ZƏRİFLİK
ZƏRRƏ
OBASTAN VİKİ
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 csм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Maddə və sahə zərrəcikləri
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Subatom zərrəciklər

Zərrəcik
Fizika elmlərində zərrəcik həcm, sıxlıq və ya kütlə kimi fiziki və ya kimyəvi xüsusiyyətlər daşıya bilən kiçik lokallaşdırılmış obyektdir. Onlar elektron kimi subatomik zərrəciklərdən, atomlar və molekullar kimi mikroskopik zərrəciklərə, tozlar və digər dənəvər materiallar kimi makroskopik zərrəciklərə qədər ölçü və ya kəmiyyət baxımından dəyişirlər. Zərrəciklər, həmçinin sıxlığından asılı olaraq daha böyük obyektlərin elmi modellərini yaratmaq üçün istifadə edilə bilər, misal olaraq, izdihamda hərəkət edən insanlar və ya hərəkətdə olan göy cisimləri kimi. == Konseptual xüsusiyyətləri == Zərrəciklər konsepsiyası təbiəti modelləşdirərkən xüsusilə faydalıdır, çünki bir çox fenomenin tam öyrənilməsi mürəkkəb ola bilər və eyni zamanda çətin hesablamaları da əhatə edə bilər. Əlaqəli proseslərlə bağlı sadələşdirici fərziyyələr etmək üçün istifadə edilə bilər. Fransis Siyers və Mark Zemanski "University Physics" dərsliyində havaya atılan beysbol topunun eniş yerini və sürətini hesablamaq nümunəsini verirlər. Əvvəlcə beysbol topunu sərt hamar kürə kimi ideallaşdırmaqla, sonra fırlanma, batmazlıq və sürtünməni nəzərə almamaqla, nəticədə problemi klassik nöqtəvi zərrəciyin ballistikasına reduksiya edirlər. Çoxlu sayda zərrəciklərin tətqiqi statistik fizikanın sahəsidir. === Ölçüləri === "Zərrəcik" termini adətən üç ölçü sinfinə fərqli şəkildə tətbiq edilir. Makroskopik zərrəcik termini adətən atom və molekullardan daha böyük zərrəciklərə aiddir.

Digər lüğətlərdə