Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
İşken (Uçalı)
İşken (başq. Ишкен, rus. Ишкиново) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 42 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 6 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
İşle (Auırqazı)
İşli (başq. Ишле, rus. Ишлы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 19 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (89%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Qatfan Qizetdinoviç Safin (20 may 1920–2012) — BMSSR-nin Auırqazı rayonundakı "Uzian" kolxozunun kompleks briqadasının traktor operatoru, Sosialist Əmək Qəhrəmanı, Böyük Vətən Müharibəsi iştirakçısı. Abdulla-Əmin Fəhirəyev Zubairov (18 mart 1891 – 23 may 1963) — Başqırd Dövlət Dram Teatrının aktyoru, BASSR (1935) xalq artisti, RSFSR xalq artisti (1949).
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi (Azərbaycan) — Azərbaycanda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılmasından məsul olan dövlət qurumu. Daxili İşlər Nazirliyi (Gürcüstan) — Gürcüstanın dövlət hüquq-mühafizə orqanı. Daxili İşlər Nazirliyi (Türkiyə) — Türkiyə Cümhuriyyəti yanında fəaliyyət göstərən və ümumiyyətlə təhlükəsizlik və ictimai asayiş və vilayət idarəsindən məsul olan nazirlik.
Müvəqqəti işlər vəkili
Müvəqqəti işlər vəkili (Fransızca: chargé d'affaires) əsasən müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda ona vəkalət eden diplomatdır. Müvəqqəti işlər vəkilinin statusu 1961-ci ildə Vyanada imzalanan Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasında müəyyən edilib.
Xarici İşlər Nazirlikləri
Xarici İşlər Nazirliyi — dövlətlərin icraedici hakimiyyət orqanı, digər dövlətlərlə diplomatik əlaqələr sisteminə rəhbərlik edən dövlət qurumu (xarici siyasət). Hər dövlətin Xarici İşlər Naziri vəzifəsini bir səlahiyyətli nazir tərəfindən icra edilir.
Xarici İşlər Nazirliyi

Black Isle Studios
Black Isle Studios (əvvəlki adı: Dragonplay) — videooyun istehsalçısı və yayımçısı "Interplay Entertainment" şirkətinin rol videooyunları üzrə şöbəsi. Studiya digər istehsalçılardan da bir neçə oyun satışa çıxarmışdır "Black Isle Studios" studiyasının baş qərargahı ABŞ-nin Kaliforniya ştatının İrvin şəhərində yerləşir. Şöbə 1996-cı ildə "Dragonplay" adı ilə qurulmuş, sonradan 1998-ci ildə "Black Isle Studios" adını almışdır. Studiyanın adı qurucu Ferqus Urkhartın əslən olduğu Şotlandiyanın Blek-Ayl yarımadasından gəlir. Studiya "Fallout" seriyasındakı ilk iki videooyun üzərində işləməklə yanaşı, "Planescape: Torment" ilə də tanınır. Studiya "Icewind Dale" və sadəcə yayım sahəsində iştirak etdiyi "Baldur's Gate" rol videooyun seriyası ilə də uğur qazanmışdır. 1999-cu ildə "IGN" saytını "RPG Vault" layihəsi studiyanı "İlin istehsalçısı" mükafatına layiq görmüşdür. Bir müddət sonra "Interplay" şirkəti maddi çətinliklərlə üzləşmiş, nəticədə isə "Black Isle Studios" 2003-cü ilin sonunda bağlanmışdır."Interplay" eyni ad altında yeni rol videooyunları satışa çıxarmaq məqsədilə studiyanı 2012-ci ilin avqustunda yenidən açmışdır. "Black Isle Studios" 2021-ci ilin may ayında "Baldur's Gate: Dark Alliance" videooyununun remaster edilmiş versiyasını satışa çıxarmışdır.
Azərbaycan Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycan Xarici İşlər Nazirləri
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycan daxili işlər nazirləri
Azərbaycan daxili işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın daxili işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın daxili işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Azərbaycanın Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Azərbaycanın xarici işlər nazirləri
Azərbaycan xarici işlər nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın xarici işlər nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın xarici işlər nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Belarusun daxili işlər orqanları
Belarusun daxili işlər orqanları — Belarus Respublikasının hüquq-mühafizə orqanı. Milis, Belarus Respublikasının Prezidenti tərəfindən başqa hal müəyyən edilmədikdə, daxili işlər nazirinin qərarı ilə milis tapşırıqlarını yerinə yetirmək üçün yaradılan cinayətkar milislərdən, ictimai təhlükəsizlik milislərindən və digər bölmələrdən ibarətdir. Daxili işlər orqanları bu Qanun və Belarus Respublikasının digər qanunvericilik aktları ilə onlara həvalə edilmiş vəzifələrə uyğun olaraq cinayətkarlıqla mübarizə aparan, ictimai asayişi qoruyan və ictimai təhlükəsizliyi təmin edən dövlət hüquq-mühafizə orqanlarıdır Daxili işlər orqanları Belarus Respublikasının milli təhlükəsizlik sisteminin tərkib hissəsidir. == Tarixi == 4 mart 1917-ci ildə Minsk şəhərinin mülki komendantı Mixailov Mixail Aleksandroviçin əmri ilə (pasport məlumatlarına görə, əsl adı Mixail Vasilyeviç Frunze idi) Ümumrusiya Zemski İttifaqının müvəqqəti polis rəisi təyin edildi. Minsk şəhərində asayişin qorunması. Bu tarix Belarus polisinin doğum günü hesab olunur. Qomeldə ölkə milisinin yüz illiyi şərəfinə abidənin açılışı olub.
Daxili işlər orqanları (Özbəkistan)
Özbəkistan Respublikasının Daxili işlər orqanları ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar organlari) — Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin tərkibində olan hüquq-mühafizə orqanı. 23 may 2019-cu ildə ölkə prezidenti Şavkat Mirziyayev "Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına cinayət prosesi iştirakçılarının hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında". Bununla da bir neçə mühüm sənəddə "polis" ifadəsi "daxili işlər orqanları" ilə əvəz edilmişdir. Bununla yanaşı, Özbəkistanda "polis" termini hələ də fəal şəkildə istifadə olunur. Bu, bu sözün uzun müddət işlədilməsi ilə, həmçinin "daxili işlər orqanlarının əməkdaşı" ifadəsinin tələffüzünün çətinliyi ilə bağlıdır. Özbəkistanda avtomobilləri və digər avadanlıqları üzərində "Polis" yazısı olan Özbəkistanın turist polisi formalaşdırılmışdır.
Daxili İşlər Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
Daxili İşlər Nazirliyi (Gürcüstan)
Gürcüstan Respublikası Daxili İşlər Nazirliyi (gürc. საქართველოს შინაგან საქმეთა სამინისტრო), qısaldılmış DİN (შსს), Gürcüstanın dövlət hüquq mühafizə orqanıdır. Əsas ofisi Tbilisidədir . Gürcüstanın Daxili İşlər Nazirliyi, rəhbəri (Nazir) Hökumət üzvüdür. Nazirlik Hökumətə cavabdehdir və onun və ya Baş Nazirin qoyduğu vəzifələri yerinə yetirir. 8 sentyabr 2019 tarixindən etibarən Daxili İşlər Naziri cənab Vaxtanq Qomelauri'dır . == Tarix == Müstəqillik qazandıqdan sonra 26 may 1918-ci ildə Milli Şura iclasında Gürcüstan Daxili İşlər Nazirliyi yaradıldı. Onun əsas vəzifələri əks-inqilab mitinqləri və bolşevik təbliğatı ilə mübarizə, dövlət vəsaitlərinin mənimsənilməsinə qarşı mübarizə və s. olmuşdur. 25 fevral 1921-ci ildə Rusiyanın köməyi ilə gürcü bolşevikləri Gürcüstanın qanuni Menşevik hökumətini devirdilər .
Daxili İşlər Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi — təbii və texnogen fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, mülki müdafiə sahəsində Qazaxıstan Respublikasının daxili işlər orqanları sistemini idarə edən Qazaxıstan Respublikasının mərkəzi icra hakimiyyəti orqanı qanun, cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin, yanğın təhlükəsizliyinin təmin edilməsi, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün dövlət sisteminin daha da inkişaf etdirilməsi üçün bir planın işlənməsi və hazırlanması sahəsində sektorlararası koordinasiya, təşkilat yanğının qarşısının alınması və söndürülməsi. == Daxili işlər orqanlarının missiyası və vəzifələri == Missiya - həyat, sağlamlıq, insan və vətəndaş hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin mənafelərinin qanunsuz təcavüzlərdən qorunması, əhalinin, obyektlərin və ərazilərin təbii və texnogen fövqəladə hallardan qorunması, ölkənin mülki müdafiə sisteminin inkişafı. Daxili işlər orqanlarının vəzifələri: cinayətin qarşısının alınması ictimai asayişin qorunması. cinayətkarlıqla mübarizə cinayət və inzibati cəzaların icrası təbii və texnogen fövqəladə halların və onların nəticələrinin qarşısının alınması və aradan qaldırılması, fövqəladə bölgədə əhaliyə təcili tibbi və psixoloji yardımın göstərilməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi, habelə ərazinin qurulması və işləməsi üçün əsas vəzifələri, təşkilati prinsipləri müəyyənləşdirmək Qazaxıstan Respublikasının mülki müdafiəsi. == Tarixi == Sovet İttifaqı dağıldıqdan sonra, illərlə incələnmiş cinayətlərə qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları arasında qarşılıqlı əlaqə mexanizmləri artıq işə yaramadı. O illərdə cinayətkarlıq sürətlə artdı. İqtisadi cinayətlər geniş vüsət aldı və kölgə iqtisadiyyatı yarandı. Bu dövrdə mütəşəkkil cinayətkar qruplar çoxaldılar və təsir dairələrini genişləndirdilər və silah cinayətləri daha çox oldu. O dövrdə cəmiyyətdəki bir çox insan demokratiyanı yolverici və anarxiya kimi qəbul edirdi. Bu dövrdə hüquq-mühafizə orqanları çoxsaylı icazəsiz mitinqlər, yürüşlər, piketlər ilə qarşılaşır.
Daxili İşlər Nazirliyi (Türkiyə)
Türkiyə Cümhuriyyəti Daxili Nazirliyi — yurdun iç təhlükəsizliyini və asayişini təmin etmək, cəmiyyət nizamını qorumaq, illərin ümumi idarəsini təşkil etmək, məhəlli idarələr üzərində mərkəzi idarə adına və sayet mövqeyi olaraq nəzarətdə tapılmaq və inzibati baxımdan gördüyü qanuni tədbirlərlə bu idarələrin inkişaflarına köməkçi olmaq, xalqın əhali və vətəndaşlıq əməliyyatlarını yerinə yetirmək, ola biləcək döyüş və təbii fəlakətlər mövzularında vətəndaş müdafiə etmə xidmətlərini icra etməklə vəzifəlidir. Nazirlik boynuna götürmüş olduğu bu vəzifələri mərkəz və əyalət təşkilatları vasitəsilə yerinə yetirir. Müammər Gülər 25 dekabr 2013-cü il tarixində istefa vermişdir. Nazirlik bu günki təşkilat quruluşuna 1983-ci ilin sonunda edilən tənzimləmə ilə qovuşmuş və 14 fevral 1985-ci il tarixində çıxarılan 3152 (üç min yüz əlli iki) saylı qanunla bu yeni quruluşa davamlılıq qazandırılmışdır.
Daxili İşlər Nazirliyi (Özbəkistan)
Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyi ( özb. Oʻzbekiston Respublikasi Ichki ishlar vazirligi) — Özbəkistanda daxili işlər, ictimai asayişin və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin açılması və onların qarşısının alınması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə, eləcə də miqrasiya sahəsinə nəzarət baxımından dövlət siyasətinin və hüquqi tənzimləmənin həyata keçirilməsi funksiyalarını icra edən mərkəzi icraedici hakimiyyət orqanı. Özbəkistan milisləri ona tabedir. Hüquq-mühafizə və dövlət qulluğunu təmin edir. Odlu silahlar və digər silahları əldə etmək hüququ olan dövlət hərbiləşdirilmiş təşkilatlarına aiddir. Daxili işlər nazirinin birinci müavini Davron Nəzərmuhammədovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin əməkdaşlarının sayı 120 min nəfərə çatmışdır.
Efiopiya Xarici İşlər Nazirliyi
Efiopiyanın Xarici İşlər Nazirliyi — Efiopiyanın xarici, dövlət əlaqələrini icra edən qurum. Nazirlik 1995-ci il avqustun 23-də 1994-1995 ildönümünün qəbul edilməsi ilə yaradılmışdır. Onun təşkilati strukturuna aşağıdakılar daxildir: bir nazir, iki hökumət naziri, 8 kabinet heyəti, 13 ümumi müdiriyyət və xaricdə 42 diplomatik missiya. Hazırda Efiopiya Xarici İşlər Nazirliyinə Tedros Adan Gebreisus rəhbərlik edir.
Efiopiyanın Xarici İşlər Nazirliyi

Estoniya Xarici İşlər Nazirliyi
Estoniya Xarici İşlər Nazirliyi (est. Eesti Välisminister) — Xarici işlər naziri Estoniya hökumətinin ən əhəmiyyətli dövlət qurumlarından biridir və Estoniya ilə xarici ölkələr arasındakı əlaqələrə görə məsuliyyət daşıyır. Xarici İşlər Naziri ilə yanaşı, Xarici İşlər Nazirliyinin müxtəlif qurumlarının rəhbərliyinə kömək edən bir neçə nazir müavini vardır: Baş katib - Matti Maasikas: diplomatik təhlükəsizlik, protokol və daxili audit idarələri kimi nazirliyin nazir müavinlərinin nəzarətini həyata keçirir və bu, Xarici İşlər Nazirliyində ikinci ən yüksək vəzifə hesab edilir. Siyasi İşlər nazirinin müavini - Sven Yürqenson: Avropa İttifaqının hüdudlarından kənarda olan sahələr üzrə siyasətləri nəzərdən keçirir və Xarici İşlər Nazirliyinin mətbuat və informasiya şöbəsini idarə edir. Xarici İqtisadi Siyasət Məsələləri üzrə nazir müavini - Mart Lanema: Xarici İşlər Nazirliyi nəzdində xarici ölkələrlə bağlı iqtisadi siyasətə nəzarət edir. Avropa İttifaqı məsələləri üzrə nazir müavini - Kaya Tael: Avropa birliyinə daxil olan dövlətlərlə və Avropa birliyi ilə əlaqələrə dair siyasətə nəzarət edir. Hüquqi və Konsulluq məsələləri üzrə nazir müavini - Aino Lepik von Viren: hüquqi və konsulluq şöbələrinə nəzarət edir. İnzibati İşlər nazir müavini Mati Vayranman: Xarici İşlər Nazirliyinin işçilərinin gündəlik inzibati vəzifələrinə nəzarət edir. == Estoniya Xarici İşlər Nazirləri 1918-ci ildən 1940-cı ilə kimi == Yaan Poska — (24 fevral 1918 — 26 oktyabr 1919); Ants Piyl — (26 oktyabr — 16 noyabr 1919); Adom Birk — (18 noyabr 1919 — 28 iyul 1920); Kaarel Robert Pusta — (28 iyul — 30 iyul 1920); Ado Birk — (30 iyul — 26 oktyabr 1920); Otto Ştrandman — (26 oktyabr 1920 — 25 yanvar 1921); Ants Piyp — (25 yanvar 1921 — 15 oktyabr 1922); Aleksandr Hellat — (15 oktyabr 1922 — 2 avqust 1923); Karl Fridrix Akel — (2 avqust 1923 — 26 may 1924); Otto Ştrandman — (26 mart — 13 may 1924); Kaarel Robert Pusta — (13 may 1924 — 23 oktyabr 1925); Ado Birk — (23 oktyabr — 16 dekabr 1925); Ants Piyl — (16 dekabr 1925 — 9 dekabr 1926); Qans Ribani — (9 dekabr — 23 dekabr 1926); Karl Fridrix Akel — (23 dekabr 1926 — 10 noyabr 1927); Aleksandr Hellat — (10 noyabr — 9 dekabr 1927); Qans Ribani — (9 dekabr 1927 — 4 dekabr 1928); Yaan Lattik — (4 dekabr 1928 — 12 fevral 1931); Yaan Tennison — (12 fevral 1931 — 19 iyul 1932); Mixail Punq — (19 iyul — 21 oktyabr 1932); Auqust Rey — (21 oktyabr 1933 — 18 may 1933); Ants Piyp — (18 may — 21 oktyabr 1933); Yulis Selyama — (21 oktyabr 1933 — 1 aprel 1936); Karl Fridrix Akel — (1 aprel 1936 — 8 may 1938); Karl Selter — (8 may 1938 — 12 oktyabr 1939); Ants Piyp — (12 oktyabr 1939 — 21 iyun 1940); Niqol Andersen — (21 iyun — 21 iyul 1940). == Estoniya Xarici İşlər Nazirləri 8 may 1990-cı ildən == Lennart Meri — (8 may 1990 — 6 aprel 1992); Yaan Manitski — (6 aprel — 21 oktyabr 1992); Trivimi Velliste — (21 oktyabr 1992 — 7 yanvar 1994); Yuri Luyk— (7 yanvar 1994 — 17 aprel 1995); Riyvo Siniyarv — (17 aprel — 6 noyabr 1995); Siym Kallas — (6 noyabr 1995 — 2 oktyabr 1996); Toomas Hendrik İlves — (2 oktyabr 1996 — 14 oktyabr 1998); Rayl Myalk — (14 oktyabr 1998 — 25 mart 1999); Toomas Hendrik İlves — (25 mart 1999— 28 yanvar 2002); Kristiyna Oyüland — (28 yanvar 2002 — 11 fevral 2005); Yaak Yaksert — (11 fevral — 21 fevral 2005); Reyn Lanq — (21 fevral — 10 aprel 2005); Urmas Paet — (12 aprel 2005 — 17 noyabr 2014); Keyt Pentus Rozimannus (17 noyabr 2014 — 15 iyul 2015); Yürqen Liqi — (15 iyul 2015 — 16 iyul 2015); Marina Kalyürand — (16 iyul 2015 — 12 sentyabr 2016); Yürqen Liqi — (12 sentyabr 2016 — 23 noyabr 2016); Sven Mikser — (23 noyabr 2016 — bu günə qədər).
Aalen
Aalen (alm. Aalen‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 146.624 km2, əhalisi 66252 nəfərdir (2007). Burada Qədim Roma dövründən xarabalıqlar var. Dəmiryol qovşağıdır. Müxtəlif sənaye, dəzgah və alət zavodları var.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Dişlər
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir. Bəzi heyvanlar, xüsusən də ətyeyənlər və hər şeydən yeyənlər, dişləri ov tutmaqda və ya yaralamaqda, yeməkləri xırdalamaqda, müdafiə məqsədləri üçün, tez-tez özləri də daxil olmaqla, digər heyvanları qorxutmaq və ya yırtıcı və ya balalarını daşımaq üçün istifadə edirlər. Dişlərin kökləri diş ətləri ilə örtülüdür. Dişlər sümükdən deyil, ən xarici embrion hüceyrə təbəqəsi olan ektodermadan əmələ gələn müxtəlif sıxlıq və sərtlikdəki çoxsaylı toxumalardan ibarətdir. Dişlərin ümumi quruluşu onurğalılar arasında oxşardır, baxmayaraq ki, onların forma və mövqeyində əhəmiyyətli dəyişikliklər var. Məməlilərin dişləri dərin köklərə malikdir və bu, bəzi balıqlarda və timsahlarda da olur. Teleost balıqların əksəriyyətində isə dişlər sümüyün xarici səthinə, kərtənkələlərdə isə bir tərəfdən çənənin daxili səthinə yapışdırılır. Köpəkbalığı kimi qığırdaqlı balıqlarda dişlər sərt bağlarla çənəni meydana gətirən qığırdaq halqalarına bağlanır. Monofiyodontlar yalnız bir diş dəsti inkişaf etdirən heyvanlardır, difiodontlar isə erkən süd dişləri və daha sonra "yetkin" və ya daimi dişlər dəsti yetişdirirlər. Polifiodontlar bir çox diş dəstinə malikdir.
Elşən
Elşən — Kişi adı. Elşən Həşimov — Milli təhlükəsizlik və hərbi elmlər doktoru (2019), professor (2017). Elşən Abuzərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Elşən Aslanov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmidov — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, Vətən müharibəsinin şəhidi. Elşən Həmzəyev — Azərbaycanlı deputat. Elşən Səmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Esten
Esten (kanton)
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. == Təbabətdə uğurları == Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. == Fəlsəfəsi == Qalen həm də filosof kimi tanınmışdır.
İller
İller (alm. Iller‎) — Dunayın sağ qolu, Almaniyanın cənubunda çay. == Göstəriciləri == Çayın uzunluğu 147 km, hövzəsinin sahəsi isə- 2152 кm²-dir. Oberstdorf ərazisi Avstriya ilə həmsərhəddir. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 778 m-dir. Braytax, Ştillah, Bavariya və Baden-Byutemberqın qarışmasından yaranır. Daha sonra İller şimal istiqamətində axaraq Bavariya və Baden-Byurtemberq keçərək, Ulm şəhəri yaxınlığında Dunay çayına tökülür. Çayın üzərində SES-ı mövcuddur. Çayın sahilində Zontxofen, İmmenştadt-im-Alqoy, Kempten, Ulm.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. == Alınması == Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. == Fiziki xassələri == Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. == Kimyəvi xassələri == Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
İsfənd
İsfənd (fars. اسفند‎) — İran və Əfqanıstanın rəsmi təqviminin on ikinci ayı. İsfənd ayında 29 gün (uzun ildə 30 gün) var. Bu ay fevral ayında başlayıb mart ayında sona çatır. İsfənd qışın üçüncü ayıdır.
İskənə
İskənə — metal, dəmir və ağacların emalında tətbiq olunan, metaldan hazırlanmış alətdir. Tablandırılmış tilləri olan bu alətin uc hissəsi paz formasındadır. Iskənə çəkicin köməyi ilə emal olunan hissələri parçalamaq və ya yonmaq üçün istifadə olunur. Ağac üçün nəzərdə tutulmuş iskənələr tablandırılmış poladdan, daşın emalı üçün isə bərk xəlitədən hazırlanırlar. İşin təhlükəsiz aparılıması üçün alətə plastmas, ağac və ya metaldan hazırlanmış başlıq keçirilirək əlin zədələnməsinin qarşısı alınır.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Hislər
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.Eşitmə, görmə distant və ya məsafəli duyğuya bariz misaldır.