Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Zülüm
Zülm - Şəxs və ya qruba bir başqa şəxs və ya qrup tərəfindən israrlı bir şəkildə pis rəftarıdır. Ən çox təsadüf edilən formaları dini zülm, etnik zülm və siyasi zülmdür. Ən çox təsadüf edilən nümunə isə çoxluq qrupun azlıq qrupa qarşı etdiyi zülmdür.
Zulu
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Bulun ulusu
Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir. == Coğrafiya == Rayonun sahəsi 235.1 min km²-dir. Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir. Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir. Təbii şərait Relyefə görə ulusun ərazisi iki hissəyə bölünür.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Sülün Osman
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir. Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
Zulu dili
Zulu dili — (zulu isiZulu) Bantu dillərindən biridir. Cənubi Afrika Respublikasında və Zimbabvedə yayılmışdır. 7 milyona qədər daşıyıcısı vardır. Nedebe, kvabe, lala dialektlərinindən ibarətdir. Zimbabvedə nedebe dialekti şona dialekti ilə bərabər etniklərarası ünsiyyət dili kimi fəaliyyət göstərir. Etnoloqa görə, Şona dilindən sonra ikinci ən geniş danışılan Bantu dilidir.
Osman Ziya Sülün
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir. Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir.
Əhməd ibn Tulun
Əhməd ibn Tulun (20 sentyabr 835, Bağdad – 14 may 884) — Misirdə 868-ci illə 884-cü illər arasında hökm sürmüş Tulunilər dövlətinin qurucusu türk əsilli dövlət adamıdır. Eyni zamanda Tulunoğlu Əhməd kimi də tanınır. Əhməd ibn Tulun 835-ci ildə Bağdad şəhərində dünyaya gəlmişdi. Atası Tulun, Buxara valisinin Abbasi xəlifəsi Əl-Məmuna göndərdiyi qulamlardan biriydi. 868-ci ildə Bayık bəy tərəfindən vali olaraq Misirə göndərildi. Əhməd ibn Tulun iqtisadi cəhətdən apardığı reformalar, düzənləmələr ilə Misir tarixində yer almışdır. Bu dövrdə Fələstin, Benqazi, Suriya, Antakiya və Mərsin alınmışdır. Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. İbn Khallikan's biographical dictionary. Translated from the Arabic by Baron William Mac Guckin de Slane, member of the council of the asiatic society of Paris, corresponding member of the academy of sciences of Turin, etc.
Zulu (film, 2013)
Zulu rejissorluğunu Jerom Sallın etdiyi fransız detektiv filmidir. Film 2013 Kann kinofestivalında bağlanış filmi olaraq seçilib.
Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi
"Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" — ilk dəfə 1936-cı ilin fevralında nəşr olunan Con Meynard Keynsin iqtisadi elminin və iqtisadi siyasətinin inkişafına böyük təsir göstərən bir elmi əsəri. Kitab Keynsin ən böyük məqamı sayılır, burada müasir makroiqtisadiyyatın əsas sistemini və terminologiyasını — "istehlak funksiyası", "çarpan", "effektiv tələb prinsipi", "marjinal kapitalın səmərəliliyi", "likvidlik tərcüməsi" ni qoymuşdur. Kitabda Keyns “inqilab” (sonradan “Keyns” adlandırıldı) etmək vəzifəsini qoymuşdu - bazar iqtisadiyyatının təbii olaraq müvəqqəti zərbələrdən sonra resursların tam məşğulluq vəziyyətinə qayıtması barədə klassik nəzəriyyənin postulatlarının səhvliyini göstərmək. Ümumi nəzəriyyə, Pul haqqında Risalə (1930) ilə birlikdə D. Patinkinə görə Keynsin əsas əsərlərinin üçlüyünü təşkil edir. B. Sheehan'a görə, iki cildlik "Pul haqqında risalə" (ing. Cambridge Circus) sonradan Ümumi Nəzəriyyədə istifadə olunan mühüm konsepsiya və anlayışları izah etmək üçün əvəzsizdir . “Pul haqqında risalə” dən ümumi nəzəriyyəyə keçiddə Keyns, Riçard Kan, Pyero Sraffa, Evin Ostin Robinson və Coan Robinson və Ceyms Mid tərəfindən yaradılan Kembric Sirkindən böyük təsirlənmişdir. Ümumi nəzəriyyəyə gedən yolda əhəmiyyətli bir addım Keynsin "Çarpan" konsepsiyasından istifadə etdiyi "Rifah mənaları" (1933) məqaləsi idivə böhrandan çıxmaq üçün tənzimləmə vasitələrinə ehtiyac olduğunu söylədi. M. Hayesə görə, ümumi nəzəriyyə, Keyns tərəfindən Marşalldan miras qaldığı paradiqmaya əsaslandığı üçün, Keyns tərəfindən açıq şəkildə ifadə olunmayan bir sıra ifadələri örtülü bir şəkildə ehtiva edir. Keyns bu paradiqmanın oxucuları tərəfindən paylaşılacağına inanırdı.
Zaman amili nəzərə alınmaqla pulun dəyəri
Zaman amili nəzərə alınmaqla pulun dəyəri (pulun zaman dəyəri, pulun zaman dəyəri nəzəriyyəsi, ing. time value of money) — bugünkü pul gəlirinin (xərcinin) eyni məbləğə sabahdan daha dəyərli olması anlayışı. Pulun zaman dəyəri haqqında ifadə maliyyə riyaziyyatının əsas müddəalarından biridir. Dəyər fərqi ona görədir ki, pul yatırıla bilər və gəlir əldə edə bilər. Buna görə də pulun sahibi itirdiyi gəlirə görə kompensasiya tələb edə bilər. İtirilmiş gəlir fürsət dəyəri kimi çıxış edir. İstehlakçı davranışı və seçimi nəzəriyyəsində də oxşar problem yaranır. İstehlakçı cari gəlirinin nə qədərini bu gün istehlak edəcəyi ilə sabah istehlak üçün nə qədər qənaət edəcəyi arasında seçim etməlidir. İstehlakçının optimal seçimi dövrlərarası seçim nəzəriyyəsində nəzərdən keçirilir. Pulun dəyəri ilə gözləmə müddəti arasındakı əlaqə artıq orta əsrlərdə özünü büruzə verirdi.
Düylün
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var. == Tarixi == Duylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars.
Düyün
Düyün — hər cür iplərin birləşdirilməsi, bərkidilməsi və bağlanması üsulu. Düyünlər müxtəlif olur. Adi və tez açılan düyünlər və qəliz düyünlər. Adi düyünlərdən gündəlik həyatda (ayaqqabı və başqa geyimlərin bağlanması, paltar qurudulması zivələrində və sairə) istifadə olunur. Qəliz düyünlər bağlamaq üçün müəyyən vərdişlər və peşəkarlıq gərəkdir. Belə düyünlər əsasən yelkənli dənizçilikdə, balıqçılıqda, dağ və paraşüt idman növlərində, kaskadörluqda və b. istifadə olunur. 2. Düyün — nikah mənasında.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həm də Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Huluy
Yujiulü Hulü (IV əsr – 414) və yaxud Aykuqay xaqan (xoş xasiyyətli xaqan) — 410-cu ilin mayında hakimiyyətə gəlmişdi. Şimal Yan hökmdarı Fenq Banın qızı Lelanq ilə evlənmişdi. Hökmdarlığının dördüncü ilində qardaşı oğlu Buluçen ona üsyan etsə və öldürsə də, Şelunun oğlu Şeba ilə birlikdə öldürüldü. Hakimiyyətə Datan keçdi.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Koulun
Koulun (ierd. 九龍, ing. Kowloon, hərfi mənası "9 əjdaha" deməkdir) — Honkonq şəhərinin yarımada hissəsində yerləşir (Yeni ərazi daxil olmamaq şərti ilə). Koulun və Yeni Koulun yarımadalarından ibarətdir. == Ümumi məlumat == Koulun şərq hissəsi Leyumun körfəzinə və Stounkatterz adasına, şimal hissəsi isə Teyta və Lvin daşlarına, cənub hissəsi isə Viktoriya buxtasına daxil olur. Əhalisi 2006-cı ilin məlumatına əsasən 2019533 nəfərdir. Əhalinin sıxlığı hər km²-də 43 nəfər/km² nəfərdir. Yarımadanın sahəsi 47 km²-dir. Honkonq adası ilə birlikdə Honkonq rayon adminstrasiyasının 47% təşkil edir. == Adminstrasiya == Buraya aşağıdakı adalar daxildir: Yau Tsim Mong (Yau Tsim Mong, 油尖旺區) — əhalisi 281 min nəfər, sahəsi 6,99 km².
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Çuluq
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.