Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seqre (rayon)
Seqre (fr. Segré) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Seqre. Rayon əhalisi 2006-cı ildə 57 672 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 50 nəf / km². Rayon sahəsi — 1164 km².
Emilio Gino Segre
Emilio Gino Segre (1 fevral 1905[…], Tivoli, İtaliya krallığı – 22 aprel 1989[…]) — italyan fizik. 1959-cu ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == 1 fevral 1905-ci ildə Tivolidə (İtaliya) anadan olub.
AEGEE
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Fəqərə
Fəqərə (lat. vertebra) — Onurğanı formalaşdıran 33-34 sümükdən hər birinə verilmiş ad. Kəllə əsasından başlayır və büzdümə qədər davam edir. Onurğada 7 ədəd boyun fəqərəsi (servikal fəqərə), 12 ədəd döş fəqərəsi (torasikal fəqərə), 5 ədəd bel fərəqəsi (lumbar fəqərə), 5 oma fəqərəsi (sakral fəqərə) və 4 ədəd büzdüm fəqərəsi (koksikal fəqərə) mövcuddur. Bu 33 vertebranın ilk 24-ü bir-birinə oynaqlar vasitəsilə bağlanmışdır. Bunlara presakral fəqərələr deyilir. Qalan 9 fəqərədən yuxarı 5-nin birləşməsindən oma sümüyü yaranmışdır. Ən aşağıda yerləşən kiçik və tam inkişaf etməmiş 4 fəqərənin birləşməsindən büzdüm adlanan sümük meydana gəlmişdir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Kəkrə
Kəkrə (lat. Acroptilon) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Kərgə
Kərgə (lat. Rhodeus) — Çəkikimilər fəsiləsinin nümayəndəsi. Bədəni hündür, yanlardan basıq, pulcuqlar iri, eninə pulcuq sıralarının sayı 32-40-dır. Yan xətt tam deyildir.Udlaq dişləri bir sırada yerləşir,sayı 5-5 olur.Dişlərin yanları basıq və hamardır.Ağız kiçik, azca çəpəki və aypara şəklindədir.Bel üzgəci uzunsovdur və qarın üzgəclərinin əsasından bir qədər geridəki səviyyədə başlayır.Anus üzgəci bel üzgəcinin qurtaracağına bir qədər qalmış vertikaldan başlayır.Periton pərdəsi qaradır.Bağırsaq kanalı uzundur.Kiçik balıqıardır. Azərbaycan sularında 1 növü yaşayır. Adi kərgə (Rhodeus amarus) == Növləri == Rhodeus amarus (Bloch, 1782) Rhodeus amurensis (Vronsky, 1967) Rhodeus atremius (Jordan and Thompson, 1914) Rhodeus colchicus Bogutskaya and Komlev, 2001 Rhodeus fangi (Miao, 1934) Rhodeus haradai Arai, Suzuki and Shen, 1990 Rhodeus laoensis Kottelat, Doi and Musikasinthorn in Kottelat, 1998 Rhodeus lighti (Wu, 1931), син. Pseudoperilampus lighti (Rhodeus ocellatus (Kner, 1866)) Rhodeus pseudosericeus Arai, Jeon and Ueda, 2001 Rhodeus rheinardti (Tirant, 1883) Rhodeus sciosemus (Jordan and Thompson, 1914) Rhodeus sericeus (Pallas, 1776) Rhodeus sinensis Günther, 1868 Rhodeus smithii (Regan, 1908) Rhodeus spinalis Oshima, 1926 Rhodeus suigensis (Mori, 1935) Rhodeus uyekii (Mori, 1935) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004,. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.168.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Ləgər
Aşağı Ləgər
Lərgə
Lərgə (lat. Vicia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: Qəzəl Qəsidə Beyt Mətlə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Nehrə
Nehrə — qatıqdan çalxalamaq yolu ilə yağ (çıxarmaq) hasil etmək üçün işlədilən qab. Nehrənin Dəri, ağac və gil növləri olmuşdur. Ağac nehrələr, əsasən, Gəncə–Qazax zonasında, gil nehrələr isə subtropik zonada yayılmışdır. Qazax şəhəri yaxınlığında (Babadərviş), Naxçıvanda (Kültəpə) və b. yerlərdə tapılmış gil nehrələr e.ə. 4–3-cü minilliklərə aid edilir. Azərbaycan məişətində XX əsrin ortalarına qədər çox geniş istifadə olunan nehrəni iki üsulla hazırlayırlar. Taxtadan hazırlamaq üçün palıd ağacından 1,5 və ya 2 metr uzunluğunda tir kəsir. Tirin içərisini nehrəgir vasitəsilə oymaqla düzəldirlər. Digər üsul Aran rayonlarında, əsasən meşə zəif olan yerlərdə gildən küpəyə oxşar şəkildə hazırlayırlar.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Perge
Perge — (yun. Πέργη) Antalyanın 18 km şərqində, Aksu ilçəsi sərhədləri içində olan, bir zamanlar Pamfilya bölgəsinə paytaxtlıq etmiş antik bir şəhərdir. Şəhərdəki akropolisin tunc dövründə qurulduğu düşünülməkdədir. Ellinizm dövrü ərzində şəhər köhnə dünya içərisindəki ən zəngin və gözəl şəhərlər arasında sayılmaqdadır. Bundan əlavə Yunan riyaziyyatçısı Pergeli Apolloniusun məmləkətidir. Şəhərin tarixçəsinin başlanğıcı tək olaraq deyil, ancaq Pamfilya bölgəsi ilə birlikdə araşdırılır. Region içərisində tarix öncəsi çağa aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Mağaralar içərisində ən tanınmış olan quru mağarası, Karainin qonşusu olan Öküzün mağarası, Beldibi, Bəlbas qaya sığınacaqları və Badamağacı bölgədəki ən tanınmış tarix öncəsi yaşayış sahələridir. Məskunlaşma nümunələri göstərir ki, Pamfilya ovası tarix öncəsi çağlardan etibarən məskunlaşması əlverişli və sevilən bir bölgədir. Perge akropolisinin plato düzləminin tarix öncəsi dövrlərdən etibarən yaşayış üçün seçim edilən bir sahədə olduğu qəbul edilmişdir.
Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Çevrə
Çevrə — müstəvidə verilmiş nöqtədən eyni məsafədə olan nöqtələr çoxluğunun əmələ gətirdiyi həndəsi fiqura deyilir. Həmin nöqtəyə isə çevrənin mərkəzi deyilir. Çevrənin elementləri radius, vətər, diametr və qövsdən ibarətdir. Bir həndəsi cismi formalaşdıran kənarların uzunluqlarının cəmlənməsi ilə əldə edilən bir həndəsi termindir. Çevrənin dərəcə ölçüsü 360°-dir. Çevrə elementar həndəsənin tərkib hissəsidir. Çevrənin mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən düz xətt parçasina radius deyilir. Çevrənin radiusu diametrinin yarısına bərabərdir. Çevrənin sonsuz sayda radiusu var. Çevrənin istənilən 2 nöqtəsini birləşdirən parçaya vətər deyilir.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
Şəqra
Şəqra (Qətər)