Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Yam naem
Yam naem (Tay: ยำแหนม, pronounced [jam nɛ̌ːm]) - Tayland mətbəxinə məxsus iki əsas salatlardan biridir. Əsas original versiyası İsan regionuna məxsusdur. əsas hissəsini sosiska təşkil edir (naem, Vyetnamda oxşar yemək nem çua):. Yam naem khao thot (ยำแหนมข้าวทอด, [jam nɛ̌ːm kʰâːw tʰɔ̂ːt]) əsas qəlyənaltı yeməyidir. Yemək arası acdığın zaman aclığı müvəqqəti dayandırır. Qırmızı soğan, yaşıl bibər, araxis, limon şirəsi, düyü və s.
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. == Həyatı == 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
Miçiyo Taki
Miçiyo Taki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Sinanüddin Fakih Yusif Paşa
Sinanüddin Fakih Yusif Paşa — 1349-1364 dönəmində sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır. Sədrəzəmliyi dönəmi ilə bağlı məlumatlar çox azdır. 1364 tarixindəki vəfatından sonra Çandarlı Qara Xəlil Paşa sədrəzəmliyə gətirilmiş, bununla da Osmanlı dövləti idarəçiliyində Çandarlı dönəmi başlamışdır.
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000–2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
Sanem Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Todur Zanet
Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur. 1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır. Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş"‎) jurnalının baş redaktorudur. 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.
Znaur rayonu
Znaur rayonu (Oset. Знауыры район, gürc. ზნაურის რაიონი) — Cənubi Osetiyanın ən kiçik inzibati bölgəsidir. 1931-ci ilə qədər Znaur rayonu Okonski adlandırılırdı. 1931-ci ildə Gürcüstanda vətəndaş müharibəsinin iştirakçısı Znaur Zaurbəyoviç Aydarov (1889-1919) şərəfinə Znaur rayonu adlandırıldı. Gürcüstan SSR hakimiyyəti bölgədəki toponimlərin gürcüləşməsinin xeyrinə ərazinin Kornisk adlandırılmasına cəhd edildi. 1989-1992, 2004, 2006 və 2008-ci illərdə Cənubi Osetiya soyqırımı zamanı rayon, Tsxinvali kimi döyüş və iqtisadi mühasirədən əziyyət çəkmişdir, 2008-ci ildən sonra infrastrukturun aktiv şəkildə bərpası, mühüm sosial obyektlərin inşası başlanmışdır. 2014-cü ildə rayonda məşhur inqilabçı, Osetiyanın vətənpərvər vətəndaşı, Vətəndaş müharibəsi Qəhrəmanı Znaur Aydarovun anadan olmasının 125 illiyi qeyd olundu. Onun şərəfinə 1931-ci ildə Okonski rayonu Znaur adlandırıldı. Bölgənin uzunluğu qərbdən şərqə 24 km, şimaldan cənuba 26 km təşkil edir.
Zəyəm (Qax)
Zəyəm — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Zəyəm kəndinin tarixi əsasən sak tayfalarının adı ilə bağlıdır. Belə ki, "zəyəm" sözünün özü də "sak" sözündən götürülüb. "Sakam" sözü zaman keçdikcə dəyişərək "zəyəm" sözünə çevrilib. Zəyəm kəndi] Lələli və Qındırğa kəndləri ilə birlikdə Zəyəm kənd ərazi dairəsini əmələ gətirir. Bu inzibati ərazi vahidi Zəyəm bələdiyyəsi tərəfindən idarə edilir. Zəyəm oyk., mür. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. İlk dəfə X əsr mənbəyində çəkilir; Şəmkir r-nunda ştq.
Zəyəm (Zaqatala)
Zəyəm — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Muxax bələdiyyəsinin tərkibindədir.
Zəyəm (Şəmkir)
Zəyəm – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Zeykəm (Zəyəm çayının adından götürülüb, dəli-dolu deməkdir) olmuşdur. 1594-cü ildə Gəncə-Qazax quberniyasının Zəyəm qəzası yaranıb. 1882-ci ildə onluq və iyirmilik qızıl sikkələr istehsal olunmuşdur. 1882-ci ildə Zəyəm Dəmiryol stansiyası tikilib. 1885-ci ildə Zəyəm orta məktəb (qızlar gimnaziyası) yaradılıb. 1930-cu ildə Zəyəm Dairəsi yaranıb burada icarayə komitəsi, milis və məhkəmə olub.1951-ci ildə Sabirkənd, Bayramlı kəndləri və Zəyəm qəsəbəsi bir sovetlik olub. 1967-ci il aprelin 20-də Zəyəm şəhər tipli qəsəbə adı verilib. Coğrafiyası yaşayış üçün əlverişlidir.
Zəyəm (şəhər)
Zəyəm və ya Bazari (gürcüː ბაზარი) — Zaqafqaziyada, Şərqi Gürcüstanın Kaxeti krallığının tərkibində olan keçmiş bir şəhər. Ticarət və sənətkarlıq mərkəzi kimi çiçəklənmə dövrü XV–XVII əsrlərə təsadüf edir. 1550-ci illərdə Səfəvi dövlətinin Qarabağ bəylərbəyliyinə birləşdirildi. Bu çox gümanki 1555-ci ildə imzalanan Amasya müqaviləsinin şərtlərinə görə baş verib. 1615-ci ildə Səfəvilərin bu bölgədəki hərbi əməliyyatları nəticəsində şəhərin taleyi dəyişdi. 1720-ci illərdə şəhər kiçik bir kəndə çevrildi. Zəyəm Azərbaycanın indiki Zaqatala bölgəsi ərazisində yerləşirdi, lakin şəhərin bu yerdə olmasına dair heç bir dəlil qorunub saxlanmamışdır. Zəyəm toponimi yalnız gürcü olmayan mənbələrdə tapılır; Gürcülər bunu "bazar" kimi tərcümə edirlər. Gürcü mənbələrində bu şəhər Bazari ("bazar"), fars müəllifləri isə Zagam, Zagham və ya Zakam, Avropa müəllifləri — Zagem, Zagen, Zagain, Zegarn və Seggen adlandırdılar. Bazari şəhəri ilk dəfə 1392-ci ildə gürcü mənbələrində qeyd edilmişdir.
Zəyəm Cırdaxan
Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd yaşayış məntəqəsi. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var. Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII-XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi-mədəniyyət nümunələri təsdiq edir. Kənndə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.
Zəyəm bələdiyyəsi
Zəyəm bələdiyyəsi (Qax) — Qax rayonunda bələdiyyə. Zəyəm bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Zəyəm mahalı
Zəyəm mahalı — Qarabağ bəylərbəyliyinin doqquz mahalından birir. (İndiki Şəmkir rayonunun Zəyəm (Şəmkir) qəsəbəsi) Zəyəm mahalı və ondan qərbdəki ərazi hələ Şah İsmayıl Xətai dövründən şəmşəddil tayfasının (zülqədər türk tayfasının bir qolu) irsi vilayəti idi. XVI-XVII əsrlərə aid körpü (Zəyəm çayı üzərində) dövrümüzə gəlib çıxmşdır.
Əhməd Qanem
Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ‎) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Yeni şəhər Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem.
Əhməd Ğanem
Əhməd Ghanem və ya Ahmed Ghanem,(ərəb. أحمد غانم ‎) ,Misirli siyasi yazıçı və nonfiction Misirdə 22 aug -ci ildə anadan olub. Misir inqilabının kitabı. Misir Qadını Təhrir Meydanında romanı Yeni şəhər Kitab Misir Baş Authority , Kitab nömrəsi verilməsi 11513& 2012 . Rəsmi səhifəm Əhməd Ghanem.
Ənqəm Atnabayev
Ənqəm Qasım oğlu Atnabayev (rus. Ангам Касимович Атнабаев, başq. Әнғәм Ҡасим улы Атнабаев, tatar. Әнгам Касыйм улы Атнабаев; d. 23 fevral 1928, İske Kurcem, Birsk kantonu, Başqırd ASSR, Rusiya SFSR, SSRİ — ö. 2 sentyabr 1999, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan və Tatarıstan əsilli Rusiya şairi və dramaturqu, Başqırd ASSR (1977) və Rusiya SFSR (1988) əməkdar incəsənət xadimi, Başqırdıstan Respublikasının xalq şairi (1997), Q. Sələm adına Respublika Mükafatı laureatı (1971). Ənqəm Qasım oğlu Atnabayev 23 fevral 1928 tarixində, SSRİ-in respublikalarından biri olan Rusiya SFSR-in subyektlərindən biri olan Başqırd ASSR-in Birsk kantonunda yerləşən İske Kurcem kəndində anadan olmuşdur. Ənqəm 1951-1968-ci illərdə respublika qəzeti olan "Qızıl Tan" qəzetində birinci ədəbi işçi, daha sonra isə redaksiya şöbəsinin müdiri olaraq işləmişdir. Ənvər Atnabayev 1977-1980-ci illərdə "Hənək" (azərb. "Yaba"‎) satirik jurnalının redaktor müavini vəzifəsində işləmişdir.
Fakir
Fakir - (Fakir Hausgeräte GmbH) Almaniyanın kiçik ev əşyaları istehsal edən şirkətidir. H.Vilhelm Kişerer (H.Wilhelm Kicherer) hələ 1933-cü ildə Almaniyanın Ştuttqart şəhərində ilk zavodunu açmış, tozsoran və qızdırıcıların istehsalına başlamışdır. Fakir – Alman dilindən ailə kimi tərcümə edilən Familie və şirkətin qurucusunun soyadı Kicherer kimi 2 sözün birləşməsidir.
Fatih
Fatih — kişi adı. Fatih Terim — Qalatasarayın indiki, Türkiyə millisinin keçmiş baş məşqçisi. Fatih Akyel — Türkiyə futbolçusu. Fatih Kərimi — pedaqoq, alim,içtimai - siyasi xadim.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Rakim
Uilyam Maykl Qrifin (ing. William Michael Griffin Jr.; 28 yanvar 1968, Nyu-York, ABŞ) — Amerikalı rep ifaçısı və Hip-hopun öncülərindən biri. Erik B. ilə hip-hopun qızıl dövrünün ən bilinən ikilisi olmaqla yanaşı, bütün zamanların ən istedadlı rep ifaçısı olaraq qəbul edilir. Wyandanch, Long Island, Nyu-York da anadan olub. Rakimin uşaqlıq illəri Wyandanchda keçir. Burada o ayrıca rim bacarığını kəşf edir və özünü yetişdirir. Gənc yaşlarda Rep musiqisi ilə məşqul olmağa başlayır. Eric B. Rakimi Marley Marla "Eric B. is President" parçasının səsyazmasına aparır. Marley və Mc Shan Eriki tanısalar da Rakimin kim oldugunu bilmirdilər. Rakim o zamanlar orta məktəbi yeni bitirmişdi.
Tahir
Tahir — ad.