Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fabada
Fabada (isp. fabada, fabada asturiana) — İspaniya, daha dəqiq deyilsə, Asturiya mətbəxinə aid ənənəvi yemək. Ağ lobya və kolbasadan hazırlanır. Yeməyin adı Asturiya dilində fabes sözündən yaranıb mənası yeməyin əsas ərzaqlarından biri olan lobya deməkdir. Fabada ilə oxşar yeməklər alman ayntopfu və İspan kosidosu hesab olunur.
Tarava
Tarava — Sakit okeanda, Kiribati ada dövlətinin paytaxtının yerləşdiyi atoll Paytaxt Cənubi Tarava mərcan adasında yerləşir. 1979-cu ildən paytaxt statusundadır, o vaxta qədər isə Gilbert və Ellis adalarında Britaniya müstəmləkəsinin paytaxtı olmuşdur. İkinci Dünya müharibəsi zamanı ada yapon ordusu tərəfindən zəbt edilmişdi. 20–23 noyabr 1943-cü ildə Taravada Sakit okeanda baş verən qanlı döyüşlərdən biri baş tutur. Nəticədə amerika silahlıları yapon silahlılarına qalib gəlir.
Zarqava
Zarqava — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
Kakava
Kakava — Türkiyədə qaraçıların bayram tədbiri. Mənşə ərazisi Türkiyənin Şərqi Frakiya regionudur. == Tədbirlər == Xilaskar Baba Finqonun gəlib onları xilas edəcəyi inancı Türkiyədə yaşayan qaraçıların folklorunda əhəmiyyətli rola malikdir. Bu fiqurun Qədim Misir ordusundan olan firon qoşunlarının komandiri olduğu güman edilir. Türkiyə qaraçılarına görə, Tunca çayının kənarına enərək mayın 5-dən 6-na keçən gecə "Xilasetmə hadisəsi" baş verir. Möcüzəli günün xatirəsi üçün çaya şam qoyulur, iştirakçıların əlləri, üzləri və ayaqları suda yuyulur. Əsas qeyd edilən mövzu Xilaskar Baba Finqonun ölməzliyidir. Türk dilində belə bir deyimdən istifadə edilir: Baba Finqo gələcək, bütün dərdlər bitəcək (türk. Baba Fingo Gelecek, Bütün Dertler Bitecek). Bu konsepsiya əsas götürülərək əyləncə tədbirləri həyata keçirilir.
Zakavia
Zakavia — 1923-cü ildə Gürcüstanda, daha sonra isə Azərbaycanda yaranmış və 1929-cu ildə fəaliyyətini dayandıran aviaşirkət. 1923-cü il mayın 10-da Gürcüstanda yaradılmış Zakavia, Dobrolyot modeli üzrə təşkil edilmiş səhmdar cəmiyyəti idi. Bu, 1923-cü ildə Dobrolyot və Ukrvozduxput ilə birlikdə bu modelə uyğun təşkil edilən üç şirkətdən biri idi. Hər bir şəxs və ya təşkilat Zakavia səhmlərini ala bilərdi və müəyyən bir həddən artıq səhmə sahib olanlar, hərbi məqsədlər üçün lazım olmadığı təqdirdə, onlar üçün hazırlanmış təyyarədən ehtiyac duyduqları zaman istifadə edə bilərdilər. 1925-ci ildə Gürcüstan və Azərbaycanın mülki aviasiyası vahid Zakavia cəmiyyətinə birləşdirildi. 1926-cı ildə Qroznı, Mahaçqala, Bakı və Yevlax vasitəsilə Mineralnıye Vodı ilə Tbilisi arasında uçuşlar həyata keçirməyə başladı. 1929-cu ildə Zakavia Sovet respublikalarındakı oxşar təşkilatlarla birlikdə Aeroflotun sələfi olan Dobrolyot-a birləşdirildi.
AVAVA
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Arava
Arava (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Abaka
Musa textilis (lat. Musa textilis) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin banan cinsinə aid bitki növü. Tropik ölkələrdə lif almaq məqsədilə becərilir. Vətəni Filippin adalarıdır. Abakaya Manila kəndiri (lifi) də deyilir. İspanların lif ixrac etmək məqsədi ilə becərilməsini təşkil etdikləri 1768-ci ildən bəri bu bitki avropalıların həyatına qədəm qoydu. Abakanı ilk olaraq yalnız Filippin becərilirdi, 1920-ci ildən bu yana isə İndoneziya, eləcə də Mərkəzi Amerikada (Kosta-Rika, Honduras) istifadə olunur. Bitkinin lifli hissəsi 18-24 ayda yetişir, bundan sonra lif qabıqdan təmizlənir, günəşdə qurudulur və əlavə emal olunmadan və hətta əyirilmədən istifadə edilə bilər. == Sinonimləri == Musa abaca Perr. nom.
Emiliano Zapata
Emiliano Zapata (isp. Emiliano Zapata Salazar) - 1910-cu ildən etibarən, başlamış Meksika inqilabının lideri.
Frenki Zapata
Frenki Zapata (fr. Franky Zapata) (d. 27 sentyabr 1978, Marsel) — Fransız ixtiraçı. "Flyboard Air" reaktiv uçan platforma Frenki Zapata tərəfindən yaradılıb.
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. == Haqqında == Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.
Kaqava prefekturası
Kaqava prefekturası — Yaponiyanın Sikoku adasında prefektura. Ərazisi 1 876 kilometr kvadrat, əhslisi 997 000 nəfərdir. Mərkəzi Takamasu şəhəridir.
Marqarita Zavala
Marqarita Zavala (25 iyul 1967, Mexiko) — Meksikanın birinci xanımı. Marqarita Zavala 1967-ci ilin iyulun 25-də dünyaya gəlib. Ailədə 7 uşaqdan beşinci olan Zavala Meksikada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-cü ildə Meksika prezidenti Filipe Kalderonla ailə həyatı quran Zavalanın üç övladı var. Birinci xanım Meksika ailələrinə yardım üzrə dövlət qurumunun məsləhət şurasının prezidentidir.
Rodolfo Zapata
Rodolfo Zapata və ya Rolo Zapata (d. 1 may 1966, Buenos-Ayres, Argentina) — Argentina Futbol Assosiasiyasının məşqçisi və keçmiş oyunçusu. Hal-hazırda Keniyanın "AFC Leopards" klubunun baş məşqçisidir. 1 may 1966-cı ildə Argentinanın Buenos-Ayres şəhərində anadan olmuşdur. Rodolfo Zapata futbolçu karyerasına Argentinanın 2-ci divizionu olan Primera B Nasionalda başlamışdır. O, burada qapıçı kimi "Hurakan", "Sportivo İtaliano", "Rasinq de Olavarria", "Klub Atletiko San Miguel" və "Cipolletti de Rio Negro" komandalarının heyətində meydana çıxmışdır, lakin ardıcıl diz zədələri səbəbiylə Zapata vaxtından əvvəl futbolçu karyerasına son qoymağa məcbur olur. O, 1990-cı ilin yanvar ayında Buenos-Ayres Bella Vista ərazisində Rolo Zapata Futbol Akademiyasını qurmuşdur. Bu Akademiya gənclər və yeniyetmələr üçün xüsusi təlim kompleksidir. Hal-hazırda Argentina və ABŞ-dakı elit futbol proqramlarından biridir. 2000-ci ilin iyun ayında Zapata Kanadada Alberta Futbol Assosiasiyasında məşqçilik etmişdir.
Rodriqo Tabata
Rodriqo Barbosa Tabata və ya sadəcə Rodriqo Tabata (19 noyabr 1980, Arasatuba[d], San-Paulu ştatı) — Qatar təmsilçilərindən olan Əl-Rayyan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Qatar futbolçusudur. 19 noyabr 1980-ci ildə Braziliyada anadan olub.
Salome Pajava
Salome Pajava (d. 3 sentyabr 1997, Moskva, Rusiya) — Gürcüstanı təmsil edən bədii gimnast. Salome Pajava 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pajava həm də 2015-ci ildə Avropa Oyunlarının bürünc medalını qazandı. Salome Pajava 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 69.115 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Saxarnaya Qalava
Saxarnaya Qalava — Şantar adaları qrupuna daxil olan kiçik ada. Feklistov adasından 7,5 km qərbdə yerləşir. Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Saçi Kaqava
Saçi Kaqava — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Zalavan (Sərdəşt)
Zalavan (fars. زلاوان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (10 ailə).
Şinci Kaqava
Şinci Kaqava (yap. 香川 真司 Kaqawa Şinci [kagawa ɕindʑi̥]; doğum 17 mart 1989) — peşəkar Yaponiya futbolçusudur. Almaniyanın "Borussiya Dortmund" klubunun və Yaponiya milli futbol komandasının heyətində çıxış edir. Kaqava peşəkar futbolçu karyerasına 2010-cu ildə "Borussiya Dortmund"a qoşulmazdan əvvəl vətənində "Serezo Osaka"da başlayıb. İki il "Dortmund"un heyətində çıxış etdikdən sonra "Mançester Yunayted" ilə dörd illik müqavilə bağlayıb. İki il keçdikdən sonra yenidən "Borussiya"ya qayıdıb. Hücumameyilli yarımmüdafiəçi mövqeyində oynayan Kaqava "meydanı görmə, texnika, hərəkət və ötürmə" bacarıqları ilə məşhurdur. 29 noyabr 2012-ci ildə Kaqava Asiya Futbol Konfederasiyasının Beynəlxalq İlin Futbolçusu mükafatını qazanıb. Kaqava futbola beş yaşında başlayıb. 1994-cü ildən 1999-cu ilə kimi "Marino Futbol Klubu"nda 1999-2001-ci illərdə "Kobe NK Futbol Klubu"nda və 2001-ci ildən 2005-ci ilə kimi "FK Miyaqi Barselona"da oynayıb.
Zavala monastırı
Zavala monastırı (serb. Манастир Завала, bosn. və xorv. Manastir Zavala) — Müqəddəs Məryəm ana məbədinə giriş şərəfinə - Bosniya və Herseqovina Federasiyası, Ravno icması, Herseqovina-Neretva Kantonunun Zaxumsko-Herseqovina və Serb Pravoslav Kilsəsinin Primorski yeparxiyasının Zavala kəndindəki monastırı. Məbəd Ostroq dağının ətəyində Popovo-Polye vadisində yerləşir. Zavala monastırının dəqiq qurulma tarixi məlum deyil. Xalq arasında deyilənlənlərə istinadən, bu ərazidə ilk kilsə İmperator I Konstantin tərəfindən ucaldılıb. Monastr haqqında ilk yazılı qeyd 1514-cü ilə aiddir və bu qeyd Abbat Serapionun rəhbərliyi ilə Orahov Do kəndində üzüm bağlarından alınan məhsuldarlıq ilə bağlı idi. 1587-ci ildə yeni məbəd tikildi. 1619-cu ildə Hilandr rahibi Georq (Mitrofanoviç) tərəfindən qeydə alınıb.
Nicotiana tabaca
Əsl tütün (lat. Nicotiana tabacum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin tütün cinsinə aid bitki növü. Nicotiana florida Salisb. Tabacum nicotianum Bercht.