958^{\circ }} Nümunə: π 4 rad = π 4 ⋅ 180 ∘ π = 45 ∘ {\displaystyle {\frac {\pi }{4}}\operatorname {rad} ={\frac {\pi }{4}}\cdot {\frac {180^{\circ }}{\pi }}=45^{\circ }} .Dərəcəni radiana çevirmək üçün göstərilən dərəcəni π 180 ∘ {\displaystyle {\frac {\pi }{180^{\circ }}}} nisbətinə vurmaq lazımdır. Nümunə: 90 ∘ = 90 ∘ ⋅ π 180 ∘ = π 2 rad {\displaystyle {90^{\circ }}={90^{\circ }}\cdot {\frac {\pi }{180^{\circ }}}={\frac {\pi }{2}}\operatorname {rad} } == Riyazi analizdə radian ölçüsü == Riyazi analizdə, triqonometrik funksiyalara baxılarkən, arqument həmişə radianla ifadə edilir. Kiçik bucaqlar olduqda sinus və radianla ifadə edilmiş bucağın tangensi təxminən bu bucağın özünə bərabərdir ki, bu da yuvarlaq hesablamalar zamanı istifadə olunur: sin ⁡ α ≈ tg α ≈ α ; α ≪ 1.
Хаditа
Xadita (ərəb. حَدِيثَةٌ‎, al-Ḥadīthah) — İraqın Anbar mühafazasında şəhər.
Hadena
Hadena (lat. Hadena) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi. Əsasən şimal yarımkürəsində daha çox növünə rast gəlinir. Ümumilikdə 143-149 növünün olması ehtimal edilir.
Acalypha andina
Acalypha padifolia (lat. Acalypha padifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Andrey Qaçina
Andrey Qaçina (21 may 1986) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andrey Qaçina Xorvatiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 7-ci pillənin sahibi olub. Daha sonra Andrey Qaçina Xorvatiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub. Andrey Qaçina Xorvatiyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Apaloderma narina
Apaloderma narina (lat. Apaloderma narina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin troqonkimilər dəstəsinin troqonlar fəsiləsinin apaloderma cinsinə aid heyvan növü.
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur.Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur.
Balina (bürc)
Balina bürcü (lat. Cetus) — müasir 88 bürclərdən biridir. Göyün Şimal yarımkürəsindədir. Cetus adı Yunan mifologiyasında bir dəniz canavarı olan Cetusdan əmələ gəlməkdədir. Balina bürcü digər suyla əlaqədar təsvir edilən bürclərlə birlikdə Su adlanan səma bölgəsindədir.