TACİK
TACİRƏ
OBASTAN VİKİ
Tacir
Tacir yaxud tüccar — ticarətlə məşğul olan şəxs.
Tacir Allahverdiyev
Tacir Xasay oğlu Allahverdiyev (20 aprel 2001, Ağdam rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Allahverdiyev 2001-ci il aprelin 20-də Ağdam rayonunun Çullu kəndində anadan olub. Onun qardaşı — Nazir Allahverdiyev də İkinci Qarabağ müharibəsində şəhid olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Allahverdiyev oktyabrın 24-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Tacir Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Tacir Cəfərov
Tacir Fariz oğlu Cəfərov (9 fevral 2001; Goranboy rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Cəfərov 2001-ci il fevralın 9-da Goranboy rayonunun Qaraçinar kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Cəfərov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacir Eminov
Tacir İntiqam oğlu Eminov (31 dekabr 2001; Cəlilabad rayonu, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Eminov 2001-ci il dekabrın 31-də Cəlilabad rayonunun Sadatlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Eminov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Eminov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunun Sadatlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Eminov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Tacir Həsənov
Tacir Elşən oğlu Həsənov (21 aprel 2001; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Həsənov 2001-ci il aprelin 21-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tacir Həsənov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Tacir Muradlı
Tacir Hasil oğlu Muradlı (25 sentyabr 2000; Mil, Beyləqan rayonu — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil (Talıbxanlı) qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Muradlı oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Muradlı ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tacir salatı
Tacir salatı - Azərbaycan mətbəxinə aid salat növlərindən biri. == Tərkibi == 600 qr. toyuğun döş əti, 120 qr. xərçəngin boyun hissəsi, 300 qr. krab əti, 5 ədəd kartof (soyutma bişmiş), 2 ədəd xiyar, 2 ədəd yerkökü (soyutma bişmiş), 0.5 çay qaşığı kapers, 60 qr. zeytun (tumsuz), 120 qr. kornişon, 1 ədəd yaşıl alma, 1 dəstə kahı, 1 xörək qaşığı qırmızı kürü (bəzək üçün), 300 qr. xama, 50 qr. xardal, 12 ədəd bildirçin yumurtası (soyutma bişmiş), 0.5 çay qaşığı duz. == Hazırlanması qaydası == Tərəvəzlər yuyulub təmizlənir.
Tacir sarayı
Tacir sarayı (türk. Tüccar sarayı) — Türkiyənin Ani şəhərində yerləşən tarixi abidə. Mənbələrdə eyni zamanda Sultan sarayı və Qala olaraq da qeyd edilən saray Aninin Şimal Qərb tərəfində yerləşir. Ehtimal ki, XII əsrin sonu—XIII əsrin əvvəllərində inşa edilib və hansısa varlı bir tacirə, şahzadəyə və yaxud Ani yepiskouna məxsus olub. Bir çox tədqiqatşılar sarayın tacir Tiqran Honentsə məxsus ola biləcəyi iddiasının üstündə dayanırlar. Çünki, onun məzarı sarayın qarşısındakı vadinin uçurumundakı qayada yonulmuşdur. Başqa bir fərziyyəyə görə isə bina saray deyil və sırf şəhərin müdafiə xarakterli tikililərindən biriridir. Günümüzə binanın təyinatını və kimə məxsus olmasını dəqiqləşdirə biləcəyimiz bir kitabə çatmadığından bu abidəylə bağlı olan bütün fikirlər sadəcə fərziyyə olaraq qalır. == Memarlıq xüsusiyyətləri == Binanın şəhər tərəfə olan divarı ikiqatlıdır. Binanın girişi düzbucaqlı bir otaqdan başlayır, daha sonra ətrafı digər kiçik otaqlarla dövrəli olan böyük bir qonaq otağı gəlir.
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu (24 may 1965, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan müğənnisi. == Həyatı == Tacir Şahmalıoğlu 24 may 1965-ci ildə Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Ailədə 4 bacı 4 qardaş olublar. 6 yaşında səsi, istedadı atası tərəfindən kəşf edilib. 6 yaşından 12 yaşına qədər pionerlər evində musiqi təhsili almışdır. Uşaq yaşlarından Murad Rzayevin yaradıcısı olduğu "Qarabağ bülbülləri" ansamblındakı çıxışları ilə tanınmışdır.Onillik orta təhsilini Ağdamda aldıqdan sonra Tacir 1983-cü ildə Üzeyir Hacıbəyov adına kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə yollanır. 1984–86-cı illərdə Latviyanın Riqa şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra təhsilinə yenidən davam etmişdir. Repertuarında xalq, bəstəkar mahnıları və muğam təsnifləri əsas yer tutur.
Tacir Əhmədov
Tacir Mehdi oğlu Əhmədov (20 aprel 2001; Kürdəmir rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tacir Əhmədov 2001-ci il aprelin 20-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Əhmədov oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Binəqədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bakı Tacir Bankı
Bakı Tacir Bankı — Azərbaycanda açılmış ilk yerli səhmdar kommersiya bankı == Tarixi == 1914-cü il aprelin 15-də açılmışdır. == Rəhbərlik == Onun idarə heyətinin sədri Musa Nağıyev, bank şurasının sədri isə Hacı Zeynalabdin Tağıyev idi. == Yeri == Bank Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşirdi.
Tacir Kudrinin binası
Tacir Kudrinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina tarixi və mədəni bina olaraq yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina XIX əsrdə inşa edilmişdir. Bina Şmidt küçəsi 10 ünvanında yerləşir. Bina bir çox mənbələrdə Kudrinlərin binası olaraq keçərlidir. Bəzi mənbələrdə isə Remilərlə əlaqələndirilir. == Tarixi == XIX əsrdə inşa edilmişdir. Taqanroq şəhəri Şmidt keçəsi, ev 10 ünvanında yerləşir. Bina Dyupon de Laryunun layihəsi əsasında inşa edilmişdir. Binanın sahibi II gildiya taciri Yakob Kudrin idi. Onun həyat yoldaşı Dominika Avsentevna idi.
Tacir Pançenkonun binası
Tacir Pançenkonun binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1910-cu ildə inşa edilmişdir. Bina Eklektika stilinə sahibdir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Kartaşova küçəsi, 35 == Tarixi == ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Eklektika stilində inşa edilən binalardan biridə Kartaşova küçəsi, ev 35 ünvanında yerləşən iki mərtəbədən ibarət olan iki mərtəbəli binadır. Bina kərpiçdən inşa edilmişdir. Tikili 1910-cu ildə I gildiya taciri, kağız fabrikinin sahibi, Rostov-na-Donu şəhərinin fəxri sakinin nəvəsi İvan Stepanoviç Pançenkonun vəsaiti hesabına inşa edilmişdir.
Tacir Plotnikov binası
Tacir Plotnikov binası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 1912-ci ildə inşa edilmişdir. Bina eklektika stilinə sahibdir. Tikilidə mağazalar yerləşir. İki mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilayəti, Konstantinovsk ş, Lenin küçəsi, 22. == Tarixi == ХIХ əsrin sonları XX əsrin əvvəlləri Rosrov vilayəti Konstatinov rayonu, Konstatinov şəhəri ərazisində çoxlu sayda eklektika stilində bina inşa edilmişdir. Bu stil əsasən borokko və rokoko elementləri ilə işlənmələrə sahiddir. Üstəlik burada renessans və modern stillərinə belə rast gəlmək mümkün idi. Bina iki küçənin qovuşduğu ərazidə yerləşir: 25 Oktyabr və Lenin.
Səyahət edən tacir (alqoritm)
Səyahət edən tacir (ing. ing. travelling salesman problem (TSP)) - informatikada həlli çətin olan məsələlərdən biridir. Səyahət edən tacir belə bir sual soruşur: "Mənə şəhərlərin siyahısı və şəhərlər arasında məsafə verilibdir. Görəsən, bütün şəhərlərə səyahət edib və evə qayıtmaq üçün ən qısa yol hansıdır? Amma bir şərtlə ki, bir şəhəri iki dəfə ziyarət etməyim." Ilk baxışdan çox sadə görünən bu sual, əslində informatikada NP çətin məsələdir. Bu məsələ ilk dəfə 1930 ildə formalaşdırılıb və ən çox öyrənilmiş optimallaşdırma məsələlərindən biridir. Bir çox optimallaşdırma metodu üçün benchmark (etalon) kimi istifadə olunur. Baxmayaraq ki, səyahət edən tacir hesablama baxımdan çətin məsələdir, on minlərlə şəhər üçün bu məsələni dəqiq və heuristik həlləri var. Hətta milyonlarla şəhər üçün bu məsələni 1% səhvlə həll etmək mümkündür.Səyahət edən tacirin bir neçə tətbiq sahəsi var, nümunə olaraq, planlaşdırma, logistika və microçip sahələrini göstərmək olar.
Silah taciri (rəsm əsəri)
Silah Taciri, Osman Hamdi Bey'in 1908 tarixində çəkdiyi, şərqşünas tablosudur. Ankara Şəkil Heykəl Muzeyində iştirak etməkdədir. == Məlumat == Özünü (iki adam olaraq) və oğlunu, daha köhnə bir dövrün geyimləri içində resmettmiştir. Osman Həmdi'nin özü bir sütun başlığı üstündə oturur. Üzərində oturduğu sütun başlığı ilə muzey quruculuğuna göndərmə etdiyi düşünülmüşdür. El hərəkatı, öz oğluna nəsihət verməkdə olduğu şəklində şərh olunar. Oğlu isə qınından çəkdiyi qılıncı araşdırarkən təsvir edilmişdir və gənclik illərini təmsil edər. Geydikləri fərqli papaqlar və birinin oturarkən digərinin ayaqda, birinin silahları bırakmışken digərinin silahla göstərilməsinin qurşaq fərqini izah etdiyi şəklində şərh olunar. Arxa planda isə bir əlində kitab tutan yaşlı bir adam ilə ona bez parçası uzadan bir bəzirgan görülər.
Tacirabaq
Tacirabaq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftərində» Tecirdink, Qafqazın 5 verstlik xəritəsində Tacirabaq formasında qeyd edilmişdir. Kəndin digər adı Təcirabad, Tacarabaq olmuşdur. Toponim oğuzların dülqədirli tayfasından olan təcirli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Erm. SSR AS RH-nin 4. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraxpyur qoyulmuşdur.
Tacirli (İğdır)
Tacirli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 10 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 809 nəfər erməni yaşayırdı.

Digər lüğətlərdə

взъезжа́ть глинозёмистый одря́бнуть паево́й плясово́й подко́рье пропа́рщица следи́ть уса́дка хляск чёс безу́мно злопа́мятность изба́вьте наме́шивать топча́н зорить cold-short Harrow regula falsi subcontractor ungilt муфта негритянка пан