Qarovulçu, kvadrat şəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır.
Murtuzayev arvadı Yavəri barmağı ilə eyvana çağırıb tapşırıq verdi. ;
b) birgəlik bildirir. Atamla anam. Dayısı ilə xalası; c) işin birlikdə görüldüyünü bildirir. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər.
Eyvazla Gülşən Xanpərinin yanına getdilər. ;
ç) hərəkətin müəyyən məkan boyunca icra olunduğunu, davamını bildirir. Bağların arası ilə uzanan bir yolla gedirdim.
Qocaman palıd meşəsinin arası ilə eşilən qarlar havaya dikəlir, ağacların başından yuxarılara sovrulurdu.
Kim isə … hasar dibi ilə irəliləyirdi. ;
d) iş və hərəkətin tərzini bildirir. Dostum Ağabəy əllərini heyrətlə bir-birinə çırpdı.
Gilasın fərəhi artır, gözləri sevinclə parlayırdı.