Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zənbil
Zənbil — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar. Səngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır.
Zibil
Tullantılar – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız tullantı zibil sayılır. Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantıla ra fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi. Tullantılar haqqında məlumat asan Tulantılar haqqında geniş mılumat Tullantıların turş və qələvi xassələrini neytrallaşdırma prosesi. Müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. Tullantıların norması elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi. Təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya.
Çoğa Zənbil
Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib.
Zibil maşını
Zibil maşını az miqdarda yığılmış tullantıları yığıb zibil saxlama yerlərinə daşımaq üçün nəzərdə tutulmuş olan yük maşını növüdür. Bu maşınlara texniki cəhətdən “tullantıların yığılması maşını” da deyilir. Zibilin yük maşınına yüklənməsi üsullarına görə onların beş əsas modeli mövcuddur. Qabaq tərəfdən yükləmə üsulundan istifadə edən yük maşınları, ümumiyyətlə, iri sənaye müəssisələrinə xidmət edən qapalı nəqliyyat vasitələridirlər. Yük maşınının sürücüsü avtomobilin qarşısında yerləşən iki qoldan ehtiyatla istifadə edərək zibil qabını avtomobilin üzərinə qaldırır və əksinə çevrilmiş olan konteynerdəki zibilləri maşına tökür. Maşına tökülən zibillər presləmə sistemi ilə sıxılır və beləliklə də yük maşınına daha çox zibil yığmaq imkanı yaradılır. Arxa tərəfdən yükləməyə sahib olan yük maşınları zibil yığılan yerlərdə zibil konteynerlərinin yanında dayanır və eyni zamanda da bu maşınlara zibil torbaları da atıla bilər. Zibil qabları (konteyner) maşının arxa tərəfində olan operatorun köməyi ilə maşına tökülür. Yük maşınına atılan zibillər preslə sıxılır və beləliklə də maşında daha az yer tutur. Tullantılar bu maşınlara ya əllə, ya da xüsusi avadanlığın köməyi ilə atılır.
GIGO (zibil girən zibil çıxar)
GIGO (zibil girən zibil çıxar) - (ingiliscə GIGO (garbage in, garbage out), rusca “мусор на входе, мусор на выходе” – hesablama texnikasında: kompüterin təbiətini və orada yerinə yetirilən prosesləri xarakterizə edən aksiomlardan biri; prosesin girişinə yanlış və ya korlanmış verilənlər daxil olduqda nəticə də yanlış və ya korlanmış alınır. garbage - (rusca мусор) - tullantı – dəyərsiz verilənlər; yanlış və ya korlanmış verilənlər. garbage collection (GC) - rusca сборка мусора - tullantı toplama – yaddaşın istifadə olunmayan bloklarını boşaldan və onları “boş” kimi nişanlayan silmə üsulu. Bütün yaddaş sahəsi boyu səpələnməş “boş” blokların yerdəyişmə yolu ilə iri “boş” blok şəklində bir yerə toplanması da belə adlandırılır. == Microsoft Windows == [1] Zibil qutusu (Корзина, Recycle Bin) İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi/, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür. İşçi stolun üzərindəki nişanı və ya yarlığı ləğv etmək üçün kursoru nişanın üzərində qoyub, siçanın sol düyməsini sıxmaqla onu qeyd etmək, sonra isə klaviaturadan “Delete” düyməsini basmaq lazımdır. Bu zaman onun təmsil etdiyi obyektləri – fayl və ya qovluğu Zibil qutusuna göndərmək haqda pəncərədi açılır.
Zinnia
Bu cins Qettingen Tibb Universitetinin professoru İ.Q.Zinnin şərəfinə adlandırılmışdır.Cinsin Mərkəzi və Cənubi Amerikada bitən 15 növü vardır.Növlərdən bəzilərini açıq şəraitdə yetişdirirlər.Hazırda gülçülükdə yabanı növlərdən istifadə olunmur.Formalar,növarası hibridlər və sortlar yetişdirilir.Gülçülükdə gözəl zinniya (Z.elegans) çox geniş yayılmışdır.Bu bitkinin respublikamızda müxtəlif mədəni formaları və hibridləri vardır.Bütün növlər hündürlüyü,çiçəkləmə müddəti və hamaşçiçəklərin forması ilə fərqlənən qruplara bölünür.Z.elegans növünün aşağıdakı formaları məlumdur: georginçiçəkli,nəhəng kaktusçiçəkli,pumilya,skabiozaçiçəkli,superkaktusçiçəkli və fruvunder.Zinniya mart-may aylarında toxumla çoxaldılır.Böyüyən cücərtiləri şitil edib torflu dibçəklərə köçürürlər.Toxumlar əsas və iki yan zoğlarda yerləşir. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Zındıq
Zındıq (ərəbcə: الزنديق, farsca زنديک‎) — İslamda və orta əsr islam mədəniyyəti və ədəbiyyatında, monoteist olmayan dinlərin üzvlərini, əsasən manixeiləri (maniləri) və zərdüştları, tanrıya və axirətə inanmayan, islam inancına zidd çıxan kafir insanları adlandırmaq üçün istifadə olunan termin.
Çenbil
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır. (Çin / Çim / Çen / Çem) kökündən törəmişdir.
Çınqıl
Çınqıl, çaydaşı və ya qənbər — dənizin, çayların və göllərin dalğalarının təsiri altında aşılanaraq yumru, hamar forma almış müxtəlif dağ süxurlarının qırıntıları, xırda daş. Çay daşları adətən daha iri olur. 10–20 sm qədər. Dəniz daşları daha yastı və kiçik. Əsasən yol tikintisində və beton istehsalında istifadə olunur.
Çənbil
Çənbil xanım və ya Çənbil xatun - türk mifologiyasında dağ ilahəsi. Çembil (Çenbil, Cenbil) olaraq da adlandırılmışdır. Koroğlu dastanındakı Çenlibel (Çamlıbel) dağ adıyla yaxından əlaqədardır. Koroğlunu qoruyan bu dağ ilahəsi zaman içərisində bir yer adına çevrilmişdir. Azərbaycanlıların Koroğlu dastanında Çenlibel olaraq keçən dağ Anadoluda Çamlıbelə çevrilmişdir. Cembil bəzən də Koroğlunun anasının adı olaraq qarşımıza çıxar. Bir başqa nöqteyi-nəzərdən, tərs məntiqlə , onu var edən yerlərə köçən zaman ərzində şəxsiyyət verib anası halına gətirilməsi olaraq da ələ alına bilər. Daha sonra dara düşdükdə bu dağlara sığınmışdır. Dağ, su və ağac kimi bütün müqəddəs ünsürlər burada toplanmışdır. (Çin / Çim / Çen / Çem) kökündən törəmişdir.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
İncil
İncil (ərəb. إنجيل‎; yun. εὐαγγέλιον Evanqelion – "xoş xəbər") — Müasir əsasən xristiyanların Müqəddəs Kitablarının bir hissəsi. Hal-hazırda İncil dedikdə, adətən Əhdi-Cədid nəzərdə tutulur. Əhdi-Cədidin ilk dörd kitabı olan və İsa Məsihin doğulmasından, həyatından, möcüzələrindən, ölümündən, dirilməsindən və göyə qalxmasından bəhs edən yazılara da ayrı-ayrılıqda “Evanqelion” deyilir, lakin Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsində bu dörd kitab “İncil” deyil, “Müjdə” olaraq tərcümə olunmuşdur. İncil kanonu dedikdə, Kilsə tərəfindən Allahdan ilham almış yazı, Allahın Kəlamı olaraq qəbul edilən yazıların toplusu nəzərdə tutulur. İsa Məsih kitab yazmayıb və yazdırmayıb. Onun İncili və ya Müjdəsi yazıya alınmazdan əvvəl şifahi formada mövcud idi. Həvari Paul eramızın I əsrində bu şifahi Müjdəni (yunan dilində εὐαγγέλιον Evanqelion) İsa Məsihin Özündən aldığını yazırdı. Bu şifahi “İncil” həm İsa Məsihin Müjdəsi, həm də sonra Onun Kilsəsi, yaxud İmanlılar Cəmiyyətinin Müjdəsi olub.
Gümüşü çingil
Zərbil (Kəleybər)
Zərbil (fars. زربيل‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 243 nəfər yaşayır (57 ailə).
Zinobi Silikaşvili
Zinobi Silikaşvili (gürc. ზინობი სილიკაშვილი) və ya Zinovi Silikov (rus. Зиновий Силиков; 1891, Vartaşen, Nuxa qəzası – 16 oktyabr 1938, Tbilisi) — udinəsilli Gürcüstan-sovet ictimai xadimi. O, Gürcüstanda udin icmasının ilk rəhbəri və Kvareli bələdiyyəsinin Zinobiani kəndinin yaradıcısı olmuşdur. Zinobi Silikaşvili 1891-ci ildə Nuxa qəzasının Vartaşen (indiki Azərbaycanın Oğuz şəhəri) kəndində Andriya Silikov və Məryəm Ceyranovanın ailəsində anadan olmuşdur. Silikovlar varlı və yerli udin icmasının əhəmiyyətli nümayəndələri idi. Onların ailəsi Vartaşendə və onun ətrafında yerləşən ipək fabriklərinə, torpaqlara və digər əmlak növlərinə sahib idi. Silikaşvilinin əcdadı Petre Silikov 1822-ci ildə Müqəddəs Yelisey Kilsəsini qurmuşdur. Zinobi Silikaşvili 1911-ci ilə qədər Tbilisi İlahiyyat Seminariyasında təhsil almışdır. Daha sonra 1917-ci ildə Rusiyaya getmişdir.
Ziyabil Məmmədov
Ziyabil Məmmədov (azərb. Məmmədov Ziyabil Ziyad oğlu‎; 19 dekabr 1991, Xanlar) — azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynamışdır. Ziyabil 11 yaşında futbol oynamağa başlamışdır. Gəncənin "Spartak" komandasında məşqçi Əvəz Məmmədovun rəhbərliyi altında bu oyunun əsaslarına yiyələnmişdir. 16 yaşında Rövşən Əhmədov futbolçunun müəllimi olmuşdur. Daha sonra Arzu Mirzəyevin rəhbərliyi altında "Tim Gəncə" (ing. Team Gandja) komandasının tərkibində həvəskarlar liqasında çıxış etməyə başlayıb. O, futbolçu karyerasına 2009-cu ildə Bakının ÇSKA-nın əvəzedici komandasında çıxış etməklə başlayıb. Sonra hərbi xidmətlə əlaqədar futbolçunun karyerasında qısamüddətli fasilə yarandı.
Dınqıl, sazım, dınqıl (film, 1976)
== Məzmun == Burada özündən çox razı, tüfeyli sərçənin macəralarından bəhs olunur. Eyni zamanda kinolent xatırladır ki, fırıldaqla, yalanla xeyir görmək olmaz. == Film haqqında == Applikasiya filmidir. Film Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissorlar: Məsud Pənahi, Hafiz Əkbərov Quruluşçu rəssamlar: Məsud Pənahi, Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamları: Anatoli Abarenov, Rauf Dadaşov, Sergey Dyojkin, Vahid Talıbov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova Rəssam: N.Ağayeva Montaj edən: A.Vəliyeva Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Rəssam assistenti: Y.Uznadze Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə Fazaçı-rəssam: Hüseyn Cavid İsmayılov (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Zabil Azadlı
Zabil Ağayev
Zabil Bayramov
Zabil Bayramov (tam adı:Bayramlı Zabil Həsrət oğlu; 1950, Mərzili, Ağdam rayonu) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor. 1950-ci ildə Ağdamın Mərzili kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdamın Mərzili kənd orta məktəbini bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981-ci ildə ADU-nun qiyabi aspiranturasını bitirmişdir. 1972–1974-cü illərdə Laçının Vağazin kənd orta məktəbində işləmişdir. 1974–1989-cu illərdə Xankəndindi Pedaqoji İnstitutunda işləmişdir. 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan Texniki Universitetində işləmişdir. 1991-ci ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosentidir. Əsas tədqiqatları Azərbaycanın XVI–XVII əsrlər tarixinə həsr olunmuşdur.
Zabil Müqabiloğlu
Zabil Müqabiloğlu (tam adı: Nəcizadə Zabil Müqabil oğlu) — azərbaycanlı jurnalist. Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" jurnalında çalışıb. Gunxeber.com saytının baş redaktor olmuşdur. 26 fevral 2017-ci il tarixdə qaraciyər xəstəliyindən vəfat etmişdir. Pirşağı qəbiristanlığında torpağa tapşırılıb. Ailəlidir, bir oğlu var.
Zabil İbadzadə
Zebil nahiyəsi
Zebil nahiyəsi — Naxçıvan ərazisində nahiyə. Zebil nahiyəsində isə 24 kənd olmuşdur. Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmışdır.
Çınqıl və pinqvin
Çınqıl və pinqvin (ing. The Pebble and the Penguin) - 1995-ci ildə "Don Bluth Entertainment" tərəfindən istehsal edilmiş qısametrajlı cizgi filmi. Daş və pinqvin — Internet Movie Database saytında.