Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jalqum
Jalkum — Qazaxıstannın Alma-Ata ərazisində, Önbalxaş massivində qərarlaşır. Balxaş gölünün cənubunda, Karatal və Ağsu çayları arasında qərarlaşır. Səhra şimalda Lyuqqum səhrasına keçir. Bien çayını suları səhrada filtrizasiya edir.
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Aksum
Aksum (tiqr. ኣኽሱም Ak̠ʷsəm; amh. አክሱም Ak̠sum; q.yun. Ἄξουμις və Αὔξουμις) — Efiopiyanın Tiqray regionunda şəhər. Aksum Aksum Krallığının tarixi paytaxtı olmuşdur. Şəhər artıq 66,800 nəfər əhalisi olan (2015) turizm şəhəridir. Aksum İmperiyası bölgəni eramızdan əvvəl 400-cü ildən 10 əsrə qədər idarə edən bir dəniz və ticarət gücü idi. 1980-ci ildə UNESCO Aksumun arxeoloji ərazilərini tarixi dəyərinə görə Ümumdünya irsi siyahısına əlavə etdi. Aksum, Tiqray regionunun Mekelay zonasında, Adva dağlarının bazasına yaxın yerdə yerləşir. 2,131 metr (6,991 ft) yüksəkliyə malikdir 2,131 metr (6,991 ft) və Lailay Maiçev rayonu ilə əhatə olunmuşdur.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Aksum Krallığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Aksum padşahlığı

Aksum çarlığı

Jaku adası
Jaku (port. Jaco) — Kiçik Zond adalarının tərkibinə daxil olan kiçik ada. == Coğrafiyası == Timor adasından şərqdə yerləşir. Şərqi Timor dövlətinin Luten rayonu, Tutuala alt rayonuna daxildir. Sahəsi 10 km², maksimal hündürlüyü isə 100 metrdir. == Əhalisi == Adada yaşayış yoxdur. Timorun əhalisi adanı müqəddəs saydığından onun ziyarəti qadağandır. == Turizm == Günümüzdə adanı tez-tez balıqçılar və turistlər ziyarət edir. Onları bura fauna və gözəl çimərliklər cəlb edir. == Mənbə == "Jaco Island".