Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Arhat
Arhat (sanskritcə: ləyaqətli, hörmətli, məşhur) — buddizmdə "nirvanaya daxil olmağa layiqli" olan; Budda müqəddəsi, ilk dəfə Budda Şakyamuni özünü arhat adlandırmış, ondan sonra şagirdləri va ardıcılları da bu adı ("Buddadan sonrakı Buddalar") daşımışlar. Hinayana məktəblərində, xüsusilə therevadada arhatliq ruhani kamilliyinin yüksək pilləsidir; arhat həyatını başa vurduqdan sonra bir daha yenidəndoğulma vərhələsini yaşamır, birbaşa nirvanaya keçir. İnsan təbiətinin bütün qeyri-kamilliklərindən, "mən" haqqında yanlış fikirlərdən tam azad olmuş arhat (kişi, yaxud qadın) üçlü biliyə (özünün əvvəlki doğulmaları, başqa şəxslərin doğulmaları və əqli pozuntunun aradan qaldırılması haqqında) malikdir. Mahayana ədəbiyyatinda arhatlarin "Budda torpaqlarında (buddha-kşetra) yaşamasında bəhs olunur. Mahayana ikonoqrafiyasında arhatın təsvirinə tez-tez rast gəlinir: məsələn, "Budda 16 böyük arhatın əhatəsində" adlı məşhur əsərdə.
Rahat
Rahat (şəhər) — İsrailin cənubunda yerləşən bir şəhər. Rahat Əliyev — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri. Rahat Xan (d.1940) — Banqladeşli jurnalist.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zəkat
Zəkat — (ərəbcə: زكاة, çoxaltma, təmizlik) – müsəlmanların verdiyi, Quranda buyurulmuş, toplanma qaydası və həcmi şəriət qanunları ilə müəyyənləşdirilmiş dini vergi. Yəni, bir şəxsə ildə bir dəfə, fərz olan zəkatını ver" deyildiyində – malını təmizlə – deyilir. Zəkat verməyən bir şəxs malının bərəkətini görmədiyi kimi, əzaba düçar olar. Zəkat islamın beş rüknlərindən biri hesab olunur (xristianlıqda buna bənzər şəri vergi desyatindir). Nəzəri cəhətdən bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülür. İldə bir dəfə bəzi şeylər üçün təyin edilmiş zəkat, müəyyən müddətdə (hicri təqvimi ilə) verilir. Zəkatı, zəkat vacib olan şəxs ödəyir. Zəkat əl-fitr (fitrə) ailənin hər bir üzvündən ramazan ayında, orucluq tamam olan gün verdiyi zəkat növüdür və eyd əl-fitr günlərində sədəqə kimi paylanır. Vergilərin hər ikisi ancaq imkanlı müsəlmanlardan tutulur. Zəkatın adi məbləği illik gəlirin 2,5 faizini təşkil edir, lakin müsəlman ilahiyyatçıları arasında zəkatın məbləği və vergi tutulmalı olan əmlakın növləri məsələsində fikir ayrılığı var.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zalhan məscidi
Zal xan məscidi və ya Şəhər məscidi — İrəvan şəhərinin qədim yerlərindən biri olan Şəhər hissəsində yerləşən məşhur məscidlərdən biri. Məscid İrəvan şəhərinin Qala və Təpəbaşı məhəllərinin arasında yerləşmişdir. Güman edilir ki, məscid 1649–1685-ci illərdə ucaldılmışdır. Henri Linçə görə, məscidin üzərində ərəb qrafikası ilə Azərbaycan türkcəsində olmaqla məscidin 1687-ci ildə tikildiyi qeyd olunmuşdur. Burdan belə başa düşülür ki, 1679-cu ildə tikilmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülmüş və yerində İrəvan oteli tikilmişdir. 1999-cu ildəki rekonstruksiyadan sonra otel Qolden Tulip İrəvan Otel adlandırılmaqdadır. Azərbaycan Dövlət Arxiv İdarəsində saxlanılan və 1949-cu ilə aid məlumata görə, Zal xan məscidi sovet dövründə sərgi salonu kimi istifadə olunmuşdur. Zal xan məscidinin istifadə məqsədi II Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Buna qədər məscidin iki mərtəbəli binası və bir çox hücrəsi mövcud olmuşdur.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Kənd əhalisi 36 nəfərdən ibarətdir. Əhalisi tatlardır.
Rahat (şəhər)
Rahat, (İsrailcə: רַהַט, Ərəbcə: راهط‎) İsrailin cənubunda yerləşən bir şəhərdir. Şəhər, İsrailin Cənub bölgəsində yerləşir. 10 mart 2014-cü il statistikasına əsasən şəhərin əhalisi 60,400-dür. Şəhər 1972-ci ildə qurulmuşdur. Şəhərə 1994-cü ildən Respublika tabeli şəhər statusu verilmişdir.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Rahat Əliyev
Rahat Muxtar oğlu Əliyev (qaz. Raxat Muxtarulı Älïyev; 10 dekabr 1962, Almatı – 24 fevral 2015, Yozefştadt məhkəmə həbsxanası[d]) — Qazaxıstanın Avstriyadakı keçmiş səfiri; Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni. Rahat Əliyev 10 dekabr 1962, Alma-Atada anadan olmuşdur. 1980-ci illərdə 2-ci Moskva Tibb İnstitutunda klinika ordinatoru işləmişdir. Qazaxıstandakı karyerası 1990-cı illərin əvvəlindən inkişaf etməyə başlayıb. Müxtəlif vaxtlarda Qazaxıstan Səhiyyə Nazirliyi Xarici İqtisadi Əlaqələr İdarəsinin müdir müavini, iki ticarət şirkətinin baş direktoru və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. 2002-ci ildə Qazaxıstanın Avstriya səfiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildə vətənə qayıtdıqdan sonra Əliyev karyerasını Xarici İşlər Nazirliyində davam etdirmiş, lakin 2007-ci ildə yenidən Avstriyaya ezam edilib. Rahat Əliyev Qazaxıstanda iki yüksək rütbəli bank menecerini oğurlatdıraraq qətlə yetirilməsi sifarişini verməkdə ittiham olunub. Belə ki, 2007-ci ildə ölkənin ən iri kredit idarələrindən biri olan "Nurbank"la bağlı yaranmış qalmaqalda onun rolunun olduğu iddia edilmişdir.
Sərpol Zəhab
Sərpol Zəhab — İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,632 nəfər və 8,210 ailədən ibarət idi.
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir. Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir. Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur.
Sərpol Zəhab şəhristanı
Sərpol Zəhab şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sərpol Zəhab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 81,428 nəfər və 18,233 ailədən ibarət idi.
Zaha Hadid
Zaha Hadid (ərəb. زها حديد‎; 31 oktyabr 1950[…], Bağdad[…] – 31 mart 2016[…], Mayami, Florida[…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur. Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur. Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir.
Bağçada rahat yer (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər. == Məzmun == == Film haqqında == == Filmin heyəti == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Zaha Hadidin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda İraq mənşəli Böyük Britaniya dizayner və memarı Zaha Hadidin əsərləri göstərilmişdir. Hadid 1950-ci ildə Bağdadda yüksək təhsilli ərəb ailəsində doğulmuşdur. 2004-cü ildə Pritsker mükafatına layiq görülmüş ilk ərəb qadın olmuşdur. 2010-2011-ci illərdə Hadid Britaniya Memarları Kral İnstitutunun Stirlinq mükafatına layiq görülmüşdür. 2012-ci ildə Britaniya İmperiyası Ordeninə layiq görülmüş Hadid, 2015-ci ildə Kral Qızıl Medalı almış ilk qadın olmuşdur. Müasir həyatın xaos və axınını əks etdirən ifadəli, bir neçə prespektivə malik geniş axıcı formalar və parçalanmış həndəsi elementlər yaratmaqla Zaha Hadid memarlığı ənənəvi həndəsi formalardan azad etmişdir. Parametrisizmin pionerlərindən biri olan Hadid, həm də neo-futurizmin ikonik təmsilçilərindəndir. Siyahıda həyata keçirilmiş layihələr yaşıl fonda, inşa edilməmiş və ya hazırlanmamış layihələr isə ağ fonda verilmişdir. Philip Jodidio - Zaha Hadid: Complete Works, 1979-2009, TASCHEN America Llc, 2009, 500 səh. Zaha Hadid, Aaron Betsky - Zaha Hadid: The Complete Buildings and Projects, Rizzoli, 1998, 176 səh.