Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Adi zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda meyit yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazıe: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
CGI
CGI (Common Gateway Interface) – CGI texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə ötürülməsini təmin edir. Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış istemləri bu cür təşkil olunmuşdur. Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur: *İstifadəçi Veb səhifədə hər hansı formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür. İstifadəçi tərəfindən daxil olan verilənlər bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə "düzür": ya poçt vasitəsilə və ya hər hansı başqa üsulla.CGI skriptləri Veb serverdə bu məqsədlə ayrılmış direktoriyalarda yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir. CGI texnologiyası iki üsulla realizə olunur: PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə. Bu cür fayllar .pi genişləndiricisinə malik olur.
Oqi
Oqi (小城, Ogi) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 1 mart 2005-ci ildə qurulmuşdur. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 45,638 nəfərdir, hər km² ərazidə 480 nəfər yaşayır. Şəhərin sahəsi 95,85 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna Oqi şəhəri və 7 qəsəbə (Aşikari, Haruta, İvamatsu, Mikazuki, Misato, Toqava və Uşizu) daxil idi. 24 aprel 1894-cü ildə şəhər statusu almışdır. 1 mart 2005-ci ildə Aşikari, Mikatsuki, Uşizu Oqiyə birləşdirilmişdir. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının mərkəzində yerləşir. Şəhərin cənub hissəsi dağlıqdır, Tenzan dağına qonşudur. Cənub hissəsində Saqa düzənliyi və Ariake dənizi yerləşir.
Zoi
Zoi — ad. Zoi Ştraub — Avstriya müğənnisi, söz yazarı və aktrisası. Zoi Saqq — britaniyalı vloqçu.
Zığ
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. == Tarixi == Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Mavi zığ-zığ
Mavi zığ-zığ (lat. Cyanocitta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi.
Zığ-zığ quşu
Zığ-zığ quşu (ing. Mockingjay) – 2010-cu il Suzanna Kolins tərəfindən yazılan elmi-fantastik roman. Bu, Aclıq Oyunları triologiyasının ən axrıncı buraxılmış romanıdır. Seriyanın ilk romanı 2008-ci il yazılmış Aclıq Oyunları, ikincisi isə 2009-cu ildə yazılmış Güclənən Alovdur. Roman iki filmə uyğunlaşdırılıb. Birincisi 21 noyabr 2014, ikincisi 20 noyabr 2015-ci il yayınlanıb. Roman Cənubi Amerikada, Ketnis Everdinin əvvəlki oyundan sağ çıxıb, gözlərini Paytaxtın dağıtdını fikirləşdiyi 13. mahalda açması ilə başlayır. == İlham və İnkişaf == Kolins deyir ki, Aclıq Oyunları seriyasının əsas ilhamı Zevs və Minotavrın hekayəsindən gəlir. Yunan mifinə əsasən, Kral Minosun oğlu Andregenosun öldürülməsinə cəza olaraq, Afina 7 oğlan və 7 qızı Kritə qurban verməli idi.
Adi mavi zığ-zığ
Adi mavi zığ-zığ (lat. Cyanocitta cristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin mavi zığ-zığ cinsinə aid heyvan növü.
Aritatsu Oqi
Aritatsu Oqi (d. 20 dekabr 1942) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 62 oyun keçirib, 11 qol vurub.
Ezgi Gözeger
Ezgi Gözeger Özmemiş (d. 30 iyul 1986, Tire, İzmir ), türk meteoroloq və aparıcı. Liseyi Tire Kutsan Anadolu Liseyində bitirən Ezgi Gözeger daha sonra İstanbul Texniki Universitetinin Meteorologiya Mühəndisliyi fakültəsini bitirib. 2009-cu ilin yayından etibarən FOX -da İrfan Değirmenci ilə "Zəngli Saat " adlı səhər proqramında hava redaktoru və diktor kimi işə başladı. Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinin Kuşdili Təhsil Mərkəzində diktor və aparıcı kimi təhsil alıb . Hələ də FOX -da hava aparıcısı olaraq fəaliyyətini davam etdirən Ezgi Gözeger, təhsil həyatını İstanbul Bilgi Universitetində Media və Kommunikasiya Sistemləri Departamentində magistr dərəcəsi ilə davam etdirdi; 1 fevral 2012-ci ildə FOX-da FOX Şəb adlı proqramı təqdim etdi. 2014-cü ildən yay mövsümü və semestr fasilələrində səhər və həftəsonu səhərləri növbə ilə FOX -da Ezgi Gözegerlə Zəngli Saat proqramını təqdim edir . Aparıcı və meteoroloq Ezgi Gözeger evlidir. 2015-ci ildə 3-cü. O, Rəqəmsal Dünyanın Ən Yaxşısı Mükafat Mərasimində Ən Yaxşı Həftə Sonu xəbər aparıcısı mükafatını aldı .
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televizya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Nor Uqi
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Nor Uği
Nor Uği - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Zoi Konstantopolou
Zoe Konstantopolou (yun. Ζωή Κωνσταντοπούλου; d. dekabr 1976, Afina, Yunanıstan) — Yunanıstan parlamentinin sədri (2015-ci ilin fevralından) == Siyasi fəaliyyəti == Zoe Konstantopolou radikal solçu SİRİZA partiyasının nümayəndəsidir. O, 2015-ci ilin fevral ayında Yunanıstan parlamentinin yeni tərkibinin keçirdiyi səsvermədə 300 səsdən 235-ini toplayaraq sədr vəzifəsinə seçilmişdir. Bu nəticə ilə 38 yaşlı Zoe Konstantopolou ölkənin 200 illik tarixində ən gənc və ikinci qadın parlament sədri olmuşdur.
Zoi Kontoqianni
Zoi Kontoqianni (d. 19 sentyabr 1997) — Yunanıstanı təmsil edən bədii gimnast. Zoi Kontoqianni, 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Zoi Kontoqianni 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Mixaela Metallidou və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Zoi Saqq
Zoi Elizabet Saqq (ing. Zoe Elizabeth Sugg; İngiltərə, Lakok) — britaniyalı vloqçu. ThatcherJoe kimi bilinən, Co Saqq adlı YouTube vloqçusunun böyük bacısıdır.
Zoi Ştraub
Zoi Ştraub (alm. Zoë Straub‎; 1 dekabr 1996, Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë‎) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == === 1996–2014: Erkən illəri === Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir. Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır. === 2015–hal-hazırda: Karyeranın başlanğıcı və Avroviziya === Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır.
Zığ bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zığ gölü
Zığ gölü — Abşeron yarımadasında göl. == Ümumi məlumat == Zığ gölü səthinin sahəsi 20 ha, dərinliyi 1,5 m olmaqla Zığ qəsəbəsindən axan məişət-sənaye suları və yeraltı sular hesabına qidalanır. Gölə axıdılan məişət tullantı sularının illik həcmi 1826 min kub m, sənaye (neft, qaz) tullantıları isə 73 min kub m-dir. == Suyunun tərkibi == Götürülmüş su nümunələrinin analizlərinin nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, maqnezium 42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimin pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan 1,6 dəfə aşağıdır. == Ekoloji vəziyyət == Çirkləndirici maddələrdən yüksək miqdarda kadmium 8,4 , mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5 dəfə yüksəkdir. Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq), neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta qiymətləndirmək olar.
Zığ qəsəbəsi
Zığ — Bakının Suraxanı rayonunda qəsəbə. == Tarixi == Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar. Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir.
Zığ Şossesi
Ömər İzgi
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir. == Erkən illəri == Ömər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır. O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır. == Siyasi karyerası == Ömər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir.
Zoi (film)
"Zoi" (ing. Zoe) — 2018-ci ildə çıxarılmış və Dreyk Doremusun rejissorluğu ilə çəkilmiş ABŞ romantik elmi-fantastika filmidir. Filmdə Yuen MakQreqor, Lea Seydu, Teo Zeyms, Kristina Agilera, Rəşidə Cons və başqa aktyorlar rol almışlar. Filmin premyerası 21 aprel 2018-ci ildə Tribeka Film Festivalında baş tutmuşdur. 20 iyul 2018-ci ildə film, Amazon Studios tərəfindən izləyicilərə təqdim edilmişdir. == Məzmunu == Gələcəkdə alim olan Zoi (Lea Seydu) və Koul (Yuen MakQreqor) inqlabi tədqiqatlar laboratoriyasında bir yerdə çalışan alimlərdilər. Zoi cütlüklərin münasibətinin nə qədər uğurlu və davamlı olacağını əvvəlcədən müəyyənləşdirən sistem üzərində işləyir. Koul isə sintetiklər (adama bənzər robotlar) yaradan departamentin aparıcı dizayneridir. Onun işləri sayəsində xarici görünüş baxımından insandan tamamilə fərqlənməyən robotlar yaradılır. Kolun son kəşfləri isə yaratdığı robotlardan biri olan Eşə (Teo Ceyms) həm də insan kimi hiss etmək və sevmək bacarığı verir.