Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
100 il (film)
100 İl John Malkoviç tərəfindən yazılmış və Robert Rodriguez tərəfindən çəkilən eksperimental elmi fantastika filmidir . O, Fransanın Rémy Martin şirkəti tərəfindən 100 il davam edən Louis XIII konyakını tanıtmaq üçün istehsal olunur. 2015-ci ildə "Heç vaxt görməyəcəyiniz film" şüarı ilə reklam edilmiş filmin 18 noyabr 2115-ci ildə nümayişi nəzərdə tutulur. Filmdə amerikalı aktyor Con Malkoviç, tayvanlı aktrisa Şuya Çanq və çilili aktyor Marko Zaror ilə beynəlxalq ansambl çəkilir.
İlk cazibədarlıq (film, 1993)
Pehla Nasha (mənası: İlk cazibədarlıq) — Aşutoş Qovarikarın rejissorluq etdiyi hind filmidir.
İlk hücum (film, 1985)
İlk müjdələr (film, 1960)
İlk qan (film, 1982)
İlk qan (ing. First Blood) — baş rolda Silvestr Stallonenin çəkildiyi Amerika filmi. Filmdə baş qəhrəman Vyetnam müharibəsinin iştirakçısı Con Rembodur. Vyetnam əsgəri Con Rembo dağ qəsəbəsinə qayıdır. Rembo Vyetnamdakı dostlarını axtarmaq üçün ABŞ-yə gəlmişdir. Bu zaman Rembo öyrənir ki, sonuncu dostu artıq ölmüşdür. Con Rembo sakit bir şəhərə gəlir və yol ilə getməyə başlayır. Lakin yolda Şerif Uill Tisl ilə rastlaşır. Əvvəlcə şerif onu getmək istədiyi yerə aparır. Rembo isə yolda düşəndə yenidən geri qayıdır.
İlk qisasçı (film, 2011)
Birinci qisasçı və ya orijinal adı ilə Kapitan Amerika: Birinci qisasçı (ing. Captain America: The First Avenger) — Marvel Studios tərəfindən istehsal olunmuş, Kapitan Amerika adlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 5-ci filmidir. Co Constonun rejissorluğu, Kristofer Markus və Stefan Makfilinin ssenaristlikləri ilə çəkilən filmin əsas rollarında Kris Evans, Tommi Li Cons, Hüqo Uivinq, Heyli Etvell, Sebastian Sten, Dominik Kuper, Nil Makdonaf, Derek Lyuk və Stenli Tuççi çıxış edirlər. Hadisələrin İkinci dünya müharibəsi illərində cərəyan etdiyi film Stiv Rocers adlı bruklinli zəif gəncin Kapitan Amerika adlı superəsgərə çevrilməsindən və dünyanı ələ keçirmək üçün "Tesserakt" adlı enerji mənbəyi artifaktından istifadə etmək istəyən Qırmızı kəlləni dayandırmaq cəhdlərindən bəhs edir. Filmin konsepsiya layihəsi 1997-ci ildə ortaya çıxmışdır və Atisan Entertainment şirkətinin distribütorliyi ilə çəkilməsi planlaşdırılırdı. Lakin 2003-cü ilin sentyabrına kimi həll edilməmiş bir məhkəmə prosesi layihənin gedişatına mane olmuşdur. 2005-ci ildə Marvel Studios Merrill Lynch-dən kredit almış, Paramount Pictures-in distribütorliyi ilə filmi maliyyələşdirməyi və buraxmağı planlaşdırmışdır. Rejissorlar Con Favro və Lui Leterye layihə ilə maraqlanmışdırlar, lakin sonda 2008-ci ildə Co Conston rejissor seçilmişdir. Əsas rolların ifaçıları 2010-cu ilin mart-iyun aylarında müəyyən edilmişdir.
İlk qorxu (film, 1996)
İlk Qorxu - Primal Fear ve ya ilk qorxu baş rollarında Riçard Qere ve Eduard Nortonun oynadığı 1996 cı il Hollivud filmi. Eduard Norton film karyerasına bu filmlə başladı ve filmdəkı roluna görə Qızıl qlobus mukafatına layiq görüldü. Gənc kilsə adamı Aron (Eduard Norton) baş kahini öldürməkdə günahlandırılır.Müdafiəsini öz üzərinə götürən təcrübəli hüquqşünas Martin Veil (Riçard Qere) bütün subutlar əleyhinə olsa da gəncin qorxaq və ağrılı vəziyyətini görəndə günahsız olduğuna qərar verir.Ancaq həbsxanadakı görüşlərindən birində gözlənilməz bir şey olur və Aronda şəxsiyyət pozuntusu və davası olduğu ortaya çıxdı və məhkəmənin gedişatı tamamilə dəyişdi. Janr:Dram/Gərginlik/Cinayət Rejissor:Qriqori Hoblit Ssenari:Stiv Şaqan,An Bidermən,Viliam Diel Kinomatoqrafiya:Mikael Çapman Musiqi:Fredriko de brito,Jeyms Nevton Hovard,Stiv Porkaro,J.Peter Robinson,Ferer Trindade,Cuk vils Çap:1996.ABD,129 dəqiqə •Riçard Qere(Martin Veyl) •Eduard Norton(Aron Stampler) •Laura Linney(ittihamçı Janet Venəbl) •John Mahoney(John Sagnesy) •Franses Mcdormand(Dr.Moly Arigtony) •Alfe Vudard(hakim Miriam Shuat) •Tery O'Quin(bud yansy) •Andre Bragher(Tomiy godman) Filmin səs qurşağında istifadə olunan musiqi parçaları bunlardır.
İlk tamaşa (film, 1991)
Film Bakı Xoreoqrafiya Məktəbinin I sinif şagirdlərinin dərs prosesində xoreoqrafiya fənnini necə mənimsədiklərindən söhbət açır.
İlk zirvələr (film, 1988)
Film Azərbaycanın gənc şahmatçılarından, o cümlədən Firuzə Vəlixanlıdan bəhs edir.
50 ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. == Çəkiliş yeri == Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. == Rollarda == Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Allahın adı ilə (film, 2013)
Almaniya - sıfır ili (film, 1948)
Almaniya — sıfır ili (it. Germania anno zero) — 1948-ci ildə Roberto Rossellini tərəfindən çəkilmiş dramatik film. == Məzmun == 1948-ci il, Berlin şəhəri. İkinci dünya müharibəsi qurtarmağına baxmayaraq, şəhərdə kasıbların sayı çoxalmışdır. Onların içində Edmund adında 12 yaşlı oğlan var idi. Onun atası ciddi xəstədir. Ailəsinə yardın göstərə bilmir. Bu səbəbdən, Edmund həyatını zirzəmilərdə keçirir. Müəllim Cənab Henninq kasıb uşaqları öz evinə gətirir. Edmund da onların içində idi.
Dəməşq saatı ilə (film, 2018)
Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir. == Mövzusu == 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir. Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir. Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir. == Film haqqında fikirlər == İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır. Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir.
Gürzə ilə əlbəyaxa (film, 1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Kameliya ilə qadın (film, 1941)
Kameliya ilə qadın — 1941-ci ildə istehsal olunmuş Misir filmi. == Rollarda == Tanınmış müğənni Leyla Murad bu filmdə çəkilmişdir.
Lenin yolu ilə (film, 1949)
Leninin adı ilə (film, 1977)
== Məzmun == Kinolentdə "Leninneft" NQÇİ fəhlə və mühəndislərinin fədakar əməyindən söhbət gedir. == Film haqqında == Film Leninneft NQÇİ-nin sifarişi ilə çəkilmişdir.
Məhəbbət yolları ilə (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Nəhəngin ilk addımları (film, 1976)
Film Bakı məişət kondisionerləri zavodunun yaranmasına və fəaliyyətə başlamasına həsr olunmuşdur.
Onun izi ilə (film, 2016)
Onun izi ilə (ing. Skiptrace), 2016-cı ildə Ceki Çanın iştirakı ilə istehsal edilən və Renni Harlinin rejissorluğu ilə çəkilən Honkonq-Çin-Amerikan filmidir. Film triller, komediya, döyüş janrında çəkilmişdir. Filmin həmkarları John-Knoxville və Fan Bingbingdir. Film 21 iyul 2016-cı ildə Çində və ABŞ-də 2 sentyabr 2016-cı ildə buraxıldı. Honnkonq dedektivi Benni Çan ( Ceki Çan ) məşhur iş adamı Viktor Vonq ( Vinston Çao ) olduğuna inanan məşhur "Matador" cinayətkar patronu — Benni'nin ortağı Yunq'un ( Eric Tsang ) ölümündən sonra on ildən çoxdur. Yunq'un qızı Samantha ( Fan Bingbing ) Vonq'un cinayət sindikatı ilə qarşılaşdıqda, Bennie Amerikada qadağan olunduqdan sonra Çin kazinoları boyunca qumar oynayan bir Amerikalı bir Konnor Uottsu ( Johnny Knoxville ) izləməlidir. Vonq'un Makao kazinosunda Esther Yi adlı qadın. Ancaq Bennie onu tapa bilməmişdən əvvəl, Konnor, bir qızının hamilə qaldığı üçün cavab vermək üçün bir rus kripti tərəfindən qaçırılır. Bir neçə rusu tutduqdan sonra Benni Konnor'u xilas edir.
Poladın izi ilə (film, 2022)
Qəhrəmanların izi ilə (film, 1975)
Filmin qəhrəmanlarının izləri Kerç yarımadasına, yeraltı daş karxanalarına gedib çıxır. Burada hər bir daş o dövrün ağır günlərinin, faciələrin, fəlakətlərin şahididir. İndiyə qədər bu yerlərdə əsgər dəftərləri, papaqları, silahları tapılıb üzə çıxarılır. 1942-ci il mayın 1-də daş karxanasının dərinliyində yeraltı qarnizon təşkil olunmuşdu. Həmin qarnizonda çoxlu azərbaycanlı var idi. Qarnizon faşist ordusu ilə mühasirəyə alınmışdı. Əsgərlər faşist cəlladlarına uzun müddət müqavimət göstərmişlər. Biz bu faciənin bircə şahidini belə görə bilməsək də(onların heç biri sağ qalmayıb), gözlərimiz önündə igid, cəsur, fədakar əsgərlərimizin obrazları canlanır. Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rəfael Faybisoviç Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Sevgi yolları ilə (film, 2003)
"Sevgi yolları ilə" (hind. चलते चलते) — 2003-cü ildə baş rolda Şahrux Xan və Rani Mukhercinin yer aldığı Bollivud filmidir. Əziz Mirzənin rejissorluq etdiyi bu film Kasablanka Film Festivalında nümayiş etdirilib. Filmin musiqiləri Jatin-Lalit və Adeş Şrivastava tərəfindən bəstələnib. Filmin başlanğıcında bir qrup dost boulinq xiyabanına yığışıb Səlimi gözləyirlər. Şitalın müasir dövrdə olan əsl sevgi hekayətlərindən ibarət kitabı var. O, dostlara Rac və Priyanın hekayətini danışmağa başlayır. Rac Malhotra "Rac Transport" şirkətində işləyir. Rac qayğısız, dərd-qəmsiz, olduqca nizamsız, tənbəl və bu zaman üçün gecikmiş adamdır. Amma varlı olmadığına baxmayaraq çox xoşbəxtdir.
Səadət yolu ilə (film, 1956)
Tammetrajlı sənədli film Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərlə, qabaqcıl əmək adamları, elm və mədəniyyət xadimləri ilə, bərəkətli Azərbaycan torpağının nemətləri ilə bizi tanış edir. Ekranda ucu-bucağı görünməyən gözəl dağ çəmənlikləri, "ağ qızıl"-pambıq tarlaları, üzüm bağları, ətirli çay və tütün plantasiyaları bir-birini əvəz edir. Heyvandarlıq və quşçuluq fermaları, yun, barama, meyvə bağları-bütün bunlar zəhmət adamlarının əməyi ilə hasil edilmişdir. Biz həmin zəhmət adamları-Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Məleykə Quliyeva, Qızqayıt Həsənova, Gilas Verdiyeva, Zərqələm Hacıyeva və onların briqadaları ilə tanış oluruq. Filmdə 148 yaşlı Mahmud Eyvazovu, məşhur müğənnilərimizdən Bülbül, Rəşid Behbudovu, Gülağa Məmmədovu, neftçi Gülbala Əliyevi və Mingəçevir SES-in mühəndisi Sarvan Salmanovu görürük. Xalqlar dostluğu mövzusu filmdə əsas yeri tutur. 1) 1956-cı ildə Rejissor Muxtar Dadaşov filmə görə ÜİKTS-in Qızıl medalına layiq görülmüşdür. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: M.Musayev, Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Vladimir Zbudski Bəstəkar: Zakir Bağırov Səs operatoru: Əziz Şeyxov Mahnıların mətni: Zeynal Cabbarzadə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Əlli ilk öpüş (film, 2004)
50 ilk öpüş (ing. 50 First Dates) — 2004-cü ildə çəkilmiş romantik komediya janrında ABŞ filmidir. Baş rollarda Adam Sandler və Drü Berrimorun yer aldığı filmin rejissoru Piter Siqaldır. Barrymore ilə Sandler öncəki işi Evlilik öpüşü filmindən sonra ikinci dəfə bir araya gəlmişdir. Filmin böyük bir qismi Kaneohe, Kaaawa, Wahiawa, Kualoa, Makapu'u, Waimanalo, O'ahu və Kaneohe Bay kimi yerlərdə çəkildi. Tank səhnəsi Vallejo, Californianın Six Flags Discovery Kingdom; golf səhnəsi isə Los-Ancelesdə çəkildi. Adam Sandler …. Henri Rot Drü Berrimor … Lusi Vaytmore Rob Schneider …. Ula Sean Astin …. Doq Vaytmore Lusia Strus ….
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.