Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jit
JİT (just in time,just-in-time) 1.(“vaxtında” ,“məqamında”) komponentləri anbarda saxlamadan istehsalın təşkili texnologiyası. Başqa sözlə, lazım olan komponentləri dəqiq vaxtda kiçik partiyalarla istehsal yerinə çatdırmaq hesabına aralıq ehtiyatların minimuma endirilməsi. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
JİT COMPİLER
JİT compiler(JİT ter)-(just-in-time compiler) proqramın ilkin mətnini bilavasitə icradan öncə maşın koduna çevirən kompilyator. Xüsusi halda, JİT-kompilyator aralıq dildə (intermediate language) olan Java- proqramı maşın koduna çevirir ki, nəticədə məhsuldarlıq 10-15 dəfə yüksəlir. == Ədəbiyyat == İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jit Bahadur Muktan
Jit Bahadur Muktan (31 avqust 1979) — Nepallı oxatan. Jit Bahadur Muktan Nepalı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Jit Bahadur Muktan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Hindistan nümayəndəsi Atanu Das ilə üz-üzə gəldi. Həmin görüşdə Jit Bahadur Muktan rəqibinə 0:6 hesabı ilə uduzdu.
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
Git
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlar Hit kompüter oyunlarında zərbənin loru dildə adı. Adlar Hit — ingilis ad və soyadı Edvard Hit (1916–2005) — Böyük Britaniyanın Baş Naziri (1970–1974) Lecer Hit (1979–2008) — Avstraliyalı aktyor Kompüter və internet Hit (internet) — brauzerin veb-serverə müraciəti. Hit — axtarış proqramı və ya axtarış sisteminin axtarılan tapşırığa cavabı. Мoda Hit (mövsüm) — mövsüm modasının aparıcı tendensiyası. İdman Hit (beysbol) — zərbə adı.
JST
Yaponiya standart vaxtı və ya JST (yap. 日本標準時 Nihon Hyōjunji və ya中央標準時 Chūō Hyōjunji) — Yaponiyanın ümümdünya vaxtı 9 saat qabaqlayan standart saat qurşağı. Məsələn, UTC üzrə gecəyarısı (00:00) olarsa, Yapon standart vaxtı ilə saat 09:00 olur.
Jil
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Jiy
Jiy — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Jiy kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim talış dilindəki "alt", "aşağı" mənasında işlənən jiy sözündəndir. Kənd dağ silsiləsinin aşağı hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 24 noyabr 1959-cu ildə kənd ərazisinə meteorit düşmüşdür. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir.
Jır
Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli. Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuz və dombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır.
MIT
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Tit
Tit (imperator)
Хit
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Fit
Hakim fiti — idmanda, xüsusi ilə də futbolda hakimlərin istifadə etdiyi vasitə Hakim fiti XIX əsrdə İngiltərənin Birminqem şəhərindən olan usta Cozef Hadson tərəfindən icad olunub. O, çörəkpulu qazanmaq üçün cib saatlarının təmirindən tutmuş köhnə ayaqqabılara yamaq vurmağadək bir çox işlərlə məşğul olurmuş. Boş vaxtlarında isə usta öz beyninin məhsulu olan fiti hazırlamağa girişirmiş. 1860–1870-ci illərdə isə Cozef Hadson tərəfindən yüzdən çox fit düzəldilmişdi. Əfsanəyə görə fit ilk dəfə "Nottinqem Forest" və "Şeffild" komandaları arasında keçirilən oyunda istifadə olunub. Bayraqlardan yorulan hakim fitdən istifadə etmək qərarına gəlib. Qeyd edək ki, hakimlər üçün fit ilk dəfə "Cozef Ko" şirkəşti tərəfindən istehsal olunub. Ən güclü fit modeli isə 1989-cu ildə bu şirkət tərəfindən istehsal olunan "Tornado T2000" fitidir.
Erta Kit
Erta Mae Kit (ing. Eartha Kitt; 17 yanvar 1927[…] – 25 dekabr 2008[…]) — ABŞ aktyoru. == Həyatı == 17 yanvar 1927-ci ildə Nortda doğulub. 25 dekabr 2008-ci ildə Vestonda vəfat edib.
Fil Hit
Fillip Cerrod "Fil" Hit (ing. Phillip Jerrod "Phil" Heath) - ABŞ-nın peşəkar bodibilderi. Mister Olimpiya (2011-2017).
Fit qalası
Fit qalası — Şamaxı şəhərinin şimal-qərbində, 35 km məsafədə Sulut və Basqal kəndlərinin yaxınlığında, 1 810 metr ucalığı olan Fit dağının zirvəsində yerləşir. Bu dağ özü də hər tərəfdən əlçatmaz Lahıc dağları ilə əhatə olunur. Bu dağlar silsiləsi məşhur Babadağ, Niyal dağı və nəhayət Qafqaz sıra dağlarına söykənir. Bu yerlərə keçmişdə insan ayağı nadir hallarda dəyə bilərdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərinə qədər nəinki Fit qalası, hətta Fit dağının özü də coğrafi xəritələrdə qeydə alınmamışdır. Fit qalasının əlçatmaz bir dağın zirvəsində tikilməsinə baxmayaraq, o, divarlarla da əhatə olunmuşdur. Bu divarların eni təqribən 3 metrdir. Yıxılıb dağıldığı üçün onların ucalığını müəyyən etmək mümkün deyil. Lakin mütəxəssislər divarın enindən onun ucalığının ən azı 5 metr olduğunu ehtimal etmişlər. == Tarixi == Fit qalasının nə zaman tikilməsi barədə dəqiq məlumat yoxdur.
Fit registeri
Fit registeri (həmçinin fit notu, fit səsi və fit notası da deyilir) modal ve falsetto registerlərinden daha incə olan, insanın çıxarda biləcəyi ən incə registerdir. Bu register digər registerlərdən fərqli olaraq xüsusi bir fizioloji xüsusiyyətə malikdir. Bu səs rənginin yaratdığı səs, fit səsinə bənzəyir. Bəzi sopranolarda, modal register istehsalı tez-tez fit registeri adlandırılır. == İstifadəsi == Populyar musiqidə fit notası klassik musiqidən daha çox müxtəlif və incə səslər çıxarmaq üçün istifadə olunur. Daha çox Mariah Carey, Minnie Riperton, və Ariana Qrande kimi qadın müğənnilər tərəfindən istifadə olunur. Bəzi kişilərdə fit notasından istifadə edə bilərlər. Wang Xiaolong, bir kişinin çıxarda biləcəyi ən incə vokal notu ilə Ginnesin Rekordlar Kitabına düşmüşdür (Mi8, 5243 Hz). Qadın müğənni Georgia Brown 2005-ci ildə Ginnesin Rekordları Kitabında indiyə qədər əldə edilmiş ən incə nota (Sol10 veya 25 kHz) çatdı, lakin 2007-ci il mahnılar buraxılışında həqiqət olduğunu sübut edən heç bir qeyd olmadığı üçün bu iddia qaldırıldı.
Git (proqramlama)
Git (/ɡɪt/) — proqramın inkişafı zamanı mənbə kodundakı dəyişiklikləri izləmək üçün versiyaya nəzarət sistemidir. Proqramçılar arasında işlərin əlaqələndirilməsi üçün hazırlanmışdır, lakin hər hansı bir fayl dəstindəki dəyişiklikləri izləmək üçün istifadə edilə bilər. Əsas xüsusiyyətlərinə sürət, məlumat bütövlüyü, və paylanmış, qeyri-xətti iş axınlarına dəstək daxildir.
He Jin
He Jin (3 may 1987) — Çini təmsil edən su poloçusu. == Karyerası == He Jin, Çin yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə İtaliya yığmasını 10:8 hesabı ilə məğlub edən Çin yığması, XXIX Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurdu. Daha sonra He Jin, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Hit Lecer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Hit Ledcer
Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı. O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi. Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi.
Jet Cəmiyyəti
Jet Cəmiyyəti (Türk dilində: Jet Sosyete) Gülsə Birsel tərəfindən qələmə alınmış türk sitkomu. BMM tərəfindən qurulan serialın rejissoru Hakan Algüldür. İlk mövsümdə Star TV-də, ikinci mövsümdə TV8-də yayımlanan serial, üçüncü mövsümdən bəri puhutv-də yayımlanır. Təkrarlamalarsa hər çərşənbə günü Star TV-də yayımlanır. == Mövzu == Özpamuk Tekstilin sahibi Cəngiz Özpamuk, oğlu Ozanı baş ofisdən götürür və şirkətin ən aşağı səviyyəsində işləyən Yaşar Yükseli şirkətin baş meneceri edir. İşdən çıxarılan Ozan Jetset Mansionsdakı baş menecer villasından da çıxır və yan villada yaşayan ailəsinin yanına köçür. Ayazağada bir gecəqonduda yaşayan Yüksel ailəsi, Ozanın çıxdığı villaya məskunlaşır. Yaşar Yüksel moda sənayesində özünü göstərməyə çalışsa da, ailəsi cəmiyyətə girməyi hədəfləyir.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.